“Osmanlı arxiv sənədlərində Naxçıvan” kitabının təqdimatı keçirilib

 

AMEA Naxçıvan Bölməsinin böyük Akt zalında Türk Cümhuriyyətinin Baş Nazirliyinin Dövlət Arxivləri müdiri, fəlsəfə doktoru Yusif Sarınay tərəfindən hazırlanıb, nəfis tərtibatda türk dilində nəşr olunan “Osmanlı arxiv sənədlərində Naxçıvan” adlı fundamental kitabın təqdimatı keçirilib.

Bu münasibətlə keçirilən tədbiri giriş sözülə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Naxçıvanın 370 illik bir dövrünü əhatə edən “Osmanlı arxiv sənədlərində Naxçıvan” kitabının elmi dəyərindən geniş danışıb.

Akademik bildirib ki, 568 səhifədən ibarət olan yeni nəşr bir çox mühüm arxiv sənədləri ilə Naxçıvanın 1554-1923-cü illərinə işıq salır. Naxçıvanın müxtəlif dövrlərinin tarixini özündə əks etdirən kitabda regionla bağlı 85 başlıqlı 157 arxiv sənədi öz əksini tapıb ki, bu sənədlərində bir çoxu ermənilərin Naxçıvan ərazilərində təcavüz siyasətlərini təsdiq edən tarixi sənədlərdir. Belə ki, Azərbaycan xalqına qarşı soyqırım siyasəti yeridən, etnik təmizləmə aparan ermənilərin Naxçıvanda törətdikləri kütləvi qırğınlar, zorakılıqlar siyahı halında cədvəllərdə göstərilir. Bu günkü və gələcək nəsillər üçün əvəzsiz xidməti olan kitabda sənədlərin arxivdəki kataloq başlıqları və ərəb qrafikalı standart rus sənədləri, onların türkcə tərcüməsi və Osmanlı əlifbası ilə indeksləri də verilib.

Akademik İsmayıl Hacıyev “Osmanlı arxiv sənədlərində Naxçıvan” kitabının nəşr olunmasında əməyi olan Türk Cümhuriyyətinin Baş Nazirliyinin Dövlət Arxivləri müdiri Yusif Sarınaya, onun heyətinə və o cümlədən Türkiyə Cümhuriyyətinin Naxçıvandakı keçmiş Baş Konsuluna öz dərin minnətdarlığını bildirmişdir.

“Osmanlı arxiv sənədləri əsasında hazırlanmış Naxçıvan kitabı Naxçıvan tarixinin öyrənilməsinin mühüm mənbəyi kimimövzusunda Tarix, EtnoqrafiyaArxeologiya İnstitutunun şöbə müdiri Emin Şıxəliyevin məruzəsi dinlənilib.

Daha sonra məruzə ətrafında AMEA Naxçıvan Bölməsinin Tarix, EtnoqrafiyaArxeologiya İnstitutunun direktoru, professor Hacı Fəxrəddin Səfərli, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev, Tarix, EtnoqrafiyaArxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadə çıxış etmişlər. Çıxış edənlər bölmənin sədri, akademik İsmayıl Hacıyevin təşəbbüsüilə Türk Cümhuriyyətinin Baş Nazirliyinin Dövlət Arxivləri müdirinin nəşr etdirdiyi “Osmanlı arxiv sənədlərində Naxçıvan” kitabının üstün cəhətlərini xüsusi olaraq vurğulamışlar. Qeyd olunmuşdur ki, Naxçıvanın 1554-1923-cü illərinə nəzər salanbu günkü oxucuya o dövrün proseslərini arxiv sənədləri vastəsilə açıq və aydın şəkildə izah edən yeni nəşr Azərbaycan tarixşünaslığında, Naxçıvan tarixşünaslığında özünəməxsus yeri var.

Tədbirdə Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş Konsulluğunun əməkdaşı İşıl İşıq da iştirak edib.

 

Türkanə BƏYLƏRLİ

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsinin əməkdaşı

525-ci qəzet.- 2011.- 24 dekabr.- S.20.