Uşaqlara qayğı və de-institusionallaşma: görülən işlər nikbinliyə əsas verir

 

Qloballaşan dünyada müstəsna əhəmiyyət kəsb edən, BMT tərəfindən minilliyin məqsədlərindən biri kimi müəyyənləşdirilən davamlı insan inkişafı konsepsiyası XX əsrin son onilliyində irəli sürülüb və hazırda dünyada ən mühüm prioritetə çevrilib. Təsadüfi deyil ki, prezident İlham Əliyev də “Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir” deməklə təhsilin prioritet rolunu bir daha vurğulayıb. İnsan inkişafı konsepsiyasına görə hər bir uşağa onun fərdi qabiliyyətlərini, potensial imkanlarını davamlı şəkildə inkişaf etdirmək üçün iqtisadi, sosial, mədəni sahələrdə əlverişli mühit yaradılmalıdır. Bu konsepsiya nəzərdə tutur ki, uşaqların layiqli həyat sürməsi, sağlam olması, inkişaf etməsi və təhsildən bəhrələnməsi davamlı olmalı, cəmiyyətin inkişaf prosesində həm çağdaş, həm də gələcəkdə nəsillərin layiqli həyat sürmək imkanları təmin edilməlidir.

Hazırda Təhsil Nazirliyi sisteminin təhsil və təlim-tərbiyə müəssisələri 1,6 milyondan artıq uşağı əhatə edir. Gələcəyimiz olan uşaqların qayğı ilə əhatə olunması dövlətin daim diqqət mərkəzindədir. Təhsil Nazirliyi tərəfindən uşaqların rifahının yaxşılaşmasına yönəlmiş müxtəlif sahələri əhatə edən 16 inkişaf və dövlət proqramlarının həyata keçirilməsi bunun bariz nümunəsidir.

Təhsil naziri Misir Mərdanov deyir ki, prezident İlham Əliyevin 2006-cı ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” isə uşaqların müdafiəsi sahəsində həyata keçirilən ən vacib dövlət proqramlarından biridir: “Bildiyiniz kimi, Təhsil Nazirliyi Dövlət Proqramının həyata keçirilməsində aparıcı qurumdur. Nazirlik Dövlət Proqramının həyata keçirilməsi istiqamətində öz işini Səhiyyə, Maliyyə, Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri ilə sıx əməkdaşlıq çərçivəsində qurub. Bununla yanaşı, müxtəlif beynəlxalq və qeyri-hökumət təşkilatları Dövlət Proqramının icra olunmasında Azərbaycan hökumətinə dəstək verirlər. Onu da xüsusi vurğulamaq istərdim ki, hələ proqram qəbul edilməmişdən əvvəl Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə hazırlanan “Uşaq evləri və internat məktəblərinin İnkişaf Proqramı”na əsasən son 5 ildə ölkədə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı 38 internat məktəbi və uşaq evi yenidən qurulmuş, əsaslı təmir edilib, ən müasir avadanlıqlarla təchiz olunub. Bu müəssisələrdə ailədən məhrum uşaqlar üçün ev şəraitinə yaxın mühit yaradılıb. Bununla yanaşı, Mehriban Əliyevanın həmişə qeyd etdiyi kimi, heç bir internat məktəbi, uşaq evi ən müasir tələblərə cavab versə belə, heç vaxt ailə mühitini və ailə tərbiyəsini əvəz edə bilməz. Ailədə böyümək hər bir uşağın hüququdur, ailə isə uşağın sağlam, hərtərəfli inkişafı və cəmiyyətə inteqrasiyası üçün ən uyğun mühitdir”. Nazirin sözlərinə görə, Dövlət Proqramının əsas məqsədi də uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün onun ailə mühitində böyüməsinin zəruriliyi nəzərə alınaraq, dövlət uşaq müəssisələrində olan uşaqların ailələrə verilməsi, alternativ qayğının təşkili mexanizmlərinin yaradılmasının təmin edilməsi ilə yanaşı, cəmiyyətdə elə bir mühit yaratmaqdır ki, uşaqlar yaşadıqları ərazidə alternativ qayğı ilə əhatə olunaraq dövlət uşaq müəssisələrinə düşməsinlər. Bu məqsədə çatmaq üçün Dövlət Proqramında bir sıra vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulub: “Dövlət uşaq müəssisələrində uşaqların