Azad Rəhimov İordaniyada görüşlər
keçirir
Gənclər və
idman naziri Azad Rəhimov dünən İordaniyaya rəsmi
səfərə yola düşüb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri
Səmayə Məmmədovanın
verdiyi məlumata görə, 2009-cu il oktyabrın 12-də Əmman
şəhərində “Azərbaycan
Respublikası Hökuməti
və İordaniya Haşimilər Krallığı
Hökuməti arasında
2010-2012-ci illər üçün
elm və təhsil, mədəniyyət və incəsənət, gənclər
və idman, arxeologiya, səhiyyə və media sahələri
üzrə İcraedici
Əməkdaşlıq Proqramı”
imzalanıb. Bununla yanaşı, İordaniya
kralı II Abdullahın
Azərbaycana rəsmi
səfəri çərçivəsində
ötən il mayın 16-da “Azərbaycan
Respublikasının Gənclər
və İdman Nazirliyi və İordaniya Haşimilər
Krallığının Ali
Gənclər Şurası
arasında gənclərlə
iş sahəsində
əməkdaşlıq haqqında Saziş” imzalanıb. A. Rəhimov proqramın və
sazişin müddəalarından
irəli gələn məsələləri müzakirə
etmək məqsədilə
İordaniya Gənclərlə
iş üzrə Ali Şurasının sədri tərəfindən
bu ölkəyə dəvət olunub. S.Məmmədova qeyd edib ki, səfər
aprelin 21-dək davam edəcək.
S.QARAYEVA
525-ci qəzet.- 2011.- 19 aprel.- S. 2.