Xoşbəxt Yusifzadə: “AzərbaycanNabucconu təkbaşına da qazla təmin edə bilər

 

Azərbaycanın qaz ehtiyatlarının həcmi “Nabucco” layihəsini başqa Xəzəryanı dövlətlərin iştirakı olmadan da reallaşdırmağa imkan verir. “APA-Economics”in məlumatına görə, bunu dünən Bakıda işə başlayan V Xəzər Neft-Qaz Ticarət-Nəqliyyat Konfransındakı çıxışında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Qeyd edək ki, layihə çərçivəsində inşası planlaşdırılan “Nabucco” kəmərinin uzunluğu 3300 km, illik buraxılış gücü 26-32 mlrd. kubmetr nəzərdə tutulur. Bu kəmər vasitəsilə təbii qaz Azərbaycan və Türkmənistandan Avropa İttifaqı ölkələrinə, ilk növbədə Avstriya və Almaniyaya çatdırılmalıdır.

 X.Yusifzadənin sözlərinə görə, bu günə Azərbaycanın təsdiq edilmiş neft ehtiyatlarının həcmi 2 mlrd. ton, qaz ehtiyatlarının həcmi isə 2,2 trln. kubmetr təşkil edir.

 

 

525-ci qəzet.- 2011.- 19 aprel.- S. 3.