Məhəmməd
ƏminRəsulzadə
Əsərləri
Üçüncü cild
(1915-1916)
Nəşrin
redaktorları:prof. Şamil Vəliyev və elmi işçi
Samir Mirzəyevdir.
Ön söz
Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914) 2001-ci ildə işıq üzü görmüşdür. İndi onun 1915-1916-cı illərdə dövri mətbuatda dərc olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır.
(Əvvəli ötən şənbə saylarımızda)
Qurama
İran etidaliyunları həmişə deyirlərdi ki:
“Əz
sütuni be sütuni fərcəst”
Bu bir zərbülməsəldir. Bunun qəribə
də bir hekayəsi var.
İran imdi də hərc-mərcdədir a, ancaq istibdad
zamanı başqa cürədir. Hər hakim istədigini
asar, istədigini kəsərdi.
Bir kərə də hakimin kefinə çatmış
Allah bəndəsinin birini sütunun birisinə
sarıdırmış və sərbazdan birinə əmr
vermiş ki, biçarəyə bir güllə vursun.
Zavallı
adam nə eləsin. Ölümü
mühəqqəq. Budur sərbaz
çaxmağı çəkdi, imdi atacaq, part, canı
çıxacaq.
Zalım çox olduğu yerdə hiylə də
çox olur.
Qol qüvvəti ilə dəf olunmayan bəla əql
və tədbir gücü ilə rədd olunurmuş.
Sütuna
sarılı olan məhkum:
– Əgər
müsəlmansınızsa Allah xatirinə, Peyğəmbər
hörmətinə bu axır nəfəsimdə bircə
xahişim var, onu qəbul ediniz! – demiş,
yalvarmış, gözünün yaşını
tökmüş.
Sərbaz nə qədər cəllad olsa da adamdır. Ürəgi
yanmış, söylə görüm nə istəyirsən,
– demiş.
–
Qardaş bu sütunda ölmək istəmiyoram, bəni buradan
açıb o biri sütuna sar, orada
öldür, – demiş.
Sərbaz böylə boş bir xahişi qəbul etməkdə
nə zərər olduğuna əql erdirməyərək məhkumun
istədiginə əməl etmiş. Gəlmiş
adamcığazın qollarını açmış və o
biri sütuna bağladıqdan sonra geri çəkilmiş,
tüfəngini rastlayaraq çaxmağını çəkmiş,
gözlərini yum demiş.
Gözləri yumulmuş.
Sərbaz – bir, iki, üç deyincə baxmış ki,
qırmızı geyinmiş fərraş qaça-qaça gəlir.
Fərraş
yaxınlaşınca:
– Aman sərbaz
əl saxla, demiş.
– Olmaz
demiş, hakim bana öldürülməsini əmr etdi!
–Yok
demiş, dayan, hakim özü əzl
olundu. Tazə hakim buyurdu ki, edam icra
olnmasın.
Sərbaz
tüfəngini çiyninə saldı, məhkumun qolunu
açdılar və haman anladılar ki: əz
sütuni fərcəst.
Bən bu
hekayəni nə münasibətilə nəql ediyordum – hə
lap az qala yadımdan çıxmışdı.
Duma qlasnıları seçkiləri gecikdirmək
istiyorlarmı?
İştə o münasibətlə.
lll
İmdiki
quramadır, çarçuydan aldığımız
aşağıdakı sualı da buraya quryalım!
Məmməd
Əliyof namində birisi bizi dünya işinə aid olan məsələlərin
şəriətmədarı kibi tələqqi edərək
bir molladan cənabət qüsulu haqqında nə cür sual
olunursa öylə ifadə ilə xəbər alır ki:
Ağayi
– müdiri – məsulə:
Hər
bir tacir çay səbzin putunu otuz manata alıb altmış,
bəzən də həştad manata satsa və həştad
manata aldığı bu çayı ikinci alıcı bin məşəqqət
ilə satıb onunla on beş baş ailəyə
çörək qazanmaqla güzəran etmək istədikdəki,
çay putunun içindən otuz girvənkə daş
çıxsa, həm də aldığı çayı
misqal-misqal satmaq məcburiyyətində olduğu
üçün aldığı daşı kimsəyə
sata bilməsə o halda bu daşı kim qəbul etməlidir,
çay satanmı, yoxsa alan?
Qədim zamanda olsaydı bu daşı aparıb
satıcının təpəsinə vurarlardı. Fəqət
imdi sən aparıb bu daşı onun başına vursan
ehtimal başına otuz girvənkəlik daşdan böyük
bir kələk çıxar. Yaxşısı
budur ki, siz tərəflərdə ədalət təmin edən
tapılarsa, onlara xəbər ver bu məsələni həll
etsinlər.
lll
Vaxtı ilə bəndən başqa bir məsələ
də soruşmuşlardı; bilmiyorum hansı şəhərdən
idi, birisi bənə bir kağız yazıb böyük
alış-verişçilərdən şikayət edir və
bunun çarəsini soruşurdu.
