Modernləşən Azərbaycanın
sosial-rifaha gedən yolu
PARLAMENTIN
SOSIAL-SIYASƏT KOMITƏSININ SƏDRI HADİ
RƏCƏBLİ:“İLHAM
ƏLİYEVİN DÖVLƏT QURUCULUĞU MODELİNDƏ
MƏQSƏDYÖNLÜ,ÖLÇÜLÜ-BİÇİLİ
VƏ ADDIM-ADDIM İRƏLİ GETMƏ XƏTTİ VAR”
Sabah ölkə Prezidenti İlham Əliyevin növbəti
doğum gün – 50 illik yubileyidir. İlk növbədə bu əlamətdar
gün münasibəti ilə dövlət
başçısını təbrik edir,ona
müstəqil Azərbaycan dövləti naminə fəalyyətində
növbəti uğurlar, müvəffəqiyyətlər arzu
edirik. Qeyd edək ki, Ümummilli lider Heydər
Əliyev siyasi kursunun layiqli davamçısı İlham
Əliyev 8 illik prezidentliyi dövründə Azərbaycan
dövlətinin bir çox sahələrdə uğurlara imza
atmasına nail olub. Bu uğurlardan biri də
Azərbaycanın sosial-rifah dövlətinə cevrilməsi
yolunda atılan addımlardır. Bununla bağlı məsələlərə
daha geniş aydınlıq gətirmək məqsədi ilə
Sabah ölkə Prezidenti İlham Əliyevin növbəti
doğum gün – 50 illik yubileyidir. İlk növbədə bu əlamətdar
gün münasibəti ilə dövlət
başçısını təbrik edir,ona
müstəqil Azərbaycan dövləti naminə fəalyyətində
növbəti uğurlar, müvəffəqiyyətlər arzu
edirik. Qeyd edək ki, Ümummilli lider Heydər
Əliyev siyasi kursunun layiqli davamçısı İlham
Əliyev 8 illik prezidentliyi dövründə Azərbaycan
dövlətinin bir çox sahələrdə uğurlara imza
atmasına nail olub. Bu uğurlardan biri də
Azərbaycanın sosial-rifah dövlətinə cevrilməsi
yolunda atılan addımlardır. Bununla
bağlı məsələlərə daha geniş
aydınlıq gətirmək məqsədi ilə Parlamentin
Sosial-siyasət komitəsinin sədri Hadi Rəcəbliyə
çoxsaylı suallarımızı ünvanladıq.
– Sosial-rifaha gedən yol, əlbəttə, Azərbaycanda 20 il bundan öncə mövcud olan sovet sosial müdafiə sisteminin dağılması ilə başladı. Və bu dağılmada, əlbəttə, nə gizlədək çoxlu mütərəqqi, maraqlı ,eyni zamanda adamların mənafeyinə xidmət edən məqamlar da var idi, bunu inkar etmək lazım deyil: pulsuz məktəb, pulsuz səhiyyə, əlillərə verilən müavinətlərin həcmi, minimum əmək haqqının həcmi,onun bazar qiymətlərinə uyğunluğu və sair. Amma bu sistemdə bir rəqabətsizlik, bir bərabərlilik, bir ələbaxımlılıq prinsipi var idi. Bu sistem cəmiyyəti hərəkətə gətirmirdi, israfçılığa surukləyirdi, insanları daha yaxşı yaşamaq uğrunda mübarizəyə həvəsləndirmirdi. Adamları ruhdan salırdı. Adamları oturub ələbaxan kimi 60 manatla yaşamağa sövq edirdi. Bu sistem iqtisadi inkişafa, istehlaka tələbatın bir başa ödənilməsinə xidmət etmirdi, zirək adamların, bacarıqlı adamların, işgüzar adamların qabağını alırdı. Təəssüf ki, bax bu sistemdən bazar münasibətlərinə keçid dövrünün ilk addımları populist qərarlarla müşayiət olundu. Məsələn, müəllimlərə işıq pulsuzdu deyilən bir məfhum yarandı, Qarabağ əlillərinə dərman pulsuzdu, nəqliyyat pulsuzdu. Bu “pulsuzdu” məfhumu uzun müddət Azərbaycan cəmiyyətində səsləndi və ödənclərin əslində dəyərinin olduğu, büdcə hesabına ödənildiyi belə qəbul oluna