Hardasan oğul?”un məşqləri yekunlaşır

 

 Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Vaqif Əlixanlının müəllifi olduğuHardasan oğul?” tamaşasının son məşqləri gedir. İki hissəli milli faciə janrında olan səhnə əsərinin quruluşçu rejissoru Ağalar İdrisoğlu, rejissoru Sərvər Əliyev, quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı əməkdar incəsənət xadimi Sərdar Fərəcovdur. Rəqslərin quruluşu isə Vüsal Mehrəliyevə məxsusdur. Tamaşanın quruluşçu rejissorunun sözlərinə görə, bu tamaşa Qarabağ müharibəsinin ilk illərinə həsr olunub: “Azərbaycan xalqının ən böyük problemi Azərbaycanın dilbər guşəsi olan Qarabağla bağlıdır. Ona görə məmurlarımız, siyasətçilərimiz, incəsənət işçilərimiz ümumilikdə hər kəs bu faciəni özlərinin ali məqsədi bilməli torpaqlarımızı mənfur düşmənlərdən geri almaq üçün millətimizi bu müqəddəs işə, amala ruhlandırmalıdırlar”. Kəskin konfliktlər üzərində qurulanHardasan oğul?” tamaşasında rolları əməkdar artistlər Qəmər Məmmədova, Rahib Əliyev, Nübar Novruzova, akytorlar Gülər Nəbiyeva, Sərvər Əliyev, Elxan Qurban, Ədalət Əbdülsəmədov, Rəşad Səfərov başqaları ifa edəcəklər.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 11 fevral.- S.7.