Xalçalarda Nizami dünyası” sərgilənib

 

Ötən gün Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində dünya şöhrətli şair və mütəfəkkir Nizami Gəncəvinin 870 illiyinə həsr edilən “Xalçalarda Nizami dünyası” adlı sərgi gerçəkləşib. Yubiley-sərgisində Nizami obrazları və onun ölməz əsərlərindəki motivlərin əks olunduğu xalçalar, tikmələr, metalçini qablar nümayiş olunub.

Tədbir giriş sözü ilə açan muzeyin direktoru Röya Tağıyeva əsərlərdə daha çoxLeyli və Məcnun” motivlərinin tətbiqinə rast gəldiklərini diqqətə çatdırıb: “Bunun parlaq nümunəsi “Leylinin səhrada Məcnunla görüşümotivi əsasında tərtib edilən XVII əsr ipək Kaşan xalçasıdır. Qədim Qarabağ torpağının xalça ustaları da Nizami yaradıcılığına, onun məşhur əsərlərinə, o cümlədən “Leyli və Məcnun” əsərinə müraciət edərək, süjet xətti bir-birindən maraqlı olan kompozisiyalar yaradıbdılar. “Leyli və Məcnun” xalçası Bərpa Mərkəzində konservasiya olunub. Bərpa prosesini əks etdirən foto-şəkillər sərgidə nümayiş olunub”.

Muzeyin direktoru görkəmli sənətkarlar Lətif Kərimov və Kamil Əliyev yaradıcılıqlarında Nizami obrazına, Nizami dünyasına dəfələrlə müraciət etdiklərini vurğulayıb: “Bunu biz həm portret, həm də müxtəlif süjetli xalçalarda görə bilərik. Sənətkarlar müxtəlif olsa da, onların ustalıqları nəticəsində yaranan əsərlərdə bu obraz yenə də əzəmətli və möhtəşəm görünür. Nizami poeziyasının zəngin xəzinəsindən bəhrələnən sənət xadimlərinin yaratdıqları əsərlər dahi şairin ölməz obrazlarının əbədi həyatının parlaq səhifələridir”.

Sərgidə həmçinin Nizami yaradıcılığının davamçıları, öz dövrlərinin görkəmli yaradıcı ziyalılarının portret-xalçaları da yer alıb.

 

HÜSNİYYƏ

525-ci qəzet.- 2011.- 27 dekabr.- S.7.