Yeni dünya nizamı – Geosiyasət

 

Bəşər tarixinin bütün zamanlarında dövlətlərarası münasibətləri, eləcə də dünya nizamını tənzimləməklə bağlı nəzəri yanaşmaları əhatə edən geosiyasət bir elm kimi XIX əsrin sonu, XX əsrin əvvəllərindən başlayaraq formalaşmağa başlamışdır. Qərbdə formalaşma mərhələlərini keçən geosiyasət Sovetlər dövründə Qərb təfəkkürünü, yəni rejimə əks düşüncəni əks etdirməsi ilə bağlı Azərbaycanın da daxil olduğu sosialist bloku ölkələrində, xüsusilə də keçmiş Sovetlər İttifaqında uzun müddət nəinki öyrənilməmiş, hətta ciddi elm olaraq qəbul edilməmiş və bu sahəyə etinasız yanaşılmışdır. Yalnız XX əsrin sonlarında dünyada baş verən siyasi təlatümlər nəticəsində müstəqilliyini qazanmış yeni ölkələrdə bu elmə maraq yaranmışdır. Həmin dövrün ictimai-siyasi proseslərinin mücərrədliyi isə geosiyasətlə bağlı fundamental kitabların hazırlanmasını bu sahə ilə məşğul olan mütəxəssislərin qarşısında zəruri tələb kimi ortaya qoymuşdur.

Azərbaycan oxucusu da geosiyasətə dair ədəbiyyatlarla son on illiklərdə tanış olmağa başlamışdır. İlk vaxtlar daha çox rus dilindən tərcümə olunmuşya rusdilli vəsaitlərdən istifadə edilməklə yazılmış əsərlər hesabına bu boşluğun doldurulmasına çalışılmışdır. Belə olan halda isə geosiyasətdə milli maraqlar üzərində şərhlər, geosiyasi mövqenin xarici siyasətin milli prioritetləri nəzərə alınmadan qiymətləndirilməsi, eləcə də geosiyasi proqnozlaşdırmada bu amillərə yer verilməməsi Azərbaycan oxucusunda birtərəfli fikir yaradır, gənc nəslin isə geosiyasi təfəkkürünün formalaşmasında bu elmə etinasızlığa səbəb olurdu. Lakin müstəqilliyinin 20-ci ilini yaşayan ölkəmizdə son zamanlar bu elmin tədqiqatına suveren Azərbaycanın siyasi, ictimai, iqtisadi siyasətinin formalaşmasında iştirak etmiş peşəkar mütəxəssislərin qoşulması, geosiyasətin milli maraqlar baxımından qiymətləndirilməsi mövcud vəziyyəti əsaslı şəkildə dəyişmişdir. Bu mənada professor Novruz Məmmədovun iki cilddə çap olunan “Geosiyasətə giriş” kitabı xüsusi yer tutur.

Hər bir tədqiqat əsəri ilk növbədə müəllifin baxış bucağının elmi dəyəri və fərqlilik dərəcəsinə görə qiymətlidir. Məhz bu meyar əsasında bəşəri əhəmiyyət kəsb edən eyni mövzuda yazılan çoxsaylı əsərlər və aparılan tədqiqatlar fərqləndirilir və oxucuların hafizəsində həkk olunur. Hazırkı kitabda da müəllifin geosiyasi proseslərə uzun illərdir fəaliyyət göstərdiyi xarici siyasət, diplomatiya, eləcə də milli dövlətçilik prizmasından yanaşması tədqiqatı cəlbedici edir. Müəllif həm də dərslik kimi nəzərdə tutduğu kitabda klassik ənənəyə uyğun olaraq geosiyasi nəzəriyyələri, kateqoriya və cərəyanları, geosiyasətin baniləri olan görkəmli dövlət və elm xadimlərinin düşüncələrini, fərqli məktəb nümayəndələrinin yanaşmalarını araşdırır, müqayisəli təhlil edərək, ümumi mənzərənin formalaşması ilə bağlı özünəməxsus şərhlər əsasında oxucuda yetkin bir elmi təsəvvür formalaşdırır. Əsərdə müxtəlif geosiyasi mərhələlərin spesifik xüsusiyyətləri, dünyada güc mərkəzlərinin tarixi təcrübəsi və gələcək strategiyaları, o cümlədən dünyanın gələcək nizamı ilə bağlı geosiyasi yanaşmadoktrinalar ətraflı təhlil edilir, yeni minilliyin çağırışları qarşısında milli maraqların mövcud vəziyyəti və perspektivləri haqqında oxucunun dünyagörüşünün üfüqlərinin açılmasına yönəlmiş geniş məlumatlar verilir.

