Cahangir Mehdiyevin 60 illiyi qeyd olunub

 

Azərbaycan Kinematoqrafçılar İttifaqında tanınmış kinorejissor aktyor, əməkdar incəsənət xadimi Cahangir Mehdiyevin 60 illik yubileyinə həsr olunmuş tədbir baş tutub. Tədbirdə yubilyarın sənət dostları, mədəniyyət incəsənət xadimləri çıxış edərək onun mənalı ömür yoluna nəzər salıblar: “Ömrünün çox hissəsini kinoya həsr etmiş Cahangir Mehdiyev öz yaradıcılığı dövründə kinoda müxtəlif səpkili, parlaq tamaşaçı tərəfindən sevilən filmlərə quruluş verib. Bakıda anadan olan Cahangir Mehdiyev 1968-1973-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində, 1974-1979-cu illərdə Moskvanın Kinematoqrafiya İnstitutunda G.Daneliyanın kursunda təhsil alıb. Diplom işiadlı qısametrajlı filmlə diplom müdafiəsini edən gənc rejissor həmin filmlə beynəlxalq festivaldaƏn yaxşı tələbə işikimi ilk mükafatını alır. Təhsilini bitirdikdən sonra 1979-cu ildənAzərbaycanfilmkinostudiyasında işləyir. Komediya janrında çəkdiyiVah!”, “Evlənmək istəyirəm”, “Kişi sözü”, “Gənc qadının kişisi”, “Girişmə, öldürər digər filmləri öz dəsti-xətti ilə seçilərək tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb bu gün maraqla baxılır. Onun filmləri bir çox beynəlxalq festivallarda Azərbaycanı layiqincə təmsil edib mükafatlara layiq görülüb”. Tədbirdə C.Mehdiyevin həyat yaradıcılıq yolundan bəhs edən film nümayiş olunub. Sonda yubilyar tədbirin təşkilatçılarına iştirakçılarına minnətdarlığını bildirib, bundan sonra da Azərbaycan kinosunun inkişafı naminə yorulmadan fəaliyyət göstərəcəyini bildirib.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 1 fevral.- S.7.