vəziyyətinin araşdırılması və mütəmadi olaraq monitorinqin keçirilməsi və məlumat bazasının yaradılması həlli vacib vəzifələrdən biri idi. Bu məqsədlə, 2008-ci ildə Dövlət Proqramının idarəolunması üzrə İşçi qrupuUNİCEF-in ekspertləri tərəfindən səkkiz adda sorğu anketi tərtib edildi. Dövlət uşaq müəssisələrində aparılan qiymətləndirmənin ilkin məqsədi müəssisə, onun infrastrukturu, xərcləri, orada yaşayan uşaqlar, müəssisələrdə uşaqlara göstərilən xidmətin keyfiyyəti və işçi heyəti barədə hərtərəfli məlumatların toplanması və məlumat bazasının yaradılması idi. Qiymətləndirmə 55 müəssisənin hər birinə səfər edilərək həyata keçirildi. Qiymətləndirmə aparılan dövlət uşaq müəssisələri Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin tabeliyində fəaliyyət göstərən körpələr və uşaq evləri, internat tipli müəssisələr idi. Toplanan məlumatlar xüsusi kompyuter proqramına işləndi və Təhsil Nazirliyində hər üç aydan bir yenilənən məlumat bazası yaradıldı. Baza hər bir uşaq barədə, həmçinin hər bir müəssisənin texniki göstəriciləri, illik xərcləri barədə və müəllim-tərbiyəçi kontingenti üzrə məlumatın alınmasına imkan yaradır. Məlumatların təhlili nəticəsində Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin əməkdaşları və UNİCEF-in ekspertlərinin iştirakı ilə dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş plan hazırlandı və 2009-cu ilin aprel ayında hökumət tərəfindən təsdiq edilərək icra üçün müvafiq nazirliklərə göndərildi. Baş plana əsasən, uşaqların daimi olaraq yaşamadığı müəssisələrin qısa müddət ərzində ümumtəhsil məktəblərinə transformasiya olunması planlaşdırılırdı. Dövlət Proqramının icrası istiqamətində, ümumtəhsil internat məktəblərinin bazasında məktəb, lisey və gimnaziyaların yaradılması məqsədilə 9 ümumtəhsil internat məktəbi ümumtəhsil məktəblərinə çevrilmiş və dövlət uşaq müəssisələrinin sayı 48-dən 39-a enib. Qarşıda duran vəzifələrdən biri də dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi, uşaqların ailələrə verilməsi, onların hüquqlarının qorunması və sosial müdafiəsinin işlək mexanizmlərinin tətbiq edilməsi idi. Qeyd olunan vəzifələrin həllinin kompleks şəkildə yerinə yetirilməsinin zəruriliyini, uşaqların müdafiəsi ilə bağlı qurumlararası koordinasiyanın effektiv şəkildə təmin edilməsinin vacibliyini nəzərə alaraq, Nazirlər Kabinetinin qərarına əsasən Təhsil Nazirliyinin nəzdindəki İşçi Qrupunun bazasında nazirliyin nəzdində De-institusionallaşma və Uşaqların Müdafiəsi İdarəsi yaradıldı. Hesab edirəm ki, Azərbaycan Hökumətinin bu qərarı ölkədə uşaqların müdafiəsi sahəsində atılan daha bir uğurlu addım kimi qiymətləndirilməlidir. Bu qurum yarandıqdan sonra Dövlət Proqramı çərçivəsində uşaqların ailədə yaşamaq hüququnun təmin edilməsi və uşaqların müdafiəsi ilə bağlı iri həcmli layihələrin icrasına başlanmışdır ki, bunlardan biri də Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və UNİCEF tərəfindən birgə həyata keçirilən “Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması” layihəsidir. Layihənin həyata keçirilməsi üçün qeyd olunan təşkilatlar imzalanan birgə əməkdaşlıq haqqında “Anlaşma Memorandumuprezidentinin sərəncamı ilə təsdiq edilib. Layihənin məqsədi uşaqların biolojiya alternativ ailələrə verilməsi və alternativ qayğıya cəlb edilməsi, risk qrupuna daxil olan uşaqların müəssisəyə düşməsinin qarşısının alınması üçün yerli səviyyədə uşaqların müdafiəsinin təmin edilməsidir”.

