Sufizmin mahiyyətində, məğzində Eşq dayanır...”

 

PƏRVİNİN HƏMSÖHBƏTİ FİLOLOGİYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU, DOSENT YAQUB BABAYEVDİR  

Pərvin: Salam, Yaqub müəllim.

Dos. Yaqub Babayev: Salam, Pərvin xanım. Xoş gəlmisiniz!

Pərvin: Təşəkkür edirəm! Bu günlərdə sizin Təriqət ədəbiyyatı ilə bağlı kitabınızla tanış oldum. Ümumiyyətlə, müasir dövrdə bu sahənin biliciləri azdır. Hətta bu ədəbiyyata bir qədər ironiya ilə yanaşanlar da olur. Ona görə istərdim elə Sufizmlə bağlı söhbət edək. Lap əvvəldən, “sufisözünün bir istilah kimi izahından başlayaq. Bildiyimə görə bu sözün termin kimi mənşəyi və mahiyyəti barədə müxtəlif yozumlar mövcuddur...

Dos. Yaqub Babayev: Doğrudur. Amma daha çox qərarlaşmış fikrə görə “sufisözü ərəbcə “yun” və yaqaba yundan hazırlanmış parça” mənasını verən “suf”, “sof” sözündəndir. Bundan başqasafsözü ilə bağlayırlar, yəni pak, təmiz mənasında. Bəzən bu sözün yunan mənşəli olduğunu iddia edənlər də olur. Əbureyhan Biruniyə görə “sufiyunanca “düşüncə”, “hikmət” mənasını verən “sofiya” sözündəndir. Bu cür izahlar çoxdur. Amma saydıqlarım şərhlərin ən dəqiqləri hesab oluna bilərlər.

Pərvin: Sufizmin bir dini-fəlsəfi təriyət cərəyanı kimi yaranmasına səbəb nə idi? Necə oldu ki, Sufizm yarandı?

Dos. Yaqub Babayev: Sufizm qətiyyən təsadüfi yaranmayıb. Bu bir İslam hadisəsidir. İslam regionunda yaranıb və bu coğrafiyada yayılıb. Bunun da yaranma səbəbi mövcuddur. Əslində, Quran elə kitabdır ki, onda bütün mənəvi və maddi hikmətlərin qanunların hamısı var. Bildiyiniz kimi Peyğəmbərin vaxtında ideal ictimai bərabərlik mövcud idi, ilk dörd xəlifənin vaxtında da bu bərabərlik saxlanıldı. Lakin, 661-ci ildə imam Əli ibn Əbutalibin öldürülməsindən sonra Əməvilər hakimiyyəti ələ keçirdilər. O zaman onlar imaməti sırf səltənətə çevirdilər. Eyni zamanda dindən şöhrət və maddiyyat yolunda istifadə etməyə başladılar. Məhz buna müxalif olaraq ilk sufilər meydana çıxdı. Onlar əvvəlki ideal bərabərlik, insanın mənəvi kamillik, təmizlik ideyalarını müxtəlif yozumlarda, biçimlərdə təbliğ etməyə başladılar.     

Pərvin: Ümumiyyətlə, İslamda təriqətlər, istiqamətlər çox olub. Sufizmin başqa dinlər, yaxud fəlsəfi görüşlərlə bağlılığı varmı?

Dos. Yaqub Babayev: Bilirsiz, sufizm sırf İslam hadisəsi olmasına baxmayaraq o başqa dinlərdən, fəlsəfi sistemlərdən bir çox şeyləri əxz edib götürmüşdür. İrfanın özünəqədərki bəşəri-mədəni inkişafda olan bir sıra dini-fəlsəfi görüşetiqadlarla əlaqəsi vardır. Məsələn, şamanizm, zərdüştilik, buddaizm, qədim yunan fəlsəfəsi (platonizm), xristianlıq və başqa dini-fəlsəfi təmayüllərlə. Deməli, Sufizm özündən əvvəlki sistemlərdən asılı olmayan bir hadisə deyildir.

Pərvin: Bilirik ki, Xristianlıqdakı zahidlik, xəlvətə çəkilmək, məhəbbət irfanla uzlaşır. Amma Buddizmlə əlaqəsi bir qədər qəribə görünür. Deyək ki, bir əşyanın ilahiləşdirilməsi, fetişizm təsəvvüfdə var idimi?

Dos. Yaqub Babayev: Xeyr! Sufizmdə əzəli və əbədi varlıq Allahdı. Onu mütləq xaliq kimi qəbul edirlər. Onların fikrincə Allahın yaratdığı bütün əşyalar, varlıqlar gözəldir. Lakin, dediyiniz kimi fetişizm, yəni bu əşyalara səcdə irfanda qəbul olunmazdır.

