Tanınmış musiqiçilərin alim davamçısı – Telman Bədəlbəyli-Ağdamski

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, kimya elmləri doktoru Telman Bədəlbəyli-Ağdamski ilə görüşümüz alimin 75 illik yubileyinə təsadüf edir. T.Ağdamski 1958-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. 1967-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (o vaxtlar Azərbaycan Pedaqoji İnstitutu) “Analitik və fiziki kimya” kafedrasında dosent, 1993-cü ildən professor vəzifəsində işləyib. 1965-ci ildə “Dehidrogenləşmə və polimerləşmə reaksiyalarında oksid katalizatorlarının tədqiqi” mövzusunda namizədlik, 1992-ci ildə “İkivalentli nadir torpaq elementlərinin tsiklopentadienil (arlonil), metalkarbonil tetrafuranat komplekslərinin sintezi, quruluşu və katalitik xassələri” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. O, fiziki kimya, qeyri-üzvi kimya qrifləri üzrə elmlər doktorudur. Onun elmi-pedaqoji fəaliyyəti bir dərslikdə, 14 dərs vəsaitində, 150-yə qədər elmi əsərdə, o cümlədən, 3 müəlliflik şəhadətnaməsində öz əksini tapır. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası kimya elmləri üzrə ekspert şurasının üzvüdür.

 

– Telman müəllim, sizin Azərbaycan kimya elminin və təhsilinin inkişafında əhəmiyyətli xidmətləriniz var. Təcrübəli mütəxəssis kimi deyə bilərsinizmi, kimya fənləri tədrisinin təkmilləşdirilməsi üçün ən vacib şərtlər hansılardır?

– İndi kimyaçı alimlərin və akademiyanın kimya profilli elmi-tədqiqat institutlarının başlıca vəzifələrindən biri elmi korifeylərimizə layiq kadrlar hazırlamaqdır. Şübhəsiz ki, uzun keçid yolu tələb edən bu prosesin başlanğıc mərhələsində məsuliyyət ilk növbədə ali məktəb kimya fakültələrinin üzərinə düşür. Tələbələrdə elmi-tədqiqat işlərinə maraq oyatmaq üçün tələbə elmi cəmiyyətləri xətti ilə konfranslar keçirmək, kimyaçı alimlərin adlarını daşıyan təqaüdlər təsis etmək və digər yollardan istifadə edilməlidir. Tədrisin keyfiyyəti eyni zamanda dərslikdən çox asılıdır. Bakalavr baza tədris proqramına uyğun dərsliklərin yazılması zəruridir. Hazırda ölkəmizdə kimya elmi və onun ayrı-ayrı sahələri çox inkişaf edib. Azərbaycan MEA kimya profilli institutlarında ali məktəblərin kimya kafedralarında fundamental tədqiqatlar aparılır. Bu sahədə elmi-texniki potensial çox güclüdür, işgüzar, bacarıqlı alimlərimiz var. Təəssüf ki, indiki şəraitdə həmin potensialdan səmərəli istifadə edilmir. Elmə olan maraq azalıb, kadrlar başqa sahələrə meyl edirlər.

Elmi-tədqiqat işlərinin koordinasiyasını yüksək səviyyəyə qaldırmaq alınan elmi nəticələrin sənayedə tətbiqinə nail olmaq lazımdır. Kimya sənayesinin vəziyyətinə gəldikdə isə, deməliyik ki, başqa sənaye sahələrində olduğu kimi, burada da durğunluq vardır. Vaxtilə Azərbaycan kimya respublikası adlandırılardı. İndi işləyən kimya müəssisələri olduqca azdır. Düzdür, bu müəssisələrin bir çox ekologiyaya ciddi ziyan vururdu onların bağlanması da zamanın tələbi idi. Bizdə neft-kimya elmi sənayesi çox inkişaf edib. Bir kimyaçı kimi mənə ağır gəlir ki, istehsal texnologiyası xeyli sadə asan başa gələn məişət kimyası məhsulları belə xaricdən gətirilir.

Hazırda hansı sahə üzrə çalışırsınız?

