Boris Pasternakın şeirlər toplusu Azərbaycan dilində

 

ŞAİRİN DÜNƏN TƏQDİMATI KEÇİRİLƏN “MİSRANIN SAHİBİ HİSSLƏR OLANDA” KİTABI “525 KİTAB” SERİYASI ÜZRƏ NƏŞR EDİLİB 

 

Dünən Azərbaycan Yazıçılar Birliyində böyük şair Boris Pasternakın dilimizə tərcümə edilmiş şeirlərindən ibarətMisranın sahibi hisslər olandakitabının təqdimatı keçirilib. Xatırladaq ki, bu, Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin dəstəyi əsasında “525 kitabseriyasından nəşr olunan 12-ci kitabdır. Kitabdakı  şeirlərin tərcüməsi xalq yazıçısı Anarın şair Səlim Babullaoğlunundur. Bundan öncə seriya üzrə xarici ədəbiyyatdan Söhrab Sipehri Mişel Uelbekin, Azərbaycan ədəbiyyatından isə Çingiz Abdullayev, Səlim Babullaoğlu, Natiq Rəsulzadə, Elçin Hüseynbəyli, Fikrət Sadıq, İlqar Fəhmi, Səməd Səfərov, Qismət Aysel Əlizadənin kitabları işıq üzü görüb. Azərbaycan Yazıçılar BirliyininNatəvanklubunda keçirilən tədbiri sözügedən seriyanın rəhbəri, Birliyin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid açaraq, layihə barədə məlumat verib, layihənin gerçəkləşməsinə dəstək verdiyinə görə Mədəniyyət Turizm Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib. Sonra söz seriyanın tərtibçisi redaktoru Səlim Babulloğluna verilib. O, seriya haqqında məlumat verərək, Boris Pasternakın tərcümələri üzərində haqqında danışıb. Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev layihə, seriya yeni nəşr barədə fikirlərini bölüşüb. Tədbirdə iştirak edən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Boris Pasternakın kitabının nəşrinə görə minnətdarlığını bildirib. Səfir qeyd edib ki, Boris Pasternak onun sevimli şairidir bu şairin şeirlərini tərcümə etmək çox çətin, məsuliyyətli işdir. Millət vəkili Fazil Mustafa, “Azərbaycanjurnalının baş redaktoru İntiqam Qasımzadə, xalq şairi Söhrab Tahir, şair-tərcüməçi Mahir Qarayev, şair Elxan Zal Qaraxanlı da çıxış edərək, layihə kitab barədə fikirlərini söyləyiblər. Sonda Boris Pasternakın öz səsində şeiri dinlənilib Səlim Babullaoğlu şairdən tərcümə etdiyi bir neçə poetik nümunəni səsləndirib.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2011.- 10 fevral.- S.7.