“Müsavat” qurultayında
“MÜSAVAT” PARTİYASI – 100
Bu ilin oktyabrında “Müsavat” partiyasının yaranmasının 100 ili tamam olur. “Müsavat” partiyası təkcə Azərbaycanda deyil, bütün türk və İslam aləmində yaranan ilk həqiqi demokratik istiqlalçı bir siyasi partiya idi. Qısa müddətdə Zaqafqaziyanın ən güclü siyasi partiyasına çevrilmiş “Müsavat” hər şeydən əvvəl müstəqil milli dövlətimiz – 1918-ci il 28 mayda elan edilmiş AXC-nin yaradıcısıdır.
XX əsr Azərbaycan tarixi salnaməsinə “Müsavat dövrü”, “Müsavat hakimiyyəti” anlayışları təsadüfi daxil olmamışdır. Müsavatçılıq təkcə partiya anlayışı ilə məhdudlaşmır. Bu müstəqillik, müasirləşmək, azərbaycançılıq, dünyanın demokratik dövlətlər cərgəsində öz yerini tutmaq anlayışıdır.
Yubileylə əlaqədar partiyanın 1919-cu ilin dekabrında – yəni müstəqillik dövründə keçirilmiş yeganə II qurultayının Ü.Hacıbəylinin redaktoru olduğu “Azərbaycan” qəzetində dərc olunmuş rəsmi hesabatları böyük maraq doğurur. Qeyd edim ki, elə qurultayı mətbuat adından da Üzeyirbəy təbrik etmişdi. Ərəb əlifbasından müasir əlifbaya çevirdiyim həmin yazıları “525-ci qəzet”in oxucularına təqdim edirəm. Transliterasiyanın redaktoru professor Şamil Vəliyevdir.
Daxili siyasətimiz
Azərbaycanın rəngarəng bayrağı altında milli sancağımızla istiqlalımız əlimizdə olduğu bu gündə bir az daha dərinlərə getmiş yaxın mazilərə və millətin başlamış olduğu bəşəriyyəti-həyatiyə və əhvala və şimdiki tətbiq olunmaqda olan üsuli-idarəyə ətfi-nəzər etməliyiz.
Çarlıq dövründəki şəraiti-həyatiyyəmiz və müstəbid çarlığın üsuli-idarəsi həqqində söyləmək tezarlədir. Bu dövri-mənhusin bizə buraxmış olduğu ümurati-mənfəətpərəstlik ilə fərdi həyatdan başqa bir şey deyildir.
Hər kəs kəndini düşünür, kəndini mühafizəyə çalışıyordu. Hakimlər, insafsız amirlər və tamahkar iş sahibləri milləti soyub soğana çeviriyordu. Həyati-ümumiyyədə yalnız iki amal təsəvvür olunuyordu. Dövlət, fərd bütün hüquqi-ammə buna müstəid bulunuyordu.
Dövlətin əfrada qarşı təhkimi və əfradın dövlətə qarşı irzi-təbii qanunu ilə iştiğal olunuyordu. Aralıqda yaşamaq yalnız mümtaz siniflər və burjualar idi. İşçi zümrələri ilə füqərayi-kasibə isə bilaeteraf məhrumiyyətlər içərisində yuvarlanıb gediyor idi. Onunçün də Rusiyanın çürük və mənhus siyasəti çökdü və istibdad binası təməlindən sarsıyıb yıxıldı.
Bununla isbat olundu ki, müxtəlif mühitlərdə yaşayan əfrazə qisminə istiqamət verən dövlət degil, cəmiyyətdir. Əsasən dövlət cəmiyyətin bir cüzindən ibarət bir qüvvəti-cəbiriyyə məsalindən başqa bir şey degildir. Əfradı biri-birinə həqiqi surətdə rəbtə:
Sibiryanın misalı olan dövlət degil, yalnız müştərək mənafe, müştərək fikirlər və duyğular, qan və irq rəvayəti, müştərək və sail məişət, təbii və ictimai amillərdir. Əfrad arasında cəbri degil ancaq təbii bir surətdə mövcud olan bu birlik və iştirak hər yerdə ayrı-ayrı zümrələr və mühitlər vücuda gətirir. Bu zümrələr kəndilərinə məxsus bir takım ilticaati-təbiiyyə sövqi ilə ayrı-ayrı istiqamətlərə doğru inkişafə müzhir olurlar.
Cəmiyyət tələqqisinin meydana çıxması ilə dövlət tələqqisi büsbütün dəgişdiyi kimi fərd tələqqisi dəxi tamamilə təbəddülə uğramışdır.
