Dərviş
obrazının bədii yaradıcılıqda modifikasiyası
KAMAL
ABDULLANIN “SEHRBAZLAR DƏRƏSI” ROMANI ƏSASINDA
Müasir Azərbaycan ədəbiyyatında gedən prosesləri müşahidə etdikdə gündəmdə olan əsərlərdə həm tarixi köklərə bağlılıq, həm də bir çox müasir elementlərdən istifadə edildiyinin şahidi oluruq. Bu bağlılıq özünü mifoloji sujetlərdən istifadə, arxetiplər və obrazların müasir kontekstdə verilməsində göstərir.
Y. Babayev qeyd edib ki, dərvişlər və dərvişlik missiyası da təsəvvüfdə xüsusi yer tutur. “Dərviş” fars sözü olub “qapı-qapı dolaşan”, “dilənçi” mənalarını verir. Sözün ərəbcə qarşılığı kimi “fəqir” anlamından istifadə edilir. Sufilikdə bu anlayışların hər ikisi işlədilir. Dərvişlər təmiz qəlbə malik maddi meyl və həvəslərdən uzaq, nəfsani ehtirasların zülmətindən xilas olmuş, mənəvi-əxlaqi cəhətdən pak Haqq aşiqləri, saf etiqadlı müridlərdir. Daha çox səyyari həyat keçirən, miskin yaşayış tərzinə malik bu həqiqət aşiqləri zahiri ibadətləri yox, batini etiqadı üstün tuturlar. Qəlbini ilahinin nuru ilə işıqlandıran və fənaya uğrayan həyat və axirətdən keçən dərvişlər çox zaman gəzəri şəkildə təriqət ideyalarının təbliği ilə də məşğul olurlar. İmanlı dərvişlər irfan əhli tərəfindən naqis,riyakar və kəm etiqada malik sufidən üstün tutulur. “Dərviş” istilahındakı “yoxsulluq” anlamı maddi sərvət və nemətlərdən imtina etmək mənasındadır.
Dərvişlik təxminən XI əsrdən başlayaraq Hindistanda, Pakistanda, İndoneziyada, İranda və Azərbaycanda geniş
yayılıb. Tədricən sufi təriqətinin
bir qolu kimi formalaşıb. İlk
əvvəllər dərvişlər müxtəlif dini təriqətlərin təmsilçiləri
və təbliğçiləri zəminində intişar tapıb. Get-gedə ölkələri,
şəhərləri, kəndləri sərgərdan kimi gəzərək el
arasında nağıl məclisləri quran
nağılbaz-oyunbazlar kimi
tanınıblar. Eyni zamanda
zəhərli ilanlar gəzdiriblər, əqrəblər
oynadıblar, gözbağlayıcılıq ediblər, ritmik hərəkət oyunları
çıxarıblar. Onların göstərdikləri tamaşalara
d ə r v i ş m ə r ə k ə s i deyilib.
Orta əsrlərdə sufi təriqətləri
mövcud olub. Bu təriqətlərdən biri Mövləvilik təriqəti idi. Mövləvilərə Avropada “rəqs
edən dərvişlər
cəmiyyəti” deyirdilər.
Təriqət Mövlanə Cəlaləddinin
adı ilə bağlıdır. “Mövlana” “bizim ağamız” və ya “mürşidimiz” deməkdir. Rumi hesab edirdi ki, insan yalnız
fiziki və mənəvi təkmilləşmə
yolu ilə həyatda düzgün mövqe tuta bilər.