Müəllif araşdırmanın əvvəlindən geosiyasət anlayışının mahiyyətini açarkən özünəməxsus baxış bucağını ortaya qoyur. Belə ki, o, geosiyasətlə bağlı verilmiş bütün digər izahları göstərməklə yanaşı öz subyektiv yanaşmasını da irəli sürür: “Geosiyasət ideologiya olaraq “məkan adamı”ndan bəhs edir. Bu adam məkan vasitəsilə əvvəlcədən müəyyən edilmiş, onun spesifik relyefi, landşaftı ilə şərtlənmişdir.” Həqiqətən də geosiyasətdə təbii-coğrafi, iqtisadi, sosial, demoqrafik faktorlar nə qədər böyük rol oynasa da, insan resurslarının aparıcı olması danılmazdır. Bu insanın geosiyasi proseslərə, nizama təsir gücündə olması isə çox zaman sadə gözlə görünmür. Burda həlledici faktor onun əhatə olunduğu məkandır. Müəllif də haqlı olaraq göstərir ki, “Geosiyasətin əsas tezisi – insanın məkandan asılı olması barədə tezis yalnız müəyyən məsafədən baxanda aşkar görünür”.

Novruz Məmmədovun araşdırmasında Qərbin geosiyasət kitablarında rast gəlinməyən Şərqli mütəfəkkirlərin düşüncələri də xüsusi maraq doğurur. Belə ki, kitabda geosiyasətin mənbələri sırasında Əbu Nəsr Məhəmməd əl-Fərabi, Biruni, İbn Sina, Əbdülvalid ibn-Rüşd, Siracəddin Urməvi, Nəsirəddin Tusi, İbn Xəldun kimi mütəfəkkirlərin əsərləri sadalanır. Bununla yanaşı, müəllif fərqli bir yanaşma da ortaya qoyur. Əsərdə Qərb geosiyasətçilərinin hökmranlıq iddiasına, idarəetmə qabiliyyətinə qarşı Şərq mütəfəkkirlərinin ədalətli nizam, kamil insan dünyagörüşü əsaslandırılır. Müəllif Tusi yaradıcılığından bəhs edərkən göstərir ki, “alimin fikrincə, bəşəriyyəti ədalətsizlik təhlükəsindən yalnız “ortalıq” mövqeyi xilas edə bilər, çünki “ortalıq” birliyin mərkəzidir, ədalət isə həqiqətin ortasındadır.” Qərb siyasətinin istiqamətlərindən biri olan palemologiyanın müharibənin cəmiyyət həyatına müsbət təsirinə dair tezisləri isə bunun tam əksidir. Çünki bu nəzəri yanaşmaya əsasən müharibə mədəniyyətlərin dialoqunun və qarşılıqlı zənginləşməsinin əsas amilidir, texniki tərəqqinin hərəkətverici qüvvəsidir, sosial həyatda keçid formalarının ən çox nəzərəçarpan növüdür. Bununla da müəllif geosiyasətdə ədalət və ya güc anlayışlarının müqayisəli şəkildə yerinirolunu göstərmişdir.

