Əməkdar rəssam Ənvər Qarayev dünyasını dəyişib

 

 Azərbaycan Rəssamlar İttifaqının dekorativ-tətbiqi sənət bölməsinin sədri, əməkdar rəssam Ənvər Qarayev vəfat edib. Bu barədə APA-ya məlumat verən Rəssamlar İttifaqının miniatür sənəti bölməsinin sədri, xalq rəssamı Arif Hüseynov bildirib ki, Ənvər Qarayev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. 62 yaşında vəfat edən Ənvər Qarayev 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Əməkdar rəssam 20 ildən artıq “Göyərçin” jurnalında çalışıb. Allah rəhmət eləsin!

 

525-ci qəzet.- 2011.- 3 fevral.- S.7.