İsmayıllı rayonunda “Jurnalistlər üçün qış məktəbi” layihəsi həyata keçirildi

 

Dekabrın 7-dən 10-dək Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Gənclər və İdman NazirliyiAvrasiya Əməkdaşlıq Fondu ilə birgə İsmayıllıda “Jurnalistlər üçün qış məktəbi” layihəsi həyata keçirib. Layihədə Azərbaycanın müxtəlif media orqanlarının təmsilçiləri iştirak edib.

25-ə yaxın jurnalistin qatıldığı tədbirin açılış mərasimində ARGTMŞ sədri, milət vəkili Fuad Muradov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov, BDU-nun jurnalistika fakültəsinin kafedra müdiri Cahangir Məmmədli, həmin kafedranın müəllimi Zaur Babayev, “APA-Groupbaş direktoru Vüsalə Mahirqızı və digər şəxslər iştirak ediblər.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı N.Ələkbərov cıxış edərək İsmayıllı rayonunun tarixindən, burada son illər həyata keçirilən abadlıq və quruculuq işləri haqqında məlumat verib. İcra başçısı bildirib ki, ümummilli lider Heydər Əliyev ilk dəfə bu rayona 1981-ci ildə səfər edib və 4 gün ərzində öz həyat yoldaşı mərhum Zərifə xanımla birgə məşhur İvanovka kəndində qalıb: “Prezident İlham Əliyev isə İsmayıllı rayonuna 2005-ci ildə səfər edibbu zaman rayonumuzda bir sıra əhəmiyyətli obyektlərin açılışına qatılıb. Eyni zamanda bildirim ki, Yaponiyanın ölkəmizdəki səfirliyinin xətti ilə bu rayonda çox əhəmiyyətli layihələr reallaşdırılıb. Hazırda Yaponiyanın şəhərlərindən biri olan İto ilə İsmayıllının “qardaşlaşmış şəhərlər” əməkdaşlığı çərçivəsində işlər həyata keçirlir. Həmçinin, İsmayıllı ilə Belarusun şəhərlərindən biri “qardaşlaşmış şəhərlər”dir. Bununla belə, İsmayıllı respublikada yeganə rayondur ki, buradaYapon parkı” salınıb. Eyni zamanda Yaponiyanın Azərbaycandakı səfirliyi ilə sıx əməkdaşlıq qurulub və onların dəstəyi ilə rayonda xeyli sayda sosial layihələr həyata keçirilib”.

N.Ələkbərov həmçinin qeyd edib ki, İsmayıllı rayonunda iki qəzeti – “İsmayıllı xəbərləri” və “Girdiman” işıq üzü görür. O, daha çox “İsmayıllı xəbərləri” qəzetini izlədiyini və bu qəzetin daha operativ, geniş mövzu əhatəsinə malik olduğunu deyib. Onun sözlərinə görə, rayonda həmçinin yerli radio fəaliyyət göstərir.

