Müdrik şəxsiyyət, görkəmli alim

 

Yaxın günlərdə müasir Azərbaycanın təbiət elmləri sahəsində çalışan ən layiqli nümayəndələrindən olan Eldar Əli oğlu Məsimovun 70 yaşı tamam olur. Onun elmi-pedaqoji fəaliyyəti çoxşaxəlidir və bir məqalədə təfsilatı ilə bu fəaliyyəti əks etdirmək imkan xaricindədir. Ona görə də biz E.Məsimovun alim-pedaqoq olaraq keçdiyi həyat yolunun bəzi məqamlarını şərh etmək qərarına gəldik.

Professor E.Məsimov 1941-ci ildə Şamxor rayonunda qulluqçu ailəsində anadan olmuşdur. O, 1957-ci ildə qızıl medalla Leninkənd Beynəlmiləl orta məktəbini, 1963-cü ildə isə Xarkov Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra E.Məsimov Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutunun aspiranturasına daxil olmuşUkrayna Fizika-texniki institutuna ezam olunmuşdur. 1969-cu ildə aşağı temperaturlar fizikası ixtisası üzrə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi adını almışdır. Müdafiədən sonra E.Məsimov İtaliyada Roma universitetində uzunmüddətli ezamiyyətdə olmuşorada biofizika ixtisası üzrə elmi-tədqiqat işləri aparmışdır. Bu işlərin nəticəsi olaraq o 1984-cü ildə M.Lomonosov adına Moskva Dövlət Universitetində biofizika ixtisası üzrə təbiətin ən möcüzəli maddəsi olan suonun müxtəlif məhlullarının tədqiqinə həsr olunmuş doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Qeyd edək ki, E.Məsimov bu ixtisas üzrə ilk azərbaycanlı elmlər doktorudur.

E.Məsimovun əmək fəaliyyəti Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutu və Bakı Dövlət Universiteti ilə bağlıdır. O, 1970-ci ilə qədər Fizika İnstitutunda işləmiş, sonra isə Bakı Dövlət Universitetinin fizika fakültəsinin “Maddə quruluşu” kafedrasının assistenti, baş müəllimi, dosentiprofessoru vəzifələrində çalışmışdır. 1992-ci ildən prof. E.Məsimov həmin kafedranın müdiridir. Universitetdə işləməklə yanaşı E.Məsimov müxtəlif illərdə Təhsil Nazirliyində Elm idarəsinin rəisi, Bakı Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, rektor əvəzi vəzifələrində işləmişdir. Hazırda E.Məsimov həm də Bakı Dövlət Universitetinin nəzdindəki “Fizika problemləri” ETİ-nunBioloji sistemlər fizikası” şöbəsinin müdiri vəzifəsini yerinə yetirir.

Professor E.Məsimov uzun müddət Bakı Dövlət Universitetində fəaliyyət göstərən namizədlik və doktorluq müdafiəsi elmi şurasına rəhbərlik etmiş (1989-2002 il), Təhsil Nazirliyiyninbiofizika, biokimya, biotexnologiyaElmi Metodik Şurasının sədri olmuşdur. Hazırda E.Məsimov “Bakı Universitetinin xəbərləri” və Qafqaz UniversitetininYournal of Qafqaz University” jurnallarının redaksiya heyətlərinin üzvüdür.

E.Məsimov 1990-1995-ci illərdə XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı – parlament üzvü olmuşdur.

Professor E.Məsimov Bakıda, Romada, Moskvada, Kazanda, Saratovda və digər elm mərkəzlərində uzun müddət apardığı elmi-tədqiqat işləri haqqında onun qazandığı müvəffəqiyyətləri qısa da olsa xatırladaq.

E.Məsimov ilk dəfə nüvə maqnit rezonansı metodu vasitəsilə ifrat aşağı temperaturlarda (~ –272?C) helium izotopları məhlullarında (HeI-HeII) nüvə reaksiyası parametrlərini təyin etmişbu parametrlərdən istifadə edərək II növ faza keçidlərində termodinamik potensialların sıçrayışlarının qiymətlərini hesablayaraq bu keçidlərin mexanizmini müəyyənləşdirmiş və bununla da ilk dəfə olaraq dünya şöhrətli alimlər Landau, LifşitsKaqanov tərəfindən verilmiş nəzəriyyənin nəticələrini təsdiqləmişdir. Qeyd edək ki, bu nəticələr faza keçidləri fizikası üçün prinspial əhəmiyyət daşıyır və bu günöz aktuallığını saxlayır.

E.Məsimovun digər bir elmi-tədqiqat sahəsi bioloji sistemlərlə bağlıdır. O, canlı orqanizmlərdə bağlı suyun xassələrini nüvə maqnit rezonansı metodu vasitəsilə geniş tədqiq edərək göstərmişdir ki, sərbəst (həcmi) sudan fərqli olaraq suyun digər modifikasiyası-bağlı su, 0?C-də deyil, –180?C-dən aşağı temperaturlarda donur. Bu zaman bağlı su, sərbəst su kimi kristallaşmayaraq, amorf hala keçir. Bu isə bir çox polimer-su sistemlər üçün bağlı suyun miqdarını, yəni hidratlaşma dərəcəsini təyin etməyə imkan verir.

