İman bürcü

 

 

BÖYÜK MÜTƏFƏKKIR FƏTHULLAH GÜLƏN XOCAƏFƏNDI HAQQINDA TÜRKIYƏDƏ NƏŞR OLUNMUŞ BIOQRAFIQ KITAB AZƏRBAYCAN TÜRKCƏSI ILƏ DƏ BAKIDA YAYINLANMIŞDIR

İnsanların ən xeyirlisi başqalarına xeyri dəyən kimsədir!

Həzrəti Məhəmməd (s.a.v)

Min Kəbədən yeyrəkdir bir könül ziyarəti.

Yunus Əmrə

“Sən ətrafına boylanır və soruşursan:

– Niyə?

– Mən isə görünməyənlərin röyasını görürsoruşuram:

– Niyə olmasın?!”

Bernard Şou

Dünyamıza təzəcə gəlmiş bir kitabonun mənəvi qəhrəmanı olan böyük mütəfəkkir bir soydaşımız haqqında duyğu və düşüncələrimi dilə gətirmək üçün bir siftəlik olsun deyə yuxarıdakı dəyərləndirmələri önə çəkdim.

Əvvəla onu deyim ki, kitabı oxumamışdan əvvəl səhifələrini yüngülvari gözdən keçirmək kimi bir adətim var. Türkiyədə işıq üzü görmüş bu mübarək kitabı əməlli-başlı vərəqləyib eləmədən türk soyununbu gün dünyanın uzun müddətdən bəri gündəmdə saxlamış olduğu hər yönüylə orijinal, mütəfəkkir dədənin yaşına, ömrü boyu məhrumiyyət və məhkumiyyətlə dolu bəmbəyaz saçına, keçirmiş ağır xəstəliklərə baxmayaraq, kitabın üz qabığında qılınc kimi şahlanmış qamətinə doya-doya baxmağa başladım. Başının üzərindən asılmış “Fəthullah Gülən” yazısı sanki Yer kürəsini əhatə etmiş Göy qurşağı kimi!

Nura bürünmüş, hər kəsə doğma olan sifəti anlaşılmaz bir fonda... Gülümsədiyi , yaxud kövrəldiyi tam aydın olmayan Gülən Xocaəfəndi...

Türkiyə mediasında yaxşı tanınan qələm sahibi Faruq Mərcanın o mübarək mütəfəkkirimizə sevgisinin bəhrəsi olan bu bioqrafik kitab oxumadan məni silkələdi. Zaman-zaman o iman qalasından mətbuat vasitələrindən yaddaşıma hopanlarla bu kitaba mən də öz fikrimi bildirmək istərdim.

....Kitablar da insanlar kimi doğulur...

İnsan övladı nurun arxasınca gəlir bu işıqlı dünyaya.Kitablar doğulunca nuru da özləriylə gətirirlər: qaranlıq fikirləri aydınlatmaq, zülməti işıqlığa çevirmək əzmiylə ürəklərə, beyinlərə xitab edirlər. Mövlananın diliylə desək, “kitab ruhun qidası, ağlın dərmanıdır!”

Anadolunun sadə insanlarından olan Ramiz bəyin evində dünyaya göz açan Fəthullah Gülənə hələ balacalıqdan atası islamı tərbiyə verməyə can atır, ona Allahın əmr yasaqlarını öyrədirdi. Bütün insani keyfiyyətləri davranışları Fəthullah Gülən atasından mənimsəməyə başlayırdı. O dovrün hakimiyyəti islam, namaz bu kimi dini təlim-tərbiyəli ab-havanın hökm sürdüyü evləri necə viran qoyduqlarını nəzərə alsaq, bunun qədər risqli bir hərəkət olduğunu deməyə lüzum yoxdur.

Ana Rəfia xanım gecənin yarısında pəncərələri sıx-sıx bağlanmış evdə uşağa Quran oxutdurmağa başlayır. Balaca Fəthullah elə ilk vaxtlardan öz parlaq istedadını ortaya qoyur, cəmi bir ay ərzində Quranı xətm edib qurtarır.

