ORALARDA KİMLƏR VAR: BİR TÜRK MİZAHÇISI NEYZEN TEVFİK (1879-1953) VƏ YAXUD BİZİM AZƏRİCƏDƏ NEY

 

Mizah ustası vəTürkiyədə ən gözəl ney ustalarından biri kimi tanınan Tevfik Neyzen özünü belə tanıdır:

Bodrumda dünyaya gəldiyim zaman birisi əyilib qulağıma yer üzündə məni gözləyən bəlaların və aqibətlərin sayını pıçıldasaydı bəlkə, həmən yerimə qayıdardım.Fəqət eyni zamanda iki təsirli şey mənə bundan vaz keçməmdə əlimdən tutardı.Birisi: anamın və atamın gözəl üzlərindəki riyasız,məsumluq ifadəsi,ikincisi isə Ege dənizini doğumumdan başlayaraq ruhumu qucaqlayan nazlı və pıçıltılı yaşıl ənginliyi” – deyən Neyzen Tevfik nənəsinin kökü Bavranını Qolay qəsəbəsinə dayanır.

Dədəsi Bafra camisi İmamı Hafiz Mustafa əfəndi.

Atası müəllim, Hafiz Həsən Fəhmi Əfəndi.

Neyzen Tevfik Qolaydakı əqrabaları İbicoğulları deyə tanınır.

Həsən Fəhmi əfəndi və Əminə xanımın evliliyindən üç uşaq dünyaya gəlir: Şəfiq,Ayşə Behiyə və Tevfik.

Ta əzəldən həssas, bütün şeylərə qarşı çox duyarlı olan və qədərin yorumsuz axışında, hətta ziddinə olan şeylərə belə həssaslıqla yanaşan, hər şeyə baş qoşmamaq kimi bir keyfiyyətə malik,heç kimsəyə və heç bir şeyə eyvalah etməyən bir görümü olan Neyzen Tevfikdəki bu keyfiyyətlər onu uşaqlıq illərində daha sarsılmağa başlamış və silkələmişdir.

Bir zamanlar Neyzen Tevfiklə oturub-duran,sonralar təqaüddə olan kapitan Muhiddin Qutbay Neyzən Tevfik uşaqlıq illərini belə anlatmışdır:

Yeddi yaşımda aydın bir yaz gecəsi, axşam yeməyindən sonra atamla bərabər Təpəcik kafesi deyilən kafedə və Bodrumda adamların tünlük yeri olan dəniz kənarındakı kır kafesində dincəlməyə getmişdik. Buralar gəmilərlə dövrələnmiş və qaba həsirlərlə döşənmiş bir meydancıqdı. Son əsrin Osmanlı donanmasında ləvəntlik eləyən, yüz otuz yaşında bir qoca da aralarında qəsəbə əhalisi bu kafelərə toplaşar, mehtabın genişliyində dalğaların şırıltılarını seyr edə-edə danışar,dərdləşərlərdi.O gecə dəniz ayın gümüşü işıqları ilə pırıl-pırıl yanan bir gecə idi.Dekabrda oturduğumuz yerə yaxınlaşan iki gölgə üzlərində Eşqi- Xüda parlayan, iki xəyali qərib bizi salamlayaraq bir küncdə oturdular. Onlardan biri bir az sonra ney üfləməyə başladı.Yanındakı dostu da yanıqlı və gözəl bir səslə ara-sıra qəzəl oxuyurdu.

Mən atamın dizinin dibində uşaq ruhumun qüdrətiylə, diqqətlə qulaq asırdım,bu neyi dinləyirdim.Dinlədikcə də, Allahü Aləm- heçanlamadan özümdən getmiş kimi olmuşam.O gecə Ege dənizinin cavidan dekoru içində mənliyimi sarsan o lahuti səsdir ki,məni bugünkü dərbədər, nə aradığı, nə istədiyi bilinməz, bəzən Əflatunla bir olmaq iddiası qədər ağıllı,çox kərə də meyxanələrə iltica edəcək qədər bədməst Neyzen Tevfik oldum.”

