Milli mənəvi dəyərlərimiz
ulu öndər Heydər Əliyevin dühası
işığında
Müasir Azərbaycan
Respublikasının qurucusu və memarı Ümummilli lider
Heydər Əliyev cəmiyyət həyatının
ictimai-siyasi, sosial iqtisadi inkişaf strategiyasına
yaradıcısı və bilicisi olan bir dövlət xadimi
olmaqla yanaşı həm də fəaliyyət göstərdiyi
bütün dövrlərdə mili mənəvi dəyərlərimizə
böyük önəm və diqqət ayıran mili ideoloq
idi. Daha dəqiq və dürüst deyilsə “hakimiyyət və
idarəetmə ustası”nın mili (dünyəvi) dövlətçilik
siyasətinin əsasında mənəvi dəyərlərə
istinad təməl prinsipləri kimi xüsusi əhəmiyyət
daşıyırdı. Ulu öndərin bu istiqamətdəki
fikir və düşüncələri xalqımızın mənəvi
dünyasının əsas daşıyıcısına və
göstəricisinə çevrilən ayrı-ayrı mədəni
kulturoloji fakt və hadisələr bitkin və mükəmməl
məntiqi ardıcıllığa və sistemliyə hesablanan
bir konsepsiya və dövlət proqramının nəzəri
təcrübi tərkib hissələrindən biri idi.
Elm və təhsilin, mədəniyyət
və incəsənətin bir çox sahələri və
kordinal problemləri haqqında irəli sürdüyü qənaətlərində
Heydər Əliyev xalqımızın mənəvi
simasına güzgü tutan dəyərlərin təbliğini
mili ideologiyanın, bütövlükdə Azərbaycan
ideologiyasının vacib və zəruri komponentlərindən
biri olmaq şərti ilə ön plana çəkir, adı
çəkilən sahə və istiqamətləri mili
dövlətçilik məfkurəsinin başlıca tərkib
hissələrindən biri sayırdı. Mili müstəqilliyə
qovuşduğumuz çağdaş mərhələdə
hüquqi dövlət quruculuğu və idarəçiliyi cəmiyyətşünaslıq
və sosiologiya kimi sırf ictimai siyasi sferalarda Heydər Əliyev
irsinin mili mənəvi dəyərlərə söykənən
aspektləri özünün daha qabarıq və
görümlü tərəfləri ilə nəzərə
çarpır, əbədiyaşar mahiyyətini qoruyub
saxlayır.
Zaman cismani baxımdan
dövrümüzün böyük dühası Heydər Əliyevi
bizdən uzaqlaşdırsa da onun ölməz ideyaları və
tövsiyələri,dövlətçilik ənənə və
təcrübələri ilə zəngin olan siyasi irsi
xalqımız üçün bir o qədər yaxın və
doğma olur, cəmiyyətimizin inkişaf və tərəqqisinə
Azərbaycançılıq məfkurə və
ideologiyasının möhkəm dayaq və sütunlarına
çevrilmək missiyasını şərəf və ləyaqətlə
yerinə yetirir. Hələ görkəmli dövlət
xadiminin sağlığında başlanan və əbədiyyətə
qovuşduğu son 8 illik bir zaman kəsiyində Heydər Əliyev
fenomeninə artan intensiv tədqiqi və araşdırma
marağı bu gün də böyük bir vüsətlə
davam və inkişaf etməkdədir. Zənnimizcə bu cəhət
Heydər Əliyev irsinin dərin müasirlik hissi ilə
sıx bağlı olması, çağdaş inkişaf
strategiyamızla yaxından səsləşməsi ilə əlaqədardır.