O, bir tərəfdən deyirdi ki, Allaha
məhəbbət formal mərasimlərin
keçirilməsində deyil,
digər tərəfdən
qeyd edirdi ki, yalnız meditativ rəqslər icra etməklə Allaha yaxınlaşmaq olar. Sufi təriqətlərinin
zikr üsulu olan bu mərasim
rəqsləri dövrümüzə
qədər gəlib çatıb. Bu rəqsin üzvləri özünəməxsus geyim
tərzi və rəqsləri ilə fərqlənirlər. Onların hər
bir hərəkəti
müəyyən bir məna ifadə edir. Meydana dərvişlər ağ geyimdə daxil olurlar. Üzlərinə qara örtük
atırlar. Başlarında qırmızı rəngli
uzun konusvari papaq olur. Sonda səhnəyə Şeyx çıxır. “Fırlanan dərvişlər”
sözləri Rumiyə
məxsus olan musiqi sədaları altında rəqs edirlər. Dərvişlər qara örtüklərini
ataraq fırlanmağa
başlayırlar. Əyinlərində
enli ağ
ətək olur. Fırlandıqca ətək çətir
kimi açılır.
Sağ əllərini
səmaya, sol əllərini
isə yerə tuturlar .Bu o deməkdir ki, Allahdan aldıqları
xeyir-duanı, enerjini
sol əlləri vasitəsilə
yerə ötürürlər.
Sonra əllərini qanad kimi açıb tez-tez fırlanırlar.
Fırlana-fırlana zalı dövr
edirlər. Sonda musiqi
kəsiləndə dizi
üstdə yerə otururlar. Onların geyimləri mistik
xüsusiyyət daşıyır.
Papaqları uzun olub qəbir daşını, qara örtük məzarı,
ağ ətək
isə kəfəni xatırladır. Baş rəqqas Günəşi,
digərləri isə
ətrafında dolanan
Ay və ulduzları simvolizə edir. . Bir neçə saat fırlandıqdan sonra elə gəlir ki, artıq özləri yox, bütün dünya onların ətrafında fırlanır. Sonda allaha
yaxınlaşdıqlarını simvolizə edirlər.
Sufi dərvişlərə
müsəlman cəmiyyətinin
bütün təbəqələrinin
– kasıbdan varlıyadək,
hər kəsin arasında rast gəlmək olurdu. Sufizm XI əsrdə geniş vüsət alıb.
Sufilər bir şeyi istədikdə onu dönə-dönə təkrarlayırdılar.
Onlar deyirdilər ki, əgər insan bir şey istəyərsə,
bunu ona mistik qüvvə yox, sonsuz istək
yetişdirər. Mövlanə dərvişləri bir neçə saat fırlanandan sonra onlara elə gəlir ki, bütün dünya öz ətraflarında fırlanır, şüurun
məkanı dəyişilir,
yəni artıq onlar özlərini Dünyanın hər yerində, hətta digər planetlərdə belə hiss edirlər.
Bax,budur fırlanmanın əsas məğzi.
C. Məmmədov dərviş
obrazını araşdıraraq
Türk mifoloji sözlüyü kitabında
qeyd edib ki, dərviş nağıllar aləmi ilə bağlı olan mifoloji əsaslı
obrazdır. Nağıl, dastan ənənəsində
o, Ulu (Yer) Ana kompleksindən gəlmə
şaman obrazının
atributlarını daşıyır.
Marginal keyfiyyəti ilə
seçilən dərvişin
yaşadığı yer
xaotik zona xarakterli ola
bilir. Bir sıra sehirli
nağıllarda dərvişin
Xızır, ağsaçlı
nurani qoca kimi buta verməsindan
onun o biri dünyaya məxsus varlıq olduğu da anlaşılır.
Asimmetrik
vəziyyətdə doğulan
qəhrəmanı bəzən
dərviş, məsələn,
sehirli çubuq vuraraq həmin vəziyyətdən çıxarır.
