Mübarizəyə
və zəfərə səsləyən sətirlər –
“Danışır Azərbaycan!”
“Ağdam“ Ədəbi Birliyinin sədri, “Hərbi and” qəzetinin baş redaktoru, şair Nadir Qədimlinin “Danışır Azərbaycan” adlı kitabı işıq üzü görüb. Kitaba müəllifin qələmə aldığı “Danışır Azərbaycan” və “Mənim ordum” əsərləri daxil edilib. Yaradıcılığının əsasını təşkil edən vətənpərvərlik, millətsevərlik ruhlu poetik əsərlər Nadir Qədimlinin bu kitabında da öz əksini tapıb. Nəşrin ithaf yerində bu cümlə yazılıb: “Azərbaycan həqiqətlərini dünyaya car çəkən Cənab Prezidentimiz İlham Əliyevə həsr edilir!”
Müəllifin bu misraları kitabın həsr olunduğu mövzu ilə bağlı manifest kimi səslənir:
Diqqət! Diqqət!
Danışır Azərbaycan!
Qoy eşitsin bütün dünya,
Qoy eşitsin bütün cahan!...
...Qoy dayansın damarda qan,
Qulaq asın, haqqı deyir
Cənab
Ali Baş Komandan!
Azərbaycan rəhbərinin vətənin,
millətin haqq səsini dünyaya çatdırması və
milli-dövlətçilik maraqlarımızı əzmlə
müdafiə etməsi
kitabda poetik bir dillə, özü də xalqımızın vahid mövqeyi kimi ifadə olunur:
– Dinlə məni, ey Avropa,
Mən dünyanın haqq səsiyəm
Zaman-zaman,
illər boyu
Azadlığın təşnəsiyəm.
Dinlə
məni, Amerika,
Öz yurdumun yiyəsiyəm.
Dinlə
məni, ey Rusiya,
Nə düşmənə “sağ
ol” deyib
Nə də ki baş
əyəsiyəm!
Parçalanmış Azərbaycan torpaqlarının
bir gün bütöv Azərbaycan adı altında yenidən birləşəcəyilə
bağlı ümidlər
də bu əsər vasitsilə oxucuya çatdırılır. Müəllif
tarixə nəzər
salaraq, keçmişin
müxtəlif səhifələrini
çevirir, onlara öz münasibətini bugünün gerçəklikləri
çərçivəsində ifadə edir:
Dinlə
məni, Şah Xətai,
Dinlə
məni, Sultan Səlim!
Sizlərə də sözüm
qalıb,
Çox heyif ki, çatmır
əlim.
Adınız var dünya boyda,
Dünya sizə həsəd çəkib.
Sonda düşmən aranıza
Özünüzdən sərhəd çəkib...
Sonda müəllif qələbəyə,
Azərbaycanın zəfərinə
olan inamını da bədii şəkildə
əks etdirib:
Biz yaşaya bilmərik ta
Yarı
bədən, yarı bir can.
Ölümə – ölüm, qana
– qan!...
Ulu millət, qalx, qalx, oyan,
Əmr eləyir
Cənab
Ali Baş Komandan!
Kitabda yer alan “Mənim
ordum” əsərində
N.Qədimli Azərbaycanın
müstəqilliyinin, ərazi
bütövlüyünün keşikçisi olan Silahlı Qüvvələrimizi
tərənnüm edir,
ordumuzu, onun sıralarındakı hər
bir vətən övladını zəfərə
səsləyir. Şair inanır
və inandırır
ki, Azərbaycanın üçrəngli bayrağının
bütün torpaqlarımız
üzərində dalğalanacağı
günə çox qalmayıb. Müəllifin
qələmə aldığı
poetik sətirlər belə bir ümidin
müjdəçisidir: qəti
qələbə yaxındır
və bu qələbə Azərbaycan
prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə
əldə olunacaq!
Günel CABİRQIZI
525-ci qəzet.- 2011.- 24 dekabr.- S.20.