Pianoçu Ülviyyə Hacıbəyova ilə görüş olub  

 

Maestro Niyazinin mənzil-muzeyində dəyərli pianoçu, Bakı əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova ilə yaradıcılıq görüşü gerçəkləşib. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi nəzdində Klassik Musiqisevərlər Klubunun təşkilatçılığı ilə həyata keçirilən tədbirdə BMA-nın müəllim tələbələri, Ü.Hacıbəyovanın sənət dostları, yaxınları iştirak ediblər. 

Çıxış edənlər Ülviyyə Hacıbəyovanın şəxsiyyəti yaradıcılığı haqqında ətraflı danışıblar. Sənət bioqrafiyası barədə bildirilib ki, Ülviyyə Hacıbəyova 1977-ci ildə Bülbül adına Bakı Orta İxtisas Musiqi Məktəbini, 1983-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası), 1986-cı ildə isə assistentura-stajorluğu əla qiymətlərlə başa vurub. 1967-ci ildən radioda, televiziyada konsert salonlarında çıxış edən pianoçu Zaqafqaziya Ümumittifaq müsabiqələr diplomçusudur.

Tədbirdə Ü.Hacıbəyovanın həyat yaradıcılığını əks etdirən slayd nümayiş olunub.

Ü.Hacıbəyova yaradıcılığı ilə bağlı iştirakçıları maraqlandıran sualları cavablandırıb. Daha sonra o, özününXalq dastanları Azərbaycan bəstəkarlarının opera yaradıcılığındakitabını muzeyin direktoru Rza Bayramova bağışlayıb. Görüş iştirakçılarına Ü.Hacıbəyovanın tələbələrinin ifasında F.Şopenin, P.İ.Çaykovskinin, Q.Qarayevin, S.Hacıbəyovun əsərlərindən ibarət konsert proqramı təqdim olunub.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 5 fevral.- S.17.