M.Mərdanov bildirib ki, layihənin icrası istiqamətində qarşıda duran ilkin fəaliyyət pilot seçilmiş Xəzər və Suraxanı rayonlarında uşaqların müdafiəsi ilə bağlı vəziyyətin araşdırılması, rayonun sosial xəritəsinin hazırlanması idi. Bu məqsədlə Xəzər və Suraxanı rayonlarında 2009-cu ilin iyun-avqust aylarında sorğular keçirilib. Eyni zamanda, hər iki rayonun ərazisində fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri ilə aparılmış sorğuların nəticələrinə əsasən, uşaqların müdafiəsi sahəsində qurumlararası əməkdaşlıq əlaqələri müəyyənləşdirilib. Sorğular zamanı hər iki valideynini itirmişvalideyn himayəsindən məhrum olmuş, əlilliyi olub müavinət alan, çətin tərbiyə olunan, məktəbdən yayınan uşaqların siyahısı, eləcə də ünvanlı sosial yardım alan və himayəsində azyaşlı uşaqlar olan ailələrin, ailə başçısını itirmiş və himayəsində azyaşlı uşaqlar olan ailələrin, bu ailədəki uşaqların, risk qrupuna daxil olan, birya hər iki valideynində əlillik olan ailələrin sayı barədə məlumatlar toplanıb. Bu məlumatlar xüsusi kompyuter proqramına yığılmış və təhlil olunub. Məlumatların təhlili nəticəsində mövcud vəziyyət barədə ətraflı məlumat əldə olunaraq, rayonların sosial xəritəsi hazırlanıb. Cari ildə layihənin icrası ilə bağlı pilot rayonlarda yerləşən 2 nömrəli Uşaq evində və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli internat məktəbində təlim-tərbiyə alan 309 nəfər uşağın bioloji ailələrinə verilməsi və onların ailələrinin fərdi qiymətləndirilməsi həyata keçirilib. Qiymətləndirmə zamanı pilot rayonlarda layihənin icrası ilə bağlı işə cəlb olunan sosial işçilər dövlət uşaq müəssisələrinin təhkim olunduqları poliklinikaların həkimləri ilə birgə uşaqların sağlamlıq vəziyyəti və psixo-sosial qiymətləndirilməsini də aparıblar. Cari ilin iyul ayından etibarən isə rayonlara səfərlər edilərək Rayon İcra Hakimiyyətləri yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın iclasında bu uşaqların ailələrinə qaytarılması məsələsinə baxılır. İclaslar uşağın bioloji valideyninya onu əvəz edən şəxsin, həmçinin yaxın qohumlarının iştirakı ilə keçirilir: “İclasda uşağın ailəyə qaytarılması ilə bağlı maneələr araşdırılır və mümkün hallarda ailələrə dəstək tədbirləri həyata keçirilir. Həmin iclaslarda komissiyanın üzvü olan digər yerli icra strukturlarının məsul nümayəndələri də iştirak edərək problemin həllinə öz səlahiyyətləri dairəsində müvafiq köməklik göstərirlər. Aparılan məqsədyönlü işlərin nəticəsində cari ildə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbləri və uşaq evlərində yaşayan 105 nəfər uşaq Rayon və Şəhər İcra Hakimiyyətlərinin sərəncamı ilə həmin müəssisələrdən bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb. Həmin uşaqların vəziyyətinin mütəmadi monitorinqi və Təhsil Nazirliyinə məlumatın verilməsi ilə bağlı Rayon İcra Hakimiyyətlərinə məktub ünvanlanıb. Yuxarıda qeyd edilənlərlə yanaşı uşaq evləri və internat tipli dövlət uşaq müəssisələrinin tədricən ailə əsaslı sosial xidmətlər sistemi ilə əvəz olunması vəzifəsinin icrası ilə bağlı