Azad iqtisadiyyatın sağlam
təməli
AZƏRBAYCANDA İQTİSADİ
İNKİŞAF YENİ SFERADA DAVAM EDİR
Keçmiş
sovetlər ittifaqının dağılması ölkələrdə
mövcud iqtisadi fəaliyyət mexanizmlərinin və idarəetmə
sistemlərinin pozulması, respublikalararası və müəssisələrarası
iqtisadi əlaqələrin kəsilməsi nəticəsində
dövlət mülkiyyətində olan müəssisələrin
səmərəli idarə edilməsi sahəsində ciddi
problemlər yaranmışdı. Həmin illərdə
dövlət müəssisələrinin maliyyə-iqtisadi
göstəriciləri kəskin surətdə aşağı
düşmüş, müəssisələrdə iş yerlərinin
bağlanması işsizlik probleminin yaranmasına səbəb
olmuşdu. Satış bazarlarının itirilməsi, xammal mənbələrinin
əlçatmazlığı əksər dövlət
müəssisələrinin iflası ilə nəticələnmişdi.
Belə bir şəraitdə iqtisadiyyatın bütün sahələrində
əsaslı islahatların və struktur dəyişikliklərinin
aparılması zəruriliyi ulu öndər Heydər Əliyev
tərəfindən irəli sürüldü. Onun təşəbbüsü
altında “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə
dövlət mülkiyyətinin özəlləşdirilməsinin
Dövlət Proqramı”ı hazırlandı. İqtisadi
islahatlarda xüsusi rolu olan özəlləşdirmənin
qarşısında iqtisadiyyatın
liberallaşdırılması, xüsusi mülkiyyətçilər
təbəqəsinin və azad sahibkarlığın
inkişaf etdirilməsi, iqtisadiyyatın strukturunun yenidən
qurulması və rəqabət mühitinin formalaşdırılması,
müəssisələrə sərmayələrin, o cümlədən
xarici investisiyaların cəlb edilməsi, iş yerlərinin
açılması, əhalinin həyat səviyyəsinin və
sosial rifahının yaxşılaşdırılması kimi
məqsədlər qoyuldu. I Dövlət Proqramı çərçivəsində
həyata keçirilən özəlləşdirmə tədbirləri
bazar təsərrüfatçılığı sisteminin
formalaşmasında da mühüm rol oynayıb. Bu baxımdan
özəlləşdirmə sahəsində dövlət
siyasəti iqtisadi siyasətin digər müvafiq istiqamətləri
ilə sıx əlaqələndirilib. Dövlət əmlakının
özəlləşdirilməsinin birinci mərhələsi
artıq başa çatıb və “Azərbaycan
Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin
II Dövlət Proqramı”nın həyata keçirilməsinə
başlanılıb.
İnvestisiyalar üçün
əlverişli ölkə
Azərbaycanda investisiyaların ümumi həcmi 80 milyard dolları keçib. Bu, Azərbaycanın investisiya
cəlbediciliyinin göstəricisidir.
Azərbaycan investisiyaların həcminə görə,
MDB ölkələri arasında
ən yaxşı göstəricilərə malik
ölkələrdən biridir.
Belə investisiya cəlbediciliyinin
əsasında uzun illər boyu davam edən düşünülmüş siyasət dayanır.
Azərbaycanda siyasi sabitlik
hökm sürür.
Dünya
maliyyə böhranına
baxmayaraq, Azərbaycanda
iqtisadi artımın davam edir. Neft gəlirləri məqsədəuyğun
şəkildə istifadə
olunur. Bütün bunlar ölkə
iqtisadiyyatının atributlarına
çevrilib. Azərbaycanın investisiya cəlbediciliyinin
daha bir göstəricisi səmərəli
biznes-mühitin yaradılmasıdır.
Bu günədək 42 ölkə ilə investisiyaların müdafiəsi
haqda saziş imzalanıb; daha 23 ilə müzakirələr
aparılır. İkiqat vergidənyayınma
haqda saziş 40 ölkə ilə imzalanıb, 14 ölkə
ilə müzakirələr
aparılır. Azərbaycan
iqtisadiyyatının investisiya
prioritetlərinə gəlincə,
bunlar arasında qeyri-neft sektorunun, infrastrukturların inkişafını,
yol tikintisinin davam etdirilməsini, kənd təsərrüfatı
sektorunun, İT sektorunun,
turizmin, alternativ enerjinin, logistik mərkəzlərin və
anbarların yaradılmasını
və s. qeyd etmək olar.
