Bakıda Azərbaycan-Litva biznes-forumu
keçirilib
AZƏRBAYCAN VƏ LİTVA ARASINDA TİCARƏT
DÖVRİYYƏSİ 30 MİLYON DOLLARA YAXINDIR
Dünən Bakı
Biznes Mərkəzində
Litva Respublikasının
Seyminin sədri xanım İrena Dyaqutenin Azərbaycana rəsmi səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın
və İnvestisiyaların
Təşviqi Fondunun
(AZPROMO) təşkilatçılığı
ilə Azərbaycan-Litva
biznes forumu keçirilib. Tədbirdə
rəsmi şəxslərlə
yanaşı, Litva tərəfdən kənd
təsərrüfatı, qida
sənayesi, energetika, telekommunikasiya, tikinti, təhsil və s. sahələrdə fəaliyyət
göstərən 20-dən çox iş adamı iştirak edib. Azərbaycan tərəfi isə biznes forumda analoji sahələrdə fəaliyyət göstərən
60-a yaxın iş adamı ilə təmsil olunub. Tədbirdə çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov və Litva Seyminin
sədri xanım İrena Dyaqute iki ölkə arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlıq
imkanları barədə
məlumat verərək
dövlətlərarası münasibətlər sistemində
özünəməxsus yeri
olan parlamentlərarası
əlaqələrin inkişaf
etdiyini vurğulayıb.
Qeyd edilib ki, ölkələr
arasında iqtisadi əlaqələrin genişlənməsində
işgüzar görüşlərin,
biznes forumların keçirilməsi əməkdaşlığın
inkişafı baxımından
əhəmiyyətlidir. Oqtay Əsədov iki ölkə arasında əlaqələrin bütün
istiqamətlərdə inkişaf
etməsini yüksək
qiymətləndirib. Onun
sözlərinə görə,
iki ölkə arasında ticarət dövriyyəsi yüksələn
xətlə inkişaf
edir: Azərbaycan və Litva arasında
qeyri-neft sektorunu inkişaf etdirmək üçün böyük
imkanlar mövcuddur. Əminəm
ki, biznes-forumda aparılan müzakirələr
gələcəkdə iki
ölkə arasında
birgə müəssisələrin
yaradılmasına, qarşılıqlı
investisiya yatırımına,
ticarət dövriyyəsinin
artmasına və iqtisadiyyatın bir çox sahələrində
əməkdaşlığın inkişaf etdirilməsinə
imkan yaradacaq. Azərbaycanın iqtisadi uğurlarından danışan
spiker ölkəmizin regionda lider mövqedə olduğunu bildirib: Son 10 il ərzində ölkənin
dövlət büdcəsi
15 dəfəyə qədər
artıb, valyuta ehtiyatları 30 mlrd. dollara çatıb.
Xanım
İrena Dyaqutene bu biznes-forumun Azərbaycanda Litva biznesinin inkişafına kömək edəcəyinə
ümidini ifadə edib. Hələ
2008-ci ildə Azərbaycanla
Litva Cənubi Qafqazda ciddi tərəfdaş olublar.
Bunun nəticəsi 2009-cu ilin sentyabrında Azərbaycanda
Litva Ticarət Evinin açılması oldu, Dyaqutene belə deyib. Onun sözlərinə görə, sürətli
iqtisadi inkişafa malik ölkə kimi Azərbaycanla əməkdaşlıq Litva
hökumətini sevindirir:
Biznes-forum iki ölkə arasında mövcud əlaqələri
dərinləşdirəcək, Litva biznesinin Azərbaycanda genişlənməsinə
imkan yaradacaq. Son iki ildə
ölkələrimiz arasında
ticarət dövriyyəsi
30% artıb, lakin bu göstəricini artırmaq üçün
geniş imkanlar var. Spiker ölkəzinin informasiya
texnologiyaları, ətraf
mühitin qorunması
və qida sənayesi sahəsində
böyük təcrübəyə
malik olduğunu bildirərək bu təcrübəni Azərbaycanla
bölüşməyə hazır olduqlarını bildirib. Onun sözlərinə görə, biznes-forumda Litvanı tikinti, İKT, tekstil, tibb, kənd təsərrüfatı,
energetika və təhsil sahələrində
çalışan şirkətlər
və qurumlar təmsil edir. Artıq Litvanın 9 ali məktəbində
azərbaycanlı tələbələr
təhsil alır və onların hamısı ödənişdən
azad olunub. Alternativ enerji
mənbələrindən istifadə
və ətraf mühitin mühafizəsi
sahələrində də
öz təcrübəmizi
Azərbaycana təklif
edirik. Litva qida sənayesi
sahəsində istehsalla,
süd, ketçup və digər məhsulların satışı
ilə məşhurdur.
Litvada istehsalın bu sahəsinin xüsusi çəkisi var. Sevindirici
haldır ki, Azərbaycanın ticarət
obyektlərində Litva
istehsalı olan süd məhsulları satılır. Onun sözlərinə
görə, litvalı
sahibkarlar biznesin inkişafı üçün
bu sahədə tərəfdaşlıq münasibətlərinin
gələcək inkişafında
maraqlıdırlar. Litva
Sahibkarlar Assosiasiyasının
baş direktoru Alqimantas Akstinas bildirib ki, Litva
ilə Azərbaycan arasında ticarət dövriyyəsi xeyli artıb: İndi ölkələrimiz arasında
ticarət dövriyyəsi
30 milyon dollara yaxındır. Amma bu, bizim bütün əməkdaşlıq
imkanlarımızı göstərmir.
2009-cu illə müqayisədə dövriyyənin
artım tempi 89 faiz təşkil edib. Burada Litva tərəfindən ixrac artıb. Assosiasiya sədri deyib ki, Litvadan
Azərbaycana maşınqayırma
avadanlıqları, müxtəlif
maşın ehtiyatları
gətirilir: Amma biz hesab edirik ki,
daha çox imkanımız var. Biz xidmət
sahəsində çox
inkişaf etmişik. Bu sahəni bura
gətirmək istəyirik.
Azərbaycandan da Litvaya çoxlu məhsul idxal olunur. Bu, əsasən qida
məhsulları, tərəvəz
və meyvələrdir.
Biznes forumda AZPROMO-nun prezidenti Adil Məmmədov Azərbaycanın
investisiya və ixrac imkanları, Azərbaycan İnvestisiya Şirkətinin icraçı
direktorunun müavini Rövşən Nəcəf
şirkətin iştirakı
ilə həyata keçirilən layihələr,
Litva Xarici İşlər Nazirliyinin
nümayəndəsi Regimantas
Yablonskas isə ölkəsinin biznes imkanları barədə təqdimatlarla çıxış
edib. Tədbir çərçivəsində
Azərbaycan və Litva haqqında qısa filmlər nümayiş olunub. Biznes forumda Litva Sahibkarlar Konfederasiyası və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyası, həmçinin
Vilnüs Universiteti və Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika
İnstitutu, Litvanın
İnta şirkəti
ilə Azərbaycanın
Kiber Ltd şirkəti
arasında əməkdaşlıq
haqqında Anlaşma Memorandumları imzalanıb.
Ülkər NƏBİYEVA
525-ci qəzet.- 2011.- 10 fevral.- S.3.