Möhtəşəm tədbir

 

Bu yaxınlarda Berlində fəaliyyət göstərən Azərbaycan Evinin yaranmasının 5 illik yubileyi ilə bağlı keçirilən möhtəşəm tədbirlərin əks-sədası səngimək bilmir. Azərbaycan Evinin rəhbəri Tofiq Qarayevlə yanaşı əsərləri Avropada yüksək tirajlarla nəşr olunan həmyerlimiz, tanınmış yazıçı-ssenarist Əmir Pəhləvan dünyanın müxtəlif guşələrindən yubileyə təşrif buyurmuş qonaqları qarşılayaraq tədbirə əsl ev sahibliyi etdilər.

Söhbət və ünsiyyət əsnasında vətənimizin istək və sevgilərini qonaqlarla bölüşən Azərbaycan Evi rəhbərinin müavinləri Rövşən Qrosman, Zaur AtakişiyevRasim Əkbərov yubiley ərəfəsində gördükləri işlərdən qonaqlara ətraflı danışdılar.

Rövşən Qrosman təşklilatı məsələləri yüksək səviyyədə nizamlayaraq Kiyevdən gəlmiş məşhur adami Oleq Bakinski, Belarusdan gəlmiş dünya çempionu Natiq Bağırov və Rövşən müəllimlə xarici ölkələrdə məskunlaşan həmyerlilərimizin ümumi yaşam tərzi ilə bağlı müzakirələr aparıb dostlara yeni təkliflər verdionun icrası ilə bağli konkret tədbirlər təşkil etməyin yollarını axtarmağı qarşıya məqsəd qoydu.

Geniş imkanları, Avropada böyük hörməti və ağsaqqallığı olan Rövşən Qrosmanın ağıllı və uzaqgörən fikirləri həmyerlilərimizin heyrətinə səbəb oldu.

Doğrudan da, Berlində yaşayan hər bir azərbaycanlı yaxşı bilir ki, R.Qrosman onlar üçün bir güvənc və ümid yeridir.

Zaur Atakişiyev isə böyük həvəslə Azərbaycan Evinin fəaliyyəti haqda – təşkılatın son illər bir sıra idman və mədəniyyət tədbirləri təşkil etdiyini, Azərbaycandan gələn incəsənət xadimlərinə hamilik göstərdiklərini qonaqların diqqətinə çatdırdı.

Zaur Atakişiyev Vətən sevgisi olan bir insandır. O, qərib ölkədə soydaşlarımızın hər bir ağrı- acısını dünyasından keçirir əlindən gələn köməkliyi əsirgəmir.

Rasim Əskərov isə bütün texniki məsələləri öz boynuna götürərək işinin öhdəsindən bacarıqla gəldi. Onu da demək yerinə düşərdi ki, Rasim qürbət ölkədə yaşayan həmyerlilərimizin probleminin həllində ürək yandırır əsl vətənpərvərlik missyasını yerinə yetirir.

Həmkəndlim Elxan isə əsltəcili yardımfunksiyasını yerinə yetirir. Hamiya əl tutur... Elə yubiley tədbirində öz maliyyə imkanları daxilində qonaqlarin rahatlığı üçün əlindən gələni əsirgəmədi.

Gülağa Əliyev, İlahə Barinin, Malik Hacızadə, Aslan Həsənov, Cavanşir Əliyev, Elşən Bakılı, Cəfər Buzovnalının, Gülxar Laşınlı, Elşən Hacıqabullunun Almaniyada Azərbaycan cəmiyyətlərinin Koordinasiya Mərkəzinin rəhbəri Samirə İsmayılovanın əməklərini qiymətləndirmək vacibdir.

Yubiley tədbirində iştirak edən müğənnilər Samir Cəfərov, Cahangir Qurbanov Aynur İsgəndərli tədbirdə elə gözəl ifalar təqdim etdilər ki, xarici qonaqlar heyrətə gəldilər. Aynur İsgəndərlinin oxuduğu nostalji mahnılar dünya klassiklərinin əsərlərindən nümunələr yubiley iştirakçılarını riqqətə gətirdi.

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov Azərbaycan Evinin əməkdaşlarını yubiley münasibətilə təbrik edərək, onun yaranma tarixindən danışdı.

Gecədə AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev Azərbaycan Evinin idman sahəsində gənclərlə apardığı işlərin təqdirəlayiq olduğunu bildirdi. Azərbaycan Evi nəzdində futbol məktəbinin rəhbəri kiçikyaşlı uşaqlardan ibarətAzərifutbol komandasının məşqçisi Yohannes Zvik komanda tərəfindən imzalanmış topu idman formasını Rauf Əliyevə təqdim etdi.

Azərbaycan Evinin yubileyi münasibətilə Berlin-Bakı Qalereyasının rəhbəri İbrahim Əhrari Azərbaycan Evinə özünün yeni çəkdiyi rəsm əsərini hədiyyə etdi.

Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov, Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycan İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Sevinc Xəlilova, Azərbaycan səfirliyinin əməkdaşları, çox sayda alman azərbaycanlı qonaqlar iştirak edirdi.

Gecənin bədii hissəsində Moldovadan gəlmiş qonaq Konstantin Moskoviç neydə Azərbaycan xalq musiqisi incilərindən parçalar ifa etdi. Azərbaycandan gəlmiş incəsənət ustaları Azərbaycan Avropa musiqisi nümunələrini ifa edərək, qonaqlara xüsusi zövq verdilər.

 

Ə.HACILI

Berlin

525-ci qəzet.- 2011.- 27 dekabr.- S.4.