Anadolu nağıllarında
əyninə kürk geymiş və kürkünə də zınqırov taxmış
dərviş obrazlarına
təsadüf olunur ki, bu da
onları hətta görünüşcə açıqdan
– açığa qam
– şaman obrazına yaxınlaşdırır. Həqiqətən də ambivalent təbiətli
şamanın yerinə
yetirdiyi bir sıra mühüm funksiyalar sonradan dərviş obrazına keçib. Tarixən Anadolunun türkmən
əhalisi arasında dərvişlərin hüsn
– rəğbət görmələri
də onların əski şaman görüşlərinə bağlılıqları
ilə izah olunur. Dədə Qorqud oğuznamələrindən
“Dirsə xan oğlu Buğac xan boyu” nda
Dirsə xanın xatunu Tanrı bir oğul versin
deyə qara donlu dərvişlərə
nəzir verdiyini söyləyir. Bamsı Beyrək
boyunun özbək variantında nurani üzlü bir qərib dərviş övlad istəyən qardaşların yuxularına
gəlir və onların diləklərinin
qəbul olacağını
qabaqcadan xəbər verir. Uşaqlar doğulandan sonra
həmin qərib dərviş bayramda yenə görünür,
yeni dünyaya gələn qızla oğlana ad verir, onları bir – birlərinə nişanlayır.
Anadolu nağıllarında da Bamsı Beyrəyin elçiliyini eləyən
dərvişdir.
Dərvişliyin, görünür, şaman
kompleksi və dolayısı ilə də artım, bolluq – bərəkət ideyasına bağlılığındandır
ki, yuxularda dərviş görmək
ən çox da övlad istəmək
kimi yozulub.
Müasir Azərbaycan ədəbiyyatında da dərviş obrazına müraciət edilib. K. Abdulla “Sehrbazlar dərəsi” romanında dərviş obrazından istifadə edib. Romanda ilk dəfə olaraq Ağ dərviş barəsində Səyyah Sehrbaz, Xacə İbrahim və Karvanbaşının söhbətində eşidirik. Səyyah Sehrbazı Karvanbaşının atasının ruhunu çağırmaq üçün gətirən Xacə İbrahim və Karvanbaşı onun bu işi bacara biləcəyinə əmin olmaq üçün öz sualları ilə onu imtahan edirlər.Onun harda yaşadığını və ustadının kim olduğunu öyrənməyə çalışırlar. Səyyah Sehrbaz öz yaşadığı yer və ustadı haqqında məlumat verir. Səyyah Sehrbaz deyir: “Mənim ustadım, İbrahim ağa, Cəzirəli əl Zatineyi Ağ dərvişdir. Güman edirəm bu ad da sizlərə yaxşı bəllidir. – Yenə Səyyah sehrbaz Xacə İbrahim ağanın qəlbində tutduğunu əlüstü duymuş idi”.
Sonra yenidən romanda Ağ dərviş obrazına Səyyah Sehrbazla Xacə İbrahim ağanın söhbətində toxunulur. Onlar Ağ dərvişin şəyirdlərinin intihar etməsindən danışırlar.Səyyah Sehrbaz Böyük Ruhani Birliyinin qəzəbli və nüfuzlu üzvü Seyid Sarıyla olan söhbətini Xacə İbrahim ağaya danışır. Seyid Sarı qəmgin bir halətdə Səyyah Sehrbaza Ağ dərvişin yeni bir vücud tapması və dünyaya yenidən gəlməsini bildirir. Ağ dərviş zühur edəcək. Sehrbazlar dərəsində. Səyyah Sehrbaz onu tapib öldürməli idi. Səyyah Sehrbaz Ağ dərvişi neca tapacağını Səyyah Sehrbazdan soruşdu. Ayılıb onu yanında görcək o sənə belə deyəcək: “Xoş gəldin...” Sən isə sözü onun ağzından alıb belə davam etməlisən: “Səfa gətirdim.” Xacə İbrahim ağa Ağ dərvişin ruhunu qəbul edən o şəxsi öyrənmək istəyir. Səyyah Sehrbaz isə Xacə İbrahimdən soruşur: – Sən özün təxmin edə bilmədin?..
Xacə İbrahim ağa təxmin edə bilmədiyini deyir və qəflətən Sehrbazlar dərəsində gördüyü Cavan sehrbaz yadına düşür. İlk dəfə Cavan sehrbaz ona “Xoş gəldin” deyir . Xacə İbrahim ağa isə “səfa gətirdim” deyir.Beləliklə bu söhbətdə Ağ dərvişin kimliyi üzə çıxır.
