Azərbaycanın Kukla
Teatrı Mərakeşdəki
festivalda birincilik qazanıb
Mərakeş Krallığının Taza
şəhərində keçirilən
XII Beynəlxalq Teatr Festivalı başa çatıb. Festivala Asiya, Avropa, Afrika və Amerika qitələrindən
11 uşaq teatrı qatılıb. Azərbaycan
isə festivalda Abdulla Şaiq adına Dövlət
Kukla Teatrı tərəfindən təmsil
olunub. APA-nın
məlumatına görə,
teatrın truppası festivalda Nizami Gəncəvinin “Xeyir və Şər” tamaşası ilə çıxış edib.
Böyük maraqla qarşılanan
bu tamaşaya görə Kukla Teatrı festivalda birinci yeri qazanıb.
Teatr diplom və pul mükafatı ilə təltif olunub.Festivalda II yerə Mərakeş, III yerə isə İraq uşaq teatrları layiq görülüb.
525-ci qəzet.- 2011.- 29 aprel.- S.7.