Millət vəkili F.Muradov bu layihənin məhz bu bölgədə keçirilməsinə dəstək verdiyinə görə İsmayıllı rayon rəhbərliyinə minnətdarlığını bildirib. O deyib ki, bu layihə çərçivəsində ilk tədbirləri 2009-cu ildə olub. Onun sözlərinə görə, həmin layihə Quba rayonunda 5 gün ərzində reallaşdırılıb. Millət vəkili bildirib ki, indiki durumda jurnalistlərin üzərinə çox böyük məsuliyyət düşür: “Çünki ölkəmiz müharibə vəziyyətində olduğu üçün Azərbaycan həqiqətlərinin yayılması, informasiya savaşının uğurlu şəkildə aparılması ilk növbədə onlardan asılıdır. Hesab edirəm ki, bu tədbir ölkə jurnalistlərinə verilən bir dəstəkdir və biz bunu hər zaman davam etdiririk. Bu məsələ həm də dövlət başçısının nəzarətindədir. Məhz onun göstərişi və müvafiq sərəncamı ilə jurnalistlər üçün mənzil tikintisi, onların mənzillə təmin olunması nəzərdə tutulur. Bu onu göstərir ki, jurnalistlərlə bağlı müəyyən problemlər qalsa da, onların öz fəaliyyətlərini daha peşakarcasına qurmaları uçün hər cür şərait yaradılmaqdadır. Bizim gələn il üçün proqramımızda da bu layihənin həyata keçirilməsi nəzərdə tutulub. Çalışacağıq ki, gələn il bir neçə dəfə bu layihə çərçivəsində jurnalist dostlarımızla bir yerdə olaq”.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli qeyd edib ki, Gənclər Təşkilatları Milli Şurası ona çox doğma bir qurumdurbu baxımdan, onun keçirdiyi bütün layihələrə böyük önəm verir. Onun sözlərinə görə, belə layihələr olduqca maraqlı və vacibdir. C.Məmmədli “Jurnalistikada informasiyanın təqdimat prinsipləri: dəqiqlik, qərəzsizlik, vicdanlılıq, ədalətlilik” mövzusunda məruzə ilə çıxış edib. O, bildirib ki, jurnalist məlumat hazırlayarkən öz vətəndaşlıq mövqeyini unutmamalıdır: “Ola bilər ki, bu fikrimi bəzi nəzəriyyəçilər qəbul etməsinlər. Əvvəllər mən də küyə gedib, bu cür düşünənləri qınayırdım. Amma son zamanlar hesab edirəm ki, jurnalist xəbəri yayarkən vətəndaşlıq mövqeyini unutmayanda qərəzsiz və vicdanlı olur”.

“APA Groupun baş direktoru Vüsalə Mahirqızı belə tədbirlərin davamlı olmasını və gələcəkdə digər tanınmış jurnalistlərin, baş redaktorların da bu istiqamətdə tədbirlərə dəvət edilməsini arzulayıb. V.Mahirqızı “Yeni media şəraitində jurnalistin peşəkarlıq səviyyəsi” mövzusunda məruzə ilə çıxış edib. V.Mahirqızı yeni medianın qarşısında duran vəzifələrdən söz açıb, internet mediasının üstünlüklərindən danışıb və sosial şəbəkələrdəki informasiyaların mediaya ayaq açmasının doğru olmadığını vurğulayıb: “İnternetdə istənilən şey varoxuyursunuz, görürsünüzeşidirsiniz. Eyni zamanda özünüz aktiv istifadəçi ola bilirsiniz. Proseslərdə aktiv iştirak etmək üstünlüyünüz var. “Facebook” və yaTwitterkimi səhifələrdə paylaşılan xəbərlərin ciddi bir media qurumunda istifadə olunması və istinad olunması doğru deyil. Xəbərin tərəfsizliyi, qərəzsizliyi, obyektivliyi və dəqiqliyi prinsipləri qorunmalıdır”.

V.Mahirqızı bildirib ki, istənilən yazıda qarşı tərəfin münasibəti olmalıdır: “İstənilən sosial şəbəkə istifadəçisi özünün şəxsi baxışlarını da şərhlərinə əlavə edir. Jurnalist normal halda bunu yazmamalıdır. Dəqiq istinad nöqtəsi yoxdursa, bunu yazmaq gərəksizdir. Medianın işi kütləvi xəbər yaymaqdır. Media öz səviyyəsini, peşəkarlıq qabiliyyətini artırmalıdır”.

V.Mahirqızı əlavə edib ki, jurnalistikaya gələn yeni insanlar yazmağı, çəkməyi və hətta xəbəri yerləşdirməyi də bacarmalıdırlar: “Artıq Türkiyədə xəbər jurnalistləri bu üsulla işləyirlər”.