Əlbəttə, anlaşılır ki, kağız
yazan özü xırda füruşlardandır. Xırda
füruş şikayət ediyor ki, biz hərəmiz bir
böyük külfətik, gündəlik kəsbü
karımızla bir sürü “xırdacal” bəsliyirik. Amma nainsaf “optovıçılar” o qədər
zülm edirlər ki, bizə yaşamaq müşkül olur.
Bizə çox zülm edirlər. Bir-iki
girvənkə alan müştərilər
ilə bizə təfavüt qoymuyorlar. Qoyanda da
o qədər cüzi ki, bundan “Fatıya tuman
çıxmır”.
Əlbəttə,
padişahı uzaqda və Allahı göydə görən
bu “məzlum” dərdinə öz şəhərlərində
bir çarə tapmamış ki, qəzetəçiyə
rücu eləmiş, rücu edincə də güman etmiş
ki, qəzetə mühərriri yazar, bazardakı
optovıçının ürəginə rəhm salar. Onun da xırda füruşların bir sürü
“xırdacallarına” canı yanar.
Fəqət
zavallı xırda füruş elə bilirəm ki, sənin
heç bir çarən qalmamış, bilməlisən ki,
dünya qüvvət dünyasıdır, zəif olan altda
qalar və hər kəs ki, altda qaldı vay onun halına,
üstəki malik olacaq canına, acığın da gəlsə
– təsəllüt edəcək irzinə, namusuna, malına.
Qüvvətlinin
üç rükni vardır:
1) cib gücü – pul
2) Qol
gücü – məlum
3) Əql
gücü – elm
Səndə ki birincisi yoxdur, olsaydı sən də
xırda füruş degil, zorba füruş olardın və
altda qalmayıb üstə çıxardın.
Qolun bəlkə də güclüdür. Bəlkə də iş
yumruğa gəlsə, optovıçını əzərsən,
şil-küt edərsən. Ancaq zəmanə elədir ki,
artıq qol gücü iş görmüyor.
Bənə deyə bilərlər ki, Bakı
qoçuları ilə bəzi pulluları sənin bu sözlərini
təkzib etməkdədir. Ancaq bən də
onlara diyorum ki, “bir gül ilə bahar olmaz!”
Bərfərz, ay xırda füruş, acığın
olsa gedib sənə zülm edən böyük taciri kötək
altına salsan, bundan xırdacallarının qarnına bir
loxma ətmək getməz. Biləks
xırdacalların məcbur olarlar ki, öz ətməklərindən
kəsib sənin üçün qazamata pay gətirsinlər.
Bəs çarən nədir?
Əqlin güclüdürmü? Elmin, biliyin
varmı?
– Bilirəm
yok, diyərsən.
– Yokmu?
Onda bil və agah ol ki, optovıçı dedigin adam nə sənin işinə, nə
ağarmış rişinə, nə də tökülən
göz yaşlarına baxmayacaq və səni üzüquylu
qoyub üzərinə bir taxta qoyacaq özü də
çıxıb lap üstündə oturacaq. Sən
də dilini yarım arşın çıxaracaqsan. Qan
qusa-qusa can verəcəksən.
– Nə
qorxunc nəticə.
– Öyləmi?... O halda sənin üçün olmasa da
uşaqların üçün bir çarə vardır.
Ondan barı qəflət etmə. Boğazından kəs, paltarından kəs,
uşaqlarını məktəbə ver. Qoy gözləri
açılsın. Qoy dil ögrənsinlər.
Üsula aşina olsunlar, sənin böyük
oğlun məsələn, bən diyən kibi olsa və sənin
yerinə keçsə, o şübhəsiz sən
bacarmadığın optovıçının öhdəsindən
gələr. Məsələ, sizə baha
qiymətə satdığı mətahın əsl mənbəyini
öyrənib mümkün vasitələrlə oradan
yazdırar və şübhəsiz ki, ucuz tamam edər.
Hələ bundan başqa xırda füruşlarda bilik
olsa və işin yolunu tapa bilsəniz başqa vasitələrlə
də sizi sıxan optovıçılarla mübarizə edə
bilərsiniz.
Yoxsa “Quran oxumaqla donuz darıdan çıxmaz” –
demişlər. Allah onlara rəhmət eləsin –
yaxşı da demişlər.
Niş
“Yeni
İqbal”, 5 may 1915, ¹7
Qardaş
günü!
