ElçininŞekspirəsərinin London premyerası

 

Bu il dekabr ayının 5-də Londonun teatr həyatında çox əlamətdar bir hadisə baş verdi: Paytaxtın “The Horse Hospital” İncəsənət Mərkəzində yerləşən Avanqard Teatrda xalq yazıçısı Elçinin məşhurŞekspirkomediyasının ilk tamaşası göstərildi. Tamaşanın quruluşçu rejissoru Böyük Britaniyanın görkəmli teatr xadimi, Gruntles “Arts Group”-un həmtəsisçisi Deyvid Perri idi.

Hələ noyabr ayının 23-də Deyvid Perri Londonda fəaliyyət göstərən Puşkin EvindəBöyüklərin teatrı professor Elçinin həyat yaradıcılığımövzusunda mühazirə oxumuşdu. O, Elçinin həyat yaradıcılığı barədə məlumat vermiş, ingilis dilinə çevrilmişŞekspir”, “Mənim sevimli dəlimTeleskoppyeslərini geniş təhlil etmişdi. D.Perri demişdi: “Elçin bir çox roman hekayələr, kino ssenariləri, elmi-tənqidi əsərlərlə bərabər, 15 pyes müəllifidir. Mən yanlız bu üç pyesi oxumuşam deməliyəm ki, bu üç pyesin özüElçin teatrıterminini ortaya qoyur. Bu teatrın mahiyyətini modern estetika təşkil edir.”

D.Perri Elçinin dramaturgiyasını 19-cu əsr Norveç dramaturqu Henrix İbsenin yaradıcılığı ilə müqayisə edərək deyib: “İbsenin əsərlərindəki minimalizm obrazların daxili aləminə sirayət etmək bacarığı Elçinin əsərlərinə şamil edilə bilər.” Mühazirədə Elçinin pyesləri məşhur ingilis yazıçısı rejissoru Mayk Ley ilə müqayisə edilib: “Leyin filmlərində xarakterləri inkişaf etdirmək improvizasiya sərbəstliyi üçün zəmin olduğu kimi, Elçinin pyeslərində bu cür bir zəmin mövcuddur. Bu da Elçinin teatr estetikasına qanunlarına dərindən bələd olduğunu göstərir”. O, tamaşaçılarıŞekspirtamaşasına baxmağa Elçin dramaturgiyasının estetik miqyasını özlərinin qiymətləndirməsinə dəvət edib.

Şekspir”in ilk tamaşasında əsas rolları Londonun tanınmış aktyorları Peter Stanford (Baş həkim), Dervia Toal (Həkim), Roman Kuzmi (Sanitar), Yovan Matiç (Drob 13), Eleanor Bennett (Sara Bernar), Florian Raffone (Veneralı), Andrev Rea (Ər-arvad) Konrad Peters (Stalin) ifa edir.

Tamaşaçıların arasında İngiltərənin bir çox məşhur teatr ümumiyyətlə, incəsənət xadimləri, informasiya vasitələrinin, diplomatik korpusun, Azərbaycan türk diasporlarının nümayəndələri var idi.

Premyeradan əvvəl Deyvid Perri çıxış edərək tamaşaçıları salamladı onları Elçinin yaradıcılığı ilə tanış etdi. D.Perri Elçin dramaturgiyasının dünya teatr sənətinin müasir tələblərinə cavab verən yüksək estetik səviyyəli bir dramaturgiya olduğunu vurğuladı. O, dedi: “Elçin böyük modernist dramaturqdur. İndi baxacağınızŞekspirtragikomediyası XX əsrin sonu, XXI əsrin əvvəllərində yaranmış ən yaxşı modernist pyeslər sırasındadır. Bu əsərin qısa müddətdə Avropa teatr səhnələrini dolaşacağına mənim şübhəm yoxdur.”

Sonra Azərbaycanın Böyük Britaniyadakı səfiri F.Qurbanov çıxış edərək, bu tamaşanın Azərbaycan ilə Böyük Britaniya arasındakı mədəni əlaqələrin inkişafında əhəmiyyətli rol oynadığını dedi.