bilmirdi. Bazar qanunlarına görə, əgər bir özəl səhiyyə müəssisəsi yaratmışıqsa, özəl apteklər varsa, özəl nəqliyyat vasitəsi varsa, özəl elektrik şəbəkəsi varsa, hər şey pulladırsa, onda buna nə cür demək olar ki, pulsuzdu. Odur ki, bu məfhumların hamısını sındırmaq lazım idi, bu məsələlərdə ünvanlılıq təmin olunmalıydı. Bu işlərdə daha çox kapitalist, bazar qanunlarına uyğun addımlar atılmalı, qənaətcillik təmin olunmalı idi. Təsəvvür edin , o adamın ki, evində işıq pulsuz idi, elektrik enerjisini israf edirdi və ya elektrik enerjisini qeyd edən adam – məmur gəlirdi, baxırdı, görürdü,bütün blokda yaşayan insanlardan pul yığırdı, qoyurdu cibinə, hamısını yazırdı bir adamın ayağına. Yaxud, əlillər üçün tikilmiş evə avtobus gedirdi. Bu avtobusa heç kim yol haqqı vermirdi, bildirirdi pulsuzdu. Bütün bunların hamısı monitizasiya deyilən bir sistemə salındı və bu sistem vasitəsilə adamlar xidmətlərin dəyəri üçün nəzərdə tutulan pulun təxminən bir orta rəqəmini onlara ödədilər. Belə olan halda kim eletrik enerjisindən az istifadə etdi ona xeyir qaldı, kim çox istifadə etdi cibindən pul verdi. Yəni, artıq bu orta məbləğ adamlara pul şəklində verildi. Digər bir addım atıldı. Demək, xəstələr, əlil xəstələr gedib daha bacısı uşağı üçün “pampers” almadılar, öz xəstəliklərinə uyğun olaraq dərman almağa başladılar. Bu monetizasiya (dəyərin pulla ifadəsi) çox maraqlı bir bölgü idi və bununla da sosial müdafiədə ünvanlılıq təmin olundu. Çox ağrılı , çox narahat proses idi. Ona görə çoxları bunu qəbul etmək istəmirdi və bu prosesin, bu addımların atılması yadınızdadırsa,qonşu Rusiyada böyük fəsadlarla müşahidə olundu. Azərbaycan nəhayət bu addımları uğurla, ulu öndərimiz Heydər Əliyev dühasının xarizması ilə ata bildi.
Azərbaycanda çox ciddi pensiya islahatları aparıldı. Həmrəylik prinsipindən
fərdi uçot sisteminə keçildi, bankomatlarla ödəmə
baş verdi. Bu dövrdə
digər bir ciddi islahat aparıldı. Sosial
müdafiə sistemi ilə pensiya sığorta sistemi
ayrıldı. Bunlar hamısı inqilabi
keçid idi və bu keçidin, əlbəttə, nəticələri
də sonradan özünü göstərdi. İlk baxışdan bu ağrılı keçid
idi, camaat bunu qəbul etmək istəmirdi və sonradan
aydın oldu ki, bunlar mütərəqqi və lazımlı
addımlar idi, son nəticədə ancaq ehtiyacı olan
insanların xeyrinə yönələn tədbirlərdir.
Baxın, görün populist addımların nəticəsini
İtaliya necə yaşayır, Yunanıstan necə
yaşayır?
Bu ölkələrdə hər seçki öncəsi xoşa gəlmək üçün, səs
toplamaq məqsədilə, hec bir maliyyə əsası olmayan
vətəndaşların gəlirlərinin
artırılmasına yönəli qərar və sərəncamlar
verilirdi. Yeni seçilən rəhbərlər
u günlə yaşayaır, sabahkı nətəcilər
haqqında düşünmürdülər. Bu gün məcburdular
ki, pensiya yaşını 5 il
artırsınlar, məcburdurlar ki, pensiya ödənişlərini
azaltsınlar. Avropada bu gün atılan reqressiv
addımlar hər birimizi düşünməyə vadar edir.
