Nəsir İmanquliyev irsi müasir jurnalistikamız

 

CAHANGİR MƏMMƏDLİ: “NƏSİR MÜƏLLİM PEŞƏKAR QƏZETÇİNİN QİBTƏ EDƏ BİLƏCƏYİ SƏNƏT ÖMRÜ YAŞAYAN, ADINA JURNALİSTİKA DEYİLƏN MƏBƏDİ 70 İL ÖZÜNƏ QİBLƏGAH SAYAN BİR ŞƏXSİYYƏT OLUB”

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə görkəmli jurnalist, alim ictimai xadim, professor Nəsir İmanquliyevin 100 illik yubileyi ilə bağlıNəsir İmanquliyev irsi müasir jurnalistikamızmövzusunda konfrans keçirilib. Tədbirdə Mətbuat Şurası İdarə Heyətinin üzvləri, ölkənin nüfuzlu kütləvi informasiya vasitələrinin rəhbərləri, dövlət rəsmiləri, elm mədəniyyət xadimləri, veteran jurnalistlər iştirak ediblər. Konfransı giriş sözü ilə Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq, tədbiri N.İmanquliyevin ruhuna bir ehtiram əlaməti, ustadın anım günü kimi qələmə verib. O, N.İmanquliyevin Azərbaycan jurnalistikası tarixindəki xidmətlərindən söz açıb: “N.İmanquliyev Azərbaycan jurnalistikası tarixində mövqeyi olan, yeri olan şəxsiyyətlərdən biridir. Onun yaratdığı uzun müddət rəhbərlik etdiyiBakı “Baku” qəzetləri nəinki Azərbaycanda, eləcə bütün sovetlər məkanında diqqət mərkəzində olan mətbuat orqanlarından biri sayılıb. Bu qəzetlərdə istər hadisələrə baxış bucağından, operativ yanaşma baxımından, istərsə qəzetin dizayn baxımından fərqliliyi hər zaman müzakirə obyektivinə çevrilərək, digər mətbuat orqanlarına örnək olub. Bütün bu xüsusiyyətləri nəzərə alaraq, N.İmanquliyevin 100 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən sərəncam imzalanıb. Biz bu sərəncamı yüksək qiymətləndiririk. Bu sərəncama əsasən təhsil, mədəniyyət tuizm nazirlikləri, Azərbaycan Jurnalistlər Birliyi Mətbuat Şurası müxtəlif tədbirlərin keçirilməsini planlaşdırır. Bugünkü konfrans həmin tədbirlərdən birincisidir. N.İmanquliyev bizim hamımızın müəllimidir. Hesab edirəm ki, onu tanıyan, dinləyən, yaradıcılığına bələd olan hər bir kəs Nəsir müəllim haqqında kifayət qədər danışa bilər”.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir MəmmədliAzərbaycan jurnalistikasının müəllimimövzusunda məruzə ilə çıxış edib. O, Nəsir müəllimin Bakı Dövlət Universitetində Jurnalistika fakültəsininJurnalistikanın nəzəriyyəsi təcrübəsikafedrasında müəllim işlədiyi illərdən, onun mətbuatdakı fəaliyyətindən danışıb: “Böyük adamlar, böyük müəllimlər, sözün əsl mənasında klassik müəllimlər bir auditoriyanın, bir sinifin, bir universitet ya məktəbin müəllimi deyil, bütövlükdə hamının müəllimidir. Onun həyat yaradıcılığından danışmaq həm şərəfli, fərəhli bir işdir, həm məsuliyyətli bir vəzifədir. Nəsir müəllim haqqında danışmaq, ömrünü insan tərbiyəsinə həsr eləmiş müqəddəs bir şəxsiyyət haqqında söhbət açmaq deməkdir. N.İmanquliyev bu müqəddəs müəllimlər sırasında həm ona görə xüsusi yer tutur ki, o nəinki klassik bir müəllim obrazının, tanıdığımız, sənətindən qidalandığımız ziyalı olmaqla, müəllimlərin müəllimidir. Belə müəllimlər təkcə bizə dərs dediyinə görə yox, həyatda qoyub getdiyi izlərə görə seviləndir. N.İmanquliyev yeni bir jurnalistika məktəbinin yaradıcısı kimi yüksək senzura şəraitində jurnalistikanın şərəfini qoruya bilmiş bir redaktor kimi, çalışdığı bütün vəzifələrdə məmur ləyaqətini hər zaman qorumuş dövlət xadimi kimi, ömrünün bir hissəsini həsr etdiyi universitet auditoriyasında tələbə məhəbbətini qazanmış bir pedaqoq kimi, Azərbaycan ziyalılığının bir nümunəsi kimi, ən nəhayət təkcə öz ailəsi üçün deyil, bütövlükdə Azərbaycan xalqı üçün xidmət edən ləyaqətli övladların tərbiyəçisi kimi hamımızın müəllimi epitetini daşımaq şərəfinə nail olub. Nəsir müəllim hər bir peşəkar qəzetçinin qibtə edə biləcəyi bir sənət ömrü yaşayıb. O, mətbuata XX əsrin əvvəllərində gəlmiş adına jurnalistika deyilən bir məbədi 70 il özünə qibləgah saymışdır. Nəsrulla Əsəd oğlu İmanquliyev 22 dekabr 1911-ci ildə Bakıda anadan olub. Onun mətbuatdakı ilk çıxışları tələbəlik illərinə təsadüf edib. Balaxanı Sabunçu Mədənində usta köməkçisi işlədiyi Neft Texnikumunda oxuduğu vaxtlardaKommunist”, “Yeni yol”, “Gənc işçiqəzetlərində müxtəlif vəzifələrdə çalışıb. 1942-ci ildə siyasi işçi kimi Böyük Vətən Müharibəsinin Krım cəbhəsinə göndərilib. Burada o, “Döyüşən Krımqəzetində məsul katib hərbi hissədə tərcüməçi kimi fəaliyyət göstərib. Bir il sonra arxa cəbhəyə göndərilərəkKommunistqəzetində məsul katib işləyib vətənpərvər ruhlu çoxsaylı yazılarla çıxış edib. 1947-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb, eyni zamanda universitetin filologiya fakültəsində təhsilini davam etdirib. N.İmanquliyev ötən əsrin 60-90-cı illərinin mətbuat tarixində böyük rol oynamışBakı “Baku” qəzetlərinin yaradıcısı baş redaktoru olub. Ustad jurnalistin bu nəşrə gətirdiyi yeniliklərlə Azərbaycanda azad sözə, fikrə daha çox yer ayırıb oxucuları daim yeni informasiyalarla təmin edib. Qəzetin səhifələrində paytaxtın gözəlliyi, yenilikləri ilə yanaşı, şəhərdə həlli vacib məsələlər geniş şəkildə işıqlandırılıb”.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev Azərbaycan dövlətinin bütün sahələrdə böyük xidmətləri olmuş şəxslərin irsinin gənc nəslə çatdırılmasına, xatirələrinin əbədiləşdirilməsinə hər zaman diqqət göstərdiyini bildirib. Qeyd edib ki, N.İmanquliyev ömrünü-gününü jurnalistikaya sərf edən, peşənin məziyyətlərinə qatlaşan alimlərimizdən olub: “Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin görkəmli alimin 100 illik yubileyinin keçirilməsi haqqındakı sərəncamında deyildiyi kimi, müasir Azərbaycan jurnalistikasının təşəkkülündə xüsusi yeri olan Nəsrulla İmanquliyev mətbuatımızın inkişafında əvəzsiz xidmətlər göstərmişdir. O, cəmiyyət həyatının ən müxtəlif sahələrini əks etdirən sanballı yazıları ilə mətbuat tariximizə layiqli töhfələr vermişdir. Jurnalistika sahəsində zəngin pedaqoji fəaliyyəti Azərbaycan jurnalistlərinin böyük bir nəslinin formalaşmasında mühüm rol oynamışdır. Nəsir müəllimin qurucusu olduğuBakı”, “Baku” qəzetləri 37-ci ilin represiyalarını görmüş cəmiyyət üçün söz azadlığı, fərqli üslub peşəkarlıq xüsusiyyəti baxımından mühüm mənbə, Həsən bəy Zərdabi ənənələrini yaşadan məktəb olmuşdur”.

Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Şirməmməd Hüseynov çıxışına yubilyarla ilk tanışlığı vaxtlarından söhbət açmaqla başlayıb. N.İmanquliyevi səmimi, qayğıkeş insan kimi xarakterizə edən ustad jurnalist bu keyfiyyətlərin özünün böyük məramdan irəli gəldiyinə diqqət çəkib: “Bilirsiniz, hər kəs öz işində vətənpərvər olmalıdır. Vətənpərvərlik təkcə mövcud quruluşu, hakimiyyəti tənqid etməklə məhdudlaşmır. Gərək işinlə əməlinin vəhdətinə nail olasan. Nəsir müəllim gənclərə qayğı ilə yanaşırdı. Həmin qayğıdan mən faydalanmışam. O, üçün belə edirdi? Çünki millətinin gələcəyini düşünürdü. Gələcəyi parlaq etmək üçün gənclərə etimad göstərir, öyrədir onları bir növ, cığıra salırdı. Nəsir müəllim gələcək üçün müəllimlər yetişdirirdi. O adamda Azərbaycanın müstəqillik dövrünün ruhunu dirçəltmək istəyi var idi. Həmin ruh yaratdığı uzun illər ayaqda saxladığı qəzetlərdə yaşadı”.

Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin kafedra müdiri, professor Nəsir Əhmədli, N.İmanquliyevlə birgəBakı”-“Baku” qəzetlərində çalışmış, veteran jurnalist Şamil Şahməmmədov, Azərbaycanın əməkdar jurnalisti, Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin rəhbəri Yusif Kərimov, “Bakıqəzetinin baş redaktoru Ağahüseyn Hüseynov, nəşrin redaktoru Ənvər Məşədiyev, həmçinin sabiq əməkdaşı Əliabbas Əlimədətoğlu digər çıxış edənlər N.İmanquliyevin mənalı ömür yolundan, səmərəli elmi, pedaqoji fəaliyyətindən, mətbuatımızın inkişafındakı xidmətlərindən söhbət açılacaq, əməkdar jurnalistin irsinin müasir nəsil üçün örnək səciyyə daşıyan məqamları ətrafında fikir mübadiləsi aparıblar.

 

Rufik İSMAYILOV

525-ci qəzet.- 2011.- 10 dekabr.- S.7.