Tarix dərsliklərimiz və əlavə
vəsaitlər
Məlum olduğu kimi təhsil dövlətin təməl daşlarından biri, millətin gələcəyidir. Məhz buna görə də milli təhsil siyasəti ümumi dövlət siyasətimizin prioritet istiqamətlərindən biridir. Təhsilə qayğı və diqqət, onun inkişafının təmin edilməsi dövlət quruculuğunun mühüm sahəsidir.
Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan milli təhsil siyasəti uğurla davam etdirilir. Ölkəmizdə bütün sahələrdə, o cümlədən, təhsil sahəsində keçirilən islahatlar artıq öz müsbət nəticələrini verməkdədir.
Ölkəmizdə həyata keçirilən islahatların nəticəsində təhsilin məzmunu təkmilləşdirilir, müasir tələblərə cavab verən milli dərsliklərimiz və proqramlarımız hazırlanır. Müasir təhsil sistemimiz keçmişin ideoloji təsirindən qurtularaq milli xarakter daşıyır və ümumbəşəri dəyərlərə əsaslanır. Ulu öndər Heydər Əliyevin sözləri ilə ifadə etsək ,,Təhsil həyatımızın ən gərəkli mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır.
Təhsilə büdcədən ayrılan vəsaitin miqdarı ildən-ilə artır. Dövlət qayğısı sayəsində I-XI siniflər üçün dərsliklərin pulsuz olaraq şagirdlərə verilməsi yalnız müsbət qiymətləndirilməlidir. Dərsliklərlə bağlı resursların çoxalması təhsil sisteminin məzmununun keyfiyyətcə zənginləşməsində və inkişafında mühüm rol oynayır. Yeni təlim metodlarının və texnologiyalarının tətbiqi nəticəsində əldə olunan biliklərin dairəsi genişlənir, keyfiyyəti də artır. Ayrı-ayrı fənlər üzrə plakatlar, xəritələr hazırlanaraq məktəblərin ixtiyarına verilir. Müxtəlif fənlər üzrə elektron tədris resursları hazırlanaraq ümumtəhsil məktəblərinə verilmişdir. ,,Elektron məktəb layihəsi həyata keçirilməkdədir. Ümumtəhsil məktəblərinin sürətli internet şəbəkəsinə qoşulması prosesi davam etdirilir. Bütün bunlar daha səmərəli biliyin əldə edilməsinə, bütövlükdə isə təhsil sistemimizin inkişafına xidmət edir. Bu resurslar ümumtəhsil məktəblərimizdə bilik, bacarıq və vərdişləri şagirdlərin daha yaxşı mənimsəmələrinə, onlarda psixoloji keyfiyyətlərin inkişafına kömək edir. Resurslar arasında mühüm yeri yenə də dərsliklər tutur. Məlum olduğu kimi, hər il Təhsil Nazirliyi tərəfindən onlarla adda dərslik və dərs vəsaiti çap olunur. Onların poliqrafik keyfiyyəti yaxşılaşır, məzmunu və elmi səviyyəsi ildən-ilə təkmilləşir. Dərsliklərin yazılmasına, ekspertizasına və qiymətləndirilməsinə ölkəmizin müvafiq sahə üzrə bir sıra görkəmli alimləri ilə yanaşı, ümumtəhsil məktəblərinin qabaqcıl müəllimləri daha cox cəlb olunur.
Ümumtəhsil məktəblərində tarix fənninin tədrisinin məzmun və keyfiyyətinin yaxşılaşdırılması vacib vəzifələrdən biridir. Bu da səbəbsiz deyildir. Tarix dərslikləri ifrat ideologiyalaşmış sovet dövründəki kimi deyil, ölkəmizin müstəqillik şəraitinə uyğun tamamilə yenidən yazılır. Heç kimə sirr deyildir ki, son illərdə tarix fənni üzrə milli dərsliklərin yazılması və resursların hazırlanmasında mühüm işlər görülmüşdür. İndi isə kurikulum əsasında daha keyfiyyətli, müasir tələblərə cavab verən mükəmməl dərsliklərin yazılması qarşımızda mühüm vəzifə kimi durur.
