Dillər Universitetində Tələbə Elmi Cəmiyyətinin illik konfransı keçirilir

 

Dünən Dillər Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı Tələbə Elmi Cəmiyyətinin (TEC) ənənəvi illik konfransı öz işinə başlayıb.

Tədbirdə çıxış edən Dillər Universitetin rektoru, professor Səməd Seyidov rəhbərlik etdiyi ali təhsil ocağının hərtərəfli inkişafından danışaraq bu işdə tələbələrin də böyük rolu olduğunu vurğulayıb. Rektor tədris prosesi ilə elmin bir-biriylə qarşılıqlı vəhdəti nəticəsində nəzərəçarpacaq uğurların yarandığını dedi. Dillər Universitetində yaradılan əlverişli mühit nəticəsində tələbələrin yüksək elmi vərdişlərə yiyələndiyini qeyd edən rektor tələbələrin inkişaf etməsi ilə ətraf mühitə təsir göstərdiklərini bildirib. Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasında keçirdiyi görüşdə gənclərin elmi mühitə gətirilməsi ilə bağlı çıxışına toxunan S.Seyidov Prezidentin bu məsələ ilə əlaqədar dəyərli tövsiyələr səsləndirdiyini qeyd edib. O, elmin inkişafı üçün səylərin artırılmasının vacibliyini dilə gətirib: “Elm heç bir zaman qocalmır, hər zaman mübarizdir. Bu aləmə addım atandan sonra heç kim elmdən əl çəkmək istəmir. Elm insanın daxili aləmini gözəlləşdirir. Dillər Universitetində elmli tələbələri görürüksə, savadlı və işıqlı gələcəyi olan gəncliyi görürük”.

 Səməd Seyidov jurnalistlərə verdiyi açıqlamada başqa bir məsələyə də toxunub. Rektor deyib ki, bir neçə gün öncə IV kurs tələbələrinin dövlət imtahanlarının və buraxılış işlərinin ləğvi ictimaiyyət arasında böyük səs-küyə səbəb olub: “Bu, məntiqli və dünya təcrübəsinə əsaslanan bir addımdır. Artıq imtahanların ləğvi ilə bağlı tələbələri maraqlandıran bütün narahatçılıqlar aradan qaldırılıb. Burada hətta tələbələrin ali məktəbi fərqlənmə və ya adi diplomla bitirməsi də öz əksini tapıb”. S.Seyidov elmin inkişafı üçün səylərin artırılmasının vacibliyini dilə gətirib: “Elm heç bir zaman qocalmır, hər zaman mübarizdir. Bu aləmə addım atandan sonra heç kim elmdən əl çəkmək istəmir. Elm insanın daxili aləmini gözəlləşdirir. Dillər Universitetində elmli tələbələri görürüksə, deməli, savadlı və işıqlı gələcəyi olan gəncliyi görürük”.

 Dövlət imtahanı və buraxılış işlərinin ləğvi ilə əlaqədar Təhsil Nazirliyinə edilən müraciətlərə müsbət cavab verildiyini deyən S.Seyidov ilk olaraq Dillər Universitetində gerçəkləşən bu addımın tələbələrə xeyirli olacağını digər ali məktəblərə də göstərmək fikrində olduqlarını söyləyib. S.QARAYEVA Dillər Universitetində Tələbə Elmi Cəmiyyətinin illik konfransı keçirilir Dünən Dillər Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı Tələbə Elmi Cəmiyyətinin (TEC) ənənəvi illik konfransı öz işinə başlayıb. Tədbirdə çıxış edən Dillər Universitetin rektoru, professor Səməd Seyidov rəhbərlik etdiyi ali təhsil ocağının hərtərəfli inkişafından danışaraq bu işdə tələbələrin də böyük rolu olduğunu vurğulayıb. Rektor tədris prosesi ilə elmin bir-biriylə qarşılıqlı vəhdəti nəticəsində nəzərəçarpacaq uğurların yarandığını dedi. Dillər Universitetində yaradılan əlverişli mühit nəticəsində tələbələrin yüksək elmi vərdişlərə yiyələndiyini qeyd edən rektor tələbələrin inkişaf etməsi ilə ətraf mühitə təsir göstərdiklərini bildirib. Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasında keçirdiyi görüşdə gənclərin elmi mühitə gətirilməsi ilə bağlı çıxışına toxunan S.Seyidov Prezidentin bu məsələ ilə əlaqədar dəyərli tövsiyələr səsləndirdiyini qeyd edib. O, elmin inkişafı üçün səylərin artırılmasının vacibliyini dilə gətirib: “Elm heç bir zaman qocalmır, hər zaman mübarizdir. Bu aləmə addım atandan sonra heç kim elmdən əl çəkmək istəmir. Elm insanın daxili aləmini gözəlləşdirir. Dillər Universitetində elmli tələbələri görürüksə, savadlı və işıqlı gələcəyi olan gəncliyi görürük”. Səməd Seyidov jurnalistlərə verdiyi açıqlamada başqa bir məsələyə də toxunub. Rektor deyib ki, bir neçə gün öncə IV kurs tələbələrinin dövlət imtahanlarının və buraxılış işlərinin ləğvi ictimaiyyət arasında böyük səs-küyə səbəb olub: “Bu, məntiqli və dünya təcrübəsinə əsaslanan bir addımdır. Artıq imtahanların ləğvi ilə bağlı tələbələri maraqlandıran bütün narahatçılıqlar aradan qaldırılıb. Burada hətta tələbələrin ali məktəbi fərqlənmə və ya adi diplomla bitirməsi də öz əksini tapıb”. S.Seyidov elmin inkişafı üçün səylərin artırılmasının vacibliyini dilə gətirib: “Elm heç bir zaman qocalmır, hər zaman mübarizdir. Bu aləmə addım atandan sonra heç kim elmdən əl çəkmək istəmir. Elm insanın daxili aləmini gözəlləşdirir. Dillər Universitetində elmli tələbələri görürüksə, deməli, savadlı və işıqlı gələcəyi olan gəncliyi görürük”. Dövlət imtahanı və buraxılış işlərinin ləğvi ilə əlaqədar Təhsil Nazirliyinə edilən müraciətlərə müsbət cavab verildiyini deyən S.Seyidov ilk olaraq Dillər Universitetində gerçəkləşən bu addımın tələbələrə xeyirli olacağını digər ali məktəblərə də göstərmək fikrində olduqlarını söyləyib.

 

 

S.QARAYEVA

 

525-ci qəzet.- 2011.- 29 aprel.- S.2.