Pərvin: Yaqub müəllim, ümumiyyətlə müxtəlif təriqətlərdə yaradılışa, insanlığın başlanğıcına münasibət fərqlidir. Bəs sufi ideoloqları varlığın yaranma nizamını necə təsəvvür edirlər?

Dos. Yaqub Babayev: Bu sufizmin ən maraqlı məsələlərindən biridir. İrfan ideoloqlarının varlıq və yaradılış barədə özünəməxsus düşüncə tərzi var. Bu nizami bu cür təsəvvür etmək olar: AllahSöz – Külli-əql (Peyğəmbərin nuru) – Külli-nəfs – maddi varlıq (insan). Burada ən qeyri-adi yanaşma bütün varlıqların sözdən yaranmasıdır. Sufizmə görə Allahkon” (“ol”) dedionun həmin əmrindən yoxdan kainat qərarlaşdı. İnsan isə Xaliqin yaradılış nizamının son məhsuludur.

Pərvin: Məncə, burda maraqlı məqam insanın yaranmasıdır. Çünki, bunun istər elmdə, istərsə də islam yaxud başqa dinlərdə fərqli izahları var. Sufizm insanın yaradılış səbəbini necə izah edirdi?

Dos. Yaqub Babayev: Doğrudan da bu olduqca maraqlı məsələdir. Sufizm bunu belə izah edir ki, Allah öz gözəlliyini görəcək gözə, mövcudluğunu duyacaq qəlbə, yaxşılığını anlayacaq varlığa və onu sevəcək könülə ehtiyac hiss etdi. Yalnızlıqdan qurtarıb özünü aşkara çıxarmaq istədi. Buna görə də o xilqəti xəlq etdi.

Pərvin: Klassik ədəbiyyatda Allah haqqında tez-tezgizli bir xəzinə” (“gənci-nihan”) ifadəsinə rast gəlirik. Bu ifadə də məhz dediyiniz yalnızlığa görə işlənirdi?    

Dos. Yaqub Babayev: Bəli. Quranda da verilir ki, Allahgizli bir xəzinə”likdən çıxıb tanınmaq üçün Məxluqatı yaratmışdı. Bütün qalan varlıqlar isə insana xatir yaradılıb. Bu barədə Nəimi deyirdi ki:

Simruq quşuyuq iki cahanın,

Olduq səbəbi yerin, səmanın.       

Pərvin: Yaqub müəllim, istərdim Vəhdəti-vücud fəlsəfəsi barədə fikirlərinizi öyrənim. Sufizmi bir qədər yaxından araşdıranlar irfanın kamala çatmasını, bütöv, yetkin təlim halına gəlməsini məhz bu nəzəriyyə ilə bağlayırlar.

Dos. Yaqub Babayev: Onu deyim ki, mən də həmin fikirlə razıyam. Bu nəzəriyyəni XII-XIII əsrlərin hüdudlarında İspaniyada yaşamış Mühyəddin ibn Ərəbi yaratmışdı. Vəhdəti-vücud vücudun birliyi, vəhdəti, bütövlüyü anlamındadır. Bu nəzəriyyəyə görə daimi və mütləq olan yeganə bir həqiqət vardır. Bu da Haqqın özünün zatıdır. Ondan qeyrivarsa, Haqqın sifətlərinin təsəllisi, başqa sözlə onun çeşidli cismanı varlıqlar şəklində təzahüründən ibarətdir.

Pərvin: Bu fəlsəfə sufi şairlərimizin şeirlərində necə ifadə olunur?

Dos. Yaqub Babayev: Sufi şairlərin demək olar ki, hamısı öz əsərlərində bu nəzəriyyəni təbliğ ediblər. Məsələn, S.Ə.Şirvani tam sufi şairi olmasa da, bu nəzəriyyəni bir şeirində belə izah edirdi:

 

Bəhri-vəhdət mövc edib,

dışra dağıldı qətrələr,

Oldular ol qətrədən dürri-lala

müxtəlif.  

 

Buna aid sonsuz sayda misallar gətirmək olar. Nəimi yazırdı ki:

 

Hər qətrədə, hər zərrədə

tapdınsa təcəlla,

Ol dəmdəənəllah

 səsi zərrətdən ucaldı.

 

Yəni, kainatdakı bütün qətrə zərrələrdə ilahi ünsür vardır bunlar ilahi varlığın bir parçasıdır.

 

Yaxud Nəsimi yazırdı:

Hər yanə kim dönər üzüm,

Yarı görər anda gözüm.

 

Burdayarsözü Allah mənasında işlənmişdir.

Vəhdəti-vücud fəlsəfəsinin bədii ədəbiyyatdakı əks-sədasını əsasən, XIII əsrdən sonra sezmək mümkündür. Lirik şeirlər nəsr nümunələri ilə yanaşı, Ə.TəbrizininMehr Müştəri”, M.ƏvhədininCami-cəm”, M.FüzulininLeyli Məcnun”, “Yeddi cam”, XətaininDəhnaməpoemaları da həmin ideyanın təsiri ilə süslənmişdir.  