– Son illərdə nadir torpaq elementlərinin üzvi törəmələrinin sintezi, quruluşu, xassələrinin tədqiqi problemi üzərində tədqiqatlar aparıram. 1990-cı ildən etibarən karbon qazının işlənilməsinə dair beynəlxalq konfranslara dəvət edilirəm. Bu sahədə növbəti beynəlxalq konfrans 1999-cu ilin sentyabrında Almaniyada olub. Bu elmi məclisdə məruzə ilə çıxış etmişəm.

Bir neçə il bundan əvvəlAzərbaycan müəllimiqəzetində tələbələriniz AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Vaqif Abbasov, pedaqoji elmlər doktoru Mütəllim Abbasov kimya elmləri namizədi Almaz Abbasovanın haqqınızda yazdıqları məqaləni oxumuşdum. Onlar sizinlə qürur duyduqlarını, hər zaman unudulmayan insan olduğunuzdan söhbət açmışdılar. Ümumiyyətlə, sizi tanıyanların hamısı insani keyfiyyətlərinizdən, qəlbinizin nurunun üzünüzə çökməsindən danışırlar.

Hamısı çox sağ olsunlar. Əlimdən gələni insanlar üçün etməyə çalışıram. Amma haqqımda necə düşünürlər onu deyə bilmərəm.

Siz dəyərli alim olmaqla yanaşı, həm tanınmış nəslin yadigarısınız. Yəni xalqımızın mədəniyyəti, incəsənəti elmi sahəsində fəaliyyət göstərmiş insanların... Doğrusu, musiqiçilər nəslindən olan Telman müəllimin kimya sahəsində tanınması bizə bir qədər təəccüblü görünür...

Hələ tələbəlik illərindən bu fənnin tədqiqat sahəsinə böyük marağım olub. Akademiyanın Kimya Problemləri İnstitutunda işlədiyim zaman həm elmi, həm təcrübə toplamağa çalışırdım. Keçmiş sovetlər dövründə kimya elminə çox böyük diqqət yetirilirdi. Azərbaycanda bir sıra kimya müəssisələri, istehsalat sahələri tikilərək istifadəyə verilmişdi. Bakıda şin zavodu, şüşə zavodu, neftayırmanın ayrı-ayrı sahələri üzrə tikilən zavodlar s. ölkədə kimya elminin inkişafından xəbər verirdi. Təsadüfi deyil ki, Azərbaycanı qabaqcıl kimyaçılar respublikası kimi tanıyırdılar. Ölkəmizin təbii sərvətlərdən istifadə etmək üçün imkanları olduğu halda, komponentlər ayrı-ayrı respublika şəhərlərdən gətirilirdi. Bizim verdiyimiz səmərəli təklifə əsasən bu məsələlər öz həllini tapdı.

Şəcərəmizə gəldikdə isə əmim Bədəl bəy Bədəlbəyov 1895-ci ildə Qori Müəllimlər Seminariyasını bitirib görkəmli maarif xadimi kimi tanınmışdır. O, bir müddət Şuşada müəllim işləmiş, sonra isə Bakıya köçmüş, ömrünün sonuna qədər orda məktəb direktoru işləmişdir. Keçmiş Sovet küçəsində yerləşən həmin məktəbin binasını indi yaşlı nəsilBədəl bəyin məktəbiadlandırır. Əlbəttə, yaxşı olardı ki, burda kiçik olsa, bu ilk maarif urfançısının adı əbədiləşdiriləydi. Bədəl bəyin kiçik qardaşı atam Əhməd Bədəlbəyli Bakıda realnı məktəbdə təhsil almış Mərdəkanda müəllim işləmişdir.