Burada biz dərk edirik ki, İlham Əliyev
dövlət quruculuğunda ölçülü-biçili,
ehtiyatlı və addım-addım irəli getmə xətti
var və bu xətt də özünün müsbət nəticələrini
verir. Təsəvvür edin ki, əgər biz 8 il bundan
qabaq populist addımlar atsaydıq, pensiya yaşını
azaltsaydıq, pensiyaların məbləğini
artırsaydıq və minimum əmək haqqını
fantastik dərəcədə çoxaltsaydıq, onda bu
gün biz geriyə addım atmalıydıq. Ona
görə bu dəyişikliklər çox önəmli və
diqqəti cəlb edən addımlar idi.
– Hadi
müəllim, bu gün birmənalı şəkildə demək
olarmı ki, Azərbaycanda sosial-rifah dövləti var?
– Bu
günlərdə Prezident Administrasiyasının rəhbəri
Ramiz Mehdiyevin iştirak etdiyi tədbirdə BMT-nin rezident əlaqələndiricisi
Fikrət Akçura məruzəsində
açıqladığı rəqəmlər səslənmişdi,
yəni, qeyd edildi ki, əhalinin 20 faizində –
varlılığın 40 faizi o adamlarda cəmləşib. Yəni, Azərbaycanda artıq orta təbəqə
deyilən bir təbəqə böyük bir həcmdə
formalaşmaqdadır. Sosial-rifah dövlətinin
baş məqsədi nədir? Liberal
iqtisadiyyat çoxlu sayda orta təbəqə, demokratik
açıq cəmiyyət. Azərbaycanda
artıq orta təbəqənin formalaşması sahəsində
beynəlxalq təşkilatların təsdiq etdiyi rəqəmlər
var və bu sosial rifah dövlətinin əsas və vacib
elementlərindən biridir. Sosial rifah
dövlətini qurmaq üçün bizdə
qaçqın-köçkün problemi həll
olunmalıdır. Sosial rifah dövləti
qurmaq üçün kənddə bir sıra problemlər həll
olunmalıdır. Çoxlu kiçik
problemlər var ki, bunlar zaman-zaman öz həllini gözləyir.
Amma ölkədə yaradılan işgüzar və
sağlam şərait, sosial müdafiə sisteminin təkmilləşməsi
sosial rihaf dövləti yolunda atılan ən ciddi
addımlardır. Yenə deyirəm, bu
gün baş xətt nədən ibarətdir – İlham
Əliyev dövlət quruculuğu modelinin mahiyyəti nədir?
Birincisi, proqramlarla idarəetmə. İkincisi, regional idarəetmə. Üçüncüsü, səbəblə
mübarizə aparmaq. Bizdə avtomobil qəzasında ildə
300-ə qədər adam
dünyasını dəyişir, ola bilər çox və
ya bir qədər az. Elə orta rəqəm 300 götürək.
Amma 3000-ə qədər adam əlil olur. Bunun qarşısını almaq olar? Kəmər
bağlamaq , sürəti azaltmaq, sükan
arxasında telefonla danışmamaq olar. Baş
istiqamət ondan ibarətdir ki, əlilliyin qarşısı
alınsın, sonra sağlamlığın bərpası
üçün lazım gələrsə, reablitasiyası əməliyyatları
aparılsın. Bu gün Azərbaycanda 14
reablitasiya mərkəzi var. Orada insanların əllərini
açırlar, ayaqlarını açırlar, yəni, o əlilliyi
aradan qaldırırlar. Əlbəttə, əlilliyin
sosial müdafiəsində, maddi təminatında da çoxlu
maraqlı məsələlər var. Məsələn,
gözdən əlillər üçün biz pensiya ödənişi
hesablayanda, onlara pensiyanın baza hissəsinin 200 faizini əlavə
veririk. Bundan başqa Qarabağ əlilləri
üçün müavinət sistemi var .
Qarabağ əlilləri bir dənə
müavinət alırdısa, indi mötərəm
Prezidentimiz özünün əlavə o qədər məbləğdə
də müavinətini təyin etdi. Şəhid
ailələri üçün, Qarabağ müharibəsi
şəhidlərinin ailələri üçün hər
ay 100 manat müavinət birdəfəlik ayrıldı.
