75 YAŞIN
TÖHFƏLƏRİ
Bu günlərdə
yazıçı-dramaturq, həyatının 50 illini dövlət qulluğuna
həsr eləmiş Aqşin Babayevin anadan
olmasının 75 illiyi tamam
oldu. Jurnalist, şair, pedaqoq, II dərəcəli
dövlət müşaviri, əməkdar
jurnalist, filologiya elmləri
doktoru, professor-onun fəaliyyətini
və yaradıcılığını bir
titul, ya da bir neçə ad ilə əks etdirmək mümkün
deyil. A.Babayev 30-dan çox kitabın, onlarca radio və teatral pyesin müəllifidir. Ölkəmizdə və onun xaricində oxucuların məhəbbətini qazanmış
elm və ədəbiyyat
xadimi A.Babayev bu gün də
özünün bəhrəli
yaradıcılıq yolunu
davam etdirir. Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin
“Sənətşünaslıq” fakültəsinin “Ədəbi
yaradıcılıq və
ekran dramaturgiyası” kafedrasına rəhbərlik
edən hörmətli
professoru bu təhsil ocağının
Elmi Şura zalında təbrik edən Universitetin rektoru, professor Timuçin
Əfəndiyev ona tər çiçək
dəstəsi təqdim
etdi, uzun ömür, yaradıcılıq
uğurları arzuladı.
Sevindirici haldır ki,
Aqşin Babayevin əlamətdar yubileyi ərəfəsində onun
“Nazim Hikmət qalaktikası” adlı elektron kitabı nəfis tərtibatla işıq üzü görmüşdür. 100-dən artıq fotoşəkillərin
yer aldığı bu kitabda A.Babayevin
Nazim Hikmət haqqında xatirələri,
şairlə yaradıcılıq
və dostluq əlaqələri olmuş
sənət xadimləri
barədə portret oçerklər, habelə
müəllifin Nazim Hikmətə həsr etdiyi elmi məqalələrdən
seçmə nümunələr
verilmişdir. Elektron kitabın
tərtibçisi Gündüz
Babayev, redaktoru Sevda Əlibəyli, ön sözün müəllifi Azər Turan, rəssamı Törə Ağabəyovadır.
İntiqam
525-ci qəzet.- 2011.- 1 dekabr.- S.7.