O gündən sonra Neyzendə o səsi arayıb tapmaq və tədricən özünü gözləyən aqibətə doğru öncə çox çəkingən, sonralar isə mühüm addımlarla yürümək bir qayə olmuşdu. Əvvəla, bağçadan kəsdiyi bir qamış parçasına siqaret kağızı bağlayaraq onu üfləməyə başladı.Yenə o sıralarda qorxunc bir təsadüf öz təbiriylə desək, ağıl taxtalarını bağlayan çivilərdən birinin yerindən çıxmasına səbəb olmuş və hadisə çox avtoritetli bir şəxs olan atasının basqasını ağıl ardı etməsi,anasının da bütün ömür boyu sonsuz bir şəkildə şəfqətlə oğlunu öz havasına tərk eləməsinə kafi gəlmişdi.

Bu yazı “ Xarabalar Adamı Neyzen Tevfik” kitabından alınmışdır.

 

Neyzen Tevfikin bir altın saatı vardı.Günün birində əli çox aşağı olar,saatı götürüb aparır lombarda.Və bir miqdar pul alır.

Aradan epey bir zaman keçir. Ustad bir türlü pul tapıb onu ödəyə bilmir ki, bəs saatını geri alsın.Bu vəziyyət lombarda işləyəni təbii ki, məmnun edirdi.Ona görə ki,saat altın dəyəri ki,çox baha.Düşünürdü ki,saatın necə deyərlər üstünə oturaram.

Bir gün Neyzen əfəndi peydə olur.Lombardda işləyənin rəngi ağarır.

Xeyir ola- soruşur, lombardçı.Saatını almağamı gəldin?

Neyzen cavabında:

Xeyr.Gəlmişəm,soruşum ki,saat neçədi?

 

Yarmçıq

 

Bir gün hələ, günortaüstü Neyzeni bir az ayıq görən birisi:

Yahu, dedi,-ayıb olsun,bu saatda hələ yarı sərxoş dolanırsan.

edək,-demiş ustad,- büdcəmiz daha çox sərxoş olmağa yetmədi.

 

Neyzen kino

 

Neyzen Tevfikin kino ilə heç arası yoxmuş.Bir kino tutqunu dostu onu kinoya aparmaq istəsə , heç cür razılaşdıra bilmirmiş.Bir gün necə olursa bir Hollivud filminə aparırlar onu.Filmə baxmış işıqlar yanan kimi:

–Thu, Allah qəhr etsin,- demiş bunları.

Neyçin,ustad,demiş onu kinoya aparan dostu,bəyənmədinmi?Hər şey fövqaladə gözəl idi. Gördünmü,bir dəliqanlı bir qızı xilas elədi sonra da o qızı qucaqlayıb öpdü.Bunun harası pisdi ki?

Rəhmətlik üz-gözünü bürüşdürmüş:

Qurtarmağına qurtarır sonra da bağrına basıb öpür qızı.Demək onlar da elə bizim kimidilər. Yazıqlar olsun, insanlığın halına....

 

Açar

 

Dindarlığı ilə məhşur birisi bir gün Neyzen Tevfikdən soruşur:

Cənnətin açarı səndə olsaydı, məni bir gün ora alardınmı?

Neyzen acı-acı gülümsünür:

Cənnətin yox,amma cəhənnəmin açarı məndə olsaydı, sənə bir yaxşılıq eləyərdim.Səni ordan çölə buraxardım.

 

Ahəng

 

Neyzen Tevfik yenə özündə deyilmiş.Keyfdaşlarından biri:

Necədir hocam,- deyə soruşur.Həyatından məmnunsanmı?

Neyzen:

Bəli,- dedi razıyam.Çünki dünya dönür,mən dönürəm.Beləcə bir ahəng içində gedirik. Allah ahəngimizi pozmasın.

 

 

 

Neyzen Tevfikdən bir şer

 

Not: Hörmətli oxucular bu şeir əski

Osmanlıcada yazılmış bu şeirin

dadını-duzunu qaçırmamaq üçün onu əslində olduğu kimi çap etməyi

məsləhət bildik.