Heydər Əliyevin ictimai
siyasi görüşləri haqqında çoxsaylı tədqiqatların
meydana gəlməsi məhz bu amillə izah oluna bilər. Əlbəttə
ulu öndərin dövlətçilik siyasətinin
formalaşmasında yalnız ictimai faktorlar
aparıcılıq qazanmırdı. Burada maddi mədəni
irsin, mili mənəvi dəyərlərin də məxsusi
yeri və mövqeyi nəzərə çarpacaq dərəcədə
aydın görünürdü. Bu o deməkdir ki,
konseptuallıq, monolit ictimai-siyasi zəminin
formalaşmasında Heydər Əliyev mədəni tarixi təkamülün
roluna müstəsna əhəmiyyət verməyi vacib şərtlərdən
biri hesab edirdi. Ədəbiyyat və sənətlə, teatr və
kino ilə, folklor və yazılı abidələrlə, rəssamlıq
və heykəltəraşlıqla, , musiqi və
ifaçılıqla bağlı qənaətlərində
Heydər Əliyev bir tamaşaçı seyirci təsəvvürü
yaratmırdı, o incəsənətin daxili
qanunauyğunluqlarına və inkişaf perspektivlərinə
yüksək professionallıqla yanaşan bir sənət nəzəriyyəçisi
kimi çıxış edirdi. Çağdaş mərhələdə
Heydər Əliyevin mənəvi dəyərlər təliminin
bu istiqamətinə ciddi tədqiqatlar həsr edilməsi,
monoqrafik hüdudlarda qələmə alınan
araşdırmaların mövzu predmeti seçilməsi məhz
bu amillə izah oluna bilər. Bu baxımdan Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin rektoru əməkdar incəsənət xadimi,
filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyevin
nəfis tərtibatda, orijinal tədqiqatçı mövqeyindən
yazılan “Heydər Əliyev və milli mənəvi dəyərlərimiz”
monoqrafiyası özünün münasib struktur əlamətləri,
araşdırma hədəfi seçilən problem məsələlərin
əhatə və miqyas dairəsinin genişliyi ilə diqqəti
cəlb edir. Bu monoqrafiya özündə ümumnəzəri
məsələləri ehtiva edən müqəqəddimə
əvəzi bölmədən və mili mənəvi dəyərlərin
mahiyyət və əsas estetik qayəsini təhlil və
ümumiləşdirməyi qarşıya məqsəd kimi
qoyan altı müstəqil fəsildən və kitab
haqqında rəylərdən ibarətdir.
“Heydər Əliyevin irsi
milli sərvətimizdir” adlanan başlanğıc hissədə
ümummilli liderin xalqımızın mili mənəvi dəyərlərinə
konseptual baxışı nəzərdən keçirilir,
çoxsaylı çıxışlarında
ayrı-ayrı tədbirlərdə irəli
sürdüyü mülahizələrindəki müddəa və
tezislər ümumiləşdirilərək təhlil hədəfi
seçilir. Burada monoqrafiya müəllifinin Heydər Əliyevin
mədəni həyatımızın bütövlükdə
maddi və mənəvi dünyamızın müxtəlif
aspektlərində xarakterik xüsusiyyətlərini vahid bir məcraya
yönəltməsi qabarıq nəzərə
çarpır. Belə tədqiq və yanaşma üsulu
sonrakı fəsillərdə qaldırılan problem məsələlərin
mahiyyətinə aydınlıq gətirilməsi
baxımından da əlamətdar bir funksiya
daşıyıcısına çevrilir. Monoqrafiyanın
birinci fəslində Heydər Əliyevin Azərbaycan
xalqının böyük tarixi ənənələrlə zəngin
olan mənəvi dəyərlərinə münasibəti
konkret faktlar əsasında izah və şərh edilərək
üzə çıxarılır, özünəməxsus
dini, tarixi adət və mərasimlərimizin yenidən
dirçəlişində, həyata vəsiqə
qazanmasında böyük dövlət xadiminin titanik, məqsədyönlü
fəaliyyəti təhlil müstəvisinə gətirilir. Heydər
Əliyevin ədəbi irs təliminin əsas məqsəd və
vəzifələri kitabın ikinci fəslində ətraflı
işıqlandırılır, şifahi xalq
yaradıcılığımız, folklor mədəniyyətimizin,
ayrı-ayrı möhtəşəm yazılı abidələrimizin,
ədəbiyyat tariximizdə silinməz izi olan görkəmli
klassik sənətkarlarımızın tədqiqi və təbliği
ilə bağlı verilən sərəncam və tədbirlər
silsiləsini monoqrafiya müəllifi ulu öndərin Azərbaycan
xalqının uzaq əsrləri adlayaraq günümüzə
gəlib çatan ədəbi mədəni irsə şəxsi
və dövlət qayğısının təzahürü
kimi qiymətləndirilir. Ana kitabımız olan “Kitabi Dədə