Yəni, müavinət sistemində də həm bu məsələlər
irəli çəkilir, həm də mənzil verilir,
maşın verilir . Bu
baxımdan, əlillərin sosial müdafiəsi istiqamətində
ardıcıl işlər görülür. Baş məqsəd ondan ibarətdir ki, əlillərin
cəmiyyətə inteqrasiyası təmin olunsun. Bu günlərdə bir qanun layihəsi müzakirə
olundu – Tikinti və Şəhərsalma Məcəlləsi.
Həmin Məcəllə binalarda artıq əlillər
üçün, arabaların getməsi üçün
şəraitin yaradılmasını nəzərdə tutur,
avtobuslarda da bu şəraitin yaradılması haqqında
düşünmək lazımdır. Digər
bir məsələ ondan ibarətdir ki, çox təəssüf
ki, bəzi qanunlarımızda yazılıb ki, ikinci qrup əlil
işləyə bilməz. Nə
üçün işləyə bilməz? İkinci
qrup oturub nəsə edə bilər,məsələn,
kompüterdə işləyə bilər. Elə
əlillik qrupları var ki, onlar işləyə bilərlər.
Amma təəssüf ki, hələlik qanunlarda birmənalı
yazılıb ki, ikinci qrup əlil işləyə bilməz...
–Yenidən
qanunvericilikdə bu məsələyə qayıtmaq
olarmı?
– Bəli, hesab edirəm ki, biz bu məsələlərə dönməliyik. Digər bir məsələ – bu gün sosial- rifah dövlətinin tələblərindən biridir – biz müavinətləri eyni zamanda indeksə etməliyik. Pensiyanın sığorta hissəsini indeksə edirik, amma əlilə verilən müavinət indeksə olunmur. Onun da indeksə olunması məsələsi bizi düşündürən məsələdir. Ümumiyyətlə, əlillərin Azərbaycanda əhalinin ümumi sayına olan faizi dünyada olan rəqəmlərdən 3 dəfə azdır. Dünyada 8-lə 15 faiz arasında əlil müəyyənləşib, bizdə 4,3 faiz əlil var. Bizdə statistik göstərici olaraq 419 min əlilin nə qədər düşündürücü olsa da, 59 mini uşaqlardır. Əlilliyin qarşısının alınmasından söhbət gedəndə uşaqların 0 yaşdan 3 yaşa qədər müdafiəsinə, müalicəsinə xüsusi diqqət verməliyik. Uşaqlar o yaş dövründə daha ciddi diqqət, sayğı və həkim nəzarəti ilə əhatə olunmalıdırlar. Bu gün uşaqlar arasında çoxlu anemiya xəstələri var. Anemiya xəstələri qanın tərkibində dəmirin çatışmazlığından əziyyət çəkirlər. Dünyada ən geniş yayılmış, kütləvi istehlak malları olan ərzaqların artıq bir sıra vacib mikroelementlərlə zənginləşdirilməsi prosesi gedir. Məsələn, biz bir neçə il öncə “Duzun yodlaşdırılması haqqında” qanun qəbul etdik. Zob xəstələri – endroxronik xəstələr ölkədə 3 dəfə azaldı. Amma dünyanın 135 ölkəsində unu zənginləşdirirlər, una dəmir qatırlar, şəkəri zənginləşdirirlər, südü zənginləşdirirlər. Yəni, bunları biz də düşünməliyik, undu, şəkərdi, süddü daha çox istifadə olunan ərzaqlara xüsusi çatmayan maddələrin əlavə olunması xəstəliklərin qabağını alır. Xəstəliklərin profilaktikası bizim qanunyaradıcılığı prosesində də önə çəkilməlidir. Biz yaxın günlərdə “Sosial xidmət haqqında” qanunu qəbul etməliyik. İlk dəfə olaraq Azərbaycanda sosial xidmətə özəl müəssisələrin, qeyri-dövlət təşkilatlarının cəlb olunmasını qanunla ehtiva edirik. Bu,cox ciddi məsələdir. Dövlətin yükünün altına eyni zamanda özəl bölmələr girir. Necə olur, özəl məktəb olur, özəl xəstəxana olur, amma özəl sosial müdafiə sistemi olmasın, özəl qocalar evi olmasın? Niyə, özəl reabilitasiya mərkəzi olmasın? Əgər ölkədə bazar qanunlarına uyğun sosial müdafiə sisteminə keçmişiksə, əlbəttə, bu sistemdə sadaladıqlarım da ehtiva olmalıdır. Belə işlər hamısı sosial rifah dövlətinin elementləridir, atributlarıdır.