 

 

 

BANA NE

 

Serseri bir herifim,kevnmekandan bana ne,

Ezeli derbederim,hükm-i zamandan bana ne,

Kendimi......lemedim pircevandan bana ne

Bir mümessel ölümüm karziyandan bana ne,

Kaniim hiçliğe asar-i sihandan bana ne?,

 

Nefsimin ecnebisi olduğumu anlayalı,

İlim,fenni hiçe saydım ve bütün mahasalı,

Medeniyyet benim indimde bu gün bakla falı,

Sən gözetle bitecektir köşe dehrin sakalı,

Bu oyundan, o koyundan, karamandan bana ne?.

 

Baş siyasetçi olan şu (Klemanso), (Askit)

Alaman, Yunan, İtalyan sürerek her yere fit,

Ördülər serhad-i vicdana ölümdən bir çit,

Beşeri soymaq için dalqa ilə bir sürü it,

Hırlaşırlar o o yandan, bu bu yandan bana ne?.

 

Edemez felsefemin aksini kimsə ispat,

Mahvolan servete, umrana,zekaya heyhat!

İsmi kahhar ilə davet olunur div-i memat,

İşte yer,işte sema,işte kader, işte hayat,

O batandan,bu çıkandan, boğulandan bana ne?*

 

Qerçi gittim... min doğrusuna ben kırk yıl,

Gel götün varsa humarından o sahbanın ayıl,

Bir boğaz tokluğuna her şeyə oldum da kayıl (kail)

Serserisin diye vermediler gül de, bayıl,

Muktezası bu olan arz-u beyandan bana ne?

 

Berk-i aşkın... oldu siper-i saikası,

Nefsimin santralında babamın harikası,

Ne vakit geçmiş ise, destime fırsat yakası,

Kendimi sanmış idim abhayatın sakası,

Şimdi vuslat arayan servi revandan bana ne?

 

Olmuşum vad-i hayretteki aczimeli alil,

Edemez hikmet-i esrarını insanqavil,

Görəməz gördügümü, şerhbeyantafsil

Bu muallim,bu muharrir,bu muhacir,bu asil,

Bu zavallı,bu siyasi, bu yamandan bana ne?

 

Bulamaz derdime çare babam olsa lokman,

Satılır beş paraya din pazarında iman,

Düşünün halimi bir kere ne çektim ihvan,

Romatizma, metelik yok, rakısız ac ve yayan,

Kanlı tacı taşıyan tahtrevandan bana ne?

Gün olur ki bulamazsın ne bir ekmek, ne tütün,

Parçalanmış ceketin, belki açıqdır da götün,

Bana ne bundan efendim?... Beni dinle ve bütün,

Nazibdazaferle bizim illerde bu gün,

Esiyor bad-ı saba toz koparandan bana ne?..

 

......yim kalp dinini kahve, gavur Avrupanın

Onu islahadalet diye hakim yapanın,

Vatikanda öperiken götünü kart papanın,

Ararım islahincil-e gönülsüz tapanın,

Çekemezsin beni, bu sendeki kandan bana ne?...

 

Çalabin birligine can-ü gönülden taparım,

Türemin qayrisi hiç bir yola gitmem saparım,

Karımı Salih efendi diye dursun yaparım,

Yakasından, sakalından o gün elbet kaparım,

Bu yavuklum var iken o kezibandan bana ne?..

 

Derd-i mazi ile bir ökseye kasten bastık,

Vatanı, halkı cehaletle kavurduk, kastık,

San-ti ilmi siyaset ile boğduk,astık,

Yoksa şimdi başımı koymak için bir yastık,

O fırından,şu hamamdan ve bu candan bana ne?..

 

Müslümanlıkta tasavvuf geriyor cehle göğüs,

Rafızı, şia ve sünni tanıma hepsine küs,

Bunların suret-i zahirindeki alayişi süs,

Kerbela, Mekke, Medine,Horasan,Kilise,Kudüs,

Medrese,tekke,manastır,Vatikandan bana ne?..

 

Tofiq ABDİN,

525-ci qəzet.- 2011.- 3 dekabr.- S.23.