Bakıda tatar şairi Abdulla Tukayla bağlı
beynəlxalq konfrans keçirilir
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Tatarıstanın görkəmli şairi Abdulla Tukayın 125 illiyinə həsr olunmuş iki günlük beynəlxalq elmi konfrans təşkil edilib. APA-nın məlumatına görə, bu gündə davam edən konfransda Türkiyə, Tatarıstan, Başqırdıstan və Qazaxıstandan nümayəndələr var.
Tədbirdə çıxış edən Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev bildirib ki, 2011-ci il TÜRKSOY təşkilatı tərəfindən Abdulla Tukay ili elan olunub: “TÜRKSOY təşkilatı tərəfindən hər il bir türk dövlətinin görkəmli şəxsiyyətinin ili elan olunur. Bu ənənəyə 2010-cu ildən başlanılıb. Əslində həmin insanlar bütün türk dünyasının sərvətidir. Bu mənada TÜRKSOY-un gördüyü iş əvəzsizdir”.
Milli Kitabxananın direktoru Kərim Tahirov isə
bildirib ki, A.Tukayın
125 illiyi münasibətilə TÜRKSOY-a daxil olan dövətlərin hər birində silsilə
tədbirlər keçirilib. Azərbaycanda
görkəmli tatar şairinin
125 illiyi ilə bağlı konfrans keçirilməklə yanaşı, onun seçilmiş əsərləri
də çap olunub.
525-ci qəzet.-
2011.- 14 dekabr.- S.7.