Əyyub
MƏMMƏDOV
ELMAN ƏLİYEVİN
ELMİ KƏŞFLƏRİ HAQQINDA BİR NEÇƏ
SÖZ
Telman Əliyev Ukrayna İnşaat
Akademiyasının Beynəlxalq Ekoenergetika
Akademiyasının və Lütfizadə adına Beynəlxalq
Elmlər Akademiyasının akademiki, texnika elmləri doktoru, professorudur. 120-dən çox
elmi məqalənin, 17 kitabın, 15
faydalı modelin, 10-dan çox
ixtiraya alınmış patentin
müəllifidir. Çoxlu sayda Beynəlxalq konqreslərdə elmi məruzələrlə
çıxış edib və
qızıl medallar alıb. Texniki Universitetin inşaat mexanikası kafedrasında çalışır.
Mən Telman müəllimi orta məktəb illərindən
tanıyıram. O, çox
çalışqan, həmişə axtarışda olan şagird idi. Orta məktəbi əla
qiymətlərlə bitirib, o vaxtkı Politexnik İnstitutuna daxil oldu. Telman Əliyev institutda təhsil alanda özünün fitri
istedadını tezliklə göstərməyi bacardı. O, dərin
müşahidə qabiliyyətinə malik
idi və gördüyü
faktları məntiqlə mənalandırmağı
bacarırdı. O, insan portretini
sözlə yaratmağı ustalıqla əxz edib.
Böyük pedaqoq Tələt Əfəndiyev
haqqında yazdığı “Polad necə
əridi”, hüquq elmimizin
korifeyi Məmməd Xələfov
haqqında yazdığı “Haqqa qovuşan insan”, dahi müğənnimiz Xan
Şuşinski haqqında
yazdığı “Ömürlük səs,
ömürlük sənət”, Üzeyir bəy dühası haqqında yazdığı
“Musiqişünaslıq elmimizin
akademiyası” əsərləri böyük
dəyər kəsb edir. Elm
ilə məşğul olan insanlar, elm adamları ilə
ünsiyyət saxlayan ziyalı təbəqə
Telman Əliyevi çox
yaxşı tanıyır. O, dünyanın sayılıb-
seçilən alimlərindən biridir.
O, hələ ali məktəbdə təhsil
alarkən fitri istedadı və geniş fəlsəfi təfəkkürünə
malik olması ilə diqqəti cəlb etmişdi. Bu keyfiyyətinə
görə hələ tələbə ikən ona Azərbaycanın Lomonosovu
deyirdilər. Böyük intellekt
sahibi akademik Telman Əliyev “Dünyanın 500 Elmi Lideri”
nominasiyasının qalibi ordeni
ilə təltif olunub. Amerikada elmin,
elm adamlarının qədrini bilənlər
bu təltiflə kifayətlənməmiş,
Telman müəllimi 2004-cü ildə
“Dünyanın intellektual lideri”
qızıl medalına da layiq
görmüşlər. 2003-cü ildə Telman
müəllim “Amerikanın qüdrəti” ordeninin
təsis üzvü seçilir,
2005-ci ildə isə adı Amerikanın “Şöhrət
salonu” üzvlərinin sırasına
yazılır. Professor Telman
Əliyev dünyada iki
elmi kəşfin müəllifidir. 1. “Təbiətinin
qadağan qanunları və
ölümqabağı gümrahlaşmanın sirri”. 2. “Canlılarda müxtəliflik hadisəsi
və onun sirrinin
açılması” Bu iki
kəşf “Elm” nəşriyyatında çapdan çıxmış “Ölümönü canlamanın və Aləmdə
müxtəlifliyin sirrinin
açılması” kitabında qeyd olunub. Kitab haqqında
respublikamızın elm xadimləri,
tanınmış ziyalılar dərin və ətraflı
fikirlər söyləmişlər. O, dünyəvi alimdir. Kitabda
tanınmış elm adamlarının kitab haqqında və ümumilikdə Telman müəllim haqqında
yazılmış fikirlərini oxuduqca
düşünürsən ki, nə
yaxşı Azərbaycan elmini dünyaya tanıtdıran Telman
müəllim kimi fəxr ediləsi bir alimimiz var.
Kitabın maraqlı cəhətlərindən biri
də odur ki, Telman müəllim öz
qənaətləri ilə dünya alimlərinin
apardığı elmi araşdırmalar
arasında təhlil aparmağı bacarır. Məsələn
akademik Semyonov onun öz elmi
kəşflərinin təsadüf nəticəsində etməsilə
əlaqədar olaraq belə fikir bildirir: “Tətiyə
təsadüfən toxunula bilər, ancaq gərək patrondaşda
patron olsun ki, atəş açılsın”. Telman müəllim hər iki
ixtirasının təsadüfən əmələ gəlməsinin
geniş izahını verir
və eyni zamanda sübut edir ki, planlaşdırılmış şəkildə
ixtira etmək mümkün
deyil. Bu barədə dünya alimlərinin fikirləri sübut edir ki, kəşflər təsadüfən baş verir, digər elmi yaradıcılıqdan fərqli olaraq kəşfi planlaşdırmaq, onun nəticəsini öncədən görmək
olmaz. Bu fikrin çox qədim tarixi mənbələri var.
Elmi kəşflərin təsadüfən
yaranması haqqında çoxlu misallar göstərmək olar.
Məsələn dahi fizika
alimi İsaak Nyutonun elmi kəşfləri
– qanunları təsadüfən yaranıb. Telman müəllimin kəşfi
təsadüf nəticəsində etməsilə bağlı
akademik Semyonov “gərək
patrondaşda patron olsun ki, atəş
açılsın” –deməklə bildirmək istəyir ki, həm təsadüfi, həm də
planlı iş üçün
gərək düşünən beyin olsun. Əgər düşünən beyin varsa, hər şeyi həll etmək olar.