alternativ xidmətlərin yaradılması işinə başlanılıb: “Proqramın icrasından danışarkən, təəssüf ki, bəziləri daha çox onun adının birinci hissəsinə istinad edirlər. Yəni, Proqramın müvəffəqiyyət göstəricisi olaraq, ailələrə verilən uşaqların sayı onları daha şox maraqlandırır. Alternativ qayğının təşkilinin vacibliyi isə unudulur. Bu cür düşünənlər unudurlar ki, alternativ qayğı sistemini yaratmadan, uşaqların ailələrə verilməsi həmin ailələrin yenidən öz problemləri ilə üz-üzə qalmasına gətirib çıxara bilər. Bununla əlaqədar qeyd etmək istərdim ki, hazırda ölkədə uşaqlara qayğı sahəsində paralel olaraq iki istiqamətdə aparılır. Bunlardan biri dövlət uşaq müəssisələri sistemidir ki, həyata keçirilən tədbirlərin nəticəsində onların tədricən sıradan çıxması gözlənilir. Digəri isə, yeni yaranmaqda olan alternativ qayğı və alternativ xidmətlər istiqamətidir. Düşünürəm ki, dövlət uşaq müəssisələri hökumət tərəfindən təsdiq olunmuş transformasiya üzrə Baş plana əsasən tədricən alternativ qayğı xidmətlərinə çevriləcəkdir. Alternativ qayğı xidmətlərinin bütün ölkə ərazisində mövcud olacağı halda dövlət uşaq müəssisələrinə düşən uşaqların sayı nəzərəçarpacaq dərəcədə azalacaq. Proqram çərçivəsində alternativ xidmətlərin təşkilinə yönəlmiş tədbirlər həyata keçirilib. Dövlət Proqramının Tədbirlər Planına və dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş plana əsasən, 4 günərzi qayğı və reabilitasiya-inkişaf mərkəzi yaradılıb. Mərkəzlərin binaları Təhsil Nazirliyi tərəfindən yenidən qurulmuşya əsaslı təmir edilmişdir. Eyni zamanda, mərkəzlərə inkişafetdirici təlim materialları, reabilitasiya yönümlü avadanlıqlar və uşaqların daşınması üçün mini avtobuslar verilib.

“Uşaqların Xilası” təşkilatı tərəfindən yaradılan “Mingəçevir uşaq və ailələrə dəstək mərkəzi” Nazirlər Kabinetinin sərəncamına əsasən Təhsil Nazirliyinin tabeliyinə verilib. Mərkəz sağlamlıq imkanları məhdud uşaqlara günərzi və reabilitasiya xidmətlərini göstərməklə yanaşı, müəssisəyə düşmək riski qarşısında olan uşaqlar və onların ailələri ilə profilaktik aparır. Onlara psixoloji dəstək, valideyn bacarıqlarının artırılması və hüquqi müvəkkillik kimi xidmətlər göstərirlər. Bu mərkəzin göstərdiyi xidmətlərin nəticəsidir ki, Mingəçevirdən 1 il ərzində yalnız 1 uşaq çətin tərbiyə olunan uşaqlar üçün müəssisəyə yerləşdirilmişdir. Mingəçevir şəhərindən olan, lakin Bakı şəhərində fəaliyyət göstərən dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan iki nəfər uşaq Mərkəzin sosial işçilərinin köməkliyi ilə Mingəçevir şəhərində yaşayan ailələrinin himayəsinə qaytarılmışdır.

Bununla yanaşı, Heydər Əliyev Fondunun dəstəyi ilə Bilgəh qəsəbəsində Əqli və fiziki əlilliyi olan uşaqlar üçün yaradılmış reabilitasiya mərkəzi Təhsil Nazirliyinin tabeliyinə verilib. Bu isə əlilliyi olan uşaqların dövlət uşaq müəssisələrinə yerləşdirilməsinin qarşısının alınması istiqamətində Fond tərəfindən göstərilən dəstəkdir. Ötən müddət ərzində mərkəzlərin yaradılması ilə 298 nəfər uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb”.