Sovet dövründə eyni müəlliflərin dərslikləri illər uzunu təkrar çap olunurdu. Bu dərsliklər ildən-ilə yenidən işlənir, təkmilləşirdi. Lakin çoxlarımız həmin dərs kitablarının sonunda buraxılan səhvlərin və edilən düzəlişlərin çap olunduğu qeydləri yaxşı xatırlayırıq. O zaman bu cür hallar barədə cəmiyyətdə ajiotaj yaradılmırdı. Dərsliklərlə bağlı səs-küy salanlar bilməmiş deyillər ki, son illərdə ölkəmizdə dərsliklərin yazılması üçün tenderlər elan edilir, dərslik yazmaq iddiasında olanlar nəşriyyat-poliqrafiya müəssisələrinə, sonuncular isə Təhsil Nazirliyinə müraciət edirlər. Əlyazmalar ölkəmizin görkəmli alimlərinin, müəllimlərinin ictimai xadimlərinin üzv olduğu müstəqil Dərslikləri Qiymətləndirmə Şurası və onun ekspertləri tərəfindən qiymətləndirilir. Müəyyən olunmuş bal toplayan dərslik daha sonar Təhsil Nazirliyi tərəfindən təsdiq olunur və çap olunaraq şagirdlərimizin ixtiyarına verilir.
Heç şübhəsiz dərsliklərimiz nöqsansız da deyil. Bu da təbiidir. Xatırlamaq gərəkdir ki, dünyanın heç bir yerində ideal dərslik və bunun dəqiq tələbləri yoxdur. Müəyyən qüsurlar qalsa da, dərsliklərin ildən-ilə təkmilləşməsini, cilalanmasını, ziddiyyətlərdən azad olmasını, daha mükəmməl dərsliklərin hazırlanması və çap olunmasını inkar etmək olmaz. Lakin nədənsə indi milli dərslik siyasətimizin ilk addımlarının atıldığı bir dövrdə , bəzən ən kiçik nöqsanlar az qala car çəkilir və məqsədli şəkildə son dərəcə şişirdilir, cəmiyyətdə şaşqınlıq yaradılır.
Bilindiyi kimi, Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində istifadə olunan resurslar sırasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış tədris vəsaitləri, test topluları müəyyən yer tutur və bunu əhəmiyyətsiz hesab etmək olmaz.
TQDK-nın abituriyentlər üçün hazırladığı vəsaitlər dərsliklər əsasında tərtib olunur və olunmalıdır. Lakin Tarix vəsaitində tarixi hadisə və prosesləri dərk etmək üçün mühüm olan səbəb-nəticə əlaqələrinə az diqqət yetirilmiş, ixtisarlar aparılarkən dərsliklərdə əksini tapan ciddi məsələlər təhrif olunmuş, beləliklə müəyyən dolaşıqlıq və ziddiyyətlər yaranmışdır. Vəsaitdə elmi səhvlərə tez-tez rast gəlmək mümkündür. Bu da öz növbəsində dəsliklərdəki materialların çoxluğunu əsas tutub həmin vəsait üzrə ali məktəbə hazırlaşan abituriyentləri çaşdırmaqla onların doğru bilik qazanmalarına mənfi təsir edir.
Məsələn, vəsaitin 9-cu səhifəsində qeyd olunur ki, ,,ən qədim insan aşağıdakı əlamətlərinə görə insanabənzər meymundan fərqlənir. Qədim dünya və Azərbaycan tarixi dərsliklərində belə bir məlumat yoxdur və bu infomasiyanın elmi cəhətdən də yanlış olduğu məlumdur. Qeyd edək ki, keçmiş dərsliklərdə olan bu fakt artıq çıxarılmışdır.
