Elçin Hüseynbəylinin sumqayıtlı oxucularla görüşü olub

 

Dekabrın 20-də Sumqayıtdakı Səməd Vurğun adına Mərkəzi KitabxanadaUlduz” jurnalının baş redaktoru, yazıçı-dramaturq Elçin Hüseynbəyli ilə oxucuların görüşü keçirilib.

Yazıçının 50 illik yubileyinə təsadüf edən görüşü Sumqayıt Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Yeganə Əhmədova açaraq, E.Hüseynbəylinin həyat və yaradıcılığı barədə yığcam məlumat verib. Tədbirin təşkilatçılarından biri olan, Əli Kərim adına Sumqayıt Poeziya Klubunun direktoru şair İbrahim İlyaslı, yazıçı-dramaturq Əyyub Qiyas, rejissor Nazir Rüstəm, yazıçı Almaz Sahilə və başqaları yubilyar barədə fikirlərini bildirib, onun yaradıcılığını yüksək qiymətləndiriblər. Səmimi dialoq üzərində qurulan görüşYeni epoxanın romançısı” devizi altında keçirilib. Kitabxanada müəllifin kitablarından ibarət sərgi də təşkil olunub.

Xatırladaq ki, dekabrın 21-də saat 14-00-da AYB-nin “Natəvan”klubunda yazıçının yubileyilə bağlı tədbir keçiriləcək.

 

525-ci qəzet.- 2011.- 21 dekabr.- S.7.