Füsunkar İsmayıllı... Bakı və Qobu

 

Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ), şəxsən bu qurumun rəhbəri millət vəkili Fuad Muradovun təşəbbüsü, Gənclər və İdman Nazirliyinin, eləcə də “AGbank”-ın dəstəyi ilə ötən həftə İsmayıllı rayonunda düzənlənən 4 günlük “Gənc jurnalistlər üçün qış məktəbi” layihəsinin iştirakçılarından – hərçənd, gənclik yaşım çoxdan keçsə də – biri də mən idim . Hələ bu tədbir reallaşmazdan bir xeyli öncə mənim də adımın iştirakçılar sırasına salınmasını eşidəndə çox sevindim. Ona görə ki, İsmayıllı mənim uçun Şimali Azərbaycanımızın ən doğma və əziz guşələrindən biriydi, daha doğrusu, biridir. Bu rayona nə qədər getsəm, onu nə qədər gəzib-dolaşsam, yenə də bezmərəm. Çünki bu bölgənin təbiəti kimi insanları da- bir qədər ədalı olsalar belə – çox gözəl, cox mehriban, çox səmimi, çox sıcaq, ən əsası olduqca sakit təbiətlidirlər. Eyni zamanda, İsmayıllı və ismayıllılar ilə yaxınlığımın, bağlılığımın dərin kökləri, təxminən 20 illik tarixçəsi var. Məni bu rayona və ismayıllılara bu qədər dərin məhəbbətlə, qırılmaz tellərlə bağlayan daha çox bacımın tələbəlik rəfiqəsi Əntiqə xanım (indi ailə vəziyyəti ilə əlaqədar Rusiyada yaşayır) və onun xalası oğlu, 20 illik dostum Bayram olub. Onları tanıyana qədər düzünü deyim ki, İsmayıllı və ismayıllılar haqda eşitsəm də, dəqiq təsəvvürüm yoxuyduonu da deyim ki, Sovetlər dövründə – indinin özündə belə – bəziləri İsmayıllı ilə keçmiş Qasım İsmayılov rayonunu (doğulub boya-başa çatdığım Goranboy rayonundan söhbət gedir) səhv salır, eyniləşdirirdilər. Məhz bu insanlarla tanış olduqdan, eyni zamanda, onların köməyi ilə bu rayonla daha yaxından tanışlıq imkanı əldə etdikdən sonra mənim İsmayıllıya və ismayıllılara bağlılığım, məhəbbətim birə onqat artdı.