Sabah (pəncşənbə
günü) cəmiyyəti-xeyriyyə tərəfindən
oğlanlı-qızlı cavanlar əllərində ianə cəbbələri,
sinələrində “Qardaş köməgi” həmayili
olduğu halda, Bakının küçələrinə
yayılacaq, Kars və Ərdəhan səmtlərində fəlakətə
uğrayan müsəlman qaçqınlar üçün
kömək istəyəcəklərdir.
Bu köməgi bilafərq millət və məzhəb hər
kəsdən istəyəcəklərdir. Çünki
fəlakətzədəyə kömək xüsusunda millət
gözədilməz. İnsan məhz insan
olduğu üçün hər hanki bir zavallıya kömək
etmək məcburiyyətində ikən, zavala uğrarkən
hər hanki bir insandan dəxi kömək diləyə bilər.
Bilxassə bir məmləkət və vətəndaş
olaraq yaşayan insanlar müxtəlif cins və millətlərə
tabe olsalar da, bu kibi xüsuslarda haman
böyük Sədinin:
“Bəni-adəm “Əzai-yekdigərənd” düsturuna
görə hərəkət etməlidirlər. Fəqət
sabahkı qardaş günü müsəlmanlardan ötrü
başqa mənayə malikdir.
Din və
qan qardaşlarımız insanların anlaşılmaz vəhşətinə
düçar olduqdan sonra imdi də təbiətin amansız
soyuqlarına, rəhimsiz xəstəliklərinə giriftar
olub, ölümlə cəngəlləşməkdədirlər.
Fəqət “insan ölürkən belə qardaş
qucağında ölərsə, kəndisi üçün
bir təsəllidir”. Bu sözü cəmiyyəti-xeyriyyə
köməkçilərinə demişlər, həm kimlər
demiş. O, Ərdahan düzündə, Kars
dağlarında müsibətlərin ən böyügünə
giriftar olan qardaşlarımız. O bəlalı
qardaşlarımız demişlər.
Əvət, bizim Kars və Ərdəhan fəlakətzədələrinə
göstərəcəgimiz müavinət maddətən
onların ehtimal ki, yüzdə bir ehtiyaclarını ödəməyəcək. Fəqət bu ianə mənən
nə qədər böyük bir mənayə, ali bir tərbiyeyi-ictimaiyyəyə malikdir.
Bugünki Kars məktublarında verdigimiz ianələrin,
göstərdigimiz müavinətlərin nə kibi hisslər
təvəllid etdigindən bəhs olunuyor.
İştə,
yarın ki, qardaş günü hasil etdigi maddi hasilatdan
başqa böyük bir mənəviyyətə malikdir:
şübhəsiz ki, bundan hasil olacaq pulun çoxluğu,
göstərilməsi arzu olunan mənəvi rabitənin
çoxluğuna dəlil olacaq!
Buna
görə, ey oxucu, sabahkı günə hazırlan,
bütün səmimiyyətinlə bu günün əlamətini
saqınmaqda olanları istiqlal et və nə verə bilərsən
ver, ver ki, sənin bu qəpiklərinlə dul arvadlara əgin-baş,
ac balalara əkmək alınıb, yetimlərin göz
yaşı silinəcək və ehsan edənlərə səmimi
dualar olunacaqdır.
Qardaş, qardaş kəlməsi yəqinən ki, səndə
də tutulmaz bir hiss təvəllüd ediyor. İştə, yarın bu
hissin aşsın, daşsın, həqiqi
bir səmimiyyət nümunəsi göstərsin!
Haydi himmət
göstərməgə hazırlan, çünki:
Sabah
qardaş günüdür!
M.Ə.Rəsulzadə
“Yeni
İqbal”, 6 may 1915, ¹8
Bu gün
Bu gün Bakı müsəlmanlarının ictimai
diriliklərində daha misli keçməmiş bir
gündür.
Bu gün məlum olduğu üzrə Bakı cəmiyyəti-xeyriyyəsi
mərifətilə Kars və Ərdəhan ətrafındaki
hərbzədə müsəlmanlar faidəsinə
bütün qorodonaçalstvo dairəsində ümumi “cəbbə
ianəsi” tərtib veriləcəkdir.
Əvət,
möhtərəm oxucu, bu gün səhər tezdən
işinə gedərkən yolda bir əlində cəbbə,
boynunda “Qardaş köməgi” yazılı həmayil, digər
bir əlində bəzi xırda rəsmlər dolusu bir səbət
bulunan cavan qızlar və oğlanlara rast gələcəksən.