Təhsil nazirinin dediyinə görə, Uşaq Müdafiəsi Sisteminin tərkib hissələrindən biriUşaq Qaynar Xətt xidmətidir. Uşaq Qaynar Xətt Xidməti 2010-cu ilin 18 fevral tarixindən De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin ümumi rəhbərliyi altında fəaliyyətə başlamışdır. Bu xidmət uşaqlara psixoloji yardım üçün yaradılmış və bura daxil olan zənglər pulsuzdur. “Uşaq Qaynar Xətt”inə uşaqlar ehtiyacları olduğu zaman müraciət edərək, onları narahat edən mövzu haqqında danışa bilərlər. “Uşaq Qaynar Xətt”inə edilən zənglərin anonimliyini qorunur. “Uşaq Qaynar Xətt” xidmətində çalışan üç nəfər psixoloq, sosial işçibir nəfər komanda rəhbəri uşağa ilkin psixoloji yardım göstərir. Hüquq sahəsinə aid müraciətlərlə bağlı “Uşaq Qaynar Xətt” xidmətinin hüquqşünası tərəfindən müvafiq məsləhətlər verilir. Lakin zərurət yarandıqda həmin müraciətlər De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə və ya Uşaq Hüquqları Klinikasına yönəldilir.

Dövlət Proqramının icrası istiqamətində yaradılması nəzərdə tutulan alternativ qayğı xidmətlərinə himayədar (foster) ailə və kiçik qrup evləri də daxildir. Təhsil Nazirliyi ilə Avstriyanın “Hilfsverk Avstriya” beynəlxalq təşkilatı arasında “Himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə modelin işlənib hazırlanması” layihəsi çərçivəsində bu xidmətlərin həyata keçirilməsi nəzərdə tutulub. Layihə Avropa Komissiyası və Avstriyanın “Hilfsverk Beynəlxalq” təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində Xəzər rayonu ərazisindəki internat məktəblərində yaşayan və övladlığa verilməsi mümkün olmayan, himayədar ailələrə veriləcək 50 nəfər uşaq və 50 himayədar ailə seçiləcək. Hal-hazırda müəssisələrdə yaşayan uşaqların qiymətləndirilməsi zamanı himayəyə veriləcək uşaqların təxmini siyahısı müəyyənləşdirilib. Layihə çərçivəsində Təhsil Nazirliyi tərəfindən daim müəssisədə yaşayan 10 uşağın yaşayacağı ailə əsaslı kiçik qrup evinin binası tikilib. Bina ilin sonunadək istifadəyə veriləcək. Evin saxlanma xərcləri layihəyə ayrılmış vəsait hesabına həyata keçiriləcək: “Dövlət Proqramının Tədbirlər Planına əsasən qarşıda duran vəzifələrdən biri də dövlət uşaq müəssisələrində çalışan işçi heyətinin peşə yönümünü dəyişməklə onların sosial işçi kimi hazırlanması, onlara müvafiq təlimlərin keçirilməsidir. Bu məqsədlə, 2010-2011-ci tədris ilində Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutundaSosial ” ixtisası üzrə 9 aylıq kurs təşkil edilib. Dövlət uşaq müəssisələrində tərbiyəçi vəzifəsində çalışanlar içərisindən 16 nəfər seçilərək kursa cəlb olunub. Kursun 2010-2011-ci il tədris ili üçün maliyyə xərcləri Əqli Sağlamlıq Təşəbbüsü Təşkilatı tərəfindən ödənilib. 2011-2012-ci tədris ilində də 16 nəfər kursa qəbul olunub. Artıq bu ildən onların təhsil haqları əsas yerlərindən ödəniləcək. Dövlət Proqramı çərçivəsində Təhsil Nazirliyinin təşəbbüsü ilə 2007-ci ildə Bakı Dövlət Universitetində “Sosial ” ixtisası üzrə bakalavr səviyyəsində mütəxəssis hazırlığına başlanılıb. “Sosial ” ixtisası üzrə təhsil alanlar içərisindən 4-cü kurs tələbələri 2011-2012-ci tədris ilində ilk məzunlar olaraq ali təhsillərini başa vuracaqlar. Dövlət uşaq müəssisələrində olan uşaqların ailələrə verilməsi, hüquqlarının qorunması, sosial müdafiəsi mexanizmlərinin hazırlanması və qəbul edilməsi, uşaqlar verilən himayədar (foster) ailələrə maliyyə dəstəyinin göstərilməsi, bu uşaqlara ayrılmış müavinətin xərclənməsinin monitorinqi mexanizmlərinin hazırlanması, uşaqlar üçün alternativ xidmətlər sisteminin fəaliyyətini tənzimləyən müvafiq normativ-hüquqi aktların və qaydaların hazırlanması və təsdiq edilməsi de-institutlaşma prosesin həyata keçirilməsi sahəsində həlli vacib vəzifələrdəndir. Bildiyiniz kimi, de-institutlaşma ölkədə uşaqların müdafiəsi sahəsində həyata keçirilən yeni bir islahatdır. Bu səbəbdən də qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi və yeni normativ-hüquqi bazanın yaradılması zəruridir.