Bu yerdə xatırladım ki, bir vaxtlar Bakı şəhəri, Nəsimi rayonu, Soltan Məcid Əfəndiyev küsəsi –17 ünvanında dördümüz-bacım, mən, Əntiqə və Bayram (Bayram bu gün İsmayıllının sayılıb-seçilən insanlarından biridir, uzun illər bu rayonda müxtəlif icra başçılarının köməkçisi işləyib, hazırda İsmayıllı rayon İcra Hakimiyyətində yüksək vəzifədə işləyir. Bayramı isə icra başçısının köməkçisi vəzifəsində bir neçə ildir ki, yerlim-gözəl insan Firdovsi bəy əvəzləyir ) divar-divara qonşu yaşamışıq. Demək olar ki, dərs vaxtlarından başqa, günün bütün saatlarında bir yerdə olmuş, birgə çörək kəsmiş, sevincimizi-kədərimizi birgə bölüşmüşük. Yəni, o vaxtlardan- 1991-93-cü illərdən bizim, şəxsən mənim İsmayıllı və ismayıllılarla ünsiyyətim, bağlılığım, doğmalığım yaranıb. Odur ki, İsmayıllıya gedəcəyimizi eşidəndə mənim üçün ikiqat sevinc oldu. Düzdür, etiraf edim ki, İsmayılılya gedən gün əhvalım tamam korlanmışdı, getmək fikrimdən az qala daşınmışdım, hətta, İsmayıllı-Lahıc yolunda yerləşən “Qala” otelinə çatandan sonra – təxminən bir sutkaya yaxın pessimist əhval-ruhiyyə məni tərk etmirdi, iştirakçıların çoxusunu tanımadığım və əksəriyyəti ilə aramda xeyli yaş fərqi olduğu üçün bir müddət onlara uyğunlaşa, adaptasiya oluna bilmirdim. Ancaq İsmayıllıya səfərimizin iknici günü –tədbirin başlanmasına rəsmi start veriləndən, xüsusilə, hər bir jurnalist üçün çox əziz insan olan Cahangir müəllimin, Fuad bəyin o cümlədən, hörmətli Vüsalə xanımın çıxışlarından sonra yavaş-yavaş məndə neçə gündən bəri yaranan pessimist ovqat nikbin əhval-ruhiyyə, “gərək heç gəlməyəydim” deyə, öz-özümə ürəyimdə səsləndirdiyim kəlmələr “yaxşı ki, gəldim, fikrimi dəyişmədim” kəlmələri ilə əvəzlənməyə başladı. Səmimi və açıq şəkildə onu da etiraf edim ki, əhval-ruhiyyəmin dəyişməsində İsmayıllı rayon İcra Hakimiyyətinin bacısı hörmətli Nizami Ələkbərovun – onu bir parlament müxbiri kimi hələ 1995-2000-ci illərdə millət vəkili olduğu zamanlardan sakit, mədəni insan kimi tanıyırdım – tədbirin rəsmi mərasimindəki çıxışı da müəyyən rol oynadı. Bir qədər statistik xarakterli çıxış olsa da, onun İsmayıllı ilə bağlı səsləndirdiyi fikirlər digərlərini deyə bilmərəm, mənə səmimi və inandırıcı gəldi. Ələlxüsus da, icra başçısının İsmayıllının Belarusun şəhərlərindən biri ilə qardaşlaşması, eyni zamanda, Yanoniyanın İto şəhəri ilə qardaşlaşmağa hazırlaşması, ən əsası bu əməkdaşlığın İsmayıllının özünün və insanlarının inkişafına müsbət təsiri ilə bağlı fikirləri məni daha çox sevindirdi (Yenə başqalarını deyə bilmərəm, ölkəmizin, Azərbaycanımızın hər hansı bir bölgəsinin ən adi uğuru belə məni sevindirir). Doğrudan da, digər bölgələrlə – xüsusən doğulduğum Goranboy rayonu ilə – müqayisədə İsmayıllı rayonunda böyük tikinti-abadlıq işləri aparılır, ən əsası da bu işlər özfəaliiyyət səviyyəsində, kustarcasına, primitivcəsinə yox, İsmayıllının memarlıq ənənələri nəzərə alınmaqla, çox zövqlümüasir tələblərə cavab verəcək şəkildə aparılır. Bunlar da heç şübhəsiz, icra başçısının adı və fəaliyyəti ilə birbaşa bağlıdır. Elə ən azı yaponlar tərəfindən İsmayıllının düz mərkəzində salınmış “Yapon bağı” nəyə desən, deyər. İsmayıllıdan Bakıya dönməzdən bir gün öncə tədbir iştirakçıları rayonun gəzməli-görməli yerləri, o cümlədən, “Yapon bağı” ilə tanışlıq imkanı qazandılar və demək olar ki, bu bağ hamıda çox müsbət təəssürat yaratdı. Eyni zamanda, Heydər Əliyev Muzeyində kiçikorta məktəb yaşlı uşaqların əl işləri, rəsm əsərləri, basqallı xanımlar tərəfindən ipək saplarla toxunan xalça məni sözün həqiqi mənasında, valeh etdibir daha orada öz-özümə yəqin etdim ki, bəzi ağzıgöyçəklərin sicilləmələrinə rəğmən, bizim millət həqiqətən də cox istedadlı və yüksək mənəviyyatlı bir millətdir...