Son olaraq söz teatrın dəvəti ilə London premyerasında iştirak edən xalq yazıçısı Elçinə verildi. Elçin müəllim öz çıxışında belə bir cəhəti xüsusi vurğuladı: “Əlbəttə, bir müəllif kimi mənim üçün çox xoşdur ki, bu gün Londonda mənim əsərim tamaşaya qoyulub, “ŞekspirŞekspirin vətənində göstərilir. Ancaq mənim üçün daha qiymətli mühüm cəhət odur ki, sizin teatr konkret olaraq yalnız Elçinin yox, ümumiyyətlə, Azərbaycan dramaturgiyasının bir nümunəsini böyük Britaniya tamaşaçılarına təqdim edir”.

Hərarət sürəkli alqışlar altında keçən tamaşa böyük müvəffəqiyyət qazandı.

Tamaşa bitdikdən sonra da tamaşaçılar dağılmırdı, onlar Elçin müəllimə yaxınlaşır, ona suallar verir, avtoqraflar alırdılar.

Tamaşaçılardan bir neçəsinin fikrini oxuculara təqdim edirik.

Professor, teatr tənqidçisi Peter Adams : “Bu tamaşa modern səhnə düşüncəsinin nəticəsidir. Bu, əlbəttə, pyesdən gəlir. Şekspirçox orijinal bədii təfəkkür məhsuludur. Dramaturq həyata sürrealist nəzərlərlə baxır. Deyvid Perri bu cəhəti tuta bilib səhnə dili ilə göstərməyi bacarıb. Şekspir personaj kimi bu əsərdə iştirak etmir. Ancaq onun sənətinin gücü, ümumiyyətlə, sənətin gücü bu pyesin əsas qəhrəmanıdır desəm, elə bilirəm ki, səhv etmərəm. Mən Elçini bir dramaturq kimi özüm üçün kəşf etdim. Bu tamaşa haqqında mütləq yazacağam”.

YUNESKO üzrə Böyük Britaniya Milli Komissiyasının Baş katibi Ceyms Bric: “Bu əsər mənə çox təsir etdi. Olduqca fəlsəfi əsərdir. Bu tamaşaya baxdıqdan sonra insan üçün yaşadığı barədə düşünür, öz həyatına nəzər salır, təhlil etməyə başlayır. Rejissor işini, aktyor oynunu da çox bəyəndim”.

AzərbaycanTürkİngiltərə Cəmiyyətinin sədri Alpaslan Düven: “Mən fəxr edirəm ki, böyük yazar Elçinin əsəri çox tələbkar London tamaşaçılarının bu qədər məhəbbətini qazandı. Bilirəm, Elçin Azərbaycanda çox məşhurdur. O, Türkiyədə çox məşhur yazardır. O, böyük dünya şöhrətinə layiq yazardır”.

Almaniyadakı Köln Universitetinin filologiya magistiri Hans Şryoder: “Mən alman dilində Elçinin “Mahmud Məryəm dəvəromanlarını oxumuşam. Bu romanları çox bəyəndiyimə görə elmi rəhbərimlə məsləhətləşdikdən sonra magistirlik disertasiyamı Elçinin yaradıcılığına həsr etdim. Dissertasiyamın adı belədir: “Azərbaycan nasiri Elçinin romanlarında Şərq Qərb estetikasının vəhdəti”. İnternetdən öyrəndim ki, Elçinin pyesinin premyerası olacaq. Bu gün səhər Londona gəldim. İndi buradan da birbaşa aeroporta gedib, Kölnə qayıdacağam. Çox xoşbəxtəm ki, Elçinlə şəxsən tanış oldum. O, qədər böyük yazıçıdırsa, o qədər sadə insandır. Şekspirolduqca orijinal bir əsərdir. İndi ən böyük arzumŞekspir”i alman dilinə tərcümə etməkdir. Təəssüf ki, mən Azərbaycan dilini bilmirəm. Onu ingilis dilindən tərcümə edəcəyəm”.

Şekspir” tamaşası Londonda beş gün nümayiş olunub. Tamaşa hər dəfə tamaşaçıların alqışlarıyla qarşılanıb.

Qeyd edək ki, teatr yanvar ayının 7-dən “Şekspir” tamaşası ilə Uelsə qastrol səfərinə yollanacaq.

 

F.Abdullayev

London.

525-ci qəzet.- 2011.- 23 dekabr.- S.7.