Qarşıda duran vəzifələrin icrası ilə bağlı, ölkədə uşaqların müdafiəsinə dair mövcud qanunvericilik təhlil olunub, bir sıra normativ-hüquqi sənəd layihələri hazırlanıb. Hal-hazırda “Müəssisədə yaşayan uşaqların ailələrə verilməsi və alternativ qayğıya cəlb edilməsi” layihəsinin icrası istiqamətində “Uşaqların ailələrə və alternativ qayğı müəssisələrinə yerləşdirilməsi Qaydaları”, “Dövlət uşaq müəssisələrində yaşayan uşaqların öz bioloji ailələrinə reinteqrasiyası və digər formalarda yerləşdirmə Qaydaları”, “Ailə və uşaqlarla sosial işin təşkili üzrə Qaydalarpilot seçilən Xəzər və Suraxanı rayonlarında yerləşən dövlət uşaq müəssisələrində sınaqdan keçiriliruğurlu nəticələr əldə edilir. Həmin sənədlər təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub. Dövlət uşaq müəssisələrində olan uşaqların sayının artmasının qarşısını almaq məqsədilə uşaqların belə müəssisələrə daxil olmasına ciddi nəzarət edilməsi, risk qrupundan olan uşaqlar və ailələr arasında sistemli preventiv tədbirlərin görülməsi qarşıya çıxan problemlərin həllinə kompleks yanaşmanı təmin etmək üçün Təhsil Nazirliyi Səhiyyə, Maliyyə, Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, şəhər və rayon icra hakimiyyətləri ilə sıx əməkdaşlıq edir. Belə ki, böhran vəziyyətində olan və övladlarını dövlət uşaq müəssisələrinə yerləşdirmək üçün Təhsil Nazirliyinə edilmiş müraciətlərə əsasən aparılmış psixoloji konsultasiya və ailəyə dəstək xidmətləri nəticəsində 112 nəfər uşağın, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstərilmiş müvafiq dəstək nəticəsində isə 32 nəfər uşağın müəssisəyə düşməsinin qarşısı alınıb. Bununla yanaşı, böhran vəziyyətində olan və övladlarını dövlət uşaq müəssisələrinə yerləşdirmək üçün İcra Hakimiyyətlərinə müraciət etmişmüvafiq sərəncam almış 23 nəfər uşağın ailəsinə müxtəlif dəstək xidmətləri göstərilməklə dövlət uşaq müəssisəsinə yerləşdirilməsi ilə bağlı sərəncamlar ləğv edilib. Hesabat dövrü ərzində övladlığa uşaq götürmək arzusunda olan vətəndaşların və övladlığa verilməsi mümkün olan uşaqların siyahısı dəqiqləşdirilib və Təhsil Nazirliyində məlumat bazası yaradılıb. Son iki il ərzində Təhsil Nazirliyinin övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan 12-17 yaş arası 13 uşaq övladlığa verilib. 12 nəfər uşağın övladlığa verilməsi ilə bağlı işlərə isə hazırda rayon məhkəmələrində baxılır. Eyni zamanda, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaları ilə birlikdə övladlığa, himayəyə və öz bioloji ailələrinə verilmiş uşaqlara nəzarətin təşkili və onların vəziyyətinin dövri monitorinqinin aparılması həyata keçirilir”.