Halbuki bakıb görüyoruz ki, əlan zəmanəmizdə bir tərəfdən güzidə zəngin mənəvi və məsud bir zümrə səfa ilə, digər tərəfdə “proletariya” denilən bir və hər dürlü məhrumiyyətlərə qatlanmağa və hər dürlü iza və cəfayə məhkum olan millətin əksəriyyəti-əziməsi arasında böyük fərqlər vardır.
Dünyanın hər yerində olduğu kimi bizdə də əşraf sinifi rəncbər və işçi sinfini istismarla məşğuldur. Buna qarşılıq olmaq üzrə Avropada nəzəriyyə halında bizdə isə əməliyyət halında əmələ və işçi sinfi əşraf təbəqəni məhv etməgə çalışır.
Biz milli bir hökumət olduğumuz cəhətilə ümumi əfradi-millətin səlah və fəlahini düşünmək və xəlq cəmaətinin ehtiyac və rifahını təmin eləmək ən mühüm və ən müqəddəs vəzifəmizdir.
Tədqiq nəticəsində anlaşılır ki, bir cəmiyyət içindəki siniflər aralarında uzlaşmaq imkanı bulunmayan düşman zümrələri halındadır və bir cəmiyyətin daxilində bir takım təbəqələrin yaxud siniflərin bulunması daxili musavatın bulunmadığını göstərir.
Biz türkçü olduğumuz əsas üzrə daxildə xəlqçilik, yəni cəmiyyətlərin daxili musavatını təsis etməliyiz.
Onun üçün də xəlqçilik qələbəsi və musavat əsasına riayət edərək təbəqə və sinif fərqlərini qaldıraraq cəmiyyətin biri-birindən fərqli zümrələrini yalnız iş bulmanın doğurduğu məslək zümrələrinə həsr etməliyiz. Yəni sinifləri qaldıraraq yerinə məslək zümrələrini iqamə eləməliyiz. Yalnız bu surətlə cəmiyyətlər daxilində möhtac olduğu musavat və cəmiyyətlərin məfkurəvi həyati olan (ictimai təsanüd) tamamilə hökmran olmağa başlar. Zira cəmiyyətlərin müxtəlif məslək zümrələri biri-birinə rəqib və düşmən olduğu halda biləks yekdigərinə son dərəcə möhtac və dostdurlar. Bu halda siniflər qalxıb da onların yerində məslək zümrələri qüvvətli bir surətdə təşəkkül edincə (ictimai darvinizm) iflas edərək cəmiyyət daxilində daxili sülh hökm sürməgə başlar.
Buna binaən firqəmizin yeganə amalı xəlqçilik olmaqla ayrıcı siniflər yerinə cəmiyyətin fərdlərini biri-birinə sıxı rabitələrlə birləşdirən ictimai bir üzvünə bənzətilərsə bu üzviyyətin birər həyati vəzifə ifa edən həqiqi üzvləri ancaq məslək zümrələri ola bilər. Bundan dolayıdır ki, cəmiyyətlər təkamül etdikcə iş bulumu və ixtisas müəssisələri getdikcə dərinləşir və məsləki təşkilatlar getdikcə daha sıxı bir təsanüd, daha böyük bir əhəmiyyət qazanıyor.
İştə “solidarizm” üsulinə rəayət edərək daxili musavatı təsis və təsbit edə biləcək məfkurə məsləki təşkilatların hakimiyyətinə istinad edən bir siyasi və ictimai xəlqçilikdir.
Musavat firqəsi şimdiyə qədər də bu uğurda çalışmış olduğu və məslək zümrələrinin təşkilatına əhəmiyyət verməkdə bulunduğu qaili-inkar degildir. Yalnız məqsədə nail olmadığının başlıca əsbabi demokrasinin və məmləkətin əksəriyyətini təşkil etməkdə olan işçi zümrəsinin qüvveyi-təşriyyəyə hakim ola bilməməsindədir. Rəyi-elm və xəlq mərifətilə olan intixablar xəlq və xəlqin mənfəəti üçün olmadığı cəhətlə nəticədə nə cəmiyyət, nə təsanüd, nə məslək və nə təşkilat və nə cəmiyyət məfkurəsi millət içərisində təsis olunamıyıb yenə əski münfərid və fərdi həyati-milləti aciz və zəbun etməkdədir.