Qorqud” dastanlarının 1300 illik yubileyinin keçirilməsi
ilə bağlı Prezident sərəncamı, nüfuzlu
komissiyanın yaradılması bu tədbirin bütün
türk dünyasını əhatə etməsi, xarici ölkələrdən
səfirliklər vasitəsilə dünyanın bir sıra
ölkələrində təntənəli şəkildə
qeyd olunması Heydər Əliyevin maddi mədəniyyət
abidələrimizə , xalqımızın mili mənəvi
dəyərlərinə yüksək önəm verdiyini əyani
surətdə təsdiqləməkdədir. Belə faktları
professor Timuçin Əfəndiyev doğru olaraq Heydər Əliyevin
mədəniyyət konsepsiyasının ədəbi irsə
münasibət təliminin mühüm tərkib hissələrindən
biri kimi yüksək dəyərləndirir. Klassik irsin mili və
bəşəri duyğuları dolğun ifadə edən
nümunələrinin müasir dövrün
oxucularının diqqətinə çatdırılması
istiqamətlərindəki fəaliyyəti professor Timuçin
Əfəndiyev ədəbiyyat və sənət sahələrinə
Heydər Əliyevin ciddi münasibətinin əsas göstəricilərindən
biri hesab edərək belə qənaətə gəlir ki,
Heydər Əliyevin ədəbiyyat siyasəti onun
ümumdövlət siyasətinin əsas inkişaf istiqamətlərindən
biridir. Daha sonra müəllif Heydər Əliyevin ədəbiyyatla
bağlı təliminin əsas tərkib hissələrinin təsnifat
prinsiplərini müəyyənləşdirərək
aşağıdakı tezislər şəklində
qruplaşdırır:
Bədii ədəbiyyat (və dil)
Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin
ideya zəmini kimi Heydər Əliyev və çağdaş ədəbi
proses Heydər Əliyev və folklor (epos təfəkkürü)
Heydər Əliyev və klassik bədii irs Klassik Azərbaycan
şairi və mütəfəkkiri Nizami Gəncəvinin
yubileylərinin keçirilməsi, ədəbi-bədii irsinin
təbliği və öyrənilməsi haqqında xüsusi
qərar və sərəncamların verilməsi belə tədbirlər
silsiləsinin keçmiş ittifaq hüdudlarında daha sonra
milli müstəqillik illərində xarici ölkələrdəki
diplomatik nümayəndəliklərin xəttilə dünya
ictimaiyyətinə çatdırılması da Heydər Əliyevin
uzaqgörən ədəbi- mədəni siyasətinin əlamətdar
fakt və hadisələri kimi monoqrafiyada geniş münasibət
müstəvisinə gətirilir. Heydər Əliyevin klassikaya
münasibətini əyani təsdiqləyən faktlar kimi
monoqrafiyada foto salnamələrin geniş yer alması da bu
baxımdan əlamətdar görünür. Vaxtilə
ümumittifaq mətbuatında geniş rezonans doğuran mərkəzi
qəzetlərdə dərc olunan məşhur “Qoy ədalət
zəfər çalsın” adlı müsahibənin də
bilavasitə Nizami Gəncəvidən gətirilən bir sitat
və örnək kimi sərlövhəyə
çıxması da təsadüfi hadisə deyildi. İmadəddin
Nəsimi, Məhəmməd Füzuli , Molla Pənah Vaqif,
Hüseyn Cavid kimi klassik sənətkarlarla bağlı
gerçəkləşən dövlət sənədlərində
Heydər Əliyevin adı və imzası dayanırdı. Bunun
müasir qələm sahiblərinin
yaradıcılığına və şəxsiyyətinə
münasibətdə də özünü qabarıq əks
etdirməsi monoqrafiyada kifayət qədər
açıqlanması Heydər Əliyevin ədəbiyyat
siyasətinin möhtəşəm və miqyaslı xarakteri
barədə geniş təsəvvür
formalaşdırır. XX əsrdə yaşayıb yaradan Cəfər
Cabbarlı, Süleyman Rüstəm, Səməd Vurğun,
Mikayıl Müşfiq, Rəsul Rza, , Süleyman Rəhimov, Əli
Vəliyev, İlyas Əfəndiyev, Məmməd Araz, Xəlil
Rza Ulutürk, Elçin Əkrəm Əylisli, Anar kimi
müxtəlif nəsillərin üslub və
yaradıcılıq təmayüllərinin təmsilçiləri
olan şair və yazıçılar haqqında Dövlət
Komissiyasının sədri statusunda nüfuzlu söz, mötəbər
qənaət formalaşdığını vurğulayan
müəllifin Heydər Əliyevin ədəbiyyatla
bağlı zəngin biliyə, ona istiqamət vermək
bacarığına malik olan, çağdaş ədəbi
gedişatı vahid və fasiləsiz bir proses kim təhlil və
qiymətləndirməyə səriştəsi çatan
nadir şəxsiyyət kimi ön plana çəkməsi təbii
və inandırıcı görünür.