M.Mərdanov vurğulayıb ki, Təhsil Nazirliyinin nəzdində idarə yaradıldıqdan sonra həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkə üzrə ümumilikdə 465 nəfər uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb. Uşaqların hüquqlarının müdafiəsi sahəsində görülən işlərdən biriuşaqlara doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqələrinin alınmasıdır. Belə ki, Ədliyyə Nazirliyinin müvafiq dəstəyi ilə son üç ildə 81 nəfər uşağa doğum haqqında şəhadətnamə, Dövlət Miqrasiya Xidməti ilə sıx əməkdaşlıq çərçivəsində 11 nəfər məzuna şəxsiyyət vəsiqəsi alınıb. Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində 1 uşağın gözündə əməliyyatın edilməsinə, müxtəlif xəstəliklər üzrə 13 nəfər uşağın müalicəsinə köməklik göstərilib. Bununla yanaşı Daxili İşlər Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində küçə həyatına məruz qalmış 38 nəfər uşağın təhsilə cəlb edilməsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət uşaq müəssisələrinə yerləşdirilməsi üçün müvafiq tədbirlər görülüb. Həmçinin, Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə təhsildən yayınan uşaqların məktəbə cəlb olunması ilə bağlı internet klublarında mütəmadi olaraq reydlər keçirilir. Qeyd olunan məsələ ilə bağlı bilavasitə məktəblərdə, həmin uşaqlar və onların valideynləri ilə aparılır. Nazirin sözlərinə əsasən, Təhsil Nazirliyinin məlumat bazasında olan göstəricilərə əsasən, 2011-2012-ci tədris ili üzrə ölkədə mövcud olan 44 dövlət uşaq müəssisəsində 9776 nəfər uşaq təlim-tərbiyə alır. Onlardan 3750 nəfəri müəssisədə gecələyən uşaqlardır, qalan 6026 nəfər uşaq müəssisənin yalnız təhsil və günərzi xidmətlərindən istifadə edir, gecəni isə ailəsi ilə birgə keçirir. Son illərdə görülmüş işlərin nəticəsində dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan uşaqların sayı ilbəil azalır. Belə ki, 2008-ci ildə 14389 nəfər, 2009-cu ildə 10055 nəfər, 2010-cu ildə 9874 nəfər, 2011-ci ildə isə 9776 nəfər olmuşdur. Gecələyən uşaqların sayında da illər üzrə azalma müşahidə olunur. 2008-ci ildə 4055 nəfər, 2009-cu ildə 3945 nəfər, 2010-cu ildə 3860 nəfər, 2011-ci ildə isə 3750 nəfər olub. Müəssisələrdə gecələyən 3750 nəfər uşaqdan 1409 nəfəri hər şənbə bazar, 1790 nəfəri tətil və bayram günləri evə gedir, qalan 551 nəfər isə daimi müəssisədə gecələyən uşaqlardır. Onu da qeyd etmək istərdim ki, müəssisədə daimi yaşayan 551 nəfər uşaqdan 183 nəfəri əlilliyi olan uşaqlardır. 2010-2011-ci tədris ilində Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən 33 internat məktəbi və 6 uşaq evindən 788 nəfər məzun olub. Onlardan 561 nəfəri 9-cu sinif, 227 nəfər isə 11-ci sinif üzrə məzun olmuşlar. 9-cu sinfi bitirən məzunlardan 214 nəfəri peşə liseyinə, 7 nəfər C.Naxçıvanski adına hərbi məktəbə, 26 nəfər kollec-orta ixtisas təhsili müəssisələrinə daxil olub, 314 nəfər isə təhsilini ümumtəhsil məktəblərinin 11-ci sinfində davam etdirib. 11-ci sinif məzunlarından 44 nəfər respublikanın müxtəlif ali təhsil müəssisələrinə, 13 nəfər orta ixtisas təhsili müəssisələrində və kolleclərdə təhsillərini davam etdirir. 16 nəfər məzun yeri ilə təmin olunmuş, 25 nəfər məzun isə hərbi xidmətə çağrılıb. Müəssisədə gecələyən 4 nəfər kimsəsiz uşaq hal-hazırda da təlim-tərbiyə aldıqları müəssisələrdə yaşayır. Məzunlardan internat məktəblərində təhsil alıb gecələməyən 125 nəfər uşaq isə təhsillərini başa vurub öz bioloji ailələrinin himayəsində yaşayır. Ailələrə verilən sağlamlıq imkanları məhdud uşaqların ümumtəhsil məktəblərində təhsilə cəlb olunması, onlara səhiyyə və reabilitasiya xidmətlərinin göstərilməsinin təmin edilməsi qarşıda duran vəzifələr içərisində həlli daha çox vaxt tələb edən məsələlərdəndir. Belə ki, dövlət uşaq müəssisələrindən sağlamlıq imkanları məhdud uşaqların ailələrə verilməsi üçün inkluziv təhsil ölkə üzrə tətbiq olunmalıdır. Bununla bağlı sağlamlıq imkanları məhdud uşaqların bütün təhsil pillələri üzrə digər uşaqlarla birgə keyfiyyətli təhsillə (inkluziv təhsilə) təmin olunması üçün UNİCEF-in texniki dəstəyi ilə İnkluziv Təhsil üzrə Dövlət Proqramı hazırlanmış və Nazirlər Kabinetinə təqdim olunmuşdur. Proqramın məqsədi bütün təhsil pillələri üzrə sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunmasını və onların təhsil ala bilmələri üçün maneəsiz mühitin yaradılmasını təmin etməkdir. Dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş Plana əsasən sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 internat məktəbinin gələcəkdə inkluziv təhsil komponentli ümumtəhsil məktəblərinə çevrilməsi nəzərdə tutulub. Bunların içərisindən Bərdə şəhər internat orta məktəbi inkluziv komponentli ümumtəhsil məktəbinə çevrilmişdir.