Vəsaitdə ilk baxışda əhəmiyyətsiz görünən, dəqiq olmayan ifadələrə tez-tez rast gəlinir. 2-ci səhifədə yazılır: ,,Əhali oturaq həyata keçməyə başladı. Halbuki dərslikdə ,,əhali oturaq həyata keçmişdi yazılmışdır. Elə həmin səhifədə e. ə. VI-IV minilliklərdə qəbilədə qadınların mövqeyinin get-gedə zəifləməsindən bəhs olunur. Əvvəla, bu faktı Eneolit dövrünün bütün mərhələlərinə aid etmək olmaz. Bu proses yalnız Eneolit dövrünün sonu, Erkən tunc dövrünün əvvəllərinə aiddir. 6-cı sinif üçün (2008-ci il) Azərbaycan tarixi dərsliyində yazılır: ,,Eneolit dövrünün əvvəllərində ictimai həyatda ana hüququ və ümumiyyətlə, qadınların mövqeyi hələ möhkəm idi.
Vəsaitdə bütün yunan şəhərlərində e.ə V əsrin sonu IV əsrlərdə teatrların olması, dərslikdə isə b.e.ə. V əsrin sonlarında teatrların tikilməsi göstərilmişdir. Belə dolaşıq və ziddiyyətli məsələlər nəinki şagirdlərin və abituriyentlərin daha keyfiyyətli biliklər əldə etməsinə kömək etmir, əksinə daha da mane olur. 36-cı səhifədə yazılır: ,,B.e.ə. VII-VI əsrlərdə Milet və İoniya vilayətinin şəhərləri yunan elminin mərkəzləri kimi tanınırdı. O dövrün böyük filosofu Demokrit .... Belə çıxır ki, Demokrit e.ə. VII-VI əsrlərin filosofu olmuşdur. Roma mövzusunda da belə təhriflər və texniki səhvlər vardır.
Manna dövləti ilə bağlı mövzuda ( 51 ci səh.) Ziviyədə aşkar olunmuş gümüş sini üzərindəki yazıların heroqlif yazı növünə aid olması ehtimal kimi qeyd olunur. Dərslikdə isə bu ehtimal kimi deyil, ,,aiddir kimi verilmişdir. Belə çıxır ki, tədqiqatçılar onun hansı yazı növünə aid olduğunu müəyyən edə bilməyiblər. Əhəməni hökmdarı I Daranın ,,ilkin alban torpaqlarını işğal etməsi fikri də doğru deyildir. Dərslikdə, elə vəsaitdə də göstərildiyi kimi mənbələrdə alban tayfaları haqqında ilk məlumat Qavqamela döyüşü ilə əlaqədar çəkilir.
TQDK-nın Tarix vəsaitində (Bakı 2009, səh. 55) II Ariobarzanın bir müddət Ermənistan hökmdarı olması faktı da heç bir elmi əsasa və məntiqə sığmır. Söhbət hansı Ermənistandan gedir? Qərbi Azərbaycan nəzərdə tutulursa, o niyə Ermənistan adlanmalıdır? Onda Qafqazda erməni dövlətinin olmasını təsdiq etmirikmi? Bu xalqa, onun tarixinə zərbə vurmaq, ictimaiyyəti, o cümlədən gələcəyimiz olan şagirdləri çaşdırmaqdır. Dərslikdəki ziddiyyət çoxdan aradan qaldırıldığı halda,TQDK-nın hər il yenidən çap olunan vəsaitində siyasi cəhətdən bəzi qüsurlu faktlar qalmaqda davam edir.
Vəsaitdə göstərildiyi kimi Ağ Hun imperatorluğunun tərkibinə Şimal-şərqi Hindistanın bir hissəsi deyil, Şimal-qərbi Hindistanın bir hissəsi daxil idi. Uyğur dövlətinin süqutunun səbəblərindən yalnız biri göstərilmişdir. Vəsaitdə ərəblərin VI əsrin sonu VII əsrin əvvəllərində feodalizmə keçid dövrünü yaşamaları faktı da ziddiyyətlidir. Ərəblərdə feodalizmin yaranması işğallarla bağlıdır və feodalizm Ərəb dövlətinin meydana gəlməsi ilə eyni vaxtda yaranmışdır. XI əsrin ortalarında səlcuqlar xilafətin mülklərini tamamilə deyil, onun xeyli hissəsini tutmuşdular. Eləcə də monqolların 1207 1211-ci illərdə Sibiri və Türküstanı tutması faktı doğru verilməmişdir. Belə ki, Türküstan deyil, Şərqi Türküstan həmin illərdə monqollar tərəfindən işğal olunmuşdur. Vəsaitin 127-ci səhifəsində də elmi səhvə yol verilmişdir. Burada deyilir ki, ,,1480-ci il ,, Uqra qarşıdurmasından sonra mərkəzləşdirilmiş Rus dövləti yaranmağa başladı. Yanlış fikirdir. Dərslikdə də yazıldığı kimi, bu proses xeyli əvvəl, XIV əsrin əvvəllərində başlamışdı. 1478-ci ildə Novqorod torpaqları Moskva knyazlığına birləşdirildi və mərkəzləşdirilmiş Rus dövləti yarandı, ,,yaranmağa başladı yox, özü də ,,Uqra qarşıdurmasından əvvəl. Bu hadisədən sonra Rus dövlətinin mərkəzləşməsi prosesi sürətləndi.