Bu romana Aydın Talıbzadə ön söz yazaraq qeyd edib ki: ” Kamal bu romanı “təkcənəlik vaxtı”na vardığı məqamlarda yazıb. Ol səbəbdən bu “vaxt”ın kosmosunda ölüb yaşamasan, romanı oxuya bilməzsən: çünki möcüzə var, sehr var. “Təkcənəlik vaxtı” ifadəsi Kamal Abdullanın yeni bir filoloji desantı. Və təkcə filoloji yox. Mən buna azəri türkcəsinin anlayışlar qatına çıxarılmış fəlsəfi-kulturoloji desant deyərdim. Hərçənd bu “vaxt”in kulturoloji şəcərəsi sufilərin vird nəticəsində düşdükləri mediativ halətdən, bayılmalardan gəlir. Romanda “təkcənəlik vaxtı” yalnız Sehrbazlar dərəsinin sakinlərinə məxsusdur. Bu sakinlərin hamısı dərviş xislətli, yoq xislətli sehrbazlardır ki, gerçəklik və virtuallıq sərhədini asancana aşıb bir aləmdən o birisinə pənah apararlar. “ Təkcənəlik vaxtı”nda çəkilirsən xəlvətcə bir sən olursan, bir də yüyənsiz ruhun və ayrı heç nə. Dünya hər yerdən sovrulub yığılır içinə və sən zaman və məkandan çıxırsan.”
Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı oxucuda mif təsiri oyadır.
Xalq yazıçısı Anar “Sehrbazlar dərəsi”ni müəllifin ən güclü əsəri kimi qiymətləndirir. “Romanda Kamal Abdullanın Şərq ruhuna, Şərq fəlsəfəsinə bələdliyi öz cazibədarlığı ilə əksini tapıb. Kitabda insanı bağışlamaq istedadı, zülmün və ədalətin münaqişəsi problemlərinə toxunulub. Müəllif kitabda əvvəllər yazdığı “Qərar” adlı hekayəsinə də yer verib”. Anar Kamal Abdullanın özünəməxsus dünyasına, onun xəyali və real qəhrəmanlarını da təhlil edib. “Hər bir yazıçı əsər yazarkən bu əsərdə özünəməxsus dünyasını yaradır. Kamal Abdullanın qəhrəmanları real həyat qədər realdır, canlıdır. Elə bu cəhət Kamal Abdullanı əksər yazarlardan fərqləndirir. Oxucuların bədii zövqünün formalaşması istiqamətində Kamal Abdullanın əsərləri əvəzsiz rol oynayır” Professor Məmməd Qocayev kitabın bədii cəhətdən digər əsərlərdən üstün olduğunu bildirib: “Sehrbazlar dərəsi” mənim ən çox sevdiyim əsərlərdəndir. Əsərdə dərin fəlsəfi, mənəvi problemlərlə yanaşı, güclü obrazlılıq mövcuddur. Əsər oxucuda mif təsiri oyadır. Sanki bu mif xalqın ruhundan müəllifin qələminə süzülüb. Bəlkə də mif sadəcə Kamal Abdullanın təhtəlşüurunda yaranıb və elə oradan da zühur edib. Real hadisələrin təsvirində belə mifologiya, sehr duyulur”. Xalq yazıçısı Çingiz Abdullayev K.Abdulla haqqında qeyd edib ki, o, istər elmi, istərsə də bədii əsərlərində daim öz yeni sözü, obrazı, tapıntısı ilə oxucusunun görüşünə gəlir. Ədibin “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” romanları, “Unutmağa kimsə yox”, “Ruh”, “Bir, iki, bizimki” pyesləri və çoxsaylı hekayələri öz orijinallığı, yeni üslubu ilə oxucuların diqqətini cəlb edir.
Səadət
Ərəstun Müzəffərli
Bakı Slavyan Universiteti
Filologiya fakültəsinin
II magistri
525-ci qəzet.-
2011.- 14 dekabr.- S.7.