Bunları
görüncə dayan. Sənə təklif
olunan o nişana bir diqqət et, boyalı
küçicik bir kağız üzərində görəcəksən
ki, səfil bir arvad tərsim olunmuş, arvadın gözləri
acından çuxura düşmüş, üzündə
bir qorxu və vəhşət əsəri görünməkdə,
yanındakilərə diqqət et. İştə,
qucağında çırçıpraq bir bala, məmə
uşağı, yanında ayaqyalın, yırtığa
bürünmüş digər iki səfil cocuq.
Nədir
bu mənzərə!
Bu sual yəqin ki, səni düşündürəcək. Gəl sənə
anladım ki, təqdim olunan bu səfalət mənzərəsi
nədir?
Gördügün
səfil arvad, əgər ailə böyügü isən, evdə
buraxdığın arvadın kibi xatiri sevilər,
könlü alınır bir xanım, yanındaki fəci
hallar təşkil edən balalar da Allah səninkilərdən
uzaq eləsin, onun nazpərvər balaları! Onlar
bir gün əvvəl səmtbazla yaşarkən
başlarına fəlakət enmiş. İştə, dilənçi
və səfil olmuşlar!
Harada bu fəlakət?..
Ah, bu
sualı vermə ki, rəsmdə gördügün səfillər
ondan xəbər alsalar məşəqqətləri birə
on üst olar?
Hardamı
soruyorsın!
Qardaş qardaşından da bu qədər bixəbər
qalarmı? Bizi biri-birimizə tapşırmamışlarmı?
Kars və Ərdəhan fəlakətlərini, ora müsəlmanlarının
qədr və ehtiyac içində can çəkməkdə
olduqlarını eşitmədikmi?
İştə,
bu səfalət mənzərəsi o zavallı müsəlman
hərbzədələrinin bir nümunəsi!
Fəqət bu nədir? Bu xərvardan bir nümunə!
Hansı rəssamdır ki, orada vaqe olan faciələri eynilə
təsvir edə bilsin!!
Zatən burada mərsiyəxanlığa, şəbəgərdanlığa
da ehtiyac yox.
Bir azacıq düşün: bir kəndə, bir qəsəbəyə
od və qılıncla gəliyorlar. Qətliam... kişilər, çörək
qazananlar itlaf olunur, evlər, xanimanlar dağılır, yeməlilər,
geyməlilər aparılır. Bu halda bir
də qalan qoca kişilərin, dul arvadların, xırda
balaların halı nə olar?
İştə,
sənə təqdim olunan səfalət mənzərəsi bu
halı bir dərəcə olsun sənin təsəvvürünə
gətirmək və onların haqqında mərhəmətini
cəlb etmək istiyor!
Sən böylə bir
xahiş müqabilində təsirsiz qalacaqmısan? Sən
ki, bala məhəbbətinin nə olduğunu bilirsən, sənki
bacı, qardaş, ana əlaqəsindən xəbərsiz
degilsən!
Ay müsəlman,
bil ki, bu gün verəcəgin beş qəpik
başqa bir yerdə sərf elədigin beş manatdan daha əfsəldir.
Ay
mömin, bil ki, bu günki ehsan, ehsanların ən yerinə
düşənidir.
Ay
Hacı, sən bu gün verəcəgin ianənlə həc-əkbər
etmiş olacaqsan, çünki cəbbələrə
atacağın şahılarınla sən bir çox şikəstləri
ələ gətirəcəksən.
“Del bedəst
avərke həcc əkbərəst
Əz həzəran həcc yek del behtər əst!”
Möhtərəm Şəfiqə xanım yuxusunda
gördügü kibi dünyanın ən böyük bir
müsibətinə uğrayan qardaşlarımıza vəqtində
kömək edəmmədigimizdən, bir çox müsəlman
balaları acından, soyuqan tələf oldular. Bir
çoxları da suyə çəkildi, Rusiyaya göndərildi,
polklara, atryadlara övlad edildi.
Fəqət daha artıq tənbəllikdən
qalalım. Gec də olsa başladığımız ianəni
müzayiqə etməyəlim. Bu günə
əhəmiyyət verib onu milli bir bayram, milli bir gün qədər
bənimsəyəlim. Bu bənimsəməklə
biz zavallı fələkzədə qardaşlarımıza
yalnız pulla degil, ruhla da kömək etmiş oluruz.
Bu günün adı nə əla
düşünülmüş – “Qardaş köməgi!”
İştə,
bu gün sizə rast gələcək ianəçilər
sizdən istəyəcəklər ki, bu günki gündə
qardaşlığınızı isbat edəsiniz, “Qardaş
köməgi” üçün ayırdığınız sədəqənizi
verəsiniz!