Günümüzdə geosiyasət, diplomatiya, beynəlxalq münasibətlər, xarici siyasət çox zaman eyniya oxşar anlayışları ifadə etmək üçün işlədilir. Lakin müxtəlif nəzəri yanaşmametodoloji paradiqmaların işığında bu anlayışlar bir-birindən əsaslı surətdə fərqlənir. Həmin fərqliliklərin ölçü meyarı isə ilk növbədə peşəkarların diqqətini cəlb edə bilir. “Geosiyasətə giriş” kitabında müəllif belə incə məqamlara toxunmuşdur. Novruz Məmmədovun fikrincə, “Geosiyasət, iki səbəbə görə diplomatiya tarixi ilə eyniləşdirilə bilinməz. Bir tərəfdən, geosiyasət uzunmüddətli problemləri öyrənir, diplomatiya tarixi isə, praktik olaraq, millətlər arasındakı münasibətlərin “gündəlik” tarixidir. Digər tərəfdən, ölkənin diplomatik fəaliyyəti özünün geosiyasi niyyətlərindən fərqli tərzdə istiqamətlənə bilər. Diplomatiya siyasi qurumlar arasında gündəlik, həftəlik münasibətlərlə səciyyələnir. Geosiyasət, diplomatiya tarixinin məlumatlarından istifadə etməklə yanaşı, bu gündəlik fəaliyyətin fövqündə durur. Diplomatiya geosiyasi niyyətləri aydınlaşdırır, lakin onları bütövlükdə şərh etmir. O, ölkənin beynəlxalq davranışının yalnız bir aspektidir.”

Kitabın birinci cildində alman orqanik məktəbi, anqlosaks avromərkəzçi geosiyasi modeli, fransız “sivilizasiya geosiyasi” məktəbi, Avrasiyaçı məktəb, Kioto geosiyasət məktəbi, liberal beynəlmiləlçilik geosiyasəti, possibilizm geosiyasi konsepsiyası, panregionçu geosiyasi model, “dəniz qüdrəti” konsepsiyası, “böyük məkan” nəzəriyyəsi kimi klassik geosiyasi nəzəriyyələr və cərəyanlar ətraflı tədqiq edilmişpraktik baxımdan geostrateji doktrinalarda bunun əyani təzahürləri açıqlanmışdır.

Yeni minillikdə dünyada gedən bütün proseslər kosmik sürətlə dəyişikliklərə uğrayır. Belə bir şəraitdə geosiyasi proseslərin də gələcəyini proqnozlaşdırmaq olduqca çətinləşir. Geosiyasətin başlıca məqsədlərindən birinin də gələcək prosesləri əvvəlcədən hesablamaqyaranacaq vəziyyətə hazırlaşmaq olduğunu nəzərə alaraq kitabda əks olunan dünyanın gələcəyinin geosiyasətçilər tərəfindən necə dəyərləndirilməsi ilə bağlı tendensiyalar da xüsusi əhəmiyyət kəsb edir. Müəllif yeni dünyanın mənzərəsini – Alen Benuanın “Yüzbayraqlı Avropa”, Jan Tiriarın “Dublindən Vladivostoka qədər Avropa”, A.ÇişkininAfrika – Ümumavropanın bir nömrəli vəzifəsi”, Jan ParvuleskonunAvrasiya məşhər imperiyası”, Rober StoykersinHind okeanı dünya ağalığına aparan yoldur”, Karlo Terraçanonun “Rusiya+islam=Avropanın nicatı” və digər ideya və nəzəriyyələri oxucuya yeni reallıqlar işığında təqdim etmişdir. Müasir dövrümüzdəki mövcud vəziyyət göstərir ki, bu nəzəri yanaşmaların bir çoxu iflasa uğramışdır. Eyni zamanda bu günün özündə də hətta qısa müddətli proqnozların belə özünün doğrultmadığının şahidi oluruq. Əsərdə doğru olaraq qeyd edildiyi kimi, geosiyasətin vəzifəsi gələcək siyasi mənzərə ilə bağlı bütün mümkün ola biləcək variantları görə bilmək və ya təsəvvür etməkdir.

