İnqilab Kərimov fenomenini açıqlama cəhdi

 

Görkəmli alim, sənətşünaslıq doktoru, professor, Azərbaycan MEA-nın müxbir üzvü İnqilab Kərimovun 80 illik yubileyi. Mən onun haqqında yazmalıyam. Hər şeyi hazırlamışam: materiallar... kağız... qələm... lazımsa.

Bir sual beynimdə hey fırlanır, mənə rahatlıq vermir ki, vermir... daha doğrusu, toparlanmağa imkan vermir: mən “İnqilab Kərimovhaqqında necə yazım? Yox, yaza bilmirəm deyə yox... Hansı formada yazım?

 geştalt psixologiyada formalaşmış nəhəng alim-şəxsiyyət

 həyat eşqi ilə daim alışıb-yanan sadə, humanist insanoğlu Bu iki keyfiyyətin bir insanda birləşməsi faktı nadir hallarda baş verir. İnqilab Kərimov da məhz bu cür nadir insanlardandır.

Anladım ki, hansı birini seçsəm, “İnqilab Kərimov fenomeni”ni tam şəkildə, sferik əhatə edə bilməyəcəyəm. Demək ki, fenomeni fenomen kimi araşdırmaq ən doğru yoldur.

 Azərbaycan teatrşünaslıq elmi yarandığı gündən milli teatr tarixinin araşdırılması onun qarşısında dayanan ən mühüm problemlərdən biri hesab olunub, teatr tariximizin təhlili istiqamətində əhəmiyyətli işlər görülüb.

 Cəfər Cəfərov, Mahmud Allahverdiyev, Qulam Məmmədli, İnqilab Kərimov, İlham Rəhimli, İsrafil İsrafilov, Məryəm Əlizadə, Aydın Talıbzadə, Nərminə Ağayeva, Vidadi Qafarov kimi teatrşünas-alimlərin dərin araşdırmalarının nəticəsi kimi meydana çıxan əsərlərtədqiqat işləri, monoqrafiyalar, xatirələr, məqalə resenziyalar Azərbaycan teatr tarixinin müxtəlif problemlərinə güzgü tutub.

Azərbaycan teatrşünaslıq elmindən danışarkən İnqilab Kərimovun adını xüsusi vurğulamaq lazımdır. Çünki İnqilab Kərimov milli teatr tarixinin professional tədqiqinin əsasını qoyan teatrşünaslardan biridir. Teatrşünas-alim İnqilab Kərimov bütün həyatını Azərbaycan teatr tarixinin araşdırılmasına həsr edib. O, hər bir tarixi faktı dərinliyinə qədər araşdırır, arxiv materialları üzərində böyük səylə çalışır, tarixi analogiya üsulu ilə teatr tariximizin faktlarının gerçək üzünü aşkarlamağa, hadisələrin əsl mahiyyətini açmağa nail olur. Azərbaycan ədəbi-ictimai fikrinin inkişafında mühüm xidmətləri olan İnqilab Kərimov görkəmli teatrşünas, böyük insan, qayğıkeş müəllimdir.

Azərbaycan teatrşünaslıq elminin inkişafı sahəsində uzun dövr ərzində ardıcıl olaraq fəaliyyət göstərmiş bu fədakar ziyalının keçdiyi çətin şərəfli yol teatrşünaslıq tariximizin salnaməsi sayıla bilər.

 İnqilab Kərimovun tarixi tədqiqat əsərlərində, demək olar ki, milli teatr tarixinin yaranma dövründən müasir dövrədək olan böyük bir zaman kəsiyi əhatə olunub. Bu əsərlər tamaşalar haqqında dolğun məlumat verməklə yanaşı, milli teatr sənətinin yaranma və inkişaf tarixinin mənzərəsini daha aydın şəkildə rəsm etməyə imkan verir. İnqilab Kərimovun teatr tarixinin ən müxtəlif problemlərinə həsr olunmuş tədqiqat əsərlərini oxuyarkən, diqqəti cəlb edən ümumi təsəvvür və mülahizələrlə yanaşı, teatr sənətinə dair bir çox maraqlı məsələlər, konkret hadisələr, ayrı-ayrı tamaşalar, aktyor sənətkarlığı, qastrol səfərləri, ideya-yaradıcılıq münaqişələri və s. haqqında qiymətli məlumat əldə edilir.

