Balaca rəssamların sərgisi açılıb

 

“Qalereya-1969” sərgi salonunda balaca rəssamlar – Şahin və Əminə Əlibəylilərin xeyriyyə sərgisinin açılış mərasimi gerçəkləşib. Tədbirdə giriş sözü ilə çıxış edən xalq rəssamı Ağəli İbrahimov sərginin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunduğunu diqqətə çatdırıb: “Ökəmizdə mədəniyyətin bütün sahələri Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın daim diqqətindədir. Bu da gənc, istedadların yaradıcılıq potensialını geniş arenalara təqdim etmək üçün geniş imkanlar yaradır”.

Balaca rəssamların Azərbaycanın görkəmli ziyalıları, nəğməkar şair Ənvər Əlibəylinin və gözəl cərrah, bəstəkar İbrahim Topçubaşovun nəticələri olduqlarını dilə gətirən Ağəli İbrahimov onların rəsmlərini yüksək qiymətləndirib.

Daha sonra sərgiyə baxış keçirilib.

Qeyd edək ki, dekabrın 29-da Şahin və Əminə Əlibəylilərin qalereyada növbəti sərgiləri açılacaq.

 

HÜSNİYYƏ

525-ci qəzet.- 2011.- 14 dekabr.- S.7.