Vəsaitdə göstərildiyi kimi, Bağdadda Nizamiyyə universiteti 1067-ci ildə deyil, 1066-cı ildə açılmışdır. Tarix dərsliklərində aradan qaldırılan bir çox dolaşıq və ziddiyyətli məsələlər TQDK-nın tədris vəsaitində qalmaqdadır.
Vəsaitdə dolaşıq və ziddiyyətlı məsələlərdən biri də Sasani mərzbanlığı dövrü və Mehranilər sülaləsinin hakimiyyəti ilə bağlıdır. Vəsaitin 142-ci səhifəsində yazılır: ,,VII əsrin əvvəllərindən mərzbanlıq dövrünü Mehranilər sülaləsinin hakimiyyəti əvəz etdi. 144-cü səhifədə isə Albaniyada uzunmüddətli Sasani mərzbanlığı dövrünün 629-cu ildə başa çatdığı göstərilmişdir. 146-cı səhifədə Varaz Qriqorun hakimiyyətə gəlməsi ilə Albaniyada Mehranilərin hakimiyyəti dövrünün başlanması yazılır. Halbuki, yuxarıda Mehranilər sülaləsinin hakimiyyətinin VII əsrin əvvəllərində başlanması qeyd olunurdu.
Elə həmin səhifədə Albaniyada xristianlığın IV əsrdə rəsmiləşdirilməsi yazılmışdır. TQDK-nın qəbul imtahanlarl üçün hazırladığı test tapşırığında bu tarix V əsr kimi göstərilmişdir. Dərslikdə və proqramda isə bu məsələ ümumiyyətlə öz əksini tapmamışdır. Belə sualların qəbul imtahanlarına yol tapması minlərlə şagirdin taleyinə zərbədir.
Şirvanşahlar dövlətinin ən qüdrətli dövrü dərslikdəki faktdan fərqli yazılmışdır. 169-cu səhifədə Ağoğlan çayı sahilində tikilmiş Amaras monastrının tarixi də səhv (X əsr) verilmişdir. Həmin monastr IX əsrdə inşa edilmişdir.
Daha bir ciddi elmi səhv Əmir Teymurun yürüşləri ilə bağlıdır. 173-cü səhifədə deyilir: ,,Teymur 1387-1392-ci illərdə Azərbaycana növbəti yürüşü zamanı Təbrizi ələ keçirdi. Halbuki, 1387-ci ildə Teymur Toxtamışın Buxara və Səmərqəndə hücumu ilə əlaqədar Azərbaycanı tərk etmişdi. 1387-1392-ci illərdə Təbrizə hücum edənlər ayrı-ayrı feodal qrupları idi. Teymur ikinci dəfə Azərbaycana 1392-ci ildə gəldi və Təbrizə daxil oldu, həmin feodal qrupları pərən-pərən düşdü.
Vəsaitin 185-ci səhifəsində yazılır: ,,Venesiya və Ağqoyunlu dövləti arasında bağlanmış ittifaqa görə 1472-ci ilin yazında Ağqoyunlu ordusu osmanlılara qalib gələrək Aralıq dənizi sahillərinə çıxdılar. Əvvəla, həmin ittifaqa görə Venesiya öz öhdəliyini yerinə yetirməmişdi. Ona görə də Ağqoyunlular həmin ittifaqa görə osmanlılara qalib gələ bilməzdi. Eyni dolaşıq fikir 186-cı səhifədə də vardır: ,,Şirvanşah Fərrux Yasardan kömək alan Baysunqur Əhər döyüşündə öldürüldü. Elə aydın olur ki, Baysunqur məhz kömək aldığına görə məğlub olmuşdu.