 Görkəmli teatrşünas İnqilab Kərimovun elmi-tədqiqat işlərinin əhəmiyyəti illər ötdükcə daha qiymətli olur. Unudulmaz şəxsiyyətləri, onların yaradıcılıq nümunələrini arayıb-axtarmaq da İnqilab Kərimovun elmi fəaliyyəti üçün xarakterikdir.

 Teatr tarixini izləmək, fiksasiya etmək teatrşünaslıq elminin ən mühüm funksiyalarındandır. İnqilab Kərimovun teatr tarixinin tədqiqinə həsr olunmuş çoxsaylı əsərləri yüksək obyektivliyi və elmi dəqiqliyi ilə seçilir. Onun əsərlərində teatr tariximizin ümumi mənzərəsi əks olunub. Görkəmli tədqiqatçı-alim İnqilab Kərimovun yaradıcılığında Azərbaycan teatr tarixinin fiksasiyası problemindən danışarkən onun teatr tarixini əks etdirən bir çox əsərlərinin əhəmiyyətini unutmaq olmaz .

Belə ki, o, milli teatr tarixinə, teatr sənətinin müxtəlif problemlərinə, görkəmli teatr xadimlərinin həyat və yaradıcılığına həsr olunmuş onlarla sanballı əsərin müəllifidir: “Əbdürrəhim bəy Haqverdiyev və teatr” (1975); “Nəriman Nərimanov və teatr” (1989); “Azərbaycan teatrının yaranması, təşəkkülü və inkişafı. XIX əsrin sonu – XX əsrin əvvəli” (1991); “Azərbaycan-Türkiyə teatr əlaqələri” (2000); “Azərbaycan peşəkar teatrının tarixi və inkişaf mərhələləri” (2002), “Heydər Əliyev. Sənət, sənətkarlar haqqında” (2005); “Bakı Bələdiyyə Teatrı” (2006), “Teatr: taleyin ömrümə yazdığı qismət” (2009), “Azərbaycan teatr tarixi” (2008) və s.

Milli teatrşünaslıq elmimizdə mühüm yer tutan bu tədqiqat əsərləri Azərbaycan teatr tarixinin arxeoqrafik proyeksiyasıdır. Teatrşünaslıq elminin ən vacib funksiyalarından olan memorial, mnemonik – yaddaş funksiyalarını yerinə yetirən, yüksək obyektivlik və elmi dəqiqliklə seçilən sözügedən tədqiqat əsərlərində və monoqrafiyalarda milli teatr tarixinin böyük bir mərhələsinin əhəmiyyətli hadisələri fiksasiya olunub. Milli teatr tariximizin tədqiqinə həsr olunmuş bu əsərlər çox böyük elmi dəyərə malik olmaqla yanaşı, geniş praktiki və nəzəri əhəmiyyət daşıyır. Alimin kontent analiz üsulunun imkanlarından yararlanaraq yaratdığı Səhifədəki materiallar Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi üzrə çap olunub.

Əsərlər milli teatrşünaslıq elmi mündəricəsində dərin, konseptual araşdırmalar üçün münbit zəmin yaradır. Azərbaycan milli teatr tarixinin dərin bilicisi, görkəmli tədqiqatçı-alim İnqilab Kərimovun əsərlərinin əsas göstəriciləri aşağıdakılardan ibarətdir:

 – Azərbaycan teatr tarixinin böyük bir mərhələsinin konservasiyası istiqamətində atılan mühüm addımdır;

– milli teatr tarixinin fiksasiya edilməsində əhəmiyyəti böyükdür;

 – İnqilab Kərimovun əsərləri olmadan milli teatr tarixinin hər hansı bir faktını araşdırmaq mümkünsüzdür;

 – teatr tarixinin tədrisi zamanı İnqilab Kərimovun əsərlərinin rolu danılmazdır.

Sevindirici haldır ki, 80 yaşını qeyd etdiyimiz bu görkəmli alim intensiv elmi fəaliyyətlə məşğuldur və yeni kitablar üzərində işləyir. Bu yolda ona böyük müvəffəqiyyətlər arzulayırıq.

 

 

Əliyeva Könül

 

525-ci qəzet.-2011.- 26 aprel.- S.6.