Zira bir dəfə Məclisi-Məbusanımızdaki vəkillərimizə baxılarsa əksəriyyəti və əzalarının pək mühüm yekunini təşkil edən siniflər və təbəqələrə mənsub olan zəvatdır. Ora isə toplanmaqda olan vəkillər məslək zümrələrinə mənsub olmuyub, daha doğrusu əksəriyyətlə sinif mürəxxəsləridir. Kapitalist, mülkədar siniflərdən başliyaraq elmi siniflərə qədər müntəhi oluyor. Onunçün də Məclisi-Məbusanımızda işçi zümrələrinin və əksəriyyət xəlqin halı o qədər düşünülmüyor. Nə qədər ki, bunların arasında mübarizələr hüsula gəliyor qüvveyi-nəşriyyəyi əldə mühafizə etmək üçün ələladə bunlar bir “mönopöli” təşkil ediyorlar. Buna binaən də millət ilə onların vəkilləri arasında heç bir irtibat görükmiyor. Cəmiyyət həyati infisada uğrayır əski fərdiçilik olduqca hər yerdə və təcribatında davam ediyor. Onunçün hökumət də millət kibi düçari-zəif və giriftari fəc oluyor. Heç bir müvəffəqiyyət əldə edəmiyor.
Bu acı həqiqətləri söylədikdən sonra bizə tərtib edən vəzifə xəlq içərisindəki məslək zümrələrini təşkil və təqviyə etmək əhali içində məfkurəvi həyat oyandırmaq və zümrələrin yekdigərinə istinadən xəlqi bir cəmiyyət halına soxmaq və gələcək Məclisi-Müəssisan və Məbusana olunacaq intixablara namizəd göstərilmiş vəkillər göndərilməsini xüsusini hər məslək zümrəsinin kəndi ittifaqına mühəvvəl eləməkdir.
İştə yalnız bu surətlə xəlqçilik təsbit və xəlqin ehtiyacı təmin oluna bilər və hər məslək zümrəsinin Məclisi-Müəssisan və Məbusanda ədədi təminində hüquqlarını müdafiə edə biləcək vəkilləri buluna bilər və ümum məsləklilər arasında dəxi təsanüd və mərkəziyyət hüsulə gəlir, hökumət ilə millət arasındaki irtibat və təsanüd dəxi qüvvəyə hüsulən olub islahati-ictimaiyyə hamanən və əsl miqyasda tətbiq oluna bilər.
Talıbzadə Yusif Ziya
“Azərbaycan” qəzeti, 15 dekabr 1919, ¹ 344
infisad-mənəvi pozğunluq
təqvir – qüvvətləndirmək
8-ci iclas
Məhəmməd Əmin Rəsulzadənin riyasətilə iclas açılır.
Növbədəki məsələ topraq komisyonunun məruzəsidir. Məruzəçi Cavad Axundzadə-yer və topraq məsələsinə aid məlumat verdikdən sonra komisyon tərəfindən məramnamənin 22-ci maddəsinə üç kəlmənin əlavə olunmasını və 25-ci maddənin büsbütün dəgişilməsini (bu maddələr qəzetəmizdə dərc edilmişdi) bəyan edərək qəbulunu komisyon naminə rica ediyor.
Əli Yusif və Əli Səbri əfəndilər-25-ci maddədə mator və kəhriz yerlərinin pulsuz və əvəzsiz alınıb öylə də rəncbərlərə verilmək tərəfdarı olduqlarını bəyan ediyorlar.
Mirzə Bala Məhəmmədzadə, Yusif Ziya Talıbzadə və Mirzə Sadıq Axundzadə əfəndilər topraq komisyonu tərəfindən verilən layihəyi müdafiə ediyorlar.
Nəsib bəy Yusifbəyli və Kərbəlayi Vəli Mikailzadə əfəndilər məramnamənin sabiqki qərar üzrə qalmasını arzu ediyorlar.
Məhəmməd Baqi Şeyxzamanov layihəyə tərəfdar olmaqla bərabər hökumət topraq məsələsini həll etdigi zaman xırda maliklərə bir şey verməklə razı salmağını arzu ediyor.
Piri Mürsəlzadə-Bakıətrafı mədən dairəsində olan 9 kəndin alınıb da mədən sahiblərinə verilmiş yerlər əvəzində yer sahiblərinə müəyyən miqdarda mükafat olaraq hissə (dolya) verilməsinə tərəfdar olduğunu elan etməklə topraq məsələsini həll edərkən qurultay əkinçilik işində texnika (sənaye) alətinin nöqsanını nəzərdə tutub, bunun zail olmasına hökumətin nəzər-diqqətini cəlb və bu yolda səydə bulunmasını rica və arzu ediyor.