Ramiz bəy oğlunun bu istedadından bir ata kimi qürur duymaya bilməzdi. Bütün bu təfərrüatlar Fəthullahın işıqlı gələcəyindən xəbər verirdi. Fəthullah böyüyəcək, öz soyunu, millətini nurlu sabaha çıxartmağı qarşısına məqsəd qoyacaqdı.

Fərdi qiymətləndirmə yönündə bir çox ibrətli ifadələr var. Məsələn, “nurlu adam”, ”üz-gözündən nur yağır”, “qəbri nurla dolsun”, “Rəbbimiz bu bədbəxtə zərrə qədər nur qıymayıb”...

Canlının cövhəri nurdur!!!

Yaradılanı sev, yaradandan ötrü”. Bu ifadə Fəthullah Gülən Xocaəfəndinin həyat fəlsəfəsinin özəyini təşkil edir.

Buna misal olaraq 20 Yanvar 1990-cı il Sovet rejiminin Bakıda ətraf bölgələrdə törətdiyi qətliamın vəhşətini eşidincə Fəthullah Gülən Xoca İzmirin Şadırvan məscidində Bazar söhbətləri silsiləsində etdiyi vəz ağlar bir ürək yanğısının təcəssümü idi.Gülənin hönkürtüləri məsciddə əks-səda yaratmışdı.O, “yazıqlar olsun mənə, yazıqlar olsun bu millətə” – deyərək hıçqırıqla hər iki əliylə başına döyürdü. Türk soyunun birliyinin olmamasından şikayət edərək türklərin bir-birinə qəhmər çıxmamasından çılğına dönmüşdü.

Bu şiddət içində onsuz da xəstəlikdən əziyyət çəkən Fəthullah Gülən Xocaəfəndinin ürəyi gedib yıxıldı.

Bu soy yanğısı, qardaşa ürəyiyanmışlığın ən ali formada başsağlığı idi.

O zaman bizi Sovet İttifaqı qanımıza qəltan etməklə yanaşı, həm informasiya blokadasına məruz qoymuşdu. Fəthullah Gülənin bu fəryadı qısa vaxt ərzində geniş əks-səda verdi.

Çox çətinliklə əldə etdiyim o telegörüntünü Azərbaycan televiziyasında efirə verdim. Bütün xalq bu qəmxarlığın birbaşa şahidi oldu.

Fəthullah Gülənin belə bir sözü var:”XX əsr özünü inkar edənlərin əsridir.” Bəli, elə olmasaydı, soydaşları Xoca Əfəndini bu qədər iztiraba məruz qoymaz, onu başlarının tacı edərdilər.

Hətta bu azmış kimi Türkiyədəki bəzi üzdəniraq adamlar Fəthullah Gülənin bir çox ölkələrdə açdığı məktəbləri bağlamaq fikrinə düşdülər. O məktəblər ki, rəngindən, dilindən,milliyətindən asılı olmayaraq türk dilini ana dilləri kimi bilən bu məktəbin məzunlarının əsas şüarı qarşılıqlı dostluq, qardaşlıq mesajlarıyla doludur.Nə bilmək olar, bəlkə məhz bu gənclərin səyləri nəticəsində dünya ölkələrini daha mehriban gələcək gözləyir.

O günlərdə Xoca Əfəndi bir televiziya filmində bu qayğılarını dilə gətirərək həmin məktəblərin dövlət nəzarətinə keçirilməsini təklif etmişdi, təki parlaq gənclərin yetişəcəyi sağlam mühit dağıdılmasın. Bu iztirablardan cana doyan Xoca ƏfəndiAllahın iradəsinin əksinə olmasaydı, bu amansız mövqe qarşısında özümü uçurumdan atıb intihar edərdimdeyirdi.

Fəthullah Gülən Xoca gördüyü işlərdə maddiyyatı həmişə arxa plana keçirmiş, işlərini Allah rizası üçün görmüşdür.

