Sehrli dünyauşaq jurnalının təqdimatı olub

 

Gənc Tamaşaçılar Teatrının “Gümüş maska” zalında “Sehrli dünyauşaq jurnalının təqdimatı keçirilib. Təqdimat mərasimində çıxış edən jurnalın baş redaktoru, uşaq yazarı Gülzar İbrahimova onları qarşıdan gələn bayram münasibətilə təbrik edərək yeni toplu haqqında məlumat verib: “Bu həftə bir neçə bayramla əlamətdardır: hörmətli Prezidentimizin 50 illik yubileyidir, Həmrəylik günüYeni il bayramıdır. Bununla yanaşı, bu il Azərbaycanın dövlət müstəqilliyin bərpasının 20-ci ildönümü tamam olub. 2011-ci iliSehrli dünya”nın nəşrə başlaması da bizim üçün yaddaqalan ilə çevirdi. Əminəm ki, yeniSehrli dünya” jurnalı hər bir uşaq üçün maraqlı olacaq. Jurnalımız ayda bir dəfə 3-4 min tirajla çıxacaq. Hər ay jurnalın içərisinə hədiyyələr qoyulur. Bu dərgi 5-10 yaşlı uşaqlar üçün nəzərdə tutulub. 48 səhifəlik topluda nağıl, hekayə, fantastik macəralar yer alır. Burada həmçinin uşaqlar üçün müxtəlif müsabiqələr keçirilir, qaliblərə hədiyyələr təqdim edilir”.

Gülzar İbrahimova jurnalın yaranma zərurətindən də söhbət açıb: “Uşaqların təfəkkürünün inkişaf eləməsi üçün onların tələbatına uyğun jurnalın olması vacibdir. Rəngli şəkillərin, öyrədici müsabiqələrin, tapmaca, nağıl və uşaq şeirlərinin yer aldığı “Sehrli dünya” jurnalı da məhz uşaqların zehni inkişafına xidmət etməsi üçün yaradılıb. Bu jurnal uşaqlar üçün böyük əhəmiyyət kəsb edən öyrətmə sistemidir. Belə bir jurnalı ərsəyə gətirmək üçün pedaqoqların məsləhətindən də yararlanmışıq. Eyni zamanda burada uşaqlar üçün yazdığım nağıllar, şeirlər, tapmacalar, həmçinin xarici ədəbiyyatdan tərcümələr də öz əksini tapıb”.

Uşaqlar üçün yazmaqdan, işləməkdən yorulmadığını qeyd edən redaktor uzun müddət “Bala dili” jurnalında işlədiyi üçün uşaq jurnalı ilə bağlı kifayət qədər təcrübəyə malik olduğunu vurğulayıb. Jurnal uşaqların müəyyən bilgilər toplaması ilə yanaşı, həm də onların əylənməsinə və istirahət etməsinə xidmət göstərir ki, bu da uşaqlarda jurnala, kitaba olan meyli daha da gücləndirə bilər: “Çalışırıq ki, jurnalda indiyənə qədər eşidilməyən nağıllar verək ki, uşaqların diqqətini cəlb edək. Bu jurnalda Azərbaycan dili ilə yanaşı, rus ingilis dilində materiallar dərc olunur. Uşaqlara digər xalqların mədəniyyəti ilə tanış olmaq imkanı yaradılır. Balacaları maraqlandıran redaksiyaya ünvanlanan suallar da ətraflı cavablandırılır”.

Bakı Dövlət Universitetinin professoru Qara NamazovSehrli dünyajurnalının özəlliklərindən danışarkən, tarixi keçmişimizin uşaqlara çatdırılması baxımından dərginin böyük əhəmiyyət kəsb etdiyini deyib: “Sovet hakimiyyəti illərində Azərbaycanda bir neçə adda uşaq jurnalı dərc olunurdu. Amma ölkəmiz müstəqilliyini bərpa edəndən sonra, keçid dövrünün gətirdiyi çətinliklər uşaq mətbuatına da təsirsiz ötüşmədi. Uşaq mətbuatına olan qayğı diqqət zəiflədi. Nəticədə əksər uşaq mətbuatı, o cümlədən uşaq jurnalları fəaliyyətini dayandırdı. Amma ölkəmizdə vəziyyət düzəldikcə, bu sahə inkişaf etdi. Yeni müstəqil uşaq mətbuatı, jurnallar meydana gəldi. Sehrli dünyajurnalı da belə mətbuat orqanlarından biridir. Bu jurnal uşaq dünyasını bütünlüklə əhatə eləyə bilir. Tarixi hadisələri özündə əks etdirən nağıllar, hekayələr vasitəsilə tarixi keçmişimiz uşaqlara çatdırılır”.

Millət vəkili Gülər Əhmədova, Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Təhsil Nazirliyinin İcra Aparatının rəhbəri İlham Pirməmmədov digər qonaqlarziyalılar, yazıçı şairlər təqdimat mərasimində çıxış edərək uşaqlara kitab, jurnal oxumağın əhəmiyyətindən danışıblar.

Mərasim uşaq yaradıcılıq qruplarının təqdimatında konsert proqramı ilə davam etdirilib.

 

GÜNEL

525-ci qəzet.- 2011.- 27 dekabr.- S.7.