Xalq yazıçısı Elçin:“Axtarış istedadla üst-üstə düşməlidir”

 

“YARADICILIĞIM HƏMİŞƏ OBIVATEL DEDİ-QODUSU İLƏ QOŞA ADDIMLAYIB”

Elçin müəllim, Siz ədəbi prosesi daima izləyən və ardıcıl surətdə bu mövzunu qələmə alan ədibsiniz. Hazırkı ədəbi prosesi necə qiymətləndirirsiz? Nə çatışmır?

Bu gün ədəbi prosesə elitarlıq çatışmır, yazı mədəniyyəti və ümumiyyətlə, mədəniyyət çatışmır, intellektuallıq çatışmır. Siz düz deyirsiz, mən bu barədə dəfələrlə yazmışam və təkrara varmaq istəmirəm. Hazırda “525-ci qəzet”də bizim istedadlı yazıçımız Yaşarın mənimlə geniş müsahibəsi dərc edilirorada da mən bu barədə ətraflı danışmışam. Maraqlananlar, yəqin ki, oxuyacaqlar. Yeri gəlmişkən, deyim ki, həmin müsahibəni mən prinsipial ədəbiyyat söhbəti hesab edirəm və o, kitab kimi də nəşr olunacaq.

Londonda SizinŞekspirpyesiniz tamaşaya qoyulub. Məlumatlara görə tamaşa böyük uğur qazanıb. Bunu Azərbaycan dramaturgiyasının nəhayət ki, Avropaya çıxışı kimi dəyərləndirmək olarmı?

Sizin bu sualınıza cavab olaraq, mən Londondakı premyeradan əvvəl çıxışımda mətbuat konfransında dediyim sözləri təkrar etmək istəyirəm. Orada mən dedim ki, “əlbəttə, bir müəllif kimi mənim üçün çox xoşdur ki, pyesim Londonda tamaşaya qoyulub. “ŞekspirŞekspirin vətənində, Şekspirin ana dilində Şekspirin varisləri tərəfindən tamaşaya qoyulub bu, əlbəttə, müəllif üçün şərəfli bir hadisədir. Ancaq tam səmimiyyətlə deyirəm ki, mənim üçün daha qiymətli mühüm cəhət odur ki, teatr konkret olaraq yalnız Elçinin yox, ümumiyyətlə, Azərbaycan dramaturgiyasının bir nümunəsini Böyük Britaniya tamaşaçılarına təqdim edir.

Sizin məşhur “Mahmud Məryəmromanınız əsasında film çəkilir. Bu filmin ingilis rejissoruna həvalə olunmasını necə dəyərləndirirsiniz? Sizcə, ingilis rejissor bu əsərin mahiyyətini aça biləcəkmi?

– Bu filmi Sevda Kayğısızın Türkiyədə çox tanınan “24 Kareşirkəti çəkir. Təşəbbüs təklif onların olub. Bu roman Türkiyədə müxtəlif tərcümələrdə dəfələrlə nəşr olunub. Filmin ingilis rejissoru tərəfindən çəkilməsinin təşəbbüskarı şirkət özüdür. Ancaq sizə deyim ki, filmləri, teleserialları ilə Böyük Britaniyada yaxşı tanınan həmin rejissor əslən türk mənşəlidir onunla söhbətimiz əsnasında məndə belə bir təəssürat, hətta inam yarandı ki, o, əsəri hiss edir. Ümid edək ki, hər şey yaxşı olacaq.

– AYB barədə fikirlərinizi mətbuatda yazmışdınız. Yazıçılar Birliyinin qurultayı, nəhayət ki, keçirilməlidir. Sizcə, təklifləriniz qurultayda ondan sonrakı dövrdə gerçəkləşəcəkmi?

Mənim AYB ilə bağlı təkliflərim, əslində, arzu xarakteri daşıyır. Mən uşaqlıq çağlarımdan etibarən oranı tanımışam, 1968-ci ildən oranın üzvü olmuşam, sonralar gənc yaşlarımda düz 12 il orada çalışmışam. Necə çalışmışambunu məndən sonra gələn ədəbi nəsil nümayəndələrindən soruşsanız, yaxşı olar. Ona görə həm şəxsi mənada, həm bir yazıçı kimi AYB- biganə ola bilmərəm. təkliflərimi yalnız xeyirxah bir mövqedən bildirmişəm. Qurultayda nəzərə alınarsa, sizin dediyiniz kimi, gerçəkləşərsə, çox yaxşı, lazım bilinməzsə, nəzərə alınmazsabu, artıq mənlik deyil.

Nüfuzlu bir yazıçı kimi Sizin AYB sədri mövzusunda mövqeyiniz hamını maraqlandırır.