Cəfər Cabbarzadə, Cavad bəy Məlikyeqanov, Mustafa Mahmudov, Mir Həsən Münsif, Zülfüqar Məhəmmədov və İskəndər Hüseynzadə əfəndilər layihəyə tərəfdar və onu müdafiə ediyorlar.
Yusif bəy Bayraməlibəyov fəqət 25-ci maddənin məramnamədə olduğu kibi qalmasını arzu ediyor.
Əbdülvahab Məhəmmədzadə-layihəyə tərəfdar olmaqla bərabər kəhriz və mator məsələsinin məramnaməyə daxil olmasını artıq görüyor və bu maddənin götürülməsini təmənna ediyor.
Məhəmməd Əmin Rəsulzadə layihədə 22-ci maddəyə tərəfdar və 25-ci maddəyə ibrazi-təğyir və töfsiyə ilə sabiqçi qərarın qalmasını arzu ediyor.
Məruzəçi Cavad Axundzadə birər-birər cavab verib topraq komisyonu qərardadını olduğu kibi qəbul edilməsini qurultaydan rica ediyor.
Rəis layihəni maddə-maddə səsə qoyur. Əksəriyyəti-tammə ilə topraq komisyonunun layihəsi qəbula keçiyor.
“Azərbaycan” qəzeti, 15 dekabr 1919, ¹ 344
malik – sahibkar
9-cu iclas
Kanuni-əvvəlin 9-da axşam saət 7-də Məhəmməd Əmin Rəsulzadənin təhti-riyasətində açılıyor.
Növbədəki məsələlər fəhlə və təşkilat komisyonlarının məruzələridir.
Söz fəhlə komisyonu məruzəçi Əbdülvahab əfəndiyə veriliyor.
Məruzəçi məsələni yaxın məqsəd və uzaq məqsəd ünvanları ilə iki qismə ayıraraq 29-cu maddəyə həftədə 24 saətlik istirahət zamanının muzdunun fəhlələrdən çıxılmamasını şamil olmaq üzrə bir qeydin əlavəsi lüzumunu və məramnaməyə ildə bir ay maaşları verilmək üzrə məzuniyyət verilməsini məşər bir maddənin dəxi əlavəsini və işin texnikası buna müsaid olmazsa, məzuniyyət verilməməsini komisyon naminə bəyan edərək maddələrin qəbulunu təklif ediyor.
Həsənbəy Ağazadənin məzuniyyətin ildə bir aymı, yoxsa bir il xidmət etmişlərəmi veriləcəkdir-məzmunlu sualına cavaba məzuniyyətin bir il xidmət etmişlərə verilməsi lüzumini məruzəçi əfəndi bəyan ediyor. Söz natiqlərə veriliyor.
O cümlədən Talıbzadə Yusif Ziya demokratik bir məmləkətə qanun gərək olduğunu, fəhlələrə həftədə bir gün, ildə bir ay istirahət verilməsini, Xəlil İbrahim 29-cu maddənin qeydinə ehtiyac olmadığını, 30-cu maddənin lüzumini göstərərək məzuniyyətdən istifadə etmək istəmiyənlərə muzdlarının mükafat olaraq verilməsini, Məhəmmədzadə Mirzə Bala 29 və 30-cu maddələrin eynilə qəbulunu, Mirhəsən Münsif keçənilki məramnamə ilə builki məramnamə arasında tafavüt olmadığından qəbuluni, Zülfüqar Məhəmmədzadə texnika qeydinin götürülməsini, Hilal Bağırzadə kontor məmurlarının həqqindəki bir qeydin əlavə olunmasını, Həsən bəy Ağazadə hifzüssihhə nöqteyi-nəzərindən istirahətin lüzumuni göstərərək, mükafatın verilməməsini, Hüseyn bəy Məhəmmədzadə kontor xidmətkarları barəsində başqa maddənin əlavəsini təklif ediyorlar.
Maddələr səsə qoyulduqda 28-ci maddə büsbütün və 29-cu maddə məəttəshih qəbul olunurlar. 30-cu maddə barəsində müzakirə açılır.
İskəndər Əfəndi, Cavadbəy Məlikyeqanov, Yusif İbrahimli bu maddəyə əlavə olunmuş qeydin çıxarılmasını, Həsən bəy Ağazadə qeydin çıxarılması tərəfdarı olmaqla bərabər, xəstəlik cəhətinə buraxılmış günlərin iş günlərinə hesab olunmasını, Şəfi bəy Rüstəmbəyli məramnamədə əsaslı məsələlərin bulunmasını göstərərək, kiçik məsələləri fəhlə təşkilatına buraxılmasını, Xaspolad əfəndi məramnamədə mübahisəyə bais qeyri-müəyyən maddə olmamasını qeyd və böylə məsələnin həllini sənətkarlar ittifaqı sovetetinə buraxmağı təklif ediyorlar.