Telman Əliyev apardığı
müşahidələr və araşdırmalar zamanı bu qənaətə gəlir ki,
insan yol verilən
müəyyən enerjidən istifadə edə bilər, qalan enerji toxunulmazdır.
Söhbət insandan gedirsə, onda enerji üç
hadisədən ibarətdir: 1) Orqanizmin
böyüməsinə, inkişafına sərf olunan enerji (25 yaşa kimi); 2) Orqanizmin yaşamasına sərf olunan enerji; 3) Azad sərbəst enerji. Telman müəllimin apardığı elmi araşdırmalar və alınan elmi kəşflərə görə belə
nəticəyə gəlmək olar ki, hər iki kəşf əsaslanmış
məntiqi araşdırmalara cavab verir. Telman müəllim çox yüksək intellektual
qabiliyyətə malik olan
elm adamıdır. Elə tək bu kitabı yazmaqla sübut edir ki, o, kimdir.
Bu kitabda
yazdığı elmi fikirlər,
apardığı elmi araşdırmalar,
kəşflər bir daha
Telman Əliyevin kimliyini
göstərdi. Telman müəllimin kəşflərindən
biri “təbiətin qadağan
qanunları və ölümqabağı
gümrahlaşmanın sirri” digəri isə
“canlılarda müxtəliflik hadisəsi və onun sirrinin
açılması” adlanır. Bu iki kəşf Azərbaycan elmi
üçün yeni
– bu günə kimi
öyrənilməmiş sahədir. Müəllif
çox maraqlı metodologiya
üsulu ilə təbiətdə hökm sürən qadağa
qanunlarını öyrənib qaydaya
salmış, yəni sistemləmiş, onlardan
məntiqi təhlil üsulu ilə elmi nəticə çıxarmış və
qarşıya qoyduğu elmi
araşdırmaların həllini tapmışdır. Əslində
təbiətin qoyduğu qadağaları
insan heç vaxt poza bilməz. Lakin insan yol
verilən enerjidən istifadə edə bilər, qalan enerji isə
toxunulmazdır. Mən 20 ildən çoxdur
ki, “ahıl və qoca
yaşlarda qarın boşluğunun
kəskin cərrahiyyə xəstəliklərində müasir taktika” mövzusunda doktorluq
dissertasiyası üzərində elmi
araşdırmalar aparıram. Müşahidəmdə 354
ahıl və qoca xəstə olub. Adətən ahıl və qoca yaşlarda “ölümönü canlanmanın” olması
hadisələrini çox müşahidə
etmişəm. Telman müəllim bir sirrin
açılmasına məntiqi təhlil üslubunu
tətbiq edərək çox böyük elmi kəşfin
yaranmasına səbəb olub. Bu məntiqi təhlil belə nəticə hasil edir:
ölümqabağı gümrahlaşma
(ölümönü canlanma)
– ölümönü göstərilən
enerji üzərində qadağaların
götürülməsidir. Nəticədə əldən düşmüş, bütün
enerjisi tükənmiş xəstə insan birdən-birə dirçəlməyə,
gümrahlaşmağa başlayır. Belə
bir canlanma təbiət
tərəfindən qadağa qoyulmuş toxunulmaz enerjinin üzərindən qadağanın
götürülməsi nəticəsində baş
verir. İnsan
canlanır, nura qərq olur
və qısa zaman kəsiyində ömrünü başa vurur. Son vaxtlar
orqanizmdə olan enerji
haqqında bilməyərəkdən fikirlər söylənilir,
27.03.2011-ci il tarixdə “ovqat”
verilişinin qonağı olan
çox hörmətli dramaturq,
yazıçı Əli Əmirliyə aparıcı belə
bir sualla müraciət
etdi: “Siz 20-dən çox dram əsəri
yazmısınız, ancaq son
vaxtlar az
yazırsınız. Bu, nə ilə əlaqədardır? Əli müəllimin
cavabı belə oldu- Mən ömrümün 63-cü baharını
yaşayıram, şübhəsiz 63 yaşımda olan enerjim – 40
yaşımda olan enerjim
kimi deyil. Əgər bu enerji azalıbsa, deməli
yeni dram əsərləri,
roman və povestlərin yazılmasında
azalıb”. Əslində insan yaşa dolduqca orqanizmdə
olan enerji də
azalır. Bu, Telman Əliyevin
kəşfində olan ikinci
“orqanzimin yaşamasına (salamat
saxlanılmasına) sərf olunan enerji” fikrinə tam uyğundur. Telman müəllim
unikal insandır, sədaqətli dost, mütəfəkkir ziyalı, gözəl
alim, gözəl ailə
başçısı, həm də əsl şəxsiyyətdir.
Professor Telman Əliyev
öz kəşflərilə elmə təkanverən
yeniliklər gətirmiş və daha yeni problemlərin həllinə şərait
yaratmışdır. Professor Telman Əliyev bu elmi kəşfilə Azərbaycan elmini yüksəklərə qaldırıb. Mən
Ukrayna İnşaat
Akademiyasının və L.Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının akademiki, professor Telman Əliyevi Azərbaycan Milli
Elmlər Akademiyasının akademikləri sırasında
görmək istərdim. Çünki o, buna layiqdir.
Əyyub MƏMMƏDOV,
Tibb elmi üzrə fəlsəfə
doktoru.
Respublikanın əməkdar həkimi.
525-ci qəzet.- 2011.- 27 avqust.- S.
28-29.