Əlbəttə
ki, böylə ali və səmimi bir təklif
müqabilində siz dayanmayacaq, haman bir parça həmiyyət
kəsbi çəksəniz və nə qədər
imkanınız varsa verəcək və müsəlmanların
qardaş olduğunu isbat edəcəksiniz.
M.Ə.Rəsulzadə
“Yeni
İqbal”, 7 may 1915 ¹9
“Qardaş
köməgi”nin müvəffəqiyyəti
Bu sətrləri qaralamağa başlarkən daha 450-ə
yaxın paylanan ianə cəbbəlinin hamısı
açılıb hesabı görülməmişdi. Fəqət təxmini
hər halda 20 ilə 25 min arasında idi.
İşin
ümdəsi əlbəttə ki, bu igirmi beş
min manat degildir. Müsəlmanlar tərəfindən
yapılan bilxassə müsəlman xanımlarının
köməgilə icra olunan bu işin təşkilində, təşkilatca
müsəlləm olan bir çox nöqtəsilə bərabər
maddətən bu qədər müvəffəqiyyət
özü özlügündə şübhəsiz ki,
sevincli bir haldır.
Fəqət mayın yeddisinin mənəvi cəhəti,
ruhani tərəfi heç bir müqayisəylə
ölçülür şeylərdən degildir. Müsəlman
həyati-xüsusiyyəsi nöqteyi-nəzərindən təhlil
olunduqda bu gün Bakı müsəlmanları böyük bir
tərəqqi keçirmiş olduqlarını göstəriyorlardı.
İki
yüzə qədər satıcı xanımlardan yüz əlliyə
yaxın böyük bir miqdarı haman
özümüzkilər, müsəlmanlar idi.
On sənə
əvvəlisi barmaqla sayılıb da adları belə bir
növ ehtiyatla çəkilən tərbiyəli xanımlara
ancaq malik ikən bu gün küçələrə
yayılıb da qapı-qapı, dükanbadükan,
küçəbəküçə gəzən və
zavallı qardaşları üçün rəhmət və
şəfqət diləyən tərbiyəli bir
qafileyi-nisvana malik olmaqla istiqbalımızdan əlbəttə
ki, əmin ola biləriz.
Bugünkü aləmə bir nəzər ediniz. Hər yerdəki
kadın da camaat işi ilə əlaqədardır, hər
yerdə ki, kadın möhtərəmdir, hər yerdə
kadının az-çox ictimai bir mövqeyi vardır, tərəqqi,
qüvvət, ümuran da oradadır. Bu
yalnız bu gün degil və yalnız bugünkü təməddün
aləminə də münhəsir degildir. Müzəffər
islam ordularının fateh vaizləri
yaralarını saranlara öz müasir nəsihət və
nitqiləri ilə onları davaya təşci edənlər,
yenə kadınlar, müsəlman xanımları idi. Bunu tarixi-qəzavat bizə göstərməkdədir.
Bununla bərabər müşahiri-islamın təranim
əhvalını qeyd və zəbt edən əsərlər
dəxi bizə göstəriyor ki, islamın rövnəqli
günlərində müsəlmanların halı
gördügümüz və təsəvvür etdigimiz
hallardan başqa olmuşdur.
Mövzudan uzaq düşdük. Əvət, mayın
yeddisi maddi böyük bir faidə təmin etdigindən əlavə
mənəvi bir məziyyətə malik idi. İanə yığanlarda və ianə verənlərdəki
görülən ruh qabarıqlığı mənəvi
şətarət ərbabi-zövq üçün öylə
böyük bir ruh ianəsidir. Həqiqətən
də maddi miqyasların heç bir növü ilə
ölçülməz.
Hər bir millətdə olduğu kibi biz müsəlmanlarda
da şübhəsiz ki, müxtəlif sinif və təbəqə,
müxtəlif məslək və nəzəriyyə sahibləri
vardır. Hələ bizdəki rəy ixtilafı və məslək
ayrılığı məəttəəssüf
başqalarındakı şəkildə də degildir. Bir çox şeylərdə təcrübə
edildiginə görə bizdə ixtilafları şiddətləndirən
ədəmi-təhəmmül, biri-birinin fikrini çəkməməzlik
var. Halbuki, bu gün öylə bir şey müşahidə
olunmuyordu. Bu gün hər kəs, hər kəs
birləşmişdi. Kars və Ərdahan faciələri
və bu faciələrdən hasil olan dərd və ələmləri
yüngüllətmək hissi əvamü-xəvas, dövlətli
və kasıb, arvad və kişi,
intiligent və qara cəmaət, köhnə və tazə,
böyük və kiçik – hamısı,
hamısını birləşdirmişdi.