Rəis Məhəmməd Əmin Rəsulzadə əsaslı məsələlər barəsində bəyanat verdikdən sonra Zülfüqar Məhəmmədzadə və Mehdi bəy Hacıbababəyov qeydin götürülməsini və məruzəçi Əbdülvahab əfəndi qeydin qəbul olunmasını təklif ediyor.
Qeyd çıxıldıqdan sonra 30-cu maddə qəbul olunur.
Xəstəlik cəhətdən işə getməyənlərin muzdlarının verilməsi, buraxdıqları günlərin iş günü hesab olunması barəsində bir qeydin əlavə olunması təklifi dəxi qəbul olunmayır.
31 və 32-ci və hakəza baqi maddələr qəbul olunur.
Komisyonun yaxın məqsəd barəsindəki ikinci təklifə keçdikdə təkliflər qəbul olunur ki, üç maddədən ibarətdir:
1- İmdiki həmkarlar ittifaqı bitərəf degildir, bilxassə türk əmələsi orada hissəsizdir, yəni tamamilə bitərəf bir həmkarlar ittifaqı təşkilinə təşəbbüs edilməlidir.
2- Əmələ rayonlarında çörəkçi dükanları kafi deyildir. O xüsusda tədabiri-ciddiyyəyə təvəssül olunmalıdır.
3- Təsəvvür olunan pripavqa kafi görülmədigindən onun artırması üçün hökumət nəzdində təşəbbüs olunmalıdır.
Sonra təşkilat məsələsinə keçiliyor. Xəlil İbrahimli bu barədə məruzədə bulunur və bu barədə Həsənbəy Ağazadə izahat və bəyanat veriyor. Təşkilat barəsində bir qədər müzakirə olunduqdan sonra birinci maddə qəbul olunuyor.
İkinci maddə rəisin təklifi üzərinə “əyalət” sözü “qəza” sözünə təbdil olunaraq qəbul olunur.
Üçüncü maddə bəzi təbəddülat ilə qəbul olunur.
Dördüncü maddədən 3 manat ayda üzvülük həqqi götürülərək şöbələrin kəndi sovetitlərinə vagüzar olunuyor.
Şöbələrin Mərkəzi Komitəyə mədaxillərindən göndərəcəkləri 25 faiz əksilib 10 faiz qərar qoyulur.
Sonra Hüseyn Mirzəcamalovun firqəyə girmək istədigi barəsindəki ərizəsi oxunur.
Gələcək iclas kanuni-əvvəlin 10-na səhər saət 10-a təyin olunaraq iclası bununla sədr əfəndi qapayır.
10-cu iclas
İclas Məhəmməd Əmin Rəsulzadənin riyasətilə gündüz saət 12-də açılır.
Mirzə Əbdülrəhim-Qubadan xaric olaraq söz istiyor. Hökumət böhranı həqqində qurultayda müsahibə açılması arzu ediliyor.
Bunun üzərinə söz heyəti –vükəla rəisi Nəsib bəy Yusifbəyli həzrətlərinə veriliyor.
Nəsib bəy: – Böhranın həqiqətən də zərərli bir hal olduğunu etiraf ilə bu böhranın bir kabinə böhranı degil, parlaman böhranı olduğunu bəyanla bunun başlıca səbəblərindən, əvvəlki müştərək hökumətdən, parlamanda olan sorğu zamanında hökumətdə iştirak edən firqələrin məşruti-etimad verdiklərindən, təsadüfi əksəriyyətdən bəyanat veriliyor. Bunun üzərinə İttihad və sair firqələrin tərzi-hərəkət və rəftarından, hökumətin faydası üçün Musavatın hər zaman güzəştə getdigindən, son olan təklif üzərinə Musavatın şəxsiyyət üçün degil, məslək üçün israr etdigindən bəhs ilə Musavatın istiqlaliyyətçi bir firqə olduğu üçün işdən qətiyyən çəkilməsinin məhal olduğundan bəyanat veriyor.