“Jurnalistlər üçün qış məktəbi” layihəsinin ikinci günüMedia hüququ və Azərbaycan gerçəkliyi” mövzusunda hüquqşünas Ələsgər Məmmədli çıxış edib. O bildirib ki, bu gün jurnalistlər arasında peşə həmrəyliyinə ehtiyac var. Onun dediyinə, təəssüflər olsun ki, bu gün Azərbaycan jurnalistikası və jurnalistləri buya digər səbəblərdən parçalanmış vəziyyətdədir: “Bu gün müəllimlər, tibb işçiləri və digər peşə əməkdaşları arasında həmrəylik olsa da, bu, jurnalistlər arasında yoxdur. Hətta, bu münasibətlər düşmənçilik və qarşılıqlı təhqir səviyyəsindədir. Ona görə bu cür tədbirlərin keçirilməsi çox vacibdir ki, jurnalistlər arasında da belə bir həmrəylik əldə edilsin”.

Fotojurnalistika və Azərbaycan reallığı” mövzusunda Azpress.az-ın baş direktoru Rasim Sadıxov çıxış edib. O bildirib ki, fotojurnalistika ilə “photoshopu eyniləşdirmək olmaz: “Bunlar biri –birindən tamam fərqli şeylərdir. Eyni zamanda, fotomüxbirlə hansısa fotoqrafı da eyniləşdirmək olmaz. Daha doğrusu, fotomüxbirə fotoqraf deyəndə biz özümüzü təhqir olunmuş sayırıq. Çünki fotomüxbirlik, fotojurnalistika çox ciddi bir sənətdir. Bunları heç bir halda tərəzinin eyni gözünə qoymaq olmaz. Fotomüxbir olmaq insandan məsuliyyət, ciddilik və işinə son dərəcə peşəkarlıqla yanaşmanı tələb edir”.

Sosial jurnalistika perspektivləri və müasir texnologiyalarmövzusunda çıxış edən Bakı Dövlət Universitenin jurnalistika fakültəsinin müəllimi, dosent Zaur Babayev isə təmsil etdiyi fakültənin nəzdində fəaliyyət göstərən Sosioloji-Tədqiqat Laboratoriyasının 2 minə yaxın respondent arasında apardığı rəy sorgusunun nəticələrini açıqlayıb. Onun sözlərinə görə, sorğunun nəticələrinə əsasən rəyi soruşulanlardan 30 faizi mobil telefon, 29 faizi internet, 21 faizi televiziya, 12 faizi radio, 4 faizi qəzet, cəmi 3 faizi isə jurnal vasitəsi ilə özləri üçün lazım olan məlumatları əldə edir.

Tədbir zamanı “Gənclər fondu” layihəsinin təqdimatı da keçirilib. Məlum olub ki, artıq ölkənin 21 bölgəsində belə fondlar fəaliyyət göstərir və onların əsas məqsədi gəncləri maraqlandıran, narahat edən bir sıra məsələlərin həllinə köməklik göstərməkdir. Həmçinin, bu fondlar tərəfindən bölgələrdə azyaşlı qızların təhsildən yayındırılması, bəzi hallarda isə ailələri tərəfindən qızların erkən yaşlarında nikahlara məcbur edilməsi məsələsi ilə qızlar arasında müvafiq təlimlər, maarifləndirmə işləri aparılıb və əvvəlki illərlə müqayisədə bu yöndə müsbət irəliləyişlərə nail olunub.

Bununla yanaşı, tədbir çərçivəsində təlimçi Rəna Tahirova tərəfindən jurnalistlər arasında maraqlı intellektual yarış keçirilib. Eyni zamanda jurnalistlər arasında xəritə yarışı kecirilib.

Layihənin qeyri-rəsmi hissəsində “Qış məktəbi”nin iştirakçıları İsmayıllı rayonun mərkəzinin görməli yerlərini-Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi ilə, hələlik ölkədə yeganə olanYapon bağı” və digər yerlərlə tanış olublar.