Bir çox
hallarda ərazi bildirən yer adları təhrif olunmuşdur. Məsələn,
189-cu səhifədə ,,Talış kimi təqdim olunan vilayət dərslikdə Lənkəran adlanır. Eyni səhv sonrakı mövzularda bir neçə dəfə
təkrarlanır.
Daha bir elmi səhv Şeyx Səfi xalçasının
toxunması ilə bağlıdır. Həmin xalça vəsaitdə
göstərildiyi kimi 1539-cu ildə deyil, 1536-cı ildə
toxunmuşdur.
XVIII əsrin əvvəllərində Azərbaycanda
baş vermiş ilk kütləvi xalq
çıxışlarının 1707 və 1711-ci illərdə
Car-Balakəndə, sonra Təbrizdə baş verdiyi yazılsa
da, əslində ilk üsyan 1707-ci ildə Car-Balakəndə,
sonra 1709-cu ildə Təbrizdə və 1711-ci ildə yenidən
Car-Balakəndə baş vermişdi.
Vəsaitdə çox sözlərin hecadan-hecaya
düzgün keçirilməməsinə rast gəlinir. Bu zaman
bölünən hissənin mənası elə təhrif
olunur ki, etik cəhətdən yolverilməz ifadə alnır.
Nəzərə almaq lazımdır ki, bu vəsaitdən
daha çox yeniyetmələr istifadə edirlər. Məsələn, 34-cü səhifənin
üçüncü abzasında belə bir bir təhrifə
yol verilmişdir.
TQDK tərəfindən hazırlanmış, qəbul və
sınaq imtahanlarında istifadə edilmiş test tapşırıqlarında
da kifayət qədər elmi səhvlər, nöqsan və
qüsurlar mövcuddur. Fikirlərimizi aşağıdakı nümunələrlə
əsaslandıraq:
Qəbul
imtahanı 2011, III qrup, A variantı üzrə 55-ci test
tapşırığında ,,zəmindarlıq
Dehli sultanlığına aid torpaq mülkiyyəti forması
kimi təqdim edilir. Lakin, zəmindarlar torpaq
mülkiyyəti forması deyil, iqtanın sahibləri idilər.
(Orta əsrlər tarixi,8-ci sinif, 2007, səh.
15).
III qrup, A variantı, test 66. Xəritə üzrə
test tapşırığında 1939-cu ildə faşist
diktaturasının qurulduğu dövləti müəyyən
etmək tələb edilir. Lakin xəritə
müvafiq dövrə uyğun deyil, müasir dövrə
aiddir. Halbuki dərslikdə müvafiq
mövzuya aid xəritə verilmişdir. (Ən yeni tarix,
11-ci sinif, 2010,, səh.43). Həmçinin
B variantında 51-ci testdə də eyni nöqsan vardır.
III qrup, B
variant, test 58. Azərbaycan Respublikasının
Konstitusiyasına görə Baş nazir vəzifəsinə
namizədə verilən tələblər:
1)Yaşı 30-dan aşağı olmamalıdır
2)Başqa seçkili vəzifə tuta bilər
3)Elmi fəaliyyətlə
məşğul ola bilər
4)Yaşı 25-dən aşağı olmamalıdır
5)Təyinatlı vəzifə tuta bilər
Bu test
tapşırığında 2 düzgün cavab var: B) 3,5 və E) 1, 3. Azərbaycan
Respublikası Konstitusiyasına əsasən (maddə 12 və
122) Baş nazir vəzifəsi təyinatlı vəzifədir.
Lakin, başqa seçkili və ya təyinatlı
vəzifə tuta bilməz. Əslində belə
olmalıdır: 5) Başqa təyinatlı vəzifə tuta
bilər. 2011-ci il sınaq imtahanında istifadə olunmuş
oxşar məzmunlu test tapşırığında ,,Başqa sözü
yazılmışdır.