Bilirsiniz, bizim mətbuatda, ümumiyyətlə, vəzifələrlə bağlı xəstə bir ajiotaj varkimi vəzifədən çıxaracaqlar, kimi hansı vəzifəyə qoyacaqlar, kimivurdular”, kimiqaralayıblar”, “mötəbər mənbələrbelə deyir, elə deyir s. i.a. Mən belə bir ajiotaja, o cümlədən AYB-nin sədrliyi ətrafındakı söz-söhbətə pis baxıram. AYB sədri var, oturub işləyir. Ajiotaja ehtiyac yoxdur.

Ədəbiyyata gələn gənc nəsil haqda düşünürsünüz? Onların yaradıcılığı bir xalq yazıçısı ədəbiyyat bilicisi kimi Sizə vəd edir?

Mən Yaşarla müsahibədə bu suala da cavab vermişəm həmin hissə artıq “525- ci qəzet”də dərc edilib. Keçən yay gənclərin bir sıra kitablarını oxudum, Mübariz Cəfərli Şərif Ağayarın povestləri haqqında məqalələr yazdım. Ümumi təəssüratım belədir: gənclik özünü axtarır. Bütün axtarışlar kimi, bu axtarışların da sonu barədə qəti bir söz demək mümkün deyil. Hər şey istedaddan taledən asılıdır. Bu axtarış faktının özünü isə mən yüksək qiymətləndirirəm. Axtarış olmayan yerdə sənət yoxdur. Ancaq axtarış istedadla üst-üstə düşməlidir həmin istedad da geniş dünyagörüşündən bəhrələnməlidir.

Elçin müəllim, baş nazirin müavini kimi yüksək vəzifədə olduğunuza görə, Sizin dram əsərlərinizin teatrlarımızın repertuarına salınması birmənalı qarşılanmır. Bu barədə deyə bilərsiz?

– Bu barədə heç deyə bilmərəm, çünki obıvatelin dediyi, nəyi birmənalı, yaxud qeyri-birmənalı qarşılaması məni qətiyyən maraqlandırmır sizi maraqlandırmasın. Mənim yaradıcılıq yolum ümumiyyətlə, həyatım həmişə obıvatel dedi-qodusu ilə qoşa addımlayıb həmin dedi-qodunun mənə heç vəchlə təsiri olmayıb. Cəmiyyət obıvatelsiz ötüşmür. Bütün dövrlərdə belə olub. Obıvatel ona görə obıvateldir ki, dedi-qodu ilə məşğul olur.

– Bu sahəyə rəhbərlik edən şəxslərdən biri kimiMədəniyyət haqqındaqanunda hansı müddəaları görmək istərdiniz?

Mən vaxtı ilə məsələ qaldırdım ki, televiziya kanallarında, teatrlarda, konsert zallarında nüfuzlu səlahiyyətli Bədii Şuralar yaradılsın. Mətbuatda hay-küy qalxdı ki, Elçin yenidən senzura yaratmaq istəyir. Bəli, söhbət sənət adı ilə ucuzşou-biznes”dən, səviyyəsiz laqqırtıdan, zövqsüz mətləbsizəsərlər”in təbliğindən gedirsə, yəni söhbət bayağı bədii-estetik təfəkkür məhdudluğunun ifadəsindən gedirsə bütün bunlar özünə bab tamaşaçı oxucu zövqü formalaşdırırsa, mən, hərgah belə demək mümkünsə, “bədii-estetik senzura”nın nəinki tərəfdarıyam, mən bunu artıq zəruri hesab edirəm. Bu zərurəti mövcud gerçəklik yaradır tələb edir.

Bəziləri hesab edirlər ki, ədəbiyyat incəsənətə yalnız biznes vasitəsi kimi baxanda uğur gətirəcək. Siz bu barədə deyə bilərsiz?

Sənətə biznes vasitəsi kimi baxıb böyük maddi uğurlar qazanmaq mümkündür, ancaq bunun artıq sənətə dəxli olmayacaq. Sənət ilə biznes bir-birinə zidd qütblərdə dayanır. Düzdür, bəzən yüksək sənət nümunələri maddi varidat gətirir, ancaq bu daha biznes vasitəsilə əldə olunan yox, istedadın qazandığı maddi qazancdır.

– Bu gün Sizaltmışıncılar”ın ən məhsuldar yazıçısısınız. Yeni yazırsız?

– Lap bu günlərdəNağıllarsilsiləsinin şərti olaraq ikinci hissəsiniyenə əvvəlki kimi on üç nağılı yazıb bitirmişəm. Ərəblinskinin həyatından bəhs edənSənətkarın ölümütragediyasını teatra təhvil vermişəm. Xoruzadlı kiçik bir povest yazmışam, “525-ci qəzet”ə verəcəyəm. Sartrın 30-40 ildir ki, fikrimdə olanYalnız həqiqət” (“Nekrasov”) komediyasını, nəhayət ki, keçən ay tərcümə etdim Sartr dramaturgiyası haqqında kiçik bir esse yazdım. Başqa yazılar da var. Vaxt, vaxt, vaxt! Problem bundadır. Sağlıq olsun.

kulis.az

 

525-ci qəzet.- 2011.- 27 dekabr.- S.7.