Millət vəkili, Avropa Parlamenti Əməkdaşlığı Komitəsinin üzvü Fuad Muradov “Jurnalistlər üçün qış məktəbi” layihəsinin 3-cü günü Azərbaycanın Avropa strukturlarına inteqrasiyasından danışıb və bu gün Azərbaycanın Avpora Şurasının (AŞ) ən fəal üzlərindən biri olduğunu vurğulayıb: “Bu qurumda Parlament Assambleyası, daimi komitələr, siyasi qruplarfraksiyalar fəaliyyət göstərirlər. Bu qurumlardan daha çox siyasi qruplarda təmsilçilik böyük önəm kəsb edir. Məsələn, AŞ Parlament Assambleyasının indiki prezidenti Mövlud Çavuş oğlu məhz siyasi qruplardan birinin təmsilçisi kimi belə bir mötəbər qurumun rəhbəri seçilib. Eyni zamanda, vaxtı ilə bu qurumda Azərbaycan nümayəndə heyətinə rəhbərlik etmiş indiki dövlət başçısı İlham Əliyev də siyasi qrup təmsilçisi kimi bu qurumun vitse-prezidenti seçilmişdi. Qeyd edim ki, bu qurumun müxtəlif ölkələr və məsələlər üzrə məruzəçiləri də daha çox siyasi qruplardan təyin olunurlar. Həmçinin, AŞPA-da hər bir nümayəndə heyəti paritet əsaslarla – iqtidar, müxalifət nümayəndələrindən və bitərəfərdən formalaşdırılır. Bu nümayəndə heyətlərində qadın millət vəkillərinin də təmsilçiliyi çox önəmlidir. Azərbaycan nümayəndə heyəti də bu baxımdan istisna deyil”.

Avropa İttifaqı, Avropa Parlamenti ilə əməkdaşlıqdan danışan F. Muradov deyib ki, qurumun bu günlərdə Azərbaycanda səfərdə olan iki fransız əsilli nümayəndəsi ölkəmiz haqda əsl həqiqətlərdən xəbərsiz olduqlarını bildiriblər: “Biz onlara Azərbaycanın xəritəsini göstərdik və bildirdik, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi harada yerləşir, ölkəmizin hansı hissəsi işğala məruz qalıb və sair. Onlar bu məlumatlarla tanış olduqca Azərbaycan haqqında düzgün fikirlərinin, mövqelərinin formalaşdığını vurğulayırdılar. Biz ümumiyyətlə, Azərbaycan həqiqətləri ilə bağlı əlimizdən gələni etməyə çalışırıq. Şəxsən mən hətta, “qar adamı” ilə də bu məsələ ətrafında müzakirələr aparmağa hazıram. Təki onlar ölkəmiz barədə düzgün mövqedə olsunlar. Avropa İttifaqı, Avropa Parlamenti ilə münasibətlərə gəlincə, ilk vaxtlar bizə gülürdülər və deyirdilər ki, sizin buradaişiniz var? Ancaq biz səbrlə, təmkinlə bu qurumlarla əməkdaşlığımızı davam etdirirdikbu günbu işimizi davam etdiririk. Avropa Parlamentində təmsilçilik bu quruma üzv olan ölkələrin əhalisinin sayının hesabınadır. Bu baxımdan, məsələn, əhalisi çox olan Fransa bu qurumda daha çox parlamentari ilə təmsil olunur. Xatırladım ki, bu qurumda da siyasi qruplar fəaliyyət göstərirlər ki, bunların arasında Avropa Xalq Partiyası say etibarı ilə üstünlük təşkil edir. Yəni, bu qurumun demək olar ki, əksər rəhbər şəxsləri məhz bu siyasi qrupun nümayəndələridir. Eyni zamanda məlumat üçün deyim ki, bu Parlamentin üzvü olan parlamentari öz ölkəsində millət vəkili olmaya bilər. Burada belə bir prosedur da mövcuddur”.