III qrup, B
variant, test 54: Azərbaycanda e.ə. VII minillikdən qəbilə
icmasının inkişafında yeni mərhələnin
başlandığını göstərən əlamətlərdən
biri: Bu test tapşırığının sualı ilə
düzgün cavab arasında elmi-məntiqi uyğunsuzluq
vardır. Belə ki, sualda sosial quruluş qəbilə
icmasının inkişafı soruşulsa da, düzgün
cavabda təsərrüfatda baş verən yenilik ifadə
edilir: D) əkinçilik və maldarlığın əsas məşğuliyyət
sahəsinə çevrilməsi.
Qəbul
imtahanı 2009, III qrup, A variantı, test
91:
Dehli
sultanlığı Osmanlı dövlətindən fərqli
olaraq:
1)Teymurilərlə müharibə etmişdir
2)Monqol
yürüşlərinə məruz qalmışdır
3)XIII əsrdə
yaranmışdır
4)Zəmindarlıq adlanan şərti torpaq mülkiyyəti mövcud idi
Bu test
tapşırığında düzgün cavab A) 2,4 götürülsə də əslində
test düzgün tərtib edilməmişdir. Çünki zəmindarlıq
Dehli sultanlığında şərti torpaq mülkiyyətinin
adı deyil, şərti torpaq olan iqtanın sahibi idi.(Orta əsrlər
tarixi, 8-ci sinif. 2007 səh.15) Test tapşırığı
eyni zamanda TQDK-nın nəşr etdiyi tarix kitabına gorə
də yanlışdır). (TQDK-nın tarix kitabı. 2009 səh.78)
Qəbul
imtahanı 2009, III qrup, A variantı, test
93:
Eneolit
dövrünə aiddir:
5)Toxa əkinçiliyinin
yaranması
6)Misdən ilk dəfə əmək alətlərinin
hazırlanması
7)Boyalı qablar istehsalına başlanması
8)Qəbilə icmasının meydana gəlməsi
9)Ox və
kamanın kəşfi
Düzgün
cavab E) 1,2
götürülmüşdür. Lakin məlum
olduğu kimi toxa əkinçiliyi eneolit dövründə
deyil, daha əvvəl yaranmışdır. (Azərbaycan
tarixi, 6-cı sinif 2008, səh. 20)
Qeyd: Test
tapşırığı TQDK-nın nəşr etdiyi vəsaitə
görə də doğru deyil. Bu kitabda toxa əkinçiliyinin
mezolit dövründə yarandığı yazılır.
(TQDK tarix vəsaiti, 2009 səh. 11).
Göründüyü kimi TQDK-nın kitabı ilə test
tapşırığı bir-birini təkzib edir.
Qəbul
imtahanı 2010 II qrup Azərbaycan tarixi, A
variantı, test 56:
Bu xəritə
test tapşırığında 981-ci ildə yaranmış
Azərbaycan dövlətini müəyyən etmək tələb
olunur. Məlum olduğu kimi 981-ci ildə Azərbaycanda
Rəvvadilər dövləti yaranmışdır. Onun ərazisi Azərbaycanın Araz çayından
cənubdakı torpaqlarını əhatə etmişdir.
Test tapşırığında iki doğru cavab B) IV və
E) V doğrudur. (Azərbaycan tarixi, 7-ci sinif,
2008, səh. 106).
Qəbul
imtahanı 2010, III qrup, B variantı, test 81:
V əsrin
sonlarında Albaniya Atropatenadan fərqli olaraq:
Düzgün cavab olaraq C) Xristianlığın rəsmi
dövlət dini kimi qəbul edilməsi götürülmüşdür. Lakin bu
düzgün cavab hesab edilə bilməz. Çünki,
bütün elmi mənbə və ədəbiyyata görə
Albaniyada xristianlıq V əsrin sonlarında deyil, IV əsrin əvvəllərində
Urnayrın hakimiyəti dövründə qəbul
edilmişdir.
Qəbul
imtahanı 2010, III qrup, B variantı , test
99:
Azərbaycanın XVII əsrin 30-cu illəri,
Rusiyanın XVIII əsrin 20-ci illəri tarixlərinə aid
ümumi cəhət.