Pərvin: Bilirik ki, ədəbiyyatımızda sırf sufi olan əsərlərində sufizmdən bu ya digər dərəcədə istifadə edən şairlərimiz var. Sizcə, kimlərin yaradıcılığını bütövlükdə sufizmə aid etmək olar?

Dos. Yaqub Babayev: Sufizmin çox böyük nəzəriyyəçilərindən biri olan Mahmud Şəbüstərini misal gətirmək olar. Marağalı Əvhədi təriqət şeyxi olub əsərlərində təsəvvüf ideyalarını ifadə edib. Xəlili, Hamidi yaradıcılığında da sufizm çox güclü şəkildə öz əksini tapır bunların da yaradıcılığını sufi ədəbiyyat hesab etmək olar.

Pərvin: Siz bayaq Nəsimidən gətirdiyiniz misaldayarsözünün Allah mənasında işlənməsindən danışdınız məndə bir sual yarandı. Ümumiyyətlə, bizim üçün birbaşa mənası olan sözlərin sufizmə görə başqa anlamlarda işlədilməsi necə ayırd edilir? Müasir dövrdə bu rəmzi ifadələrə, simvolik yozumlara bir qədər skeptik yanaşanlar da var...

Dos. Yaqub Babayev: Doğrudur. Bu barədə tələbələrimin sualları ilə tez-tez qarşılaşıram. Sufi ədəbiyyatdan xəbərsiz adam üçün bunu anlamaq çətindir bir az. Sufizmin simvolik dili obrazlı şəkildəquş dili” (“məntiqüt-teyr”) adlanır. Həmin buquş dili”ni bilmədən təsəvvüfün əsas ideyalarını, məqam şərhlərini, elmi-fəlsəfi mahiyyətini dürüst şəkildə anlamaq mümkün deyil. Nəsimi bu barədə deyirdi ki:

 

Hər kimsə Nəsimi sözünü

kəşf edə bilməz,

Bu quş dilidir,

anı Süleyman bilir ancaq.      

 

Pərvin: Sufizmdə Eşqə münasibət olduqca maraqlı məsələlərdən biridir. Təsəvvüf ideoloqları eşqi məcazi həqiqi olmaqla iki növə bölürdülər. İstərdim bu barədə danışasınız...

Dos. Yaqub Babayev: Ümumiyyətlə, sufizmin mahiyyətində, məğzində Eşq dayanır. Niyə? Çünki, sufilər Allahın insanı sevərək, eşqdən eşq üçün yaratdığını deyirdilər. Yəni Allah insanı sevərək yaradıb ki, insan qayıdıb onu sevsin. Deməli, eşq xilqətin fitrətindədir. Hürufiliyin banisi F.Nəiminin bu inancı eynilə sufizmdə vardır:

 

Eşq ki işində möhkəm oldu,

Eşqə qovuşan da adəm oldu.

Torpaq ilə su qarışdı möhkəm

Karxana bir az da möhkəm oldu.

 

Yəni, Allahın yaratdığı varlıq eşqdən yarandı bunun üçün möhkəm oldu. Elə buna görə sənətkarlarımız klassik ədəbiyyatda eşqi tərənnüm edirdilər.

Dediyiniz kimi eşqi iki növə bölürdülər: Həqiqi (ilahi) məcazi (dünyəvi) eşq.

Pərvin: Sufilər dünyəvi eşqi qəbul edirdilərmi?

Dos. Yaqub Babayev: Bəli, qəbul edirdilər. Lakin, bunun da kökündə müəyyən mənada ilahi eşq dayanırdı. Yəni, insan kiməsə dünyəvi eşq bəsləyirsə, Allahın yaratdığı varlığı sevmiş olur. Amma yenə ilahi eşq bütün duyğulardan üstün hesab edilirdi.

Pərvin: Son olaraq sufi ədəbiyyatının bu günki gəncliyə, mühitə təsiri, tərbiyəvi əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdim.

Dos. Yaqub Babayev: Dünyada heç bir dini-fəlsəfi sistem ədəbiyyata sufizm qədər sirayət etməmişdir. Bundan başqa təsəvvüf təkcə ədəbiyyata yox həm rəssamlığa, musiqiyə, incəsənətə təsir etmişdir. Sufizm istər mənəviyyata, sənətə, istərsə cəmiyyətə çox böyük fayda verir. Bu ədəbiyyatın insanı mənəvi kamilliyə çağırması, hallalığı, dürüstlüyü təbliğ etməsi cəmiyyətin dediyiniz kimi müasir gəncliyimizin tərbiyəsinə müsbət təsir göstərir.

 

 

 

525-ci qəzet.- 2011.- 10 dekabr.- S.21.