Bunun üzərinə vaqe olan şiddətli mübahisə və müzakirədən sonra aşağıdaki formul qəbul olunur:
“Türk Ədəmi-Mərkəziyyət firqəsi “Musavat” 10 kanuni-əvvəl tarixli qurultay iclasında verilmiş olan suala qarşı Nəsib bəy Əfəndinin hökumət böhranı həqqindəki izahatını dinlədikdən sonra mumiileyhin xətti-hərəkətini təqdir və kəndisinə etimadi-tam göstərməklə bərabər, bu günə qədər parlamandaki müxalif firqələrin hər növ təhəmmüllər, üsulsuzluqlarına qatlanmaq məcburiyyətində qalan fraksiondan tələb edir ki, parlamandaki hərəkət və təşəbbüslərində millət arasındaki etibar və etimadına münasib bir əzmi-səbat və iqtidarla iş görərək kabinə təşkilini bir an əvvəl həll etməgə səy eləsin”.
Rəis sözü məruzəsinə dəvam etmək üçün Nəsib bəy əfəndiyə veriyor.
Nəsib bəy: – Siyasəti-xariciyyə həqqindəki məruzəsini bitirdikdən sonra siyasəti-daxiliyyə sırasında olaraq Lənkəran, Qarabağ və Zəngəzurdan bəhs ediyor. Lənkəranda əskərlərin türk insaniyyətkaranə hərəkətlərini təqdir ediyor. Natiq nəhayət Naxçıvan, Şərur, Ordubad, Sürməli, Kars məsələlərinə təmas ediyor. Bakı-Culfa dəmiryolu mövzui –bəhs oluyor.
Daxili işlərə keçdikləri vəqt vəziyyətin ağır olduğunu hərbi-ümumi nəticəsi olaraq hər yerdə rüşvət artdığını bunun önünü yalnız millətin alacağını qeyd ediyor.
Sonra zemstvo və onun bu yoldaki faydalarından və mülkiyyə müfəttişligindən bəhs ediyorlar.
Ən son verilən bir sual üzərinə Zəngəzurda erməni qarətinin dəvam edəmiyəcəgini əlavə ediyor.
Rəis qurultay tərəfindən hərbiyyə naziri Səmədbəy Mehmandarova aşağıdakı məzmunda teleqraf çəkilməsini təklif ediyor:
Hərbiyyə naziri Səmədbəy
Mehmandarov cənablarına.
Heyəti –vükəla rəisi Nəsib bəy əfəndinin siyasəti-ümumiyyə həqqindəki məruzəsindən şanlı əskərlərimizə aid olan qismini dinləyərək qurultayın təmsil etdiginiz cavan ordumuzu səmimiyyətlə təbrikə qərar verdigini, ordumuzun sərdarı bulunan zati-alilərinə təbliğ etməklə kəsbi-iftixar elərəm.
Qurultay rəisi:
Məhəmməd Əmin Rəsulzadə
Teleqraf gurultulu alqışlarla qarşılanır və nəticədə qurultay əzasi tərəfindən təklif olunan aşağıdaki formul alqışlar ilə qəbul olunur:
“Türk Ədəmi-Mərkəziyyət firqəsi “Musavat”ın ikinci qurultayı möhtərəm yoldaşımız Nəsib bəy Yusifbəyli əfəndinin siyasəti-ümumiyyə həqqindəki məruzəsini dinləyib milli istiqlal və hürriyyətimizin uğrunda göstərdikləri fədakarlıqları təqdir ilə firqəmizin inkişafi, millətimizin tərəqqisi üçün bundan sonra da tutduqları doğru yolda dəvam etmələrini arzu ediyor”.
Bununla iclas qapanıb, rəis gələcək iclasın axşam saət 6-da olacağını elan və müzakirə ediləcək məsələnin təşkilat qismi olacağını bəyan ediyor.
“Azərbaycan” qəzeti, 16 dekabr 1919, ¹ 345
hakəza-beləcə
təvəssül-xahiş etmə
məhal-qeyri-mümkün, çətin
təbliğ-çatdırma, yetirmə
11-ci iclas
İclas axşam saət 8-də Məhəmməd Əmin cənablarının riyasətilə açılır:
Firqənin məramnaməsində olan şəkli-idarə məsələsi müzakirə ediliyor.
Məramnamədə göstərilən birinci maddə eyni surətdə qəbul olunur.
İkinci maddədə olan Məclisi-Məbusan əvəzində qurultay kəlməsinin qeydi ilə qəbul olunur. 3-cü maddə 20 sinninə çatmış olan hər bir vətəndaş, bilafərq millət və məzhəb, ərkək və qadın seçgi həqqinə malikdir. Seçgi həqqinə malik olan hər bir vətəndaş eyni zamanda seçilmək həqqinə də malikdir. 4 və 5-ci maddələr Məclisi-Məbusan əvəzinə “qurultay” kəlməsinin təshihi qəbul olunur. Qalmış maddələr müzakirədən sonra eyni surətdə qalması əksəriyyət ilə qəbul ediliyor.