Gələcək nəsillər üçün
sərmayə
Bu gün Azərbaycan
dünya miqyasında qaz ixracatçısı kimi tanınır. 1990-cı illərin ortalarından başlayaraq, Xəzər regionu özünün karbohidrogen ehtiyatlarına görə yenidən dünyanın aparıcı
dövlətlərinin diqqət
mərkəzinə çevrilib.
ABŞ, Böyük Britaniya kimi ölkələrin transmilli
neft şirkətləri
Xəzər regionuna gəlib və onlarla neft sazişi
imzalanıb. İlkin variantda
yalnız Azərbaycanla
imzalanmış “Əsrin
müqaviləsi”nə on milyard
dollar sərmayə qoyuluşu
nəzərdə tutulurdu.
Xəzər hövzəsində
“Şahdəniz”, “Kaşaqan”,
“Xvalın” kimi nəhəng neft-qaz yataqlarının açılması,
“Azəri-Çıraq-Günəşli”
meqastrukturunun böyük
resurslara malik olması, ehtiyatda yüzlərlə perspektivli
strukturun qalması regiona marağı daha da artırdı.
“Bakı-Tbilisi-Ceyhan” və “Bakı-Tbilisi-Ərzurum” boru kəmərlərinin çəkilməsi isə
regionu bütün dünyada neft-qaz biznesinin əsas mərkəzlərindən birinə
çevirdi.
Neft-qaz regionunun
strateji əhəmiyyəti
bir tərəfdən
cəm olunan karbohidrogen ehtiyatlarının
həcmi – nəhəng
və böyük yataqların sayı ilə ölçüldüyü
kimi, digər tərəfdən regionun yerləşdiyi geosiyasi məkanla ölçülür. Bu nöqteyi-nəzərdən, bir
neçə nəhəng
yataqda cəm olunmuş böyük ehtiyatlara malik Avropa və Asiyanın bazarlarına eyni dərəcədə
yaxın olan Xəzər regionu əhəmiyyətli strateji
mövqeyə malikdir.
Dünyanın aparıcı ölkələrinin
və transmilli neft şirkətlərinin
dəstəyi ilə regionda Bakı – Tbilisi-Ceyhan” və Bakı-Tbilisi –Ərzurum kimi nəhəng beynəlxalq layihələrin
reallaşması bunu bir daha təsdiq
edir.
1994-cü
ildə Azərbaycanın
dünyanın böyük
neft şirkətləri
ilə “Əsrin müqaviləsi”nin imzalanması qurulan müstəqil dövlətin
tarixi uğuru idi. Bu, eyni zamanda Azərbaycanın dünya inteqrasiyasında fəal iştirakı üçün əlverişli
imkanların yaradılması
demək idi. Ümummilli lider Heydər Əliyev sübut etdi ki, Azərbaycan
suveren dövlət kimi öz təbii
sərvətlərinin sahibidir.
Ötən il Azərbaycanda bütövlükdə
50,7 mln. ton
neft və 26 mlrd. kub.m
qaz hasil olunub. Nəticədə,
1997-ci ilə nisbətən
neft hasilatı 5,6 dəfə, 2004-cü ilə nisbətən qaz hasilatı 5,2 dəfə artıb. Ölkədə istehsal olunan
təbii qazın həcmi sürətlə
artmasından və yeni böyük yataqların kəşf olunmasından sonra qazın nəqli ilə bağlı müzakirələr daha da intensivləşib.
Son vaxtlar region ölkələrinin gündəmində
olan məsələlərdən
biri də Xəzər qazının
Avropaya hansı marşrutla nəql olunacağı ilə bağlıdır. Bu gün
Avropanın istehlak etdiyi enerjinin 70%-i kənardan idxal olunur, 2013-cü ildə isə Avropanın istifadə edəcəyi qazın 85%-dək hissəsi xaricdən alınacaq və bu baxımdan
Avropa bazarında həm Azərbaycan, həm də digər ölkələrin
qazı üçün
satış imkanları
yüksələcək.
Azərbaycan ərazisi ilə
2020-2025-ci illərdə 50-55 mlrd. kubmetr həcmində qazın nəql olunacağı gözlənilir.
