Varşavadakı XI Mədəniyyət
və Poeziya Festivalında Azərbaycan
uğurla təmsil olunub
Aprelin 11-dən 17-dək UNESCO-nun
dəstəyi ilə Polşanın paytaxtı Varşavada XI Mədəniyyət
və poeziya festivalı keçirilib. Festivalda Azərbaycanı Akademik Opera və Balet Teatrının
solisti, əməkdar artist Gülüstan Əliyeva, aşıq Sevil Xıdırova və şair Elçin İsgəndərzadə
təmsil edib. Festivalda Gülüstan Əliyevaya BMT-nin təsis etdiyi “İncəsənətdə xidmətinə
görə” nominasiyasında
qızıl medal təqdim olunub. APA-nın məlumatına
görə, mükafatları
mətbuat nümayəndələrinə
təqdim etmək üçün festival iştirakçıları bu
gün tədbir keçirib. G.Əliyeva qeyd edib ki,
bu festivala dünyanın 20-dən çox
ölkəsindən sənətçilər
qatılıb. Ancaq Azərbaycan bu festivalın fəxri qonağı olub. Azərbaycan sənətçiləri
6 gün ərzində
Varşava və ona yaxın şəhərlərdə konsert
proqramı ilə çıxış ediblər:
“Bütün konsertləri
“Azərbaycan” mahnısı
ilə başlamışıq.
Çıxışlarımız çox böyük maraqla qarşılandı.
Festivalda Azərbaycanın
Polşadakı səfirliyinin
təşkilatçılığı ilə iştirak etdik”. Festivalın ən yüksək
mükafatı olan “Kəhrəba” ödülünə
layiq görülən
Elçin İsgəndərzadə
də bildirib ki, tədbir çərçivəsində “Mənim taleyimin ulduzu” kitabının Aleksandr Nabrodski tərəfindən polyak dilinə tərcümə
olunmuş versiyasının
da təqdimatı keçirilib.
525-ci qəzet.- 2011.-19 aprel.- S. 7.