Məhəmməd peyğəmbərin
mövludu günü
qeyd edilib
Aprelin 17-də şərqşünas
Seyid Camal Əzimbəylinin təşkilatçılığı
ilə Məhəmməd peyğəmbərin mövludu
günü ilə bağlı tədbir düzənlənib. Tədbirdə
ilk olaraq, Qurani-Kərimdən ayələr oxunub. Daha sonra
çıxış edən Türkiyəli professor Akif
Köten bildirib ki, Məhəmməd peyğəmbər
öz həyatı və əxlaqı ilə insanları bir
örnək olub. Onun sözlərinə görə, Həzrəti
Məhəmmədin Allah tərəfindən seçilməsi
və peyğəmbər olaraq göndərilməsi təsadüfi
olmayıb: “Allahın insanlar içərisindən peyğəmbər
seçməsi bizlərə bir nemətdir. Həzrəti
peyğəmbərimizi özünə örnək edənlər
əsas üç məsəlin diqqətdə
saxlamalıdırlar: Allaha və axirətə inanmaq və
böyük yaradanı tez-tez anmaq. Bizlər peyğəmbərimizin
həyatını bir müsəlman öyrənməliyik,
eyni zamanda uşaqlarımıza anlatmalıyıq. Təsadüfi
deyil ki, İslamda hər bir müsəlman biri-birinə
qardaş və yaxın hesab edilir. Bu məsələ Qurani-Kərimdə
geniş əks olunub. Amma təəssüflər olsun ki,
xarici qüvvələrin təhriki ilə İraqda, Əfqanıstanda,
Pakistanda və digər müsəlman ölkələrində
məzhəb ayrıseçkiliyi özünü
açıq şəkildə büruzə verir. Hətta bir
müsəlman digər müsəlmanın ibadət etdiyi məsciddə
terror həyata keçirir. İslam bu əməli qətiyyən
qəbul etmir”. C.Əzimbəyli bildirib ki, dini tolerantlıq Azərbaycanda
hər zaman yüksək səviyyədə müşahidə
olunur. Onun sözlərinə görə, din-dövlət
münasibətləri dövlət tərəfindən tənzimlənir.
Bu məsələdə ölkədəki inanclı
insanların da böyük rolu var: “Biz dindar olaraq, hər zaman
dövlətin bu siyasətini dəstəkləmişik. Eyni
zamanda inanclı insanlar Azərbaycanı xarici emissarların dəstəyi
ilə qarşıdurma yaratmaq istəyən qüvvələrin
qarşısını almağa müvəffəq olur. Dövlətimizin
müstəqilliyini dəstəkləyən inanclı insanlar
heç vaxt Azərbaycanı İraq və digər ölkələrdəki
kimi qan gölünə çevrilməsinə imkan verməyəcək.
Belə tədbirlərində əsas məqsədi müsəlman
bacı və qardaşları bir araya gətirməkdir. Bu tədbirlərin
təşkil olunmasında verdiyi dəstəyə görə
Rusiyada yaşayan azərbaycanlılara, xüsusən ağcəbədilələrə
təşəkkürümü bildirirəm”. Qeyd edək ki,
tədbirdə Türkiyənin Azərbaycandakı
Böyük Elçiliyinin təmsilçiləri, şəhid
ailələri və Qarabağ müharibəsi veteranları
iştirak ediblər.
BƏXTİYAR
525-ci qəzet.- 2011.-19 aprel.- S. 2.