İsmayıllıda, “Qalada olduğumuz günlər ətraf, dağlar, dərələr, meşələr- hər tərəf qara bürünmüşdü. Deyə bilərlər ki, burada qeyri-adivar? Haqlı sualdır, çünki dağ rayonu olduğuna görə qarın yağması İsmayıllı üçün qeyri-adi hal deyil. Ancaq bunun qeyri-adiliyi ondadır ki, Bakıdakından fərqli olaraq burada-İsmayıllıda qar adama ləzzət edir, insanın ruhunu oxşayırdı . Hava olduqca sakit, eyni zamanda sərt olsa da, insanlar bütün qayğılarına-problemlərinə rəğmən, öz iş-gücləri ilə məşğul idilər. Belə demək mümkünsə, ən azı onları-ismayıllıları paytaxt əhlindən fərqli olaraq, nə qar qorxudurdu, onların nə qara görə (təkcə qara görəmi?) yaranacaq tıxac problemi, nə qarlı havada saatlarla yollarda qalıb başqa yerdə gecələmək və ya 7-8 saata mənzil başına çatmaq, avtobusda tənəli baxışları görmək, tikanlı, hətta, təhqiramiz sözləri eşitmək, onlara qatlanmaq problemi var idi. Burada sanki tamam başqa bir mühit, ab-hava idi, bura sözün əsl mənasında ruhun dincəldiyi bir məkanıydı və məkandır. Yuxarıda da qeyd etdiyim kimi, İsmayıllıya səfərə tərəddüd etsəm də, indi Bakıya, ondan xeyli uçqarda yerləşən qədim Abşeronun qədim Qobu qəsəbəsinə – ailə üzlərimdən ötrü çox darıxsam da- qayıtmaq istəmirdim. Ümumiyyətlə, bilmirəm nədəndir, son 7-8 ildə, daha çox 2006-ci ilin axırlarında – 17 illik kirayə həyatından sonraQobuya köçdükdən sonra doğma rayonumuza, kəndimizə geri dönmək fikri hər gün məndə bir qədər də güçlənməkdədir. Artıq uşaqlıq illərimin ən böyük arzusu, xəyalı olan Bakı, eyni zamanda, hazırda sakini olduğum Qobu heç cür məni özünə cəlb etmir...

Nə isə, 4 günlük tədbirdən-buna daha çox istirahət demək olar-yenidən Bakıya qayıdıram, qayıdırıq. Bakıya yaxınlaşdıqca əvvəlki pessimist əhval-ruhiyyəm yenidən geri qayıtmağa başlayır, kefim tamamilə korkanır . Hökməli-Qobu yoluna çatanda əvvəlki əhval-ruhiyyədən məndə əsər-əlamət qalmır. Yenə Bakı, yenə Abşeron, yenə Qobu-heç nə dəyişməyib, köhnə hamam-köhnə tas, problemlər, qayğılar yerində sayır. Təxminən sutkayarım sonra işə – Gün. Az-a gəlirəm, yoldaşlarım məndən səfər təəssüratlarımı soruşurlar və deyirəm: hər şey Bakıya, Hökməli-Qobu yoluna çatana kimi əlaydı, ancaq bura çatar-çatmaz bütün xoş anlarım, təəssüratlarım yox oldu. Onu da sözlərimə əlavə edirəm ki, 22 ildən çoxdur Bakıdayam, bu 22 ildə ən azı 22 dənə xoş təəssüratım olubya olmalıydı, ancaq Bakı, xüsusilə, Qobu bütün müsbət təəssüratlarımı, xoş anlarımı korlayıb, Bakı və Qobu son illər mənə ancaq problemləri, qayğıları xatırladır...

Bəlkə də İsmayıllı ilə bağlı bu yazını yazmayacaqdım. Çünki həm işlədiyim Gün. Az saytında, həm də ərkim çatan digər media qurumlarında İsmayıllı səfəri, burada keçirilən tədbirlə bağlı yetərincə materiallarım, yazılrım getmişdi. Məni bu yazını yamağa daha çox Bakının, xüsusilə, Abşeronun, Qobunun həllini hələ də tapmayan (?) problemləri və Modern. az saytının növbəti “Hansı rayon daha çox inkişaf edir?” sorğusunda “A” hərfi ilə başlayan bölgələr arasında Abşeronun birinci yerdə getməsi vadar etdi. Heç cür başa düşə və anlaya bilmirəm ki, axı, kimlər, hansı ağılla, hansı məntiqlə Abşeronun inkişaf edən bölgə olduğunu iddia edirsorğuda Abşerona səs verirlər?! Hələ Abşeron kəndləri və qəsəbələrindəki bahalı, dəbdəbəli villalar, bahalı maşınlar inkişaf demək deyil. Əgər “inkişafın” əsl, həqiqi üzü ilə tanış olmaq istəyirlərsə, həmin sorğuda iştirak edib Abşerona şəstlə səs verənlər bir balaca əziyyət çəkib Abşeronun ən qədim kəndlərindən olan Qobuya, Güzdəkə tərəf təşrif buyursunlar. Gəlib görsünlər ki, Abşeronda əsl “inkişaf” necədir?! Bu kəndlər inkişaf səviyyəsinə görə, ən yaxşı halda 18-ci əsrlə müqayisə oluna bilərlər. Qoy məndən inciməsinlər, elə qobulular və güzdəklilər də inkişaf səviyyələrinə, həyat baxışlarına görə, ən yaxşı halda, 19-cu əsrin sonu-20-ci əsrin əvvəllərində “ilişib” qalıblar. Sakit, problemsiz insanlar olsalar da, məhz bu “inkişafın” sayəsində onlar hələ də ətalətin, cəhalətin girdabındadılar və sanki heç nə olmamış kimi dəyişmək, öz haqlarını- minimumdan söhbət gedir- tələb etməyi ağıllarının ucundan belə keçirmək istəmirlər. Yəni, bu insanlardadünya belə gəlib, belə də gedəcək” fikri hakim kəsilib, oturuşub. Bunun bir səbəbi də, Abşerona “səs” verən cənablar, bax, həmin “inkişafla” bağlıdır.

