V Beynəlxalq Mstislav Rostropoviç festivalı davam edir
Heydər
Əliyev Fondunun, Mədəniyyət və
Turizm Nazirliyinin və Mstislav Rostropoviç Fondunun birgə təşkilatçılığı
ilə Bakıda keçirilən V Beynəlxalq
Mstislav Rostropoviç
festivalı çərçivəsində
Müslüm Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyasında
növbəti konsert gerçəkləşib. Konsertdə
İqnat Soljenitsının
dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan
Dövlət Simfonik Orkestrinin ifasında dünyanın məşhur
klassik bəstəkarlarının
əsərləri ifa
edilib. Solist əməkdar artist Murad Adıgözəlzadə
(piano) olub.
Qeyd edək ki, Avery Fişer mükafatının
laureatı olan İqnat Soljenitsın Filadelfiya Kamera Orkestrinin fəxri dirijoru, Moskva Simfonik Orkestrinin baş dəvətli dirijoru, Filadelfiya Konservatoriyasının piano üzrə
professorudur. Dəvətli dirijor kimi Amerika və Rusiyanın məşhur orkestrlərinə rəhbərlik
edir. Pianoçu kimi ABŞ, Avropa
ölkələrində, Yaponiya
və Avstraliyada tanınmış simfonik orkestrlərin müşayiəti
və məşhur dirijorların rəhbərliyi
ilə solo konsertlərlə
çıxış edib.
Kamera musiqisinin mahir ifaçısı olaraq Emerson, Borodin, Brentano simli kvartetləri və pianoçu M.Uçida ilə əməkdaşlıq edir. Zalsburq, Evian, Lüdviqsburq, Malboro, Nijni Novqorod və başqa şəhərlərdə keçirilmiş beynəlxalq festivalların, habelə Moskvada “Dekabr axşamları”nın iştirakçısıdır.
Konserti mədəniyyət və incəsənət xadimləri, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri dinləyiblər.
HÜSNİYYƏ
525-ci qəzet.-
2011.- 8 dekabr.- S.7.