Bundan sonra təşkilat məsələsinin müzakirəsinə keçiliyor.
Ətraf şöbələrin təşkilatı xüsusunda məsələ müzakirə olunaraq firqə əzalarının ədədi əlli nəfərə çatınca firqə təşkilat heyəti tərəfindən idarə olunur. Əlli nəfər əza toplandıqdan sonra məclisi-müəssisan dəvət edilib qapalı seçgi ilə idarə heyəti təyin ediliyor.
Qeyd: Bir neçə idarə seçkisində heyəti-idarə əzalarının nisfi təşkilatçılardan olmalıdır.
Sonra Mərkəzi Komitəyə heyəti-idarə 7-9-11 və 14 nəfər natiqlər tərəfindən təklif ediliyor. Bu xüsusda xeyli müzakirədən sonra axırda əksəriyyət ilə qərarə alınır: mərkəzi idarə 7 nəfərdən ibarət olub məhəlli – iqaməti Bakı şəhəri olsun.
Bundan sonra təklif olunuyor ki, firqəyə mənsub olan məbuslar firqə qurultayının əzası hesab olunmalıdır. Bu təklif ümumiyyətlə qəbul olunur.
19-cu maddə bu qeyd ilə qəbul olunur: heyəti-mərkəziyyə əzalığına cəlb olunacaq əza iki nəfərdən artıq ola bilməz.
Abbasqulu Kazımzadə – əgər firqəyə yazılan bir üzv üç ay üzvülük həqqi vermədi isə, dördüncü ayda məzkur idarə tərəfindən rəsmi bir xəbərdarlıq olandan sonra genə vermədisə, o vədə o adamın firqədən çıxarılmasını təklif ediyor.
Bu məsələnin əleyhinə və ləhinə danışıq olub nəhayət bu təklif əksəriyyət ilə rədd olunur.
Təşkilat məsələsi xitamə yetdikdə Məhəmməd Əmin Əfəndi firqənin xüsusi mətbuatı, ədəbiyyat və nəşriyyatı xüsusunda müfəssəl bir nitq söyləyərək axırda böylə bir təklif ediyor:
“Mərkəzi Komitəsinə və bütün firqə şöbələrinə vəzifə olaraq qurultay tərəfindən tapşırılır ki, firqəyə məxsus mətbəə təsisi üçün məxsus bir fond təşkil edilsin və bu fonda məxsus ianə dəftəri açılsın”. Təklif ümumiyyətlə qəbul olunur.
Bundan sonra dini məsələlər xüsusunda Məhəmməd Əmin cənabları elani-istiqlaliyyətimizdən sonra dini məsələlər tamamilə ayrı bir şəkil aldığı üçün bu xüsusdaki idarəsi dəxi başqa bir şərt üzrə olması icab etdigini bəyan edərək zildəki təklifin qəbulunu xahiş ediyor:
“İslam dini alimlərinin heysiyyət və hürriyyətlərini təmin eləmək və eyni zamanda dəxi möminləri etiqad və ictihadlarında tamamilə şəri-şərifin vəz elədigi əsaslara bağlamaq üçün firqə idareyi-ruhaniyyənin ilqasını və üləmanın dəxi “ruhani” nam iməsnuyi ilə məmurun dövlətdən bir sinfi-məxsus təşkil etməməsini müvafiq görür”.
Bu təklif dəxi müttəhid –əlarayi alqışları ilə qəbul olunuyor.
12-ci iclas
Kanuni-əvvəlin 12-də axşam saət 7-də Məhəmməd Əmin Rəsulzadə cənablarının təhti-riyasətində iclas açılıyor.
Növbədəki məsələ siyasi komisyonun təklif edəcəgi maddələrdir.
Rəis Məhəmməd Əmin cənabları məramnaməyə müqəddimə təriqilə yazılmış siyasi nəzəriyyələri oxuyur və ittifaqla qəbul olunuyor.
Məruzəçi Məhəmməd Əmin cənabları ikinci məsələyə keçərək taktik və konfederasiya barəsində məruzədə bulunub Qafqasiyada yaşayan millətlər arasında mövqei-coğrafiyaca iqtisadi bir münasibət və ittihad olduğundan bəhslə Şimal təhlükəsinə qarşı dövlətlərinin nə qədər xəsavətdidə olduqlarını Qafqasiya dövlətlərinin bitərəfliyinin təmin olunması lüzumuni, bunları ayrı-ayrı təmin etmək qeyri-qabil olduğunu, iqtisadi nöqteyi-nəzərləri bir-bir bəyan edərək konfederasiya üsulinin əsasən qəbulunu təklif ediyorlar.