Əllərinə
cəbbə alıb da ianə yığanlar arasında müəllimlə
bərabər mütəəllim, müəllimə ilə
barəbar mütəəllimə, ağa ilə bərabər
əmələ mövcud olduğu kibi sinələrini bu
günün satılıq malını təşkil edən səfil
ailə mənzərəsindən ibarət “Qardaş köməgi”
əlaməti ilə təzyin edənlər də iştə
bu növ müxtəlif və biri-birinə müttəzad təbəqə
və siniflərə malik idilər.
Əlbəttə,
əllərinə cəbbə alıb da qəpik-qəpik para
toplayanlar arasında olanlardan Ağamusa Nağıyev,
İsmayıl bəy Səfərəlibəyov, Liza xanım
Muxtarova, Tamara xanım Əsədullayeva kibi milyonerlər və
milyoner xanımları özləri istəsələr haman bu
gün toplanacaq paranın mislini, iki mislini ianə edə bilərdilər.
Fəqət əmin olunuz ki, o surətlə vercəkləri
minlərin bu surətlə yığdıqları onlar qədər
mənəvi əhəmiyyəti olmazdı. Təkrar
ediyoruz ki, burada iş maddidən ziyadə mənəvi,
ümumi millət ehtiyacı qarşısında ümumi millətin
ittihad etməsindədir. Əlbəttə, dövlətlilərimizin
bu vəqtə qədər öz ciblərinə az əl uzatdıqları onlardan ötrü bir
qəbahət təşkil etməkdədir ki, hər zaman
üzlərinə vurulacaq. Fəqət bununla bərabər
öylə milli bir işdə millətin ən adi bir fərdi
kibi cəmaətə qarışıb da işləmələrinin
dəxi qədrü-mənəviyyəti bilinməlidir.
Şübhəsiz ki, millətimizin cavan
ünsürünü təşkil edən ianə
yığanlar cavan ünsürə məxsus böyük bir
şövq və həvəslə işə
yapışmış və bu xüsusda var qüvvələrini
sərf etmişlər idi. Fəqət
bunların bu şövq və zövqlərini, bu qədər
ruhən qabarıq olduqlarını cəmaətdən
gördükləri hüsni-qəbul doğurmuşdu. “Müstəme sahibi-süxənra bər sərkar avərd”
misrayi məşhur sözlərdəndir. Bu sözü
bir az təğyirlə bu münasibətlə
də təkrar edib demək olar ki: “Pul verən pul
yığanı şövqə gətirər”. Həqiqətən
də pul verənlər özgə bir həvəslə
veriyor və yaxasında on beş
nişanı olan on altıncısını alarkən yenə
şikayət etmək istəmiyordu.
Məqaləmizin uzanmasına səbəb olsa da burada gərək
ianə yığanların ciddiyyətini və ianə edənlərimizin
şövqünü rəna göstərmək
üçün bir neçə misal zikr edəcəgəm.
Dörd
yolun ayrıcında, şəhərin ən işlək bir
yerində nişan satanlar mərkəz
qurmuşlar. Təsadüfən burası bir kor
dilənçinin həmişəlik mərkəzi imiş.
Bu, başqalar naminə dilənçiligə
çıxan saillər özü üçün sual etməkdə
olan dilənçinin bazarını batırtmasınlarmı? Zavallı dilənçi
rəfiqələrini güclü hiss etdikcə “amansızlar,
haradan gəldiniz də bənim bazarımı
yatırtdınız” deyə protesto etmiş. Fəqət tazə varid “dilənçilər”
özlərini nədən ötrü “dilənçiligə”
çıxdıqlarını zavallı kora hali edincə o da
bir qəpik vermiş və yaxasına bir əlamət
taxtırmışdı.
Yorğan
tikən bir qoca kişi nişan
satanları saxlatmış, nədir bu, nə
üçün toplayırsız? – deyə
sormuş.
Buna anlatmışlar ki, Kars və Ərdahanı fəlakətzədələr
üçün yığılır.
Bunu
duyunca qoca haman ağlamağa
başlamış “atam, anam onlara fəda” deyə cibindən
bir ovuc ağ pul çıxararaq tökmüş və haman
ağlaya-ağlaya dönüb getmişdir.
Çarşafa
bürünüb də yastı başmaqlarını
süründürərək gedən bir dəstə arvadlara
rast gələn ianəçilərdən qız olanı
yoldaşından ayrılmış, haman
arvadların içinə soxulmuş, mətləbi
anlatmış və köməkliklərini istəmiş.
Arvadlar haman çarşaflarının
ucuna düymələmiş olduqları xırda
pullarını açaraq kamalla cəbbəyə
atmışlar. Üstündən “Allah
imkanınızı qəbul etsin” – deyə duada
bulunmuşlardı.