Bu test
tapşırığında yanlış cavab olan C) Stepan
Razinin talançı yürüşünə məruz
qalması fikri heç bir elmi məntiqə uyğun deyil. Çünki 100 ilə yaxın zaman fərqində
eyni şəxs (S.Razin) müxtəlif yürüş edə
bilməzdi.
Qəbul imtahanı 2010, III qrup, B variantı, test 86 (xəritə).
1684-cü ildə Müqəddəs birlik adlanan ittifaqa
daxil olmayan dövləti müəyyən etmək tələb
olunur. Lakin, verilmiş xəritədə dövlətlərin
sərhədləri göstərilmədiyi üçün
düzgün cavabı müəyyən etmək olmur.
2011-ci il Sınaq ¹5, III qrup, A variantı, test 56.
İngiltərədə
ilk dəmir yolunun çəkilməsindən 58 il sonra Şimali Azərbaycanda:
A)Bakıda ilk mərkəzləşdirilmiş telefon stansiyası
istifadəyə verildi
B)Xəzər dənizində ilk neft quyusu qazıldı
C)Bakı-Tiflis
dəmir yolu işə salındı
D)Z.Tağıyev Bakıda teatr binası tikdirdi
E)Bakıda ilk neft kəməri çəkildi
Məlum
olduğu kimi İngiltərədə ilk dəmir yolu 1825-ci
ildə çəkilmişdir.(Bax: Yeni
tarix, 10-cu sinif 2010, səh 3). Bundan 58 il
sonra Şimali Azərbaycanda 1883-cü ildə Bakı-Tiflis dəmir
yolu işə salınmış (Azərbaycan tarixi, 2009, səh
89, 10-cu sinif) və Z.Tağıyev Bakıda teatr binası
tikdirmişdi (Azərbaycan tarixi 10-cu sinif 2009, səh. 123) Beləliklə,
test tapşırığı yanlış tərtib
edilmiş və test tapşırığında iki
düzgün cavab verilmişdir.
2011-ci il, Sınaq ¹1, II qrup, A variantı, test 32
Uyğunluq
gözlənilmişdir:
I Bakı
Xalq Komissarları Soveti
II Azərbaycan
Xalq Cümhuriyyəti
1)Neft və
neft məhsullarının satışı üzrə
Büronun yaradılması
2)Neft sənayesinin
milliləşdirilməsi
3)Qadınlara seçki hüququnun verilməsi
4)İlk
konstitusiyanın qəbul edilməsi
A)I-2,
II-4,5
B)I-4,
II-1,3
C)I-5,
II-2,4
D)I-2, II-1,3
E)I-3,
II-2,5
Test
tapşırığı səhv tərtib edilmişdir. Belə ki, sualın şərtində 5-ci sual verilməsə
də cavab variantlarının 3-də (A, C və E) 5
yazılmışdır.
Qeyd: Eyni
sınaq imtahanında (sınaq ¹1) 29-cu test
tapşırığında elmi ziddiyyət var.
2010-cu il, Sınaq ¹ 16, test 51, II qrup
Qarabağlar
kəndində Baştağ memarlıq kompleksi və
Naxçıvandakı Gülüstan türbəsinin tarixinə
aid oxşarlıq:
Düzgün cavab B) Elxanilərin hakimiyyəti
dövründə inşa edilmişdir.
Əslində Naxçıvanda Gülüstan türbəsi
XIII əsrin əvvəllərində inşa edilmişdir ki,
bu da Elxanilərin hakimiyyəti dövrünə aid deyil. Elxanilər
dövləti XIII əsrin ortalarında yaranmışdır.
Bax: Azərbaycan
tarixi 8-ci sinif 2009, səh. 84. XIII-XIV əsrlərdə Azərbaycanda...Naxçıvanın
Cuğa kəndi yaxınlığında tikilmiş
Gülüstan türbəsi...
