Urmiya bəyannaməsinin mətni açıqlandı

 

AZƏRBAYCAN, İRAN VƏ TÜRKİYƏ XARİCİ İŞLƏR NAZİRLƏRİNİN NÖVBƏTİ GÖRÜŞÜ NAXÇIVANDA OLACAQ

 

Azərbaycanın Xarici İşlər Nazirliyi üç ölkənin- İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin İranın Urmiya şəhərində keçirilən üçtərəfli görüşündə qəbul olunan birgə bəyannamənin mətni açıqlayıb.

Qeyd edilir ki, İranın xarici işlər naziri Əli Əkbər Salehinin dəvəti ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyənin xarici işlər naziri Davudoğlunun üç ölkə arasındakı müştərək əməkdaşlığa aid məsələləri müzakirə etmək məqsədilə ilk üçtərəfli iclası İranın Urmiya şəhərində keçirilib.

Nazirlər ilk üç tərəfli görüşünün İran İslam Respublikasında keçirilməsi barədə razılığın əldə edildiyi İqtisadi Əməkdaşlıq Təşkilatının İstanbul Zirvə Görüşü çərçivəsində üç ölkənin xarici işlər nazirləri tərəfindən 23 dekabr 2010-cu il tarixində qəbul edilmiş Birgə Bəyənatını bir daha təsdiq edirlər. Vurğulanır ki, dərin tarixi köklərə, müştərək mədəni irsə və sivilizasiyaya habelə qardaş və qonşuluq münasibətlərə söykənən üç ölkə, İran, Azərbaycan və Türkiyə arasındakı yüksək səviyyəli münasibətləri nəzərə alaraq, dərin köklərə söykənənə üç ölkənin xalqları arasındakı dərin tarixi, dini, mədəni bənzərliklər və ümumi dəyərlər həmrəylik üçün qeyri-adi fürsət və imkanlar yaratmasına və xalqlar arasındakı əməkdaşlığın ümumi məqsədlərə nail olunması və qarşıdan gələn çağırışların qarşısının alınması üçün zəmin yaratmasına əmin olaraq, üç ölkə arasında daha da güclənməkdə olan münasibətlərin inkişafının qənaətbəxş olmasını ifadə edərək və üç ölkənin xalqlarına, o cümlədən regionun digər millətlərinə firavanlıq gətirə biləcək sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yeni yolların araşdırılması üçün üç tərəfdə də möhkəm əzmliyin mövcudluğunu qeyd edərək, regional əməkdaşlığın və ərazi bütövlüklərlə və həmçinin ölkə sərhədlərinə ehtiramın regional münaqişələrin həllinə müsbət təsir göstərdiyini nəzərə alaraq, regionda sülhün və sabitliyin möhkəmləndirilməsinin ümumi maraqlara cavab verdiyini ifadə edərək, inkişafın, biliyin və texnologiyanın əldə edilməsi və həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinin zəmanətlərin həyata keçirilməsini təsdiqləyən tək orqan olduğunu nəzərə alaraq, ayrı-seçkilik olmadan bərabər əsaslarda sülh məqsədilə Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə çərçivəsində nüvə texnologiyasına yiyələnmək haqqına sahib olmaq üçün bütün ölkələrə beynəlxalq münasibətlərdə ədalət prinsipinin və qanuni hüquqlara ehtiramın şamil olmasının əhəmiyyətini təkrar edirlər.

Regionda və həmçinin dünyada sülhə və sabitliyə qarşı yönəlmiş terrorizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq, silah, narkotik maddələr, insan qaçaqmalçılığına və həmçinin mühacirlərin qeyri-qanuni keçirilməsinə qarşı birgə səylərlə mübarizənin aparılmasına zəruriliyin olduğunu qəbul edərək, aşağıdakılar razılaşdırılıb.

Hər üç ölkədə iqtisadi artımın gücləndirməsi və inkişaf etdirilməsi habelə yaşayış səviyyəsinin artırılmasının və tərəqqinin təmin edilməsi məqsədilə tərəflər ticarət, sənaye, investisiyalar, nəqliyyat, kommunikasiyalar, enerji, elm, texnologiya və turizm kimi müxətlif sahələrdə müştərək layihələr həyata keçiriləcək, üçtərəfli sərfəli ticarət sazişinin bağlanması, gömrük prosedurlarının asanlaşdırılması, sərhəd keçidlərinin müasirləşdirilməsi və müxtəlif iqtisadi və ticarət sahələrində fəaliyyət göstərmək üçün üç ölkə tərəfindən üçtərəfli müştərək şirkətlərin təsis edilməsi məqsədilə üç ölkənin xüsusi nümayəndələrinin iştirakı ilə üçtərəfli iqtisadi komissiya yaradılacaq, səfərlərin asanlaşdırılması və üç ölkənin xalqları arasında əlaqələrin genişləndirilməsi məqsədilə üç ölkənin Konsulluq məsələləri üzrə məsul rəsmilərinin iştirakı ilə üçtərəfli komissiya yaradılacaq.

 

 

P.SULTANOVA

 

525-ci qəzet.- 2011.-19 aprel.- S. 5.