F.Muradov bildirib ki, bu qurumda qəbul olunan qərarlar üzv ölkələr üçün məcburi deyil: “Həmin üzv ölkələr bəzən bildirirlər ki, biz bu məsələni sadəcə, referenduma çıxara və ondan sonra bu yöndə qərar verə bilərik. Məsələn, “avro” ilə bağlı məsələdə bu qurum daxilində həmrəylik əldə olunmadı. Bir neçə ölkə “avroya keçməkdən imtina etdi”.

Millət vəkili Avropa Parlamentində yaxından iştirakla bağlı bir müddət öncə “AvronestParlament Assambleyasının yaradıldığını, Azərbaycan nümayəndə heyətinin burada fəal iştirak etdiyini dilə gətirib. Onun sözlərinə görə, bu baxımdan, qurumun ikinci sessiyası gələn ilin aprel ayında Bakı şəhərində keçirilməsi qərara alınb.

Bloqerliksosial jurnalistikamövzusunda gənc bloqer-təlimçi Rəşad Əliyev çıxış edib. O bildirib ki, bloqçuluq, blogerlik operativlikçeviklik tələb edir.

Tədbirə qatılan “AGbank”ın təmsilçisi, keçmiş millət vəkili Əkrəm Abdullayev bildirib ki, bank hər zaman jurnalistlərin yanında olubonlara dəstək verməyə hazırdır. Ə.Abdullayev onu da deyib ki, bu günə qədər bank tərəfindən bir sıra mədəniyyət və xeyriyyəçilik layihələrinə dəstək verilib.

Ancaq bizim də imkanlarımız o dərəcədə deyil ki, bütün layihələrə dəstək verə bilək. Bununla belə, bir bank olaraq, öz xeyriyyə tədbirlərimizi davam etdiririk. Bu məsələdə jurnalistlər daim öndə gəlirlər. Biz hər zaman jurnalistlərlə əməkdaşlığa, onlara dəstək verməyə hazırıq”.

Parlament Jurnalistləri Birliyinin (PJB) sədri Elşad Eyvazlı tədbir zamanı məlumat xarakterli çıxışında deyib ki, rəhbərlik etdiyi təşkilat tərəfindən qadın hüquqları ilə bağlı müsabiqəyə start verilib və müsabiqə gələn ilin yanvar ayında yekunlaşacaq, qaliblər isə mart ayında mükafatlandırılacaq: “Həmçinin, təşkilat tərəfindən mart ayı ərzində 10 jurnalist Türkiyənin İzmir şəhərinə, 5 jurnalist isə Avropa ölkələrindən birinə səfərə göndəriləcək”.

Tədbirin sonunda millət vəkili Fuad Muradov qısa nitqlə çıxış edərək bildirib ki, onlar belə bir layihəni həyata keçirməkdən məmnundurlar .

Onun dediyinə görə, jurnalistlərlə mütəmadi bir arada olmaqonlarla bağlı bu tipli layihələri həyata keçirmək çox vacibdir.

Daha sonra tədbir İvanovka kəndinə turla yekunlaşıb. Burada layihə iştirakçıları ilə İsmayıllı rayonundan olan millət vəkili Novruzəli Aslanovla görüş keçirilib. Azərbaycanda yeganə kolxoz olan İvanovka kəndinə təşkil edilən ziyarət zamanı kənd mədəniyyət evində ruslardan ibarət İvanovka Folklor Kollektivinin ifaları nümayiş etdirilib.

Bu gün layihə iştirakçılarının gənclər və idman naziri Azad Rəhimovla görüşü keçiriləcək. Tədbirin sonunda onlara sertifikatlar paylanacaq.

 

Bəxtiyar MƏMMƏDLİ

525-ci qəzet.- 2011.- 13 dekabr.- S.6.