Kütləvi informasiya vasitələrindən istifadə etməklə, digər yollarla de-institusionallaşma ilə bağlı əhalinin məlumatlandırılması və bu barədə təbliğatın aparılması Dövlət Proqramı qarşısında duran əsas vəzifələrdən biridir. Uşaqlar ailədə böyüməlidir!” devizi altında təbliğat kampaniyası keçirilərək müxtəlif vəsaitlər, bukletlər çap edilmiş, dövlət uşaq müəssisələrinə, əlaqədar dövlət strukturlarına, beynəlxalq təşkilatlara, QHT-lərə çatdırılıb. Mütəmadi olaraq televiziya kanallarında xüsusi verilişlər təşkil olunurde-institutlaşma prosesi barədə diskussiyalar aparılır. Uşaqların müəssisələrə düşməsinin qarşısının alınması məqsədi ilə risk qrupuna daxil olan uşaqların valideynləri və müəssisədə yaşayan uşaqların valideynləri ilə maarifləndirmə işi aparılır. Bununla yanaşı, KİV nümayəndələri üçün alternativ qayğı və uşaq müdafiə sistemi barədə 2 günlük treninqlər keçirilib: “Ölkədə de-institutlaşma və uşaqların müdafiəsi sahəsində həyata keçirilən islahatlar Avropa Sosial Şəbəkəsi tərəfindən yüksək qiymətləndirilib və 2010-cu ildə Avropa Sosial Şəbəkəsinin internet saytında yerləşdirilən “Azərbaycanda De-institusionalizasiya səylərinə dəstək” adlı məqalə təşkilatın 28 üzv dövlətinə təbliğat məqsədilə göndərilib. Bununla yanaşı, Mehriban Əliyevanın “De-institutlaşmaalternativ qayğı Dövlət Proqramı”na xüsusi diqqət və qayğısını əks etdirən və Heydər Əliyev Fondunun dəstəyi ilə uşaqların müdafiəsi sahəsində görülən işlər barədə hazırlanmış sənədli filmin diktor mətni ilə ingilis dilində səsləndirilən versiyası təbliğat məqsədilə Avropa Sosial Şəbəkəsi təşkilatının saytında yerləşdirilib.

2010-cu ildə uşaqların müəssisələrə düşməsinin qarşısının alınması məqsədilə 3 reklam çarxı çəkilmiş və dekabr ayı ərzində “ATV” kanalında yayımlanıb. Dövlət Proqramının icrası ilə bağlı və ya uşaqların müdafiəsi sahəsində görülən bütün işləri şərh etmək çətindir. Lakin əminliklə bunu deyə bilərik ki, uşaqlarla bağlı Təhsil Nazirliyinə olunan hər bir müraciətə həssaslıqla yanaşılır, müvafiq köməklik göstərilir və müəssisələrdə yaşayan hər bir uşağın ailə mühitində yaşamasının təmin edilməsi üçün səylərimizi əsirgəmirik”.

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2011.- 3 dekabr.- S.10-11.