Bu dünyanın məzarları ağlamazkitabının təqdimatı olub

 

 Şair Nizami Muradoğlunun Ərtoğrul Cavidin həyat yaradıcılığına həsr olunmuşBu dünyanın məzarları ağlamazkitabının təqdim mərasimi keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Yazıçılar BirliyininNatəvanklubunda baş tutan tədbirdə çıxış edən professor Nizaməddin Şəmsizadə yeni işıq üzü görmüş kitabda Ərtoğrul Cavidin Azərbaycan mədəniyyətində tutduğu mövqedən bəhs edildiyini bunların Nizami Muradoğlu tərəfindən yüksək səviyyədə poetikləşdirildiyini diqqətə çatdırıb. Təqdimat mərasimində orta məktəb şagirdləri Ərtoğrul Cavidə həsr olunmuş parçalar səsləndiriblər. Tədbirdə çıxış edən qələm sahibləri kitabda yazılmış hər bir parçanı Cavid irsinə böyük bir ehtiramın təcəssümü kimi qiymətləndiriblər.

 

525-ci qəzet.- 2011.- 2 fevral.- S.7.