Gənc bəstəkarların simfonik
əsərlərindən ibarət
konsert keçirilib
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Gəncliyin səsi” layihəsi çərçivəsində konsert təşkil edilib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşən konsert 2 Fevral Gənclər Gününə həsr olunub. Tədbirdə çıxış edən musiqişünas Sara Muradova ölkəmizdə yaradıcı gənclərə göstərilən diqqət və qayğıdan danışaraq son illər gənc bəstəkarların yaradıcılıq imkanlarının genişləndirilməsi üçün bir çox layihələr həyata keçirildiyini diqqətə çatdırıb. Konsertdə gənc dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri geniş konsert proqramı ilə çıxış edib. Konsertdə ilk dəfə gənc bəstəkarlardan Türkər Qasımzadə, Ayaz Qəmbərli, Səid Qəni və Tahir İbişovun simfonik əsərləri təqdim olunub. Gənc pianoçu, beynəlxalq müsabiqələr laureatı Zakir Əsədov solist kimi çıxış edib.
HÜSNİYYƏ
525-ci qəzet.-
2011.- 2 fevral.- S.7.