Sosial-rifah dövlətində ailənin müdafiəsi önə çəkilir, prioritet sayılır. Ölkəmizdə bu sahədə ardıcıl iş aparılır. Artıq bizim komitədə “Gənc ailələrin sosial müdafiəsi haqqında” qanun hazırlanmaqdadır. Qanun layihəsində gənc ailəyə 30 illik faizsiz ipoteka verilməsi nəzərdə tutulur. Gənc ailənin möhkəm formalaşması üçün iki vacib məsələ ortaya qoyulmalıdır. Mənzil və iş yeri. Baxmayaraq ki, əlbəttə bir çox hallarda psixoloji yardım məsələsinə də bir sıra hallarda böyük ühtiyac duyulur.
Bu günləri Azərbaycanda uşaqların
uşaq evlərindən ailələrə bölünməsi
məsələsi gündəmdə var. Zaman göstərdi
ki, artıq uşaq evinə atılan uşaqların sayı
günü-gündən azalır. Bütün uşaq evlərində
mövcud şəraitin yaxşılaşmasına baxmayaraq,
ora gedənlər azalıb. Tendensiya var. Bu da onu göstərir
ki, Azərbaycanda sosial rifah düzəlib. Azərbaycanda
kasıblıq faizi 49 faizdən gəlib 9 faizdən
aşağıya düşüb. Azərbaycanda
işsizlik 5 faiz civarındadı. Bunlar, əlbəttə,
elə rəqəmlərdir ki, bu rəqəmlər bizim
ölkədə gedən sosial rifah dövləti quruculuğu
sahəsində aparılan uğurlu işlərin hiss olunan bir
qoludur.
Əmək münsibətləri əmək ehtiyatlarından səmərəli istifadə sosial rifah dövlətinin vacib görünən istiqamətləridir. Bu gün investisiya qoyuluşu prioritet sahələrə yönəldilir, məsələn, turizmin inkişafına, aqrar bölmənin inkişafına daha çox kreditlər verilir. Nə üçün verilir? Ona görə verilir ki, bu sahələr əmək tutumlu sahələrdir. Turist müəssisəsi açanda aqrar bölmədə nəsə yaradanda orada haradasa 100 nəfərin, 50 nəfərin işləməsinə köməklik edilir. Dövlət bununla bağlı regionlarda, şəhərlərdə infrastruktur yaradır .Bəzən bu infrastrukturun, düşünürlər ki, sosial siyasətə dəxli yoxdur. Əslində infrastruktur bünövrədi. İşığın, qazın, suyun, yolun , məktəbin, xəstəxananın olması, adamların yaşayışını yaxşılaşdırır, adamlar kənddən şəhərə gəlmir. Bu sahələrdə, əlbəttə, ardıcıl işlər görülüb, gözümüzün önündədi və bunlar da günü-gündən artmalıdır. Pezidentimizin bu günlərdə imzaladığı 2020-ci ilə qədər sosial iqtisadi inkişafla bağlı böyük bir proqram var. Bu proqramda məqsədlərdən biri Azərbaycanda işsizliyi və kasıblığı sıfır həddinə endirməkdir. Çox çətin və dedikcə ağır məsələlərdir, amma mümkün olan məsələlərdir. Prezidentimiz belə mqəsədyönlü xalqa işləyən vəzifələr qoyur ortaya. Əlbəttə, bunların icrası üçün iqtisadiyyat inkişaf etməlidir, orta sahibkarlıq işi, sahibkarlığa dəstək güclənməlidir. Bu sahədə də prezidentimizin müvafiq sərəncamları, sənədləri var. Bütövlükdə bunlar sosial rifaha gedən yolu sənədləşdirmək, asanlaşdırmaq və sistemləşdirməkdir.
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.- 2011.- 23 dekabr.- S.4.