Əbdülvahab əfəndi – Batumun konfederasiya ixtiyarında qalıb-qalmayacağını, Ermənistanın nə nöqteyi-nəzərdə olduğunu, konfederasiya nə şərtlər üzərinə qurulacağı barəsində üç sual veriyor.
Məruzəçi cavab verərək Batumun konfederasiya əlində qalması mətlub olduğunu sair dövlətlər bu üsulu qəbul edərlərsə, Ermənistanın da bilməcburiyyə qəbul edəcəgini, şərtlərin sonra müzakirə olunacağını söylüyor.
Şəfi bəy Rüstəmbəyli – Bu halda gürcü və ermənilərin konfederasiya barəsində nə nöqteyi-nəzərdə olduqlarını bilmədigimizi, ona görə də bu halda müəyyən bir qərara gələ bilməyəcəgimizi, ruslardan ayrılmaq üçün hər bir güzəştə hazır olduğumuzu söyliyərək qonşular ilə ancaq bir etilaf yapmaq lüzumunu göstəriyor.
Yusif Ziya – Hökumətə etimadımızı və hökumətin görəcəyi işlərdən mütəzərrər olmayacağımızı söyləyib konfederasiyon tərəfdarı olduğunu bildiriyor.
Nəsib bəy Yusifbəyli – əlaqələrin şərtlərinin söylənilməsilə iclasın on gün daha uzana biləcəgini başqalarının müzakirə etməyib bir qərar çıxarmaqlarının bir dəlil olmasını biz kəndi mənfəətimizi mülahizə etməmiz lüzumuni Azərbaycan və Qafqasiya istiqlalını arzu edirsək, bir konfederasyon yapmaq məcburiyyətində olduğumuzu Mərkəzi Komitənin, fraksiyanın və hökumətin əlinə millətin mənfəətini nəzərə alacağını biz böyük bir türk aləmi təşkil etmək istər issək, türk aləmini cəzirə halında yaşayan millətləri öz nüfuzumuza tabe etməmizi və bunların da ancaq konfederasiya usulu ilə başa gələ biləcəgi bəlliyan təklifi qəbulunu arzu ediyor.
Məruzəçi, Rüstəmbəyli Şəfibəyə cavab verərək federasyon və konfederasyon nə olduğunu bəyan ilə bizim konfederasyonun bir etilafdan ibarət olduğunu söyliyor.
Sonra qanuni-əsasinin hər millətin daxili işləri üçün olduğunu qonşular ilə onsuz da aramızda etilaf vaqe olacağını, Qafqasiya yolları açıq olduğu surətdə ancaq Batumun əhəmiyyəti ola biləcəgini bəyan ilə bir xeyli dəlillər dəxi irad ediyor.
Sonra qonşu dövlətlər ilə konfederasyon degil, ancaq müvəqqət bir etilaf əqd edilməsi haqqında təklif varid oluyor, qəbul edilməyib iki-üç rəyə müqabil böyük bir əksəriyyətlə siyasi komisyonun təklif elədigi qətnamə qəbul olunur. Bunu mütəaqib Dağıstan ilə Şimal təhlükəsi həqqində dəxi birər qətnamələr təklif və qəbul olunur. Bundan sonra bir kaç təbrik teleqrafları dəxi göndərilir. (Qətnamə və teleqram layihələri qəzetəmizin keçmiş nömrəsində dərc edilmişdir).
Bədə bir qədər tənəffüs elan ediliyor və tənəffüsdən sonra Mərkəzi Komitə intixabına şüru ediliyor.
Namizədlər: 1) Məhəmməd Əmin Rəsulzadə 2) Nəsibbəy Yusifbəyli 3) Həsən bəy Ağazadə 4) Məhəmməd Həsən Hacınski 5) Şəfi bəy Rüstəmbəyov 6) Mehdi bəy Hacınski 7) Mustafa Vəkilov 8) Musa bəy Rəfiyev. Bu namizədlərdən intixabat nəticəsində yeddi əvvəlincilərin seçilmiş olduqları məlum oluyor.
İntixabatdan sonra rəis Məhəmməd Əmin cənabları qurultayın qərarlarını xülasə edərək bir nitqi-ixtinam ilə qurultayı alqışlar arasında qapıyor.
“Azərbaycan” qəzeti,
17 dekabr 1919, ¹ 346
nisf-yarı
ictihad-çalışma
şəri-şəriət qanununa müvafiq
məsnu-yaradılmış
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.- 2011.- 23 aprel.- S.24-25.