Müəllif, dünyanın gələcək mənzərəsi ilə bağlı nəzəri yanaşmaları oxucuya çatdırmaqla yanaşı, özünün geosiyasi proqnozlarını da incə ştrixlə qeyd edir. Hazırda təlatümlər və keçidlər mərhələsini yaşayan dünyamızda yeni reallıqlara cavab verməli olan beynəlxalq siyasi və maliyyə-iqtisadi arxitekturanın formalaşması kimi təbii bir proses gedir. Novruz Məmmədov bu arxitekturanın tarazlaşdırılmış dünya nizamına söykənməli olduğu qənaətindədir. Onun fikrincə, “XXI əsrin əvvəllərindən başlayaraq dünyada baş verən hadisələr, gedən geosiyasi proseslər istər-istəməz bir sıra dövlətlərin və xalqların – dünya birliyinin müxtəlif formalı narazılığına səbəb olurbu istiqamətdə implisit mövqe formalaşmağa başlayır. Bu mövqe hələlik çox kövrək olsa da, realpolitikpraqmatizm ruhu ilə səciyyələnir. Bütövlükdə birqütblü dünya nizamına qarşı müqavimətin möhkəmlənərək ciddi siyasi qüvvəyə çevriləcəyi də istisna edilmir. Bəs bu qüvvəyə liderliyi kim edə biləcəkdir – Rusiya, yoxsa Çin, ya da hər ikisi digərləri ilə birlikdə? Bu sual sözsüz ki, nə vaxtsa öz cavabını tapacaqdır”.

Ənənəvi geosiyasət kitablarında toxunulan mövzularla yanaşı, müəllifin təqdimatında bir sıra maraq doğuran yeniliklərə rast gəlirik. Belə ki, geosiyasətdə sivilizasiya faktorları, geosiyasətdə sakral ənənələr, geosiyasimilli maraqların beynəlxalq müstəvidə təzahürü oxucular üçün bu elm sahəsində yeni yanaşmalardır. Müəllifin bütün tədqiqat boyunca izlədiyi bu kimi istiqamətlər geosiyasətdə xarakterizə edilə biləcək yeni məqamlardır və həmin sahədə araşdırmalardakı özünəməxsusluğun göstəricisidir.

Novruz Məmmədov sakral mühitin geosiyasətin və sivilizasiyanın formalaşmasındakı rolunu qeyd edirbu faktorun konkret sivilizasiya tipinin özünəməxsus xüsusiyyətini səciyyələndirməsini əsaslı dəlillərlə göstərir. Sakral coğrafiyada landşaftın müxtəlif formaları buya digər xalqın spesifik dövlətçilik, dinietik ideologiyası ilə əlaqədar simvolik komplekslər kimi başa düşülür. Bununla bağlı müəllif konkret coğrafi tipin sivilizasiyasını fərqləndirir. Belə ki, onun təbirincə, “Səhralar və çöllər köçərilərin geosiyasi mikrokosmudur... Dağlardağ sivilizasiyaları çox vaxt arxaik, fraqmentar qurumlar şəklində mövcud olur. İmperiyalardan heç birinin mərkəzi dağlıq rayonlarda yerləşmir. Digər tərəfdən, dağlarda qədim irqlərin və sivilizasiyaların qalıqlarının saxlanması ideyası onu göstərir ki, sakral ənənələrin mərkəzləri məhz dağlarda yerləşir... Təpə çolün dünyəvi səviyyəsi üzərində ucalan, lakin dövlət mənafelərinin hüdudlarından kənara çıxmayan səltənətin rəmzidir... Meşə periferiya funksiyasını yerinə yetirir. Meşəlik zona da Quru imperiyasının mərkəzi ola bilməz... Tundra çölün və səhranın şimal analoqudur, lakin soyuq iqlim Tundranın geosiyasi baxımdan əhəmiyyətini xeyli azaldır. Bu periferiyalılıq buzlarda öz apogeyinə çatır. Dağlar kimi buzlar da dərin arxaik zonalardır”. Beləliklə, həm geosiyasi, həm də sivilizasiya tipləri göstərilən coğrafi landşaftın xüsusiyyətlərini daşıyır və məhz bu amillər müvafiq məkanda yerləşən dövlətlərin daxilixarici simasını əks etdirir. Bu baxımdan müəllifin geosiyasi xəritənin bu ilkin və ən ümumi xarakteristikalarını nəzərə alaraq, planetin müxtəlif regionlarını onların sakral keyfiyyətlərinə uyğun təyin edilə bilməsi ilə bağlı qənaəti təkzibedilməzdir.