Əlbəttə müasir ədəbi
prosesin qayğı və problemləri də Heydər Əliyevi
daim düşündürən məsələlər
sırasına daxil idi. Azərbaycan
yazıçılarının qurultaylarında,
yaradıcılıq hesabatlarında ənənəvi hal
almış dərin məzmunlu çıxışlar, ədəbi
fakt və hadisələri özünəməxsus fəhmlə
şərh edən ümumiləşmələr monoqrafiyada
Heydər Əliyevin “ədəbiyyatın yüksək
amalı”na sədaqətin qədirşünas bir nümunəsi
kimi dəyərləndirilməsi bu mənada təbii
qanunauyğunluqdan irəli gəlir. Şübhəsiz ki, Heydər
Əliyevin ümumi mədəniyyət konsepsiyası bir nəzəri
estetik sistem kimi çoxşaxəli istiqamətləri
özündə cəmləşdirdiyindən onu yalnız bir
sahə üzrə məhdudlaşdırmaq doğru deyil
ideyasını əldə rəhbər tutan monoqrafiya müəllifi
professor Timuçin Əfəndiyev üçüncü və
dördüncü fəsillərdə milli teatr və kino sənətinin
inkişafında ulu öndərin görmüş olduğu əzəmətli
işlərin mahiyyətini, mili məfkurəni və
idealları dünyaya tanıtmaq sayəsində həyata
keçirdiyi əhəmiyyətli işləri konkret faktlar əsasında
aşkarlayır və bunu milli mədəniyyətimizin
hamisinin xalqımızın mənəvi dəyərləri
ilə qırılmaz tellərlə
bağlılığı kimi diqqətə
çatdırır. Sonuncu beşinci və altıncı fəsillər
Heydər Əliyevin rəssamlıq və musiqi ilə
bağlı düşüncələrinin estetik qənaətlərinin
təhlilinə həsr olunub. Burada da müəllif incəsənətin
bir növü olan bu sahələrin milli mənəvi dəyərləri
əks etdirməsi xüsusiyyətini diqqət önünə
çəkir. Heydər Əliyevin Səttar Bəhlulzadə,
Maral Rəhmanzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov,
Toğrul Nərimanbəyov, Oktay Sadıqzadə,
tanınmış rus rəssamı Nikas Safonovun timsalında
çağdaş rəngkarlıq sənətinin nailiyyətlərini,
Üzeyir Hacıbəyli, Qara Qarayev, Niyazi, Fikrət Əmirov,
Arif Məlikov kim qüdrətli sənət korifeylərinin əsərlərindəki
milli mənəvi dəyərlərin xalqımız
üçün iftixar mənbəyi olduğunu təsdiqləyən
müddəaların, Heydər Əliyevin çoxsaylı məruzə
və çıxışlarından seçilən
faktların təfsir və şərh olunması
monoqrafiyanın elmi siqlət və mahiyyətini əyani şəkildə
göz önünə gətirir. Bütövlükdə
professor Timuçin Əfəndiyevin “Heydər Əliyev və
milli mənəvi dəyərlərimiz” monoqrafiyası
ümummilli liderimizin xalqımızın maddi və mənəvi
irsinin məğzinə çevrilən təməl prinsiplərinin
müasir ədəbi estetik meyarlarla
araşdırılması baxımından elmi-nəzəri və
sənətşünaslıq fikrimizin nailiyyəti hesab oluna
bilər.
Oqtay Mirqasımov,
Xalq artisti ,
Professor
525-ci qəzet.- 2011.- 29 aprel.- S.4.