Leyli Məcnunoperasının ilk tamaşasında Leyli rolunun ifaçısı Ə.Fərəcov qadın paltarı geyinib səhnəyə çıxmaqdan imtina etdiyindən Üzeyir Hacıbəyov xalası oğlu Əhməd Bədəlbəylinin yaxşı, məlahətli səsi olduğunu, nəcibliyinə görə Leyli roluna uyğun gəldiyini bilib onu teatra dəvət edir. Məlum olduğu kimi o, 1908-ci ildən – 1920-ci ilə qədər bütün opera operettalarda qadın rollarının misilsiz ifaçısı olur. Aktyor bir tərəfdən operalardaSegah”, “Şahnaz”, “Qatar” başqa muğamların, digər tərəfdən operettalardakı rollarda vokal ifaçısı kimi məlahətli səsi, səhnə mədəniyyəti ilə az müddətdə böyük şöhrət qazanır. O dövrdə səhnəyə çıxaraq, xüsusilə qadın rollarını ifa etməyin dərəcədə çətin qorxulu olduğu oxuculara yaxşı məlumdur. Lakin bununla belə o, bu yoldan çəkilməyib, bütün varlığı ilə milli teatr sənətimizin yaranması inkişafı yolunda canından, qanından belə keçməyə hazır olmuşdur.

90 yaşlı Ağdamski soyadı, göründüyü kimi, teatr salnaməmizlə bağlıdır biz övladları bu soyadı fəxrlə daşıyırıq. Qeyd edim ki, atamdan sonra bu ailədən dahi iki teatr xadimi çıxmışdır. Bədəlbəyin övladları – ilk milli baletimizin müəllifi, görkəmli incəsənət xadimi, bəstəkar, rejissor, musiqi tədqiqatçısı, bir neçə liberetto müəllifi kimi tanınan Əfrasiyab Bədəlbəyli müqtədir sənətkar, görkəmli rejissor Şəmsi Bədəlbəyli.

Mənim ulu babam (atamın babası) Ələkbər bəy Əliverdibəyov Xan qızının (Xurşudbanu Natəvan) sarayında işləyib, dövrünün tanınmış, qabaqcıl ziyalılarından olub. Onun övladlarından üç nəfərini göstərmək istərdim: oğlu Ağalar bəy, qızları Şirin Əzizə. Şirin xanımın övladları Zülfüqar, Üzeyir, Ceyhun Hacıbəyovlar. Əzizə xanımın isə övladları Bədəl, Mahmud, Əhməd Bədəlbəylilərdir. Ağalar bəyin övladları isə bəstəkar Nazim dirijor Kazım Əliverdibəyovlardır. Qeyd etməliyəm ki, musiqi istedadı bu nəslə ana tərəfdən gələn istedad kimi qəbul edilməlidir. Çünki, bir bacının (Şirin xanımın) oğlu Üzeyir Hacıbəyovmilli professional musiqimizin opera operettalarımızın yaradıcısı, ikinci bacının (Əzizə xanımın) nəvəsi Əfrasiyab Bədəlbəyli – ilk milli baletimizin müəllifidir... yaxud dünya şöhrətli musiqiçilər, görkəmli dirijor maestro Niyazi Şirin xanımın nəvəsi, məşhur pianoçu Fərhad Bədəlbəyli Əzizə xanımın nəticəsidir.

Azərbaycanda ilk ali musiqi məktəbi olan konservatoriyanın təşkilatçısı uzun illər rektoru Ü.Hacıbəyov olmuş, son illərdə bu vəzifədə uğurla işləyən Fərhad Bədəlbəylidir.

Bizim evə sənət adamları teatr musiqi xadimləri tez-tez gələrdilər. Seyid Şuşinski, Əhməd Bakıxanov, İsmayıl Dağıstanlı, Qaflan Muradov, Yavər Kələntərli, Cahan Talışinskaya, rayona qastrola gələn teatr kollektivlərinin üzvləri qonağımız olardılar. Unudulmaz günlər idi. O illərin şirin dadı həyatımızın, mənəvi dünyamızın mayasıdır. Çox təəssüf ki, bu tanınmış nəslin ata ocağı indi namərd düşmənlərin tapdağındadır. Yəni haqqı olanların Şuşaya əli çatmaması dünyaya sığmayan ədalətsizlikdir. Heç şübhəm yoxdur ki, Azərbaycan xalqı özünün mədəniyyət məkanını murdar xislətli düşməndən azad edəcək.

 

 

Zəkurə QULİYEVA

 

525-ci qəzet.- 2011.- 6 avqust.- S. 24.