E.Məsimov dunya şöhrətli alim, professor B. Zaslavski ilə birlikdə yüksəkmolekullu birləşmələrin sulu məhlullarının son zamanlara qədər eksperimental, təyin oluna bilməyən nisbi hidrofobluqlarını kəmiyyətcə qiymətləndirməyə imkan verən, beynəlxalq elmi ədəbiyyatda geniş istinad edilən və istifadə olunan yeni bir metod irəli sürmüşdür.

Bu metod su-üzvi birləşmə və su-polimer ikifazalı sistemlərdə maddələrin qeyri-bərabər paylanmasına əsaslanan bu metod xüsusi halda qanda klinik metodlarla təyin oluna bilməyən bəzi patoloqiyaları aşkar etmək imkanlarına malikdir.

Müxtəlif təbiətli və çoxsaylı polimer sistemlərini tədqiq edərək professor E.Məsimov kimyəvi birləşmələrin nisbi hidrofobluqları ilə onların sulu məhlullarının nisbi hidrofobluqları, yəni bu birləşmələrin suyun strukturunuya termodinamik halını dəyişdirmə qabiliyyətləri arasında tibbdə və biologiyada çox əhəmiyyət kəsb edən funksional asılılıq aşkar etmişdir. Bu metodun hədsiz vacibliyi maddələrin canlı orqanizmlərdə – toxumalarbioloji mayelər (toxuma mayesi, qan, limfa, hüceyrə) arasında paylanması onların ikifazalı su-polimer sistemlərində paylanmasına analoji baş verir.

E.Məsimovun polimer-suya polimer-elektrolit sistemlərinin tədqiqinə həsr olunmuş tədqiqatları da elmi-praktiki baxımdan böyük əhəmiyyət kəsb edir. Bu tədqiqatlar göstərir ki, su-polimer sistemlərində fazalara ayrılma prosesində həlledici rolu su oynayır və fazaəmələgətirən komponentlərin təsiri ilə iki müxtəlif strukturlu (iki müxtəlif termodinamik halda olan) su mövcud olur. Digər bir diqqəti cəlb edən məqam polimer-elektrolit əsaslı ikifazalı sistemlərin ayırdetmə qabiliyyətinin polimer-polimer əsasında alınmış ikifazalı sistemlərin ayırdetmə qabiliyyətindən xeyli böyük olmasıdır. Bu elmi nəticələr canlı orqanizmlərdə hüceyrədaxili və hüceyrələr arası prosesləri anlamağaonlara məqsədəyönlü təsir etməyə imkan verir.

E.Məsimov Respublikaxarici ölkələrin nüfuzlu elmi jurnallarında 400-dən çox elmi məqalənin, 27 monoqrafiya, dərslik və dərs vəsaitlərinin müəllifidir. Onun gənc alimlərin və mütəxəssislərin hazırlanmasında müvəfəqiyyətləri də son dərəcə diqqətəlayiqdir. E.Məsimovun rəhbərliyi ilə 20 namizədlik və 2 doktorluq dissertasiyaları müdafiə edilmişdir. Onun fizikanın və biofizikanın müxtəlif sahələrinə həsr etdiyi çoxsaylı dərslik və dərs vəsaitləri mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Bu kitablar, artıq müvafiq sahədə çalışan professor-müəllim və tələbə kollektivlərinin stolüstü kitabına çevrilmişdir.

E.Məsimov son dərəcə aktual problemlərlə məşğul olan elmi məktəb yaratmış və bu günə kimi ona rəhbərlik edir. Respublikamızın və eləcə də bir çox ölkələrin elmi-pedaqoji ictimaiyyəti onun fəaliyyətini yüksək qiymətləndirir. Təsadüfi deyil ki, onun elmə və təhsilə verdiyi töhfəni yüksək qiymətləndirərək müxbir üzvü olduğu Rusiya Təbiətşünaslıq Akademiyasının Təltif və Mükafatlar Komissiyası onaBioloji strukturların təşkili prinsipləri” elmi məktəbinin yaradıcısı adı vermiş Alfred Nobel və V. Vernadskiy adına medallarla təltif etmişdir.. E. Məsimov “Əməkdar elm və təhsil xadimi” fəxri adına layiq görülmüşdür. E. Məsimov 1998-ci ildə Rusiya Pyotr Elm və İncəsənət Akademiyasının müxbir üzvü, 2003-cü ildə həqiqi üzvü seçilmişdir. Həmin ildə Akademiyanın Azərbaycan Filialının rəhbəri seçilmişdir.

E.Məsimov alimlik, müdriklik, humanistlik, Vətənə və dostlara sədaqət kimi yüksək keyfiyyətləri özündə birləşdirən Şəxsiyyətdir. Çoxsaylı həmkarları və dostları adından Eldar Əli oğluna sağlam uzun ömür, elmdə və ümumilikdə şəxsi həyatında yeni-yeni müvəffəqiyyətlər arzulayırıq.

 

E.EYVAZOV,

ADPU-nin MexanikaMolekulyar fizika kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor

Q.Sultanov

AMEA akademik H.Abdullayev adına Fizika institunun laboratoriya müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor

525-ci qəzet.- 2011.- 22 dekabr.- S.6.