Qeyd:
Oxşar səhv Sınaq 2009, ¹12, B variantı 98-ci test:
Bərdə
türbəsi və Naxçıvanda Gülüstan türbəsinin
tarixinə aid oxşarlıq
2010-cu il, Sınaq ¹16, test 53, II qrup
XIX əsrin
ikinci yarısında baş vermiş hadisələrin xronoloji
ardıcıllığını müəyyən edin:
1)Qafqaz canişinliyinin yaranması
2)Quberniya mərkəzinin Şamaxıdan Bakıya köçürülməsi
3)Yelizavetpol quberniyasının yaradılması
Testin sualındakı XIX əsrin ikinci yarısı tarixi ilə Qafqaz canişinliyinin yaranması ziddiyyət təşkil edir. Məlum olduğu kimi Qafqaz canişinliyi XIX əsrin birinci yarısında (1844-cü ildə) yaranmışdır.
2010-cu il, II qrup,
B variantı, Sınaq
imtahanı ¹14, test 69
Cəlairi Sultan Əhməd və
Səfəvi III Şah
Abbasın hakimiyyəti
dövrünə aid oxşarlıq:
Düzgün cavab: D) idarə
etdikləri dövlətin
süquta uğradılması
Lakin, test tapşırığı
yanlış tərtib
edilmişdir. Çünki, şah III Abbas Nadir xan Əfşar tərəfindən 1732-ci ildə
şah ?lan edilərkən 8 aylıq körpə uşaq idi. Belə yaşlarda dövləti idarə etmək mümkün deyil.
Qeyd: Bu qüsur və nöqsana baxmayaraq bu test tapşırığı
2011-ci ildə II qrupun
qəbul imtahanına da daxil edilmişdi.
Abituriyent jurnalı,
2010, ¹ 1, səh. 112, Tarix (III ixtisas qrupu)
Test 10: İspaniyanın XV əsrin
kinci yarısı və Səfəvi dövlətinin XVI əsrin
birinci yarısı tarixinə aid oxşar cəhət:
Düzgün cavab: C) Vahid dövlətin yaranması
Bu test tapşırığı elmi
cəhətdən səhv
tərtib edilmişdir.
Çünki: 1) Səfəvi
dövlətinin yox, Azərbaycanın XVI əsr
tarixi olmalıdır.
Sadəcə olaraq Səfəvi
dövləti Azərbaycanı
vahid dövlətin tərkibində birləşdirmişdi.
2) Səfəvi dövləti
Azərbaycanı XVI əsrin
birinci yarısında
deyil, 1551-ci ildə, yəni XVI əsrin ortalarında vahid dövlətin tərkibində
birləşdirmişdi.
Abituriyent jurnalı,
2011, ¹1, səh. 107
Test 6: I Pyotr və II Yekaterinanın xarici siyasətinə aid ümumi
cəhət:
Düzgün cavab: C) Qara dənizin sahillərində
möhkəmlənmək uğrunda
müharibə aparmaları
Bu test tapşırığında 2 düzgün
cavab verilmişdir. Yuxarıda göstərilən cavabdan
başqa E) İsveçə
qarşı müharibə
aparmaları cavabı
da düzgün cavabdır. Bu fikri TQDK-nın dərs vəsaiti də təsdiq edir (2009, səh. 251).
Bu isə testin
düzgün tərtib
edilmədiyini sübut
edir.
Test 21, səh. 106. Tətqiqatlar
sözü Tədqiqatlar
yazılmalıdır.
Belə misalların sayını istənilən qədər
artırmaq olar. Ancaq bizi
və ictimaiyyəti düşündürən bir
dövlət qurumunun digərinin fəaliyyətinə
kölgə salmaq niyyətidir. Əslində TQDK-nın əsas vəzifəsi qəbul imtahanlarını yüksək
səviyyədə təşkil
etməkdir. Qəbul imtahanlarında
istifadə edilən suallarda yol verilən
kobud səhvlərin aradan qaldırılması
daha məqsədə
uyğun olardı, nəinki digər dövlət orqanının
işlərində nöqsan
və qüsurlar axtarmaqla onu mətbuatda geniş müzakirə obyektinə
çevirmək. Qarşılıqlı əməkdaşlıq bütün
hallarda təhsilin və bütövlükdə
cəmiyyətin inkişafına
daha çox təsir edərdi.
Musa QASIMLI,
Ofeliya MUSAYEVA,
Hafiz CABBAROV
525-ci qəzet.-
2011.- 30 dekabr.- S.6.