Gənc rəssamların
xalça eskizləri
sərgilənib
Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyində “Xalçada
yeni nəfəs” adlı sərgi keçirilib. Sərginin əsas məqsədi mədəniyyətlərarası dialoqda xalçanın rolunu vurğulamaq və qədim ənənlərə malik
Azərbyacan xalça
sənətinə gənclərin
münasibətini nümayiş
etdirməkdir. Sərgidə Azərbaycan Dövlət Rəsamlıq Akademiyasının
üçüncü kurs
tələbələri olan
Yuliya Ələkbərovanın
“Günəşin doğması”,
“Analıq”, “Günəş”,
“Cənnət bağı”,
Leyla Vazehin “Baharın müjdəsi”,
“Xəzanın səsi”,
“Yeni nəfəslər”,
“Şirin gecə”, Ayturan İbrahimovanın “Kilim”, “Gənclik nəğməsi”, “Ellərin
bayramı”, “Qarşılıqlı
sevgi”, Nərmin Əliyevanın “Yeni il”, “Quşların rəqsi”, “Sevgi nəğməsi”, “Yarpaqların
tökülməsi”, “Nəlbəki
gül”, Əli Məşədi Qafarlının
“Tək göl”, “Vidalaşma”, Elvira Hüseynovanın “Bulud”, “Ov əhvalı”, “Böyük buluşma”, İnci Səfərəliyevanın “Ritm”,
Sevgi”, “İki yol”, “Möhkəmlik” adlı 28 xalça eskizi nümayiş etdirilib. Tədbirdə çıxış edən Rəssamlar İttifaqının katibi
Ağaəli İbrahimov
müasir gənclərimizin
qədim və zəngin sənət növlərindən olan xalçaçılıq sənətini
qorumaqla yanaşı,
ona həm də yeni nəfəs
verdiklərini bildirib.
O, gənc rəssamların
bu istiqamətdəki addımlarını və
gənclərin qədim
xalçaçılıq sənətinə olan həvəs və marağının təqdirəlayiq
olduğunu qeyd edib. Eskizlərdə dünyanın ən müqəddəs varlığı
olan ananın övladına münasibəti,
həmçinin insanların
gündəlik ritmik həyatlarının müxtəlif
çalarları təsvir
edilib. Rəssamlar eyni zamanda, öz
əsərlərində adət-ənənələrimizi,
qədim əyləncə
növü olan xoruz döyüşlərini
də əks etdiriblər. Gənclərin
əsərlərinin birində
isə insanların zaman-zaman keçirdikləri
hisslər rəng çalarları vasitəsilə
fəsillərə bənzədilib.
Bəzi eskizlərdə isə solğun boyaların fonunda insan övladının
heç gözləmədiyi
bir anda başına gələn hadisənin təsirindən
payızın saralan yarpaqları kimi ümidini itirməsini və tənhalığa çəkilərək ətrafdakılara
qarşı soyuq münasibətini görmək
olar. Gənclərin
kağız üzərindəki
müxtəlif rəng
və zəngin naxışlarla həyat verdikləri eskizlərdə
insanların həyatda
hər zaman qarşıya çıxan
iki yoldan birinin seçmə haqqı olduğu fikri də ifadə
edilib.
GÜNEL
525-ci qəzet.-
2011.- 5 fevral.- S.17.