İsmayıllıAzərbaycanın Sənətkarlıq Paytaxtıelan edilib

 

  Bu il üçünAzərbaycanın Əfsanələr Paytaxtı”, Lənkəran şəhəriAzərbaycanın Folklor Paytaxtı İsmayıllı şəhəriAzərbaycanın Sənətkarlıq Paytaxtıelan edilib. Mədəniyyət Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, atılan addım Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, dəstəklənməsi, xalq yaradıcılığının təbliği təşviqi istiqamətində aparılan islahatların davamı olaraq milli folklor ustaları kollektivlərinin, sənətkarların, milli adət-ənənələrin eyni zamanda, respublikanın şəhər rayonlarının beynəlxalq səviyyədə tanıdılması, daxili xarici turizmin inkişafı məqsədi daşıyır. Məsələ ilə əlaqədar Şabran, Lənkəran İsmayıllı şəhərlərində il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika beynəlxalq səviyyəli elmi-praktiki konfransların, dəyirmi masaların, konsertlərin, müsabiqələrin, festivalların, sərgilərin, yarmarkaların, infoturların sair tədbirlərin təşkili nəzərdə tutulub. Qeyd edək ki, Mədəniyyət Turizm Nazirliyi tərəfindən təsdiq edilmiş “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı PaytaxtlarıProqramının icrası ilə bağlı 2011-ci il üçün diyarşünaslıq, folklor sənətkarlıq nominasiyaları üzrəpaytaxtseçilmək üçün 20-dən artıq şəhər namizədliklərini irəli sürüb.

 

525-ci qəzet.- 2011.- 2 fevral.- S.7.