“Top həm düşər, həm qalxar

 

YENİ TƏQDİM OLUNAN BU SƏNƏDLİ FİLM FUTBOLA HƏSR EDİLİB  

Beynəlxalq Muğam Mərkəzində “Top həm düşər, həm qalxarsənədli filminin təqdimat mərasimi olub. Mərasimdə rejissor Arzu Urşan çıxış edərək film haqqında məlumat verib: “Film bu ilSalnaməstudiyasında çəkilib. Azərbaycan futbolunun yaranmasının 100 illiyinə həsr olunmuş yeni ekran əsəri artıq cari ilin sentyabrında Rusiyanın Lipetsk şəhərində keçirilənAtlant” VIII Beynəlxalq idman filmləri festivalındaOlimpiya ideallarına sədaqətnominasiyasında birinci mükafata layiq görülüb. Bundan buşqa, sənədli film noyabrda İtaliyanın Milan şəhərində keçirilən beynəlxalq idman filmləri festivalında qalib adını qazanıb”.

Rejissor filmin Milan şəhərində nümayiş olunmasına göstərdikləri dəstəyə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya Mədəniyyət Turizm Nazirliyinə xüsusi təşəkkürünü bildirib.

Filmin təqdimatında BakınınNeftçi MoskvanınDinamokomandalarının əfsanəvi hücumçusu Ələkbər Məmmədov, Anatoli Banişevskinin ailəsi, Valeri Hacıyev, Mübariz Zeynalov kimi görkəmli futbol ustaları iştirak ediblər.

Məlumat üçün bildirək ki, filmin ssenari müəllifləri Arzu Urşan Aleksandr Balaşov, operatorları Yuri Yermolin Nadir Mehdiyev, rəssamı Fikrət Ələkbərov, montajçı Sergey Kolmıkov, fotoqraf Elşən Əliyevdir.

 

HÜSNİYYƏ

525-ci qəzet.- 2011.- 22 dekabr.- S.7.