Burada bir məqamı da qeyd etmək istəyirəm ki, bu rayonun-Abşeronun, Qobu və Güzdəkin deputat sarıdan heç cür bəxti gətirməyib. Onları –qabaqkı dövrləri demirəm- ən azı son 11 ildə parlamentdə təmsil edən (?) insanlar- Səttar Möhbalıyev, Oqtay Əsədov və indi isə Arif Alışanov bu müddət ərzində daşı-daş üstə qoymayıblar. Bu kəndlərin, qəsəbələrin sakinlərinin köklü problemlərinin-qaz, işıq, su, yol, avtobus, yerləri və sair kimi problemlərinin heç birinə yardımçı olmayıblar. Hansı ki, bu şəxslər sıradan olan millət vəkilləri deyil, əllərində kifayət qədər səlahiyyətləri, həm də nüfuzları olan insanlardır. Onların bir deputat olaraq ən azı nümunə götürəcəkləri millət vəkili var- bu da çox hörmətli birinci ledimiz Mehriban xanım Əliyevadır. Bu insanlar, daha çox, cənab Alışanov, necə deputat olmağı, seçicilərinin problemlərinin həllinə neçə yardım etməyi bu xanımdan öyrənməlidir. Dəfələrlə, hər yerdə dediyim bir fikrin yenə də altını cızaraq qeyd istəyirəm ki, kaş Abşeronun-Qobunun deputatı da Mehriban xanım olaydı. O zaman insanlar-abşeronlular, qobulularsaatlarla marşrut, avtobus gözləmək məcbiriyyətində, nə də günlərlə susuz, qazsız, işıqsız qalmaq, günlərini birtəhər yola vermək, şəhərə-işə gəlmək, daha doğrusu, üst-başları batmamaq uçun ayaqqabılarına “sellofan klokbağlamaqya ayaqqabılarının üstündən başqa ayaqqabı geyinmək zorunda qalardılar...

Qabaqlar havanın necə olacağı məni maraqlandırmırdı. Son illər, daha çox axır iki ayda hər gün hava xəbərlərini belə demək mümkünsə, səbrsizliklə və narahatlıqla izləyirəm. Havanın yağışlı, qarlı, küləkli olacağını eşidəndə də, narahatçılığım birə-on artır. Məni dərd götürür ki, evə-Qobuya necə gedəcəm, səhərisi işə, şəhərə necə gələcəm, yenə günlərlə işıqsız qalmayacağıq ki? (Onsuz da mənim yaşadığım ərazidə nə qaz, nə su, nə də düz-əməlli yol-iz var, ona görə bu haqda danışmağı, yazmağı artıq yersiz hesab edirəm). Özüm, Qobuda müəllimə işləyən həyat yoldaşım bir yana qalsın, görən, iki azyaşlı övladım dizəcən saqqız kimi palçığın, zığın içində məktəbə necə gedəcək, məktəbdən evə dönəndə soyuqdan neçə saat, neçə gün sitildəyəcək? Çünki işıq olmadı, bizdə istilikona da istilik demək olarsa- olmur...

Ancaq bununla yanaşı, İsmayıllının timsalında gördüklərim, müşahidə etdiklərim məndə belə bir fikri də qətiləşdirir ki, istək, iradə, peşəkarlıq, canıyananlıq olsa, hər yerdə, o cümlədən, Abşeronda ən azı minimum problemlərin öhdəsindən gəlmək, Qədim Abşeronu əsl cənnətə, sözün əsl mənasında Azərbaycanın ən inkişaf etmiş bölgəsinə çevirmək olarbu, birmənalı mümkündür. Bəs görəsən, bunun üçün istək və iradə olacaqmı?...

 

Kamil HƏMZƏOĞLU

525-ci qəzet.- 2011.- 21 dekabr.- S.7.