Bu kibi lövhələr, misallar çök.
Vətənə
ariz olan bəlaların yetirdigi xəsarətlər
çoksa, faidələri də az degildir. Bu
faidələrindən böyügü iştə bu ittihad və
yeganəlik hissinin doğrulmasıdır.
Mayın yeddisi bu hissin yalnız müsəlmanlar və
müsəlman sinif və təbəqəsi arasında
doğulmuş olduğuna şahid olmadı. Bu gün bir vətəndə
yaşayan müxtəlif millətlərin
hüsnü-imtizacına dəxi böyük bir vəsilə
və hüsni-imtizacın mövcud olduğunu göstərməyə
yaxşı bir vasitə təşkil etdi.
Bu gün ianə toplayanlarla arasında qeyri qonşu millətlərə
mənsub xanımlar, əfəndilər olduğu kibi şəhərin
bütün əhalisi də bilafərq millət və məzhəb
ianədə bulunmuşlardı. İanə edənlər hər
hanki bir millətə mənsub olursa-olsun, ianə
yığanların haman bir bəşasət
və mənəviyyətlə qəbul edib onlara qarşı
bir istisqal göstərmiyorlardı. Bu isə bu
günün mənəviyyat və əhəmiyyətini daha
da artırırdı. Bu gün yalnız
şəhərə məxsus olmayıb mədənlərə
və ətraf kəndlərə də şamil idi. Qala,
Mərdəkan, Məşdağa, Xilə, Bülbülə,
Suraxanı, Zabrat, Biləcəri kibi kəndlərə dəxi
cəbbələr gedib ianələr toplanılmış. Hər
yanda haman müvəffəqiyyət, haman
ruh və şətarət görülmüşdü.
İanə yığmaq qəsəmləri arasında
işin mənəvi cəhətini mülahizə edərsək,
bəncə, cəbbə ilə ianə toplamaq ən müvəffəq
və ən müstəhsən bir üsuldur. Çünki
burada əvvəla bütün təbəqatinas ianə ilə
iştirak elədigi kibi kimin nə qədər verdigi də
bir dərəcəyədək sezilməyib özü ilə
öz Allahı arasında qalıyor.
Bakının bu gözəl təşəbbüsü əlbəttə
ki, sair yerlərin müsəlmanları tərəfindən də
təqlid edilir. Bu təqlidə bilxassə bu sırada
başlamalıdır ki, ehtiyac günü-gündən
artıyor və haman nə qədər
olsa məsrəf olunacaq. Dün Səfikürdski
cənablarından aldığımız bir teleqrafdan
anlaşılır ki, fəlakətzədə yerlərdə
aclıq və səfalət xəstəliyi olan yatalaq mərəzi
– müsriyyəsi təxribat icra etməkdədir. İştə, bu zavallılara təbiblər
göndərmək və o yerlər üçün səhiyyə
heyətləri təşkil etmək lazım gələcək
və əlbəttə ki, bütün bunları bacara bilmək
üçün pul, pul və yenə də pul lazım
olacaqdır.
M.Ə.Rəsulzadə
“Yeni
İqbal”, 10 may 1915, ¹11
Təşği
– ürək vermə, ürəkləndirmə
İstisqal
– pis qarşılama, pis yola salma
Qəsəm
– and, and içmə
Təbib
köməgi gərək
Cəmiyyəti-xeyriyyə nümayəndələrindən
Səfikürdski cənabları cəmiyyətə çəkdigi
bir teleqrafında fəlakətzədə yerlərin yatalaq
azarından dəhşətli zərərlər çəkməkdə
olduğunu bildiriyor.
Bardus
uçastokunda Zəkimə kəndində 150, Kurəşxanə
kəndində 100 və Tuz kəndində 130-a qədər adam tələf olmuş.
Göstərilən rəqəmlər müdhişdir. Bir kənddən 150 və
100 adam tələf olursa, azarın nə dərəcədə
şiddət etməkdə olduğu
anlaşılmalıdır. Demək ki, xəstəliyə
tutulan kəndlər haman tamamilə
qırılıb tələf olmağa məhkum kibidirlər.
Cəmiyyəti-xeyriyyə nümayəndəsi bu bəlayə qarşı tədbirlər görmək üçün bir təbiblə üç-dörd də feldşer istəmişdir. Cəmiyyəti-xeyriyyə burasına diqqət verib də bir an əvvəl istənilən tibbi müavinəti göndərməlidir. Çünki millətin ən saf və billurin qismini təşkil edən bu zavallıları ölümdən qurtarmaq və müsri xəstəliklərə tutulmuş kəndləri tibbi tədbirlərlə təcrübə edib də başqa kənd və qəsəbələri sirayət bəlasından saxlamaq millətə qarşı göstərilən ən böyük bir xidmətdir.