Bir dəfə bərk xəstələnmişdi. Dərman almağa pulu olmadığından dostlarının ona Quran dinləmək üçün bağışladıqları maqnitofonu satıb dərman pulu elədi. Halbuki bir müəllif kimi onun yazdığı əsərlərdən əldə edəcəyi qonorarla cah-cəlal içində yaşaya bilərdi...

Bir dəfə Almaniyaya gedərkən dostları ona son model bir avtomobil almaq istəmiş, amma Xoca Əfəndi bunu qəbul etməmişdi.

Ona olan haqsız təzyiqlərdən sonra ABŞ-a mühacirət edən Xoca Əfəndi ordakı evində xalı-xalça əvəzinə peyğəmbərimizin həsir üstündə yatıb-qalxdığını deyərək özü həsirin üstündə yatmış xalı-xalça üstündə ölmək istəmədiyini dilə gətirmişdi.

Fəthullah Gülənin adı bu günün dünyasında ən çox ehtiyac duyulan xoşgörünün, qarşılıqlı anlaşmanın, tolerantlığın rəmzinə çevrilib desək, yanılmarıq. Bütün insanlara heç bir ayrıseçkilik salmadan eyni münasibəti göstərmək Fəthullah Gülən fəlsəfəsinin əsas qayəsidir!

gözəl əqidə!!!

Amma təbii ki, bu əqidənin qurucusu Kainatın Əfəndisi, fəxri-aləm HəzrətiMəhəmməddir (s.a.v) . Hansı ki, o peyğəmbər öz hümmətinə bütün peyğəmbərlərin qardaş olduqlarını dönə-dönə vurğulayırdı.Deməli, qardaş peyğəmbərlərin ümmətləri bu məsələni unutmamalıdırlar.

Bu gün tolerantlığa ən yaxşı nümunə sayılacaq Xoca Əfəndi haqda fikirləşdiklərimi bura yazmaqla qurtaran deyil. Amma bu məsələlərdən ikisini yazmadan məqaləmi bitirə bilmərəm.

Biri 20 Yanvar qətliamı zamanı bu dəhşəti bütün damarlarında hiss edən Xoca Əfəndiyə hüsn-rəğbətimizi az dilə gətiririk. Fəthullah Gülən haqda çıxan kitabın Azərbaycan nəşrinə ön söz yazan Qulu Məhərrəmli bu mənada təqdir olunmalıdı.

Digəri onun böyük ürəyinin fəryadına bir Azərbaycan türkü kimi mənim mənəvi borcum var. Söz borcu. Bu məqsədlə 28.03.1998-ci ildə qələmə aldığım bir şeirimiFəthullah Gülənbioqrafik kitabının nəşri vəsiləsi ilə yazımın sonuna əlavə edirəm.

 

ÜLVİYYƏT SƏMƏNDƏRİ

Türkün yolərkanıdır,

Türkü türkə tanıdır.

Soyumun vicdanıdır

Fəthullah Gülən Xoca!

Qarlar yağmış başına,

Bax dərya baxışına,

Hopmuş xalq yaddaşına,

Fəthullah Gülən Xoca!

Haqq-ədalət sərvəri,

İman bürcü – minbəri,

Ülviyyət səməndəri

Fəthullah Gülən Xoca!

Yağdıqca namərd daşı,

Çatılmaz bir an qaşı.

Savaşır cəhlə qarşı

Fəthullah Gülən Xoca!

Dil uzatma ey fasiq!

Yazıq, dilinə yazıq.

Rəbbinə candan aşiq

Fəthullah Gülən Xoca!

Ona toxunma sakın,

Bir quldur Haqqa yaxın.

Sevgi zirvəsi xalqın

Fəthullah Gülən Xoca!

Bir barış göyərçini,

Gözlər haqqın fəcrini,

Umar Rəbbin əcrini,

Fəthullah Gülən Xoca!

Xütbəm, öyüdüm, dərsim,

Məktəbim, müdərrisim,

Dünyaya çatan səsim,

Fəthullah Gülən Xoca!

 

Böyük mütəfəkkirimizə möhkəm cansağlığı diləkləri ilə

 

Məmməd ASLAN

525-ci qəzet.- 2011.- 17 dekabr.- S.22.