Böhrandan etibarlı sığorta
Azərbaycan müstəqilliyini qazandıqdan
sonra bazar iqtisadiyyatına keçidlə
əlaqədar iqtisadiyyatın
bütün sahələrində
olduğu kimi bank sistemində də libarxal islahatlara başlandı. İslahatların ilkin mərhələsində
dövlət banklarının
restrukturizasiyası və
sağlamlaşdırılması tədbirləri həyata keçirildi, özəl
bank sisteminin institusional
formalaşması təmin
edildi. Bu mərhələdə kapitalla
bağlı aşağı
tələblər, sistemə
daxil olmaq üçün son dərəcədə
liberal şərtlər müəyyən
olundu və bank fəaliyyətini tənzimləmək
üçün yumşaq
tənzimləmə alətləri
tətbiq edildi. Bu proseslərin nəticəsində
bank sistemi institusional olaraq genişlənməyə
və özəl bankların sayı artmağa başladı.
1996-cı ildən etibarən isə minimal kapital tələbinin mərhələli şəkildə
artırılması kiçik
bankların birləşməsinə
və bağlanmasına
səbəb oldu.
Bank islahatlarının növbəti mərhələsində,
2000-ci ildən başlayaraq
həyata keçirilən
özəl bankların
intensiv sağlamlaşdırılması
tədbirləri bank sisteminin
davamlılığının möhkəmlənməsinə və maliyyə vasitəçilik funksiyasının
yaxşılaşmasına mühüm şərait yaratdı. Özəl bankların minimal kapital tələbinin Mərkəzi Bank tərəfindən
ardıcıl artırılması
və konsolidasiya prosesinin təşviqi özəl bank sisteminin kapital bazasını möhkəmləndirdi, bank sisteminin
iriləşməsini təmin
etdi. Bank sisteminin bütün istiqamətləri üzrə
həyata keçirilən
radikal islahatlar və institusional inkişaf nəticəsində
sektorda dərin kəmiyyət və keyfiyyət dəyişiklikləri
baş verib. İslahatların ən ümumi
nəticəsi həm
maliyyə sabitliyi parametrlərinə, həm
risk menecmenti təcrübəsinə,
həm də xidmətlər spektrinə
görə beynəlxalq
standartlara tam uyğun
bank sisteminin formalaşmasıdır.
Sektora əmanət
qoyuluşunu stimullaşdırmaq
və əhalinin sektora etibarını artırmaq məqsədilə,
2007-ci ildə əmanətlərin
sığortalanması sistemi
yaradıldı. Bank-maliyyə
sektoru uğurla həyata keçirilən
inkişaf və modernizasiya strategiyası, həmçinin böhranqabağı
preventiv idarəetmə
və “maliyyə immunizasiyası” tədbirləri
nəticəsində 2008-ci ildən başlayan qlobal böhranla qarşıdurmada kifayət
qədər dayanıqlılıq
nümayiş etdirərək
öz müvazinətini
itirmədi. Böhranın kəskinləşdiyi dövrdə
isə reallaşmış
əlavə tədbirlər
nəticəsində bu
hazırlığın daha
da güclənməsi
ölkədə maliyyə
sabitliyinin etibarlı qorunmasına şərait
yaratdı. Beləliklə, Azərbaycan bank sistemi qlobal böhranı yüksək kapitallaşma
səviyyəsi, maliyyə
ehtiyatlanması və
likvidlik göstəriciləri
ilə qarşıladı.
Azərbaycanın uğurlu iqtisadi inkişafı beynəlxalq
qurumların da hesabatlarında əks olunub. Azərbaycan Dünya
Bankı (DB) və Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) “Doing Business 2011: “Sahibkarlıq üçün
şəraitin yaxşılaşdırılması”
birgə hesabatının
nəticələrinə əsasən,
sahibkarlıq fəaliyyəti
üçün əlverişli
şərait reytinqində
183 ölkə arasında
54-cü yeri tutub.
Qeyd edilməlidir
ki, son illər ölkəmiz beynəlxalq
reytinqlərdə öz
mövqelərini yaxşılaşdırmaqda
davam edir. Bu göstəricilər Azərbaycan
iqtisadiyyatının inkişafından
xəbər verir.
Ülkər Nəbiyeva
Yazı İqtisadi İnkişaf Nazirliyi tərəfindən “Milli iqtisadiyyatımız:
uğurlar və perspektivlər” mövzusunda
KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq
müsabiqəsinə təqdim
edilir.
525-ci qəzet.- 2011.- 27 avqust.-- S. 12.