Kars və Ərdahan tərəflərinə göndərilən heyətin tibbi kömək istəmək üzrə vaqe olan bu tələbi əvvəlinci degildir. Bundan təqribən bir ay əvvəlisi dəxi doktor Xosrov bəy Sultanov cənabları da bateleqraf səkkiz tibbiyyəli tələbənin göndərilməsini istəmişdi: bu istəyişdə tələbələrin son sinifdən olmasa da, heç olmasa üçüncü sinifdən olmaları dəxi ayrıca arzu edilmişdi.
İmdiki halda təbiblə tibbiyyəli tələbə bulmaq işinin müşkül olduğunu təqdir etməklə bərabər, bu vəqtə qədər vaqe olan bu tələbin cəmiyyəti-xeyriyyə tərəfindən əmələ gətirilməsinə barmaq arasından baxmıyacağız!
Əcəba, təbiblər və tibbiyyələrimiz arasında yoxmudur öylə fədakar adamlar ki, Kars və Ərdahan tərəflərindən gələn istimdadi eşitsinlər?
Güman ediyoruz ki, əgər cəmiyyəti-xeyriyyə bu işə daha ziyadə ciddiyyətlə yapışıb da bu xüsusda doktorlarımıza müraciət edər və kəndilərini maddətən təmin elərsə, şübhəsiz ki, həvəskarlar tapılar. Bu xüsusi nəzər-diqqətə alaraq cəmiyyəti-xeyriyyə təklif edərdik ki, bundan sonra fəlakətzədə yerlərə göndərəcəgi köməkçiləri intixab edərkən tibbiyyəli tələbələri başqalarına tərcih etməklə bərabər, nümayəndələrimizin də haman mümkün dərəcə doktordan intixab olunmasını təmin eləsin.
Hər halda yubanmaq olmaz. Çünki doktor və feldşersiz keçən hər gün yüzlərcə müsəlman canı bahasına oturuyor və bir çox köylər və qəsəbələr yatalaq kibi müdhiş xəstəliklərə tutuluyorlar.
Tibbi müavinəti olduqca artırmalı və bu xüsusə başqa xüsuslardan daha ziyadə əhəmiyyət verməlidir. Bu yolda sərf edəcəgimiz hökumət dəvairi məxsusinin iştirakını təmin etmək cəhəti dəxi mümkündür. Hətta keçəndə doktor Xosrov bəy Sultanov teleqrafa tibbiyyəli tələbə ilə bir-iki doktor istərkən bu xüsusda təhric eləmiş və demişdi ki, təbiblərin də, tibbiyələrin də maaşı dava zamanında xidmətdə bulunan təbib və tibbiyəlilərə məxsus üsul və qaidə üzrə haman hökumət təxsisindən veriləcəkdir.
Cəmiyyəti-xeyriyyə ərbabi, əlbəttə, bilərlər ki, onların vəzifəsi yalnız müsəlman xəlqindən para toplamaq və fəlakət yerlərinə ancaq un və dügü alıb göndərməkdən ibarət degildir. Müsəlmanlardan ianə yığmaqla bərabər, hökuməti-təxsisatlardan və ümumi ianə mərkəzlərindən dəxi müsəlmanların hissəsinə düşəni təhsil etmək, cəmiyyətin birinci borcundan olub zavallı fəlakətzədələri can alıcı xəstəliklərdən qorumağa çalışması da öhdəsinə düşən mühüm vəzifələrdəndir.
Kars müxbirimiz Əhməd cövdət əfəndi ora müsəlmanları əxlaqının saflığını təsvir etdikdən sonra məktublarından birində millətin saf bir özəgini təşkil edən bu xəlqin hər fərdinin sağlam qalmağına çalışmaq hər bir qeyrətli müsəlmanın borcudur – diyordu.
İştə, bu böyük vəzifəni bu gün Bakı cəmiyyəti-xeyriyyəsi dəröhdə etmişdir. Dəröhdə elədigi vəzifəsində nəuzibillah təkamül göstərirsə, böyük bir vicdan məsuliyyəti altına girmiş deməkdir ki, bu məsuliyyətə qarşı günahkar çıxmamaq üçün Xosrov bəy Sultanov ilə Səfikürdski cənablarının tibbi müavinət istəyən teleqraflarına bir an əvvəl surət verməlidir.
M.Ə.Rəsulzadə
“Yeni
İqbal”, 11 may 1915, ¹ 12
(Ardı
var)
Şirməmməd Hüseynov
525-ci qəzet.-
2011.- 17 dekabr.- S.26-27.