Kitabın ikinci cildində ABŞ, aparıcı Avropa ölkələri, Rusiya, Hindistan, Çin, Yaponiya, Koreya kimi dövlətlərin geosiyasəti tarixi dövrlər və gələcək inkişaf perspektivləri baxımından araşdırılmış, Yaxın və Orta Şərq, Afrika, Latın Amerikası, Qafqaz və Mərkəzi Asiyada baş verən geosiyasi transformasiyalar və proseslər ətraflı şərh edilmişdir. Müəllif Azərbaycanın regional geosiyasi mühitdə mövqeyini dialoq və münaqişə aspektləri üzrə fərqləndirilməklə bu məsələyə ayrıca fəsildə yer vermişdir. Əsərdə Azərbaycanın özünəməxsus inkişaf modeli, bu modelin memarı Ulu Öndər Heydər Əliyevin siyasi kursu geosiyasi proseslər fonunda qiymətləndirilir. Novruz Məmmədov qeyd edir ki, “Heydər Əliyevin siyasi kursu Realpolitik ruhu ilə səciyyələnir. O, dünya reallıqlarının qiymətləndirilməsində müxtəlif resurslarla təmin edilən milli dövlətlərin maraqları mövqeyindən çıxış edir. Realpolitik istiqamətli bu yanaşma sayəsində Heydər Əliyev Azərbaycan dövlətinin neft strategiyasını formalaşdırdı və bu təsəvvür bu günxarici siyasətin əsas konseptual cəhətini təşkil edir. Prezident İlham Əliyevin xarici siyasət kursunun çoxvektorluğu da Realpolitik yanaşma prinsiplərinə söykənir”.

Beləliklə, professor Novruz Məmmədovun təqdimatında “Geosiyasətə giriş” kitabı Azərbaycan siyasətşünaslıq elminə dəyərli bir töhfədir və əsər bu sahədə tədqiqatçılar üçün özünəməxsus yol açacaqdır. Geosiyasi proseslərin sürətlə transformasiya etdiyi, bu istiqamətdəki konsepsiyaların ciddi çətinliklərlə üzləşdiyi müasir dövrümüzdə mövcud siyasi reallıqlara, eləcə də gələcək dünya nizamının mənzərəsi ilə bağlı suallara dərin və əhatəli cavab axtaran müəllifin baxış bucağını ortaya qoyan ikicildlik bu sanballı kitab oxucuda geosiyasətin üfüqləri ilə əlaqədar geniş təsəvvür yaradır, onu düşündürməyə sövq edir. Müstəqil Azərbaycanın siyasi proseslərində bilavasitə iştirak edən professor Novruz Məmmədovun çoxillik təcrübəsi və müşahidələrinin ardıcıl mütaliəsi və axtarışlarının məntiqi nəticəsi kimi meydana çıxan “Geosiyasətə girişikicildliyi beynəlxalq münasibətləri və xarici siyasəti öyrənmək istəyənlər üçün qiymətli mənbədir.

 

Ərəstü HƏBİBBƏYLİ,

iqtisad elmləri namizədi

525-ci qəzet.- 2011.- 10 dekabr.- S.8.