Ankarada azərbaycanlı rəssamların
əsərləri sərgilənir
Dünən Ankara Rəsm və Heykəl Muzeyində azərbaycanlı rəssamların əsərlərindən ibarət sərginin açılışı keçirilib. APA-nın məlumatına görə, sərgi Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin XX ildönümü münasibətilə keçirilən tədbirlər çərçivəsində təşkil olunub. Sərginin təşkilatçıları Azərbaycanın Türkiyədəki səfirliyi, TÜRKSOY təşkilatı və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyidir. Sərginin nümayişi fevralın 15-dək davam edəcək. Sərginin açılışına Azərbaycanın Türkiyədəki səfirliyinin, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də TÜRKSOY-un nümayəndələri qatılıblar.